СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

“Dəməşq poladı” nədir ?

Категория: История

Нажмите, чтобы узнать подробности

Dəməşq(Şam) ustalarının hazırladığı bu soyuq silahlar öz möhkəmliyinə görə həmişə fərqlənmişdir.Avropalılar bu silahlarla xaç yürüşləri zamanı tanış olmuş və bu metala heyran qalmışdılar. 

Просмотр содержимого документа
«“Dəməşq poladı” nədir ?»

“Dəməşq poladı” nədir ?

Dəməşq(Şam) ustalarının hazırladığı bu soyuq silahlar öz möhkəmliyinə görə həmişə fərqlənmişdir.Avropalılar bu silahlarla xaç yürüşləri zamanı tanış olmuş və bu metala heyran qalmışdılar. Onlar hesab edirdilər ki, belə metaldan hazırlanan qılınclar bütün digər metalları, hətta daşı belə bir dəfəyə kəsə bilər. Müasir alimlərin fikirlərinə görə Dəməşq metalının belə möhkəm olmasının səbəbi tərkibində böyük miqdarda karbonun və müxtəlif metal ərintilərinin qarışığından ibarət olmasıdır. Bu günün özündə də bu istehsal texnologiyasını yenidən qurmağa cəhdlər edilmiş, lakin alimlər buna nail ola bilməmişlər. Ən qəribəsi isə odur ki, o dövrdə ibtidai texniki vasitələrin olduğu bir zamanda, belə yüksək keyfiyyətli texnologiyaya necə nail olunmuşdur?

Dəməşq metalı haqqında ilk məlumatlar 540-cı ilə aid edilsə də, hesab olunur ki, bu möhkəm davamlılığa malik olan metaldan hələ Makedoniyalı İsgəndər dövründən istifadə edilmişdir. Bu polad məmulatlardan Hindistanda bıçaq düzəldilərmiş. Sonralar isə bu məmulatlardan İranda döyüş üçün müxtəlif silahlar və zireh hazırlanırmış. Dəməşq metalının yayılma coğrafiyası İslamın yayılma məkanına uyğun gəlsə də, marqlı fakt ondan ibarətdir ki, islamdan əvvəkli zamanlarda bu metal türklərdə polad adı ilə tanınırdı. Bunu rus tarixçiləri də təsdiq edirlər. Rus mənbələrində bu metal “ булат”(pulat) yəni - polad adlandırılır və türklərə məxsus olduğu təsdiq edilir. Metalın “Dəməşq poladı” adlandırılmasının səbəbi isə xaç yürüşləri zamanında ilk dəfə bu metalla tanış olan səlibçilərin sayəsində olmuşdur. Onlar ilk dəfə poladla Dəməşq şəhərdə tanış olmuş və ona görə də belə adlandırmışlar. “Dəməşq poladı”.....

Əsədov Seyyub Əsəd oğlu

Şirvan şəhər 11№-li tam orta məktəbin tarix müəllimi, 2015-ci ilin “Ən yaxşı müəllimi” müsabiqəsinin qalibi






Скачать

© 2016, 1182 5

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!