СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Qeyri adi Pinokkio: Əfsanə doğrudurmu?

Категория: Всем учителям

Нажмите, чтобы узнать подробности

2001-ci ildə Florensiyada qazıntılar aparan bir qrup amerikalı arxeoloqlar, kilsə qəbiristanlığının yanından keçərkən Lorenzi adlı bir adamın məzarını aşkar etdilər. Qəbir daşında onun Karlo Kollodi təxəllüsü ilə tanındığı və dünyaca məşhur “Pinokkionun sərgüzəştləri” (“Buratinonun sərgüzəştləri”) nağılının müəllifi olduğu qeyd edilmişdi.

Просмотр содержимого документа
«Qeyri adi Pinokkio: Əfsanə doğrudurmu?»



“Kasıb daxmaların olduğu yerdə, saraylar təhlükəsiz ola bilməz”.

Benjamin Dizraeli (1804-1881), dövlət xadimi və yazıçı.

Qeyri adi Pinokkio: Əfsanə doğrudurmu?

2001-ci ildə Florensiyada qazıntılar aparan bir qrup amerikalı arxeoloqlar, kilsə qəbiristanlığının yanından keçərkən Lorenzi adlı bir adamın məzarını aşkar etdilər.

Qəbir daşında onun Karlo Kollodi təxəllüsü ilə tanındığı və dünyaca məşhur “Pinokkionun sərgüzəştləri” (“Buratinonun sərgüzəştləri”) nağılının müəllifi olduğu qeyd edilmişdi. Yazıçının məzarı başında kədərlə dayanan arxeoloqlar yollarına davam etdilər. Amma birdən alimlərdən biri səsləndi: Baxın, nə gülməli təsadüfdür, Pinokkio Kollodinin qəbrinin yanında dəfn olunub!? .... Bu məzar daşında Pinokkio Sançesin 1790-cı ildə anadan olduğu və 1834-cü ildə vəfat etdiyi göstərilmişdi. Bu o demək idi ki, Pinokkio Sançes nəzəri olaraq Karlo Lorenzi (Kollodi) ilə ünsiyyət qura bilərdi.

Ekskumasiya

Yəni doğrudan da məşhur uşaq nağılının taxta qəhrəmanı həqiqətənmi real adam olmuşdur? Ehtimal az idi. Bu tapmaca arxeoloqlar üçün o qədər maraqlı və vacib göründü ki, onlar əsas işlərini bir kənara qoyaraq araşdırma aparmağa başladılar. Ancaq yapışacaq bir ipucu yox idi. Amerikalılar qərara gəldilər ki, axtarışı dayandırsınlar və Sançesi eksqumasiya etmək üçün İtaliya hakimiyyətindən icazə alsınlar. Arxeoloqların sorğusuna cavab olaraq italyanlar Pinokkionun cəsədinin qalıqları həqiqəti müəyyən etməyə necə kömək edəcəkdir? - deyə soruşdular. Arxeoloqlar bunu tam izah edə bilməyirdilər, çünki hər hansı bir ölkənin məmurları üçün “intuisiya” sözü boş bir ifadədir. Alimlərin istədiklərinə nail olmaq üçün göstərməli olduqları səyləri təsvir etməyin mənası yoxdur - bu, çox uzun bir hekayədir. ...Əsas odur ki, onlar sonda ekskumasiya hüququ əldə edə bildilər. Meyit qəbirdən çıxarılaraq ekspertizadan keçirildi.

Ağac prototip

Amerikalıların intuisiyası nəticəsiz qalmadı. Məlum oldu ki, taxta adam olduğu iddia edilən prototipinin ayaqları taxta protezlərdəndir. Köhnəlmiş protezlərdən birinin üzərində usta Karlo Bestuldcinin baş hərfləri olan yazı aşkar edildi.

Qeyri adi Pinokkio

İndi arxeoloqların işləri daha yaxşı getməyə başlamışdı. Birincisi, onlar həqiqəti axtarmağa daha çox həvəs göstərdilər, ikincisi, italyanlar da tapıntını yüksək qiymətləndirdilər və tədqiqatçılara minnətdarlıqla kömək edirdilər. Florensiyanın rəhbərliyi belə qeyri-adi tapıntının turist yerlər siyahısında görünməsi ilə maraqlanırdı. Amerika-İtaliya birgə səyləri ilə onlar Pinokkiodan bəhs edən kilsə qeydlərini tapmağı bacardılar.

Əsgər talehi

Məlum oldu ki, Pinokkio Sançes boydan balaca olub. Lakin bu, onun 15 il xidmət etdiyi orduya çağırılmasına mane olmamışdır. Balaca boyu Pinokkionu əsgərin gündəlik həyatının çətinliklərindən azad etmədi. Bir dəfə dağlarda məşq

zamanı digər döyüşçülər maneələrin üstündən asanlıqla tullananda qısa ayaqlı Sançes uçurumdan yıxılaraq möhkəm əzilir. Pinokkio sağ qalır, lakin hər iki ayağını itirir. Bundan əlavə, burun onun burnu da zədə almışdı. Məlum usta Karlo Bestuldci protez düzəldərək onu daha da “taxtalaşdırıb”dı. Sançes ordudan qayıdandan sonra onun qohumlarından heç kim qalmamışdı. Pinokkio protezlərdən məharətlə istifadə etməyi öyrənir, amma yenə də işləyə bilmirdi. Tərxis zamanı aldığı pullar qurtardıqdan sonra və Pinokkio aclıqla üz-üzə qaldı. Mərhəmətli qonşular ona yemək verirdilər, lakin onlar da ehtiyac içində yaşayırdılar. Elə vaxt olurdu ki, ac qarnına yatmalı olurdular. Bir gün Sançes bazara gedir və orada tacirlərdən heç olmasa bir az yemək istəməyə ümid etdi. Bazarda onu bir köşk sahibi görür, qərara gəlir ki, bu cırtdan və əlil onun işlərində çox faydalı ola bilər. Tacir Pinokkioya söz verir ki, bir neçə sadə fəndləri mənimsəsə, onu işə qəbul edəcək. Pinokkio buna məmnuniyyətlə razılaşır. O vaxtdan bəri yarmarkalarda çıxış etməyə və özünə çörək pulu qazanmağa başlayır. Lakin bu balaca adamın ölümü ciddi xəstəlik nəticəsində baş verməmişdir. Sançes fəndlərdən birini yerinə yetirərkən ciddi səhvə yol verərək xəsarət alır və vəfat edir. Bu faktlara baxmayaraq Sançesin məşhur nağıl oğlanının prototipi olduğunu birmənalı şəkildə söyləmək hələ də mümkün deyildi. Sübutlar zəncirinin son halqası açıq şəkildə yox idi. Lakin Pinokkionun adını çəkəcək başqa heç bir sənəd tapılmırdı.

Uğursuz din xadimi

Belə olduqda tədqiqatçılar Karlo Lorenzinin-Kollodinin şəxsiyyətini daha yaxından araşdırmaq qərarına gəldilər. Həm ana, həm də ata Karlo Florensiyada evlərindən birində xidmət edirdilər. Çox çalışırdılar, çünki on uşağı dolandırmalı idilər. Valideynlər böyük oğul olan Karlonu seminariyaya oxumağa göndərdilər. Bu təhsil müəssisəsini bitirdikdən sonra gənc Lorenzi keşiş olmalı idi, lakin olmadı. O, qəzet və jurnallar üçün məqalə və hekayələr yazmağa başladı. Bununla pul qazana biləcəyini anlayanda öz satirik jurnalını nəşr etməyə başladı. 1850-ci ildə o, çox da bəyənilməyən bir roman nəşr etdi. Tənqidçilərin artıq uzun müddət onun soyadına qarşı allergiyası olacağını hesab edən Lorenzi- Kollodi təxəllüsü götürməyə qərar verdi. Anasının doğulduğu kəndin adı belə idi. Populyarlıq Karloya 1856-cı ildə, onun “Buxar” romanı çapdan çıxdıqdan sonra gəldi. Lakin Kollodi “Pinokkionun sərgüzəştləri”ni yazdıqdan sonra dünya şöhrəti qazandı. Karlo Kollodi Florensiyada 1890-cı il oktyabrın 26-da vəfat etmişdir. Yazıçı San Miniato al Monte kilsə qəbiristanlığında dəfn edildi. Məhz orada amerikalı arxeoloqlar hekayəmizin əvvəlində bəhs edilən iki məzar tapmışdılar.

Sürpriz

Amerikalılar Kollodinin həyat və yaradıcılığını hərtərəfli öyrənməyə başladılar. Ondan sonra qalan əlyazmalarda, məktub və digər kağızlarda Pinokkionun özü ilə,

heç olmasa, taleyi ilə bağlı heç bir yazı tapılmadı. Alimlər yazıçının yazışdığı şəxslərin nümayəndələrini də axtarmağa qərar verdilər. Kim bilir, bəlkə də bu həyəcanlı məlumatı kiməsə deyib. Bir dəfə yerli qəzet müxbiri oteldə amerikalıların yanına gəlir və Pinokkionun prototipi haqqında məqalə yazmaq istədiyini bildirdi. Alimlər jurnalistlə danışmağa razılaşsalarda, lakin ondan hələ heç nə dərc etməməsini xahiş edirlər. Söz verirlər ki, axtarışları uğurlu olarsa, ilk olaraq ona məlumat verəcəklər. Jurnalist onların xahişini yerinə yetirmək üçün söz versə də, sözünə əməl etmir və üç gün sonra məqalə qəzetdə nəşr edilir.

Bir müddət sonra tədqiqatçıların otel otağında görünən müxbir gülümsəyərək:

-“Əminəm ki, qəzəbinizi dərhal mərhəmətə dəyişəcəksiniz. Mən sizə bir sürprizlə gəlmişəm! Jurnalist cibindən məktub çıxararaq, dərhal oxuyur: “Mən əmim oğlu Karlo Lorenzininin nəslindənəm. Bizim ailədə məktubları məhv etmək adət deyil, çünki biz onları əsl sənədli tarix hesab edirik. Kollodinin göndərdiyi poçt da qorunub saxlanılmışdır. Məqaləni oxuyandan sonra anladım ki, alimlərin axtardıqları məndədir. Mən yaşlı adamam, özüm evdən çıxmaqda çətinlik çəkirəm və ona görə də sizləri evdə gözləyirəm. ....Xahiş edirəm məktubumu onlara verin”.

Sübut

Arxeoloqlar bu dəvəti dərhal qəbul etdilər. Onlara lazım olan məktubdan yalnız saralmış bir fraqment qalmışdı.“... əziz əmioğlu, sən məndən yaxın planların haqqında soruşursan. Son məktubumda sizə bu bədbəxt və çox cəsarətli insan - Pinokkio Sançes haqqında danışmışdım. Mən həqiqətən bu barədə yazmaq istəyirəm. Əvvəlcə ciddi bir roman yazmağı düşündüm. Amma nədənsə uşaqlar üçün nağıl yazmağa başladım. Niyə nağıl?, mən özüm də başa düşə bilmirəm. Axı Pinokkionun həyatı faciəli olmuşdur. ...Sonda nəyə gətirib çıxaracaq, bilmirəm. Yeri gəlmişkən, söz verdiniz...”.

Əmioğlunun nə vəd etdiyini araşdırmaçılar öyrənə bilməsələr də, alimlərin əlində daha maraqlı bir sübut var idi. Bu onların fərziyyələrinin təsdiqi idi. Qalan son iş kağızı təhlil etmək və yazıçının sağ qalmış əlyazmaları ilə dəst-xəttin düz olduğunu yoxlamaq idi. Analizlər göstərdi ki, məktubun yazıldığı kağız Karlo Kollodinin yaşadığı dövrə aiddir və məktub şübhəsiz ki, onun əli ilə yazılıb. İndi heç kimin şübhəsi yox idi: bəli, həqiqətən də, çox başıbəlalı Pinokkio Sançes planetimizin ən məşhur ədəbi qəhrəmanlarından birinin prototipidir.

Mənbə: bit.ly/3z5m832

Rus dilindən tərcümə:

Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi), Azərbaycan Respublikası “Təhsil Şurası” İB-nin İdarə Heyətinin üzvü


Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!