СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Qədim ayaq izləri insanların Amerikanı düşündüyümüzdən də daha tez “kəşf etdiyini” sübut edir

Категория: Всем учителям

Нажмите, чтобы узнать подробности

      Hər gün dünyanın müxtəlif yerlərindən insanlar Uayt Sends Milli Parkına (Ağ Qum) baş çəkir və burada öz ayaq izlərini qoyurlar. Tularosa hövzəsindəki ağ qum təpələri geoloji qrafikdə yalnız yeni bir hadisədir. Ağ Qumlarda Otero gölü boyunca səpələnmiş çoxlu qədim, daşlaşmış ayaq izləri tapmaq olar.

Просмотр содержимого документа
«Qədim ayaq izləri insanların Amerikanı düşündüyümüzdən də daha tez “kəşf etdiyini” sübut edir»

Qədim ayaq izləri insanların Amerikanı düşündüyümüzdən də daha tez “kəşf etdiyini” sübut edir

Hər gün dünyanın müxtəlif yerlərindən insanlar Uayt Sends Milli Parkına (Ağ Qum) baş çəkir və burada öz ayaq izlərini qoyurlar. Tularosa hövzəsindəki ağ qum təpələri geoloji qrafikdə yalnız yeni bir hadisədir. Ağ Qumlarda Otero gölü boyunca səpələnmiş çoxlu qədim, daşlaşmış ayaq izləri tapmaq olar. Bu ayaq izləri qədim olsa da, elm adamları hələ də keçmiş həyatın yeni sübutlarını kəşf etməkdədirlər. On minlərlə il bundan əvvəl, Buz Dövründə Tularosa hövzəsində nəhəng bir su anbarı - Otero gölü mövcud olmuşdur. İqlimi az quraq, bitki örtüyü zəngin idi. Nyu Meksiko səhralarından Orta Qərbə doğru min kilometr məsəfələrdə uzanan çəmənlikləri görmək olardı. Bu yamyaşıl cənnət təbii olaraq Buz Dövrünün böyük heyvanlarının diqqətini cəlb edirdi. Qədim dəvələri, Kolumb mamontlarını, digər ot yeyən heyvanları Tularosa hövzəsinin otları və ağacları cəlb edir və onlar Otero gölü sahilinə gələrdilər. Onların ardınca canavarlar və Amerika aslanı kimi tanınan digər qorxunc yırtıcılar buralara gəldi. Bu heyvanların daşlaşmış ayaq izləri Otero gölü sahilində axreoloji qazıntılar zamanı tapılmışdır. Son tədqiqatlar göstərir ki, qədim insanlar Şimali Amerikada və Tularosa hövzəsində ən azı 23.000 il əvvəl yaşamışlar. İlk insanların Şimali Amerikaya təxminən 13500-16000 il əvvəl gəldiyi müəyyən edilmişdir. ...Təqdidat (araşdırma) aparıldı, elm adamları parkın qərb hissəsindəki gips torpaqda xəndək qazaraq səthin altında nə tapılacağını öyrənmək istəyirdilər. Qazıntı sahələrində səthin altındakı müxtəlif çöküntü qatlarında insan ayaq izləri aşkar edildi. Bu ayaq izlərinin üstündə və altında qədim ot toxumları (Ruppia cirrhosa) var idi ki, onlar radiokarbon üsulu ilə təyin və təhlil edilmişdir. Məlum olmuşdir ki, tapıntılar 22.860 (∓320) və 21.130 (∓250) il əvvələ aiddir.

80 il ərzində Uayt-Sendsdə yalnız kiçik bir qalıq izləri kolleksiyasının tapıldığı məlum idi. Lakin 2006-cı ildə bir qrup alim gölün dibində qədim insanlara məxsus tünd ləkələr aşkar etdilər. Alimlərin marağı 2009-cu ildə yeni qazıntılara səbəb oldu. Nəticədə, həm qədim heyvan qalıqları, həm də qədim insan ayaq izləri tapıldı. 2010-cu illərdə canavarın ləpir izləri aşkar edilmişdir. Onlar elm adamlarının müəyyən etdiyi kimi, 18.000 ildən çox yaşı olan qədim toxumların yanında tapılmışdır. 2018-ci ildə tədqiqatçılar qadına aid olduğuna inandıqları ayaq izlərini tapdılar. Nəticədə, tədqiqatçıların gözü qarşısında bu gün tanış görünə bilən bir hekayə açıldı - ayaq izləri onun demək olar ki, iki kilometr getdiyini göstərir və bəzən onun yanında körpənin izləri görünür. Yəni, uşağı bir əldən digərinə keçirərək, bəzən yerə endirərək aparmışdır.

Şəkil 1

Həyatda ən vacib şeylər sonunda dəyişmir. Uayt Sends Milli Parkında əmələ gələn qum təpələrindən xeyli əvvəl yeniyetmələr palçıqda ayaq izlərini buraxmış və bu izlər min illər sonra aşkar edilmişdir və Buz Dövründə qədim insanların gündəlik həyatının necə ola biləcəyini göstərir (mənbə: © Davide Bonadonna və Bornmut Universiteti)



Şəkil 2

Buz dövründə, qədim Otero gölünün sahilində qucağında uşaq olan qadın palçıqda ayaq izlərini buraxır (Rəsmin müəllifi: Karen Carr).

Mənbə: https://bit.ly/3ds23wr

Tərcümə:

Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi), Azərbaycan Respublikası “Təhsil Şurası” İB-nin İdarə Heyətinin üzvü


Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!