СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Azərbaycan və Qərb alimləri

Категория: История

Нажмите, чтобы узнать подробности

    Bu məqalədə görkəmli alman filosofu Höte (1749-1837) və onun Azərbaycan haqqındakı fikirlərindən bəhs olunur. 

Просмотр содержимого документа
«Azərbaycan və Qərb alimləri»


Azərbaycan və Qərb alimləri

Şərq mövzusu-Şərq tarixi, fəlsəfəsi, mədəniyyəti və ədəbiyyatı əsrlərdən bəri Avropa aıim və yazıçılarının nəzər-diqqətini özünə cəlb etmişdir. Qərbi Avropanın bir çox sənətkarları Şərqə sənət məbədi kimi baxmış və Şərqin böyük mütəfəkkirlərindən bəhrələndiklərini gizlətməmişlər. Belə alimlərdən biri İ.V.Höte (1749-1837)olmuşdur. O, Şərqin məhşur şairlərinin, o cümlədən N.Gəncəvinin əsərləri ilə əvvəlcə Avropa şərqşünaslarının tərcümələri vasitəsilə tanış olmuş, sonra ərəb əlifbası və fars dilini öyrənib, 12 il Şərq tarixini və ədəbiyyatını mütailə etmişdir. Şərq tarixi, fəlsəfə və poeziyası ilə maraqlanan şair Firdovsi, Nizami, Rumi, Sədi, Hafiz kimi klassik yazıçıların əsərlərini öyrənir, onlar haqqında müəyyən qeydlər edir, özü də Şərq lirik poeziyası ruhunda aşiqanə əsərlər yazırdı. Hötenin tədqiqatçıları onun mövzu və ideya axtarışını keçmişə,başqa xalqların poeziyasını “Hicrət”adlandirmışlar. Bu isə məhşur “Qərb-Şərq divanı”nın yaranması ilə nəticələnmişdir. Romantizm üçün səciyyəvi olan Şərqə maraq “Divan”da öz dolğun əksini tapmışdır. Şair “Divan”a”qeydlər və tədqiqlər”adlanan böyük bir izah da yazmışdır. Höteyə görə, bütün şərqlilər anadan şair doğulur, onların istedadını isə oxucular yayırlar. Höte Şərq deyəndə müsəlman Şərqini, müsəlman aləmini nəzərdə tuturdu. O, Şərqin müdriklik, kamillik, hikmət ümmanı olduğunu görürdü. ”Qərb-Şərq divanı”nın maraqlı xüsusiyyətlərindən biri də onda N. Gəncəvinin həyat və yaradıcılığına verilən yüksək qiymətdir. Höte “Divan”da Nizami yaradıcılığının əsas mahiyyətinə daha çox diqqət yetirmiş, tədqiqat nəticəsində şairin həyatının bir sıra faktlarını dəqiq göstərməyə müvəffəq olmuşdur. Höte “Qərb-Şərq divanı”nın “Qeydlər”ində yazır: ”O (Nizami-red.) peşəsinə uyğun olaraq, səlcuqilər hökmranlığı altında sakit həyat keçirmiş və doğma şəhəri Gəncədə dəfn edilmişdir. ”Höte Nizaminin gəncəli olmasını söyləyərkən, şairin fəaliyyət dairəsinin Asiya və Avropa arasında yerləşməsinə də xüsusi əhəmiyyət vermiş, məhz bu cəhətin onun kifayət qədər bilik əldə etməsinə göstərdiyi köməyi nəzərə carpdırmağa çalışmışdır. N. Gəncəvi yaradıcılığına böyük əhəmiyyət verən Höte öz şair-müəllimini yüksək yaradıcılıq ilhamına malik olan bir şəxsiyyət kimi səciyyələndirir.

Dahi şairimiz Nizami əsrlər boyu istər öz vətənində, istərsə də digər Şərq və Qərb ölkələrində böyük şöhrət qazanmış, əsərləri haqqında maraqlı faktlar söylənilmişdir. Nizami “Xəmsə”sindən söz açan hər bir tədqiqatçı bu əvəzsiz sənət nümunələrinin umumbəşəri qiymətini verməyə çalışmışlar. Belə tədqiqatçılardan biri də Kembric universitetinin professoru Puben Levidir(1891-1966). Alimin 1970-ci ildə Amerikada nəşr olunan”İran ədəbiyyatına giriş”əsərində ingilis alimi doğru qənaətə gələrək, Nizaminin Gəncədə doğulmasını və azərbaycanlı olmasını vurğulayır. Lakin R. Levinin Nizamini Firdovsi ənənələrini davam etdirən bir şair kimi qələmə verməsi doğru deyil. Məhşur şərqşünas Y.E.Bertels yazır: ”Nizami Firdovsini dərindən öyrənmiş, onu sadəcə oxumaqla kifayətlənməmiş, onu tədqiq etmişdir. Nizaminin üslubu özünəməxsus idi. O, XII əsrin novator şairi olmuşdur. Firdovsi ilə Nizami arasındakı üslub mübarizəsində Firdovsi yox, Nizami qalib gəlmişdir”. R. Levinin bu fikri tamamilə doğrudur ki, Nizami öz əsərlərində həmişə həqiqəti qələmə almışdır. İngilis alimi Nizaminin öz sələflərindən üstünlüyünü düzgün qiymətləndirdiyi kimi, şairimizin sənət aləmində bir zirvə olduğunu da doğru müəyyənləşdirmişdir. O, Nizaminin böyüklüyünü onun əsərlərinin bəşəri məzmununda görür. Levinin Nizami ilə bağlı fikirlərində nəzərə çarpan səhv və yanlışlıqlar olsa da əsər Nizaminin ingilis oxucularına təbliği mənasında müəyyən rol oynayır.

Zəngin və çoxəsrlik Azərbaycan hələ lap qədimdən avropalıları maraqlandırırdı. Xüsusilə, fransızlar bu sahədə daha çox diqqəti cəlb edir. Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyəti, bu xalqın adət-ənənələri və dini görüşləri onların tədqiqat obyektinə çevrilirdi. Konkret olaraq, XVII-XIX əsrlərdə fransız alimlərinin Azərbaycanla bağlı tədqiqatlarına nəzər salaq. Məlumdur ki, hələ e.ə.-dan əvvəl Yunanıstan və Roma elm məktəblərində zərdüştlik əsas fəlsəfi təlim kimi öyrənilirdi. Odur ki, Diogen, Herodot, Strabon, Pompey və başqa mütəkəfirlərin əsərlərində Azərbaycan-onun qədim tarixi, ədəbiyyatı, fəlsəfəsi barədə ilkin məlumatlar verilib. Çox qədimlərdən Fransada yayılan hind və Şərq nağılları,”Avesta”abidəsi də Şərq və Azərbaycan haqqında təsəvvürlərin yaranmasında az rol oynamamışdır.

Sonralar, əsrlər keçdikcə, fransız səyyahları Azərbaycanı gəzib, vətənlərinə qayıtdıqdan sonra təəssüratlarını yazmış, tariximiz, ədəbiyyatımız və mədəniyyatımız haqqında qiymətli məlumatları xalqa çatdırmışlar. Səyyahların apardıqları qeydlər, yazdıqları ilk kitablar Fransada şərqşünaslığın əsasını yaratmışdır. Sözsüz ki, bu əsərlərdə səhvlərə də yol verilib. XVII əsrin ilk fransız səyyahlarından Pirar de Laval, Fransua Martən, de Feyn, de Bovo və başqaları yol qeydlərində Şərq və Azərbaycan haqqında daha geniş bilgilər verilib. Fransalıların Şərq ölkələri ilə əlaqələrinin qədimliyini təsdiqləyən sənədlərdən biri də Fransua Xavyenin 1545-ci ildə Hindistana göndərdiyi məktubdur. Məktubun surəti Fransanın Kral kitabxanasında qorunur. Məlumdur ki, bu ölkələr arasında gediş-gəliş çoxdan mövcud olmuşdur. XVII əsrdə Fransa Kral kitabxanasında işləyən Teveno Azərbaycana dair əlyazmalarını fransız dilinə tərcümə edərək, Şərq haqqında fond yaratmağa cəhd etmişdir. Məhz buna görə, müasir fransızlar Tevenonu “səyyahlar atası”adlandırmışlar. Daha sonrakı illərdə səyyahlardan Jan Şarden, Quz Fransua, Qranje Lui, Pule, Rodes Aleksandr, Tavernye, XVIII əsrdə Rober Porte, Janna Delafua, Vilot Jak, Motre Obri, Ferryer Sovbef, Avril Filipp Azərbaycana gəlmiş, yazdıqları səyahətnamələrində Azərbaycanın təbiəti, mədəniyyəti, yeri gəldikcə, klassik ədəbiyyatı barədə söz açmışlar. XIX-XXI əsrlərdə isə Azərbaycan-Fransa ədəbi, mədəni iqtisadi və siyasi əlaqələrində yeni mərhələ başlandı. Onlar Azərbaycanı yer kürəsinin xalça mərkəzi adlandırırlar. Azərbaycanda 1200 sənət növü olduğunu qeyd edirlər. Fransız səyyahlarının əsərlərində ən maraqlı yerlərdən biri də Azərbaycan musiqisi haqqındadır. Fransız səyyahı Öjen Oben yazır ki, Azərbaycan musiqisində sözsüz çalınan havalara rəng, sözlə çalınan havalara isə təsnif deyilir. Havaların ritmini isə nağara “təyin”edir... Əvvəllər Azərbaycan havalarının hamısı 12 muğamdan ibarət idi. Bunlara birlikdə “Dəsgah”deyilir. Öjen Oben qeyd edir ki, Şimali Afrikada da “Dəsgah”a uyğun “Nuba”musiqi növü mövcuddur. Şərqşünas Şur, Mahur, Humayun, Dügah, Segah və c.muğamların adını çəkir. Amma o, Azərbaycan muğamındakı 6 avaz və törəmə məqamlar olan 24 şöbədən söhbət açmır.

Qərb alimlərinin əsərlərində Azərbaycana aid digər çoxlu sayda məlumatlara da rast gəlmək olar. Bu bir daha onu sübut edir ki, Azərbaycan istər qədim, istər orta, istərsə də müasir dövrdə dünya şərqşünaslarının diqqətindən yayınmır. Əlbəttə,bu araşdırmalarda ciddi qüsurlara da yol verilib. Onları tədqiq etmək, müasir oxuculara çatdırmaq isə Azərbaycan ziyalılarının mühüm vəzifələrindəndir.



Əsədli Seyyub Əsəd oğlu

Şirvan şəhər T.Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, 2015 -2016-cı dərs ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi

1



Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!