СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Azərbaycan Ali Monqol Xaqanlığı tərkibində

Категория: История

Нажмите, чтобы узнать подробности

Məlumdur ki, XIII yüzilliyin əvvəlində (1206)Monqolustanda Orxan çayı sahilində yerləşən Qaraqorum şəhəri mərkəz olmaqla monqol dövləti yaradılır. Bu dövlət Ali Monqol Xaqanlığı adlanmışdır.

Просмотр содержимого документа
«Azərbaycan Ali Monqol Xaqanlığı tərkibində»

Azərbaycan Ali Monqol Xaqanlığı tərkibində


Məlumdur ki, XIII yüzilliyin əvvəlində (1206)Monqolustanda Orxan çayı sahilində yerləşən Qaraqorum şəhəri mərkəz olmaqla monqol dövləti yaradılır. Bu dövlət Ali Monqol Xaqanlığı adlanmışdır. Dövlətə Çingiz xan ( 1206- 1227) başçılıq edirdi.

Monqolustanın Çingiz xan dövründə siyasi birləşməsi tayfa başçıları tərəfindən bir şərtlə müdafiə edilirdi ki, qənimətlər mənbəyi olan müharibələr dayandırılmasın, əksinə genişləndirilsin. Məhz buna görə Çingiz xan lap əvvəldən köçəri əyanlara arxalanaraq, geniş işğalçılıq yoluna düşür. Bu işğallar köçəri əyanlara hərbi qənimətlər ələ keçirməyə imkan verirdi. Bundan başqa monqol feodalları qonşuluqda yerləşən zəngin əkinçilik və mədəni ölkələrin xalqlarını istismar etmək imkanı qazanırdılar.Digər tərəfdən maldarlıq təsərrüfatı olan əyanlar özlərinə yeni otlaq sahələri ələ keçirmiş olurdular. Azərbaycanda və ona qonşu olan ölkələrdə feodal dağınığlığı hökm sürdüyündən monqollar bu ölkələri asanlıqla ələ keçirməyə nail oldular.1231- ci ildə monqol qoşunları yenidən Azərbaycana soxulurlar. Bu yürüş tarixdə monqolların 2- ci yürüşü adı ilə məlumdur. Monqol hücumları Azərbaycanın siyasi və iqtisadi həyatında ağır dövrlərdən biridir. Əhalinin güclü müqavimətinə baxmayaraq, monqollar Azərbaycanı tuta bildilər. 1239- cu ildə Dərbənd şəhərinin işğalı ilə bütün Azərbaycan tutuldu.

Beləliklə 1239-1256-cı illərdə Azərbaycan və ona qonşu ərazilər Ali Monqol Xaqanlığının tərkibinə daxil edilmiş oldu.

II yürüş zamanı monqol feodallarının əsas məqsədi işğal etdikləri ölkələrdə möhkəmlənmək idi.

Azərbaycanın tamamilə işğalı Ali Monqol Xaqanı Ugedey (müsəlman adı Oktay) xaqanın dövründə (1229-1241) başa çatdı. Digər xaqanlar Quyuk xaqan (1245-1248) və Münke xaqanın (1251-1259) dövründə İranın, Azərbaycan və Gürcüstanın işğal olunmuş torpaqları canişinlər tərəfindən idarə edilirdi ki, onları da Ali Monqol Xaqanı özü təyin edirdi. Canişinlərin xaqan yanında xüsusi hörməti və etibarı var idi. Bu hakimlərin əlində işğal olunmuş əraziləri idarə etmək üçün xüsusi fərman olurdu. Canişin bütün hərbi və mülki işlərə nəzarət edirdi. O əyaləti müstəqil idarə edir və qeyri-məhdud hakimiyyətə malik idi.

Əyalətin idarə olunması hüququnu alan canişin vilayətlərin idarə edilməsini istədiyi feodala tapşırırdı.Hərbi hakimiyyət və vergilərin yığılması hərbi-köçəri feodalların əlində idi. Onu monqolca “baskak” adlandırırdılar.

Yerli feodallar monqol hakimiyyətini tanımaq şərti ilə öz torpaqlarını idarə edə bilərdilər. Onlar monqol feodallarından vassal asılılığında idilər və asılı feodalların üzərinə düşən bütün vəzifələri yerinə yetirməli idilər.

Əhalidən vergilərin yığılması üçün maliyyə idarələri bərpa edilirdi ki, bu da “divan “ adlanırdı. Bütün vergi və xərac divana daxil olurdu. Maliyyə idarələrinin məmurları bu işlərlə tanış olan yerli əyanlardan təyin olunurdu. Maliyyə idarəsinə həmçinin katib-mirzələr də daxil idilər. Bu mirzələr vergilərin vaxtında yığılmasına nəzarət etməli, vergi siyahısını aparmalı və daxil olan vergi haqqında məlumat toplamalı idilər.

Monqolların işğal etdikləri ərazi çox böyük idi.İşğal edilmiş ərazilər siyasi və inzibati cəhətcə tamamilə birləşdirilməmişdi. Bu dövrdə monqol dili yazı dili deyildi. Yürüşdə iştirak edənlərin əksəriyyəti türk tayfaları olduğu üçün yazı dili uyğur türkcəsində idi.

Azərbaycandan ticarət karvan yolları keçirdi, bu ərazi əkincilik və köçəri maldarlıq üçün əlverişli idi. Bütün bunları nəzərə alan monqol feodalları Azərbaycanı bütünlüklə işğal etdikdən sonra burada möhkəmlənməyə başladılar. Azərbaycanın bütün otlaq sahələri köçəri feodallar tərəfindən zəbt edildi. Yerli feodalların əkin sahələri də bura qatıldı. Görkəmli Azərbaycan tarixçisi akademik Ə. Əlizadə yazır: “ XIII-XIV əsrlərdə köçəri feodallar, iri torpaq sahələri ələ keçirərək, öz mülklərində yaşamırdılar, köçəri təsərrüfatla sıx əlaqə saxlayaraq, onlar adətən şəhərlərdə yaşayırdılar., saray və dövlət idarəçiliyində yüksək vəzifələr tuturdular. Onlar oturaq feodallar kimi öz mülklərinin təsərrüfat həyatında birbaşa rol oynamırdılar, ağa təsərrüfatı aparmırdılar”.( А.А. Ализаде.Социально-экономическая и политическая история Азербайджана XIII-XIV вв. Баку. 1956. с, 72). Beləliklə torpaqların çoxu otlaqa çevrilmişdi. Bu isə monqolların xidmətində olan bir qrup məmurları çıxmaqla əkinlə məşğul olan əhalinin narazılığına səbəb olurdu. Monqol asılığına düşən yerli feodallar onlara torpaq və vergi siyasətini həyata keçirməkdə, eləcə də daxili və xarici düşmənlərə qarşı müharibələrdə kömək etməyə məcbur idilər.

Qeyd etmək lazımdır ki, yerli iri feodallardan bəziləri kənd təsərrüfatından və sənətkarlıqdan gələn gəliri artırmaq üçün, dövlət məmurlarının özbaşnalığına con qoymqğa, vergilərin miqdarı və qədərini dəqiqləşdirməyə çalışırdılar. Xüsusən, Azərbaycana təyin edilən Qurquzun canişinliyi zamanı məmurların özbaşnalığına son qoymqğa, vergilərin növü və miqdarını dəqiqləşdirməyə cəhdlər edildi.

Əhalidən alınan vergi əsasən canişinə və digər köçəri feodallara çatırdı, bu vəziyyət ona gətirib çıxartdı ki, canişinlik vəzifəsi üstündə ayrı-ayrı feodallar mübarizəyə başladılar. Bu vəziyyət Cintimur və Nusalın canişinliyi dövründə də baş vermişdi. Monqollar yerlərdə özlərini müstəqil ağa kimi aparırdılar. Əhalini sıxışdırır, onlardan qanunsuz vergi alır, digər tərəfdən qoşun qarətçiliklə məşğul olurdu. Bütün bunlar vergi verən əhalinin yoxsullaşması və var- yoxdan çıxmasına səbəb olurdu. Eləcə də ölkədə oturaq əhali ilə köçəri feodallar arasında münasibətləri kəskinləşdirirdi. Azərbaycanın siyasi və iqtisadi həyatında köçəri əyanların varlanması və güclənməsi, işğal edilmiş ərazilərdən gələn gəlirin mənimsənilməsində böyük marağı olan canişinləri də narahat edirdi. Azərbaycanı idarə edən Qurquzun canişinliyi dövründə, əkinçilik və şəhər həyatının dirçəldilməsi və xəzinə gəlirinin artırılması üçün görülən tədbirlər əlbəttə əhalinin vəziyyətinin yaxşılaşdırılması naminə edilmirdi.Yerli əhali köçəri əyanların 2(iki) qrupu tərəfindən; bir tərəfdən Ali Monqol Xaqanı tərəfindən təyin edilən canişinlər, o biri tərəfdən isə Azərbaycanın işğalında şəxsən iştirak edən və Azərbaycana öz şəxsi vilayəti kimi baxan Cormoqon noyon tərəfindən istismar edilirdi. Əmir Qurquzun öldürülməsindən sonra (1247/ 1248) da bu vəziyyət davam etmişdi. Qurquzdan sonra Azərbaycana canişin monqol Oyrat qəbiləsindən olan Arqun ağa təyin edilir. Vəzifəsinə başladığı gündən Arqun ağa köçəri əyanların özbaşnalığının qarşısını almağa çalışırdı. O, əyalətlərin mərkəzi hakimiyyətdən istər iqtisadi, istərsə də siyasi cəhətdən asılılığını gücləndirdi. 1254-cü ildə canişinliyə daxil olan bütün ərazilərdə əhalinin siyahiya alınmasını keçirdi.Arqun ağa dövründə vergi yığanların, dövlət məmurlarının və xaqan elçilərinin kəndli evlərində qalması, eıəcə də kəndlilərdən yemək şeyləri və atlar üçün yem tələb etmələri qadağan edilmişdi. Arqun ağa dövründə vergilərin miqdarı nisbətən dəqiqləşdirilsə də çox böyük idi, əhalinin əksər hissəsi tələb olunan vergini verə bilmirdi.

Monqol canişinlərinin, xüsusilə Arqun ağanın Azərbaycanda həyata keçirdiyi siyasətin əsas mahiyyəti yerli feodalların monqollardan asılılığının gücləndirilməsindən ibarət idi. Bu dövrdə siyahıyaalma onu göstərir ki, əhali var-yoxdan çıxmışdı. Onlar öz yaşayış yerlərini tərk edərək qaçırdılar. Ona görə də vergiləri yığmaq üçün vergi verən əhalinin dəqiq sayını bilmək vacib idi.Əhalinin əksər hissəsi monqollara düşmən münasibət bəsləyirdilər. İri torpağa sahib olan yerli feodallar olduqca çətin vəziyyətdə idilər. Onlar öz torpaqlarının əllərindən çıxması və gəlirlərdən məhrum olmaları ilə barışmaq istəmirdilər. Buna gorə də Ali Monqol Xaqanına tabe olan feodallar köçəri əyanlara güzəştə getməyə məcbur olurdular ki, bu da öz növbəsində onların köçəri əyanlardan asılılığını gücləndirirdi. Monqol feodalları ən münbit torpaqları ələ keçirmişdilər. Köçəri monqol əyanları nəinki maldarlıq üçün münasib yerləri, hətta əkin və bağ yerlərini də tuturdular. Monqollar Azərbaycanda möhkəmləndikdən sonra Kürlə Araz arasındakı geniş düzənliklərə çoxlu sürü və ilxı sürüb gətirmişdilər. Onlar dağlardakı çəmənliklərdən yay otlaqları, Kür vadisindən, Muğan və Qarabağ çöllərindən isə qış otlaqları kimi istifadə edirdilər. Əkinçiliyin çox kəskin bir şəkildə azaldılması hesabına köçəri heyvandarlıq xeyli qüvvətlənirdi ki, bu da qeyri- mütərəqqi bir hal idi. Monqol hücumu, bir çox başqa xalqlar kimi Azərbaycan xalqının da vəziyyətini pisləşdirdi. Şəhər və kəndlər dağıdılmış, əhali məhv edilmiş, əsir aparılmışdı. Lakin bir çox monqol əyanları başa düşürdulər ki, onların əsas gəlir mənbəyi bu ərazi və əhalidir. Quyuk xaqan Ali Xaqan olduqdan sonra yerli feodallara münasibət dəyişdi. Yerli feodallar öz torpaqlarını monqolların nəzarəti olmadan idarə etmək imkanı qazandılar.

Monqol hərbi- siyasi rəhbərlərinin özbaşnalığını yüngülləşdirən, az əhəmiyyətli olmayan başqa bir fakt da odur ki, öz planlarını həyata keçirərkən monqollar Azərbaycana gələcək qalibiyyətlərinin genişləndirilməsi üçün dayaq məntəqəsi kimi baxırdılar. Beləliklə, XIII əsrin əvvəlində dünya tarixində böyük rol oynamış monqol imperiyası yaranmış, 1239-1256-cı illərdə Azərbaycan və ona qonşu ərazilər bu nəhəng imperiyanın tərkibində olmuşdur. Ali Monqol Xaqanlığı adlandırılan bu dövlətdə köçəri monqol əyanların hakimiyyətinin güclənməsinə baxmayaraq, XIII əsrin 50- ci illərində İranda, ərəb İraqında, Ön Asiyanın digər ölkələrində elə ərazilər var idi ki, onlar nə iqtisadi, nə də strateji cəhətdən tabe edilməmişdi. Bu əraziləri tabe etmək üçün böyük hərbi ekspedisiya hazırlandı və həyata keçirmək üçün Ali Monqol Xaqanı Münke öz qardaşı Hülakü xanı başda olmaqla göndərdi.1253-cü ildə Hülakünün yürüşü ilə Azərbaycan və ona qonşu ərazilərdə yeni bir dövlətin yaranması vəziyyəti kökündən dəyişdi.



Скачать

© 2016, 1477 7

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!