СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Oann-şumerlərə sivilizasiyanı öyrədən dənizdən gələn qərib

Нажмите, чтобы узнать подробности

Şumer ədəbiyyatı bəşər tarixinin ən qədim yazılı mətnlərindən biri hesab olunur. O, Anunnaki tanrılarından və bəşəriyyət tarixindən də lap əvvəlki dövrlərdən bəhs edir. Əminliklə demək olar ki, Şumer mətnlərində insan övladı ilə yadplanetlilər arasında əlaqəyə işarə edən bir çox nümunələr vardır.

Просмотр содержимого документа
«Oann-şumerlərə sivilizasiyanı öyrədən dənizdən gələn qərib»

Oann-şumerlərə sivilizasiyanı öyrədən dənizdən gələn qərib


Şumer ədəbiyyatı bəşər tarixinin ən qədim yazılı mətnlərindən biri hesab olunur. O, Anunnaki tanrılarından və bəşəriyyət tarixindən də lap əvvəlki dövrlərdən bəhs edir. Əminliklə demək olar ki, Şumer mətnlərində insan övladı ilə yadplanetlilər arasında əlaqəyə işarə edən bir çox nümunələr vardır. Dünyanın müxtəlif qədim mədəniyyətlərində antropomorf tanrılar haqqında əfsanələr, o cümlədən dənizdən gəlmiş və şumerlərə sivilizasiya yaratmaq üçün lazım olan bütün qabaqcıl bilikləri öyrədən Oann tanrısı əfsanəsi mövcuddur. Qədim zamanlardan bəri müxtəlif ölkələrdə və müxtəlif qitələrdə insanlar, ətrafdakı dünya haqqında onlara bilik gətirən qeyri-adi ilahi varlıqlar haqqında hekayələr danışmışlar. Qədim mədəniyyətlər bu yadplanetlilərə müstəsna müdriklik və çoxyönlü fövqəltəbii qabiliyyətlər aid edirlər. Qədim insanlar iddia edirdilər ki, məhz bu sirli varlıqlar insanlara ilk sivilizasiyaları qurmağa kömək ediblər. İlahi “müəllimlər” haqqında hekayələrə demək olar ki, bütün qədim mədəniyyətlərdə rast gəlmək olar. İnklər Virakoça adlı sirli məxluqdan, qədim türklərdə Göy Tanrı, atəşpərəstlər onlara bilik gətirən Ahura Məzda (Hörmüzd) kimi tanınan tanrıdan, qədim misirlilər Osiris haqqında əfsanədən bəhs etmişlər. Öz növbəsində, əfsanəvi Maya sivilizasiyasının yaradıcısı sirli Kukulkan idi. Başqa mədəniyyətlərdə Tanqaroa, Bep Kororoti, Nammu və s. kimi çox maraqlı personajlar haqqında hekayələrə rast gələ bilərik. Bütün bu əfsanəvi varlıqları böyük biliklərə malik olmaları və müxtəlif müstəvilərdən, ölçülərdən və ya dünyalardan Yer üzünə gəlməsi birləşdirir. Onlarla bağlı rəvayətlər sadəcə mif və əfsanə, gözəl nağıllardır, yoxsa doğrudanmı başqa aləmlərdən olan yadplanetlilər qədim zamanlarda ilk insanlarla əlaqə qurub onlara sivilizasiya qurmağa kömək ediblər?

Gəlin sirli Oann əfsanəsini təhlil edərək bu suala cavab axtaraq.

Məlum olduğu kimi, Anunnaki tanrılarına sitayiş edən İkiçayarası (Mesopotamiya) xalqı ərazilərində ilk yüksək inkişaf etmiş sivilizasiya yaranmışlar. Bu mədəniyyətin insanları çox inkişaf etmiş bir dini inanc sisteminə sahib idilər. Burada göydən gələn müxtəlif tanrıların bütöv bir panteonu mükəmməl şəkildə birlikdə yaşamışdır. Ən məşhurları Anunnakilər idi. Bunlar Enki və Enlilin başçılıq etdiyi qeyri-adi əfsanəvi varlıqlar olmuşlar. Ancaq İkiçayarasında (Mesopotamiyada) insanlar, insanlara mədəniyyət və sivilizasiya bəxş edən Apkallu adlı yeddi müəllimdən ibarət müəyyən bir qrupdan da söz açmışlar. Yeddi arifin hər biri insanlara müxtəlif mövzularda bilik ötürərək, öyrətmişdir. Ən qədim və ən vacib müəllim şumerlərin və babillilərin Oann, Adapa və ya Uanna adlandırdıqları əfsanəvi varlıq olmuşdur.

Babil kahini Beros Oannnı belə təsvir edir:

“O dövrdə Babildə çoxlu müxtəlif tayfalar var idi, onlar barbarlar kimi, çöldəki heyvanlar kimi yaşayırdılar. Bir ildir ki, Eritreya suları ilə yuyulan sahildə, Babillə sərhəddə Oann adlı dəhşətli məxluq peyda olub, bədəninin hamısı balıq kimidir və başının altından, balığın başının altından başqa bir baş böyüdü. ..., və eyni şəkildə insan ayaqları balıq quyruğunun yanında böyüdü. Onun səsi insan səsi idi. Bu məxluq heç bir yemək yemədən insanların arasında günlər keçirmiş, insanlara oxumağı-yazmağı, riyaziyyatı, müxtəlif sənət növlərinə yiyələnməyi, şəhərlərdə yaşamağı, məbədlər tikməyi, qanunlar verməyi, həndəsəni öyrədirdi. Eləcədə taxıl və meyvələrin necə yığılacağını və ümumiyyətlə mədəni həyata aid olan hər şeyi öyrədir və göstərirdi. O vaxtdan bəri başqa heç nə icad edilməmişdir. Gün batarkən bu məxluq (Oann) yenidən dənizə dalır və gecəni suda keçirirdi. Çünki o, amfibiya-adam idi”.

Təsvirə görə, Oannın olduqca qəribə bir məxluq olduğu ortaya çıxır. Bəs Oannın görünüşünün təsviri onun sadəcə olaraq skafandr geyindiyini göstərə bilərmi? Beros qeyd edir ki, Oann insanlara oturaq və sivil həyata kömək edən hər şeyi öyrətdi. Ancaq çox maraqlısı odur ki, Oannın təsviri digər mədəniyyətlərdəki tanrıların oxşar nümunələrini əks etdirir. Məsələn, İncildə Tobias peyğəmbəri müşayiət edən baş mələk Rafael tam olaraq eyni şəkildə davranırdı. Dünyanın digər tərəfində, Amazon cəngəlliyində, Bep Kororoti adlı bir məxluq haqqında hekayələr danışan Kayapo hindu qəbiləsi yaşayır. Onların hekayətlərinə görə, ilahi müəllim Bep Kororoti heç nə yeyib-içmirdi və hindu təsvirlərinə görə müasir astronavtın skafandrını xatırladan bir şey geyinmişdi. Kayapo hinduları şumerlərlə heç vaxt ünsiyyət qurmayıblar, onların varlığından belə xəbərləri olmayıb. Ancaq əcaib varlıq haqqında əfsanələr təəccüblü dərəcədə oxşardır. Oann haqqında hekayə o qədər maraqlıdır ki, hətta məşhur astronom və astrofizik Karl Saqan da onunla maraqlanmışdır. 1966-cı ildə nəşr olunan “Kainatda ağıllı həyat” adlı kitabında Oannın təsvirini yerdənkənar varlıqlarla mümkün qədim təmas nümunəsi kimi tanımışdır. K. Saqan yazırdı ki, Oann kimi varlıqlar bəşəriyyəti öyrətməkdə maraqlı olan kosmosdan gələn yadplanetlilər ola bilər. Onların gəlişi ilə böyük mədəni və sivilizasiya dəyişiklikləri baş vermişdir.

Karl Saqan Oann haqqında hekayəni belə təsvir etmişdir:

“...əsl təmas mifi üçün demək olar ki, bəzi meyarlarımıza uyğun gələn əfsanədir... Nümunə ilə götürsək, əfsanə təmasların insanlarla böyük dövlətin qeyri-insan sivilizasiyası arasında baş verdiyini göstərir...eradan əvvəl IV minillikdə və ya ondan əvvəl qədim Şumerlərin yaşadığı yerin yaxınlığında olan Eridu şəhəri... Şumer sivilizasiyası şumerlərin öz nəsilləri tərəfindən qeyri-insani mənşəli kimi təsvir edilir. Bir neçə nəsil ərzində bir sıra qəribə varlıqlar meydana çıxmışdır. Onların yeganə və açıq məqsədi bəşəriyyəti öyrətməkdir. Onların hər biri öz sələflərinin missiyasını və nailiyyətlərini bilirdi”. Anlaşılmaz görünən yeganə şey kosmik ilahi kimi təmsil olunan tanrının niyə dənizdən çıxması, göydən düşməməsidir. Ancaq onu da qeyd etmək lazımdır ki, qədim mədəniyyətlərin əfsanələrində tanrılar çox vaxt dənizlərdə yaşayıblar, oradan sirli uçan evlərin və ya işıq toplarının köməyi ilə səthə çıxıblar. Oann təkcə dənizlərin dərinliklərindən gəlməmişdir, Virakoça və Solomon Adaro da eyni şeyi etmişlər. Bu faktiki tarixi hadisələrdə heç bir əsası olmayan bir mifdir, yoxsa Oann kimi personajlar həqiqətən mövcud olmuşdur? Demək çətindir. Ancaq bir-biri ilə əlaqəsi olmayan müxtəlif mədəniyyətlərdə ilahi müdriklər haqqında tapdığımız əfsanələrin sayı sadəcə heyrətamizdir.

Buna görə də, tamamilə mümkündür ki, lap çoxdan Yerə həqiqətən inkişaf etmiş bir sivilizasiya gəlmiş və onun nümayəndələri qədim əcdadlarımızı öytərmiş və onlara bilik ötürmüşlər.

Mənbə: https://bit.ly/3StQZ4i

Rus dilindən tərcümə etdi:

Əsədov Seyyub Əsəd oğlu- Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).

İstinad:

https://sinxronfenler.blogspot.com/2023/11/oann-sumerlr-sivilizasiyan-oyrdn-dnizdn.html


Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!