СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Batı xanın mirası və vərəsələri

Нажмите, чтобы узнать подробности

Batı xanın vəfatından sonra Qızıl Orda dövləti təxminən iki əsr yarım beynəlxalq ticarətin inkişafında əhəmiyyətli rol oynamışdır. Əvvəlki dövrlərdə heç vaxt Asiya ilə Avropa arasında Qızıl Orda dövlətinin mövcudluğu dövrü kimi ticarət əlaqələri olmamışdır. Orta əsrlərin ən qüdrətli dövlətinin sərhədləri şəqrdə İrtış çayından, qərbdə Dunay çayı sahillərinə qədər uzanırdı.

Просмотр содержимого документа
«Batı xanın mirası və vərəsələri»

Batı xanın mirası və vərəsələri



Batı xanın vəfatından sonra Qızıl Orda dövləti təxminən iki əsr yarım beynəlxalq ticarətin inkişafında əhəmiyyətli rol oynamışdır. Əvvəlki dövrlərdə heç vaxt Asiya ilə Avropa arasında Qızıl Orda dövlətinin mövcudluğu dövrü kimi ticarət əlaqələri olmamışdır. Orta əsrlərin ən qüdrətli dövlətinin sərhədləri şəqrdə İrtış çayından, qərbdə Dunay çayı sahillərinə qədər uzanırdı.

Batı xanın səyi nəticəsində onun imperiyasında ən ucqar əyalətlərlə belə əlaqə saxlamaq üçün yam(rabitə) xidməti yaradılmış, əhali siyahıya alınmış, vergi xidməti qanuniləşdirilmiş, kömrük xidməti yaradılmış və bütün ölkə daxilində işlək vahid qanunlar qəbul edilmişdi. Eləcə də bu nəhəng ölkədə dünya tarixində ilk dəfə olaraq vahid pul sistemi yaradılmışdı. Batı xan iri ticarət şəhərləri - Krım, Macar, Ukek, Kazan, Hacı Tərxan (Astarxan) və Saraycuq kimi şəhərlərin əsasını qoymuşdur. Onun hakimiyyəti dövründə Qızıl Orda dövlətində təqribən 150 yeni şəhər və minlərlə kənd salınmışdır. Qızılorda xanları ticarəti, sənətkarlığı və şəhər mədəniyyətini yüksəltməyə həmişə çalışmışlar. Bütün bunlara görə öz dövrünün ən güclü, qüdrətli və möhtəşəm dövlətini yaradan Batı xan “Sayın xan” (“ Hörmətli xan”) adı ilə tanınmışdır. Heç təsadüfü deyildir ki, Batı xana “nəslin ağsaqqalı”- “ Böyük” titulu verilmişdi.

Ərəb və müsəlman səyyah və coğrafiyaçıları Batı xanın torpaqlarını “Qıpçaq xanın torpaqları” və yaxud “Qıpçaq torpaqları” (“Dəşt- i Qıpçaq”) adlandırırdılar.

Ərəb tarixçisi əl - Öməri belə yazır:” ...lap qədimlərdən bu dövlət qıpçaqlar dövləti olmuşdur.Ancaq tatarlar (türklər) bu dövlətə gəldikdən sonra qıpçaqlar onlara tabe oldular”. Sonra əlavə edir “...tatarlar qıpçaqlarla qaynayıb - qarışdılar və yurd, torpaq sahibi oldular, eyni qan xüsusiyətləri onlara yad deyildi. Onlar birləşdilər, qıpçaq torpaqlarında məskunlaşdılar”.

Batı xan Qızıl Orda xalqının rifah içində yaşaması üçün çox işlər görmüşdür.Bu barədə xarici səyah və səfirlər də məlumat vermişdirlər: Məsələn, Plano Karpini bu barədə yazır: “ Böyük çölün sakinləri mal-qara (dəvə, kəl, qoyun, keçi və atlarla) zəngindirlər. Onlar o qədər böyürən heyvanlara sahibdirlər ki, dünyada bu qədər heyvan biz görməmişik. Qızıl Orda dövlətinin ərazisinin çox hissəsini köçəri maldarlıqla məşğul olan əhali təşkil edirdi. Bununla bərabər bu dövlətdə kənd təsərrüfatı ilə yanaşı yüksək şəhər mədəniyyətinin inkişaf etdiyi şəhər mərkəzləri də var idi. Bunlar Krım, Şimali Qafqaz, Bulqar, Aşağı Volqaboyu və Xarəzmdə yerləşən şəhərlər idi. Batı xandan başlayaraq qızılordaxanları şəhər mədəniyyəti, sənətkarlıq və ticarət imkanlarının beynəlxalq səviyyədə yüksəlməsinə çalışmışlar. Avropadan Çinə karvan yüklərinin keçməsinin təhlükəsizliyi məsələsi Qızıl Orda xanlarının xüsusi nəzarətində olardı və bu məsələ onlar üçün daim narahatlıq doğurardı.Bu yolla təkcə Avropa və Çin tacirləri mal aparmırıdlar, eləcə də rus knyazlıqlarından, Krımdan, Qafqazdan, Aşağı Volqaboyundan, Bulqariyadan, Xarəzmdən, Mərkəzi Asiya, Sibir və Monqolustandan yüklər daşınardı.

O dövrdə çoxları hesab edirdilər ki, dünyanın bütün tacirləri görüş yeri kimi Qızıl Orda dövlətini seçmişlər. Bu barədə müsəlman səyyahlar əl - Öməri və ibn Bətutə də məlumat vermişlər. Onlar qeyd edirlər ki, Qızıl Orda dövlətinin paytaxtında müxtəlif ölkələrdən çoxlu tacirlər yaşayırlar. Bu tacirlərə məhşur ipək parçaları almaq üçün Çinə getmək lazım deyildir, onlar istədikləri malları elə Qızıl Orda bazarlarından da ala bilərlər. Müsəlman səlnaməçi əl-Cüzcani XIII əsrdə yaşamışdır və o Qızıl Orda dövlətinin meydana gəlməsinin şahidi olmuşdur. Bu baxımdan onun məlumatları daha etibarlıdır. O yazır: “Batı xan çox ədalətli insandır və o müsəlmanların dostudur. Onun himayəsi altında müsəlmanlar sərbəst işləyib, rahat yaşayırlar. Onun düşərgəsində və tayfasının yaşadığı yerdə çoxlu sayda məscidlər inşa edilmiş, camaat öz imam və müəzzinləri ilə birgə ibadət edirlər. Onun hökmranlığı dövründə islam ölkələrindən gələn heç kim nə ondan, nə onun tabeliyində olanlardan, nə də ki, onun əsgərlərindən heç bir pislik görməmişdir. Batı xanın sayəsində Türkistan müsəlmanları əmin-amanlıq və təhlükəsizlik şəraitindədirlər. Monqolların hakimiyyəti altında olan bütün torpaqlarda Batı xanın idarəedənləri mövcuddur”. Bu sözləri 1283-cü ildə vəfat etmiş digər müsəlman səlnaməçi əl-Cüveyni də təsdiq edir. O “Dünya Fatehinin tarixi” adlı əsərini səmimiyyətlə yazılmış və bu əsərdə monqol hakimiyyətini açıq şəkildə tərifləmişdir. Məlum olduğu kimi, əl-Cüveyni ömrünün çox hissəsinin monqol hakimiyyəti illərində yaşamışdır. Eləcə də Monqol imperiyasının bütün torpaqlarını - şərqdən qərbə qədər (o, dövrdə Hülakülər dövlətinin ən ucqar şəhəri olan Bağdad da adxil olmaqla) gəzmişdir. Bu baxımdan Batı xan və onun yürütdüyü siyasət barədə əl-Cüveyninin fikirləri olduqca maraqlıdır. Əl-Cüveyni məlumat verir ki,”Batı xan İdil çayı sahilində ordugah qurdu və orada şəhər saldırdı və onu Saray adlandırdı. Onun hakimiyyəti bütün əraziyə yayıldı. Batı xan heç bir iman və məzhəblərə qarışmayan bir hökmdardır. O, tanrıya inanan insan olmaqla yanaşı heç bir məzhəb və dinin təqibçisi deyildir. Onun lütfünü, comərdliyini və səxavətini hesablamaq mümkün deyil. Qonşu hökmdarlar, dünyanın müxtəlif ölkələrinin hakimləri və başqa şəxslər onun yanına təzim etmək üçün gəlirlər. Gətirilən hədiyyələri xəzinəyə verməzdən əvvəl xan onlardan monqollara, müsəlmanlara və yığıncaqda iştirak edən hər kəsə pay verir. Onlara qarşı olduqca diqqətli davranır. Tacirlər ona müxtəlif mallar gətirərdilər. Batı xan bu məhsullara baxar və dəyərindən ikiqat artıq pulunu ödəyərdi. Rum sultanına, Suriya və digər ölkələrin hökmdarlarına Batı xan imtiyaz məktubları, yarlıqlar verərdi. Onun yanına gələnlər heç vaxt əliboş geri qayıtmazdılar. Bu münasibət təkcə müsəlmanlara deyil, digər dinə etiqad edənlərə də göstərilirdi.

Məsələn, XIII əsrdə yaşamış tarixçi Gəncəli Kirakos öz səlnaməsində şahidi olduğu məsələlərdən yazır. Onun monqol fəthlərindən əvvəl yerli aristokratiyaya (P.S. Alban türklərinə)mənsub olan Qafqaz torpaqlarının dirçəldilməsi barədə verdiyi məlumatlar maraq kəsb edir. Gəncəli Kirakos yazır: “Batının yanına incidilmiş və vətəndən məhrum edilmiş kral və şəhzadələr, knyazlar və tacirlər gələrdilər. Xan onları dinləyər, ədalətli qərar qəbul edər, onların hüquqlarının bərpa edilməsi üçün fərmanlar verərdi. Kimsə onun iradəsinə qarşı çıxmağa cəsarət etməzdi”.

Batı xan haqq - ədalətli bərpa etməklə yanaşı həm də çoxlu sayda yeni şəhər və kəndlərin salınması ilə də məşğul olmuşdur. Onun paytaxt kimi saldırdığı böyük və əzəmətli şəhər öz adı ilə Saray-Batı adlanırdı. Tarixi ədəbiyyatlarda bu şəhər həm də Köhnə Saray adı ilə də tanınır. Təəssüflər ki, müasir dövrdə bu şəhərin ancaq xarabalıqları qalır. Lakin arxeoloji qazıntılar sübut etmişdir ki, şəhər öz dövründə ən böyük ticarət və sənətkarlıq mərkəzi olmuşdur. Bu şəhər İdil və Jayıka çayları arasında mövcud olmuşdur. Bu bölgənin dövlətin mərkəzinə çevrilməsi üçün bir çox üstünlükləri olmuşdur. Onlardan biri də münbit kənd təsərrüfatı sahələrinin olması və şəhərlərin çoxluğu idi. Həm də bu ərazi heyvandarlıq üçün də əlverişli idi. Məhz bu ərazidə köçəri və oturaq əhali bir-biri ilə qaynayıb - qarışmışdılar. Bu da yerli əhalinin həyatında mühüm rol oynamışdır. Qızıl Orda kimi zəngin və qüdrətli dövləti yalnız güclü və müdrik hökmdar idarə edə bilərdi.

Yazılı qaynaqlarda Batı xanın ancaq üç oğlunun adı çəkilir. Bunlar Sartaq, Əbuxan və Tuqandır (Tutuxan). Güman ki, bu uşaqlar Batı xanın ən böyük xanımı Buraqcin - Xatundan doğulanlardır. Buna görə də səlnaməçilər bu uşaqlara diqqət ayırmış və Batı xanın digər vərəsələrindən söhbət açmamışlar.

Orta əsr müəllifləri Batı xanın ölümündən sonra Qızıl Orda dövlətinində baş verən hadisələrdən ötəri məlumat verirlər. Lakin onlar da Batı xanın ölümündən dərhal sonra bütün Monqol imperiyasında müəmmalı ölümlər və hakimiyyət uğrunda mübarizənin başlandığını gizlətmirlər. Məsələn, Əbül-Qazi Bahadur xan özünün “Türklərin şəcərə ağacı” əsərində yazır ki, “ Batı xanın ölümündən sonra Münke Xaqan onun yerinə oğlu Sartaqı Qıpçaq xanı təyin etdi, lakin Sartaq tezliklə öldü. Sonra Ulaqıç xan elan edildi, lakin o da bir müddətdən sonra vəfat etdi. Ondan sonra Münke Xaqan Cucinin üçüncü oğlu Bərkəni xan təyin etdi”. Qeyd etmək lazımdır ki, o dövrdə bütün hökmdarları Böyük Xaqan özü təyin edirdi, çünki Qızıl Orda da daxil olmaqla bütün ərazilər Monqol imperiyasının tərkib hissələri sayılırdı. Bərkənin rəsmi hakimiyyəti 1258-ci ildən Münke Xaqanın onu xan təyin etməsi ilə başlayır. Bir çox müasir tarixçilər hesab edirlər ki, Bərkənin hakimiyyəti 1256-cı ildən, Batı xanın ölümündən sonra başlamışdır. Bu suala birmənalı cavab vermək ona görə çətindir ki, orta əsr tarixçiləri bu məsələdə qarışıqlıq yaratmışlar. Bəzi tarixçilər isə Qızıl Ordada qısa müddətə hakimiyyətdə olan hökmdarlar barədə ümumiyyətlə heç bir məlumat verməmişlər.Bu məsələlərin o dövrün yazılı qaynaqlarına və müasir dövr tarixşünaslığına istinadən araşdırılmasına daha çox ehtiyac vardır.



Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11№-li tam orta məktəbin tarix müəllimi,

2015-ci ildə keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi






Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!