СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

...ermənilərin Azərbaycana qarşı deportasiya siyasəti və onun nəticələri.

Категория: История

Нажмите, чтобы узнать подробности

Hər il mart ayının 31-i ölkəmizdə dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur. Bu təqvim son yüz ildə Azərbaycan tarixində baş vermiş faciəli hadisələrin xalqın yaddaşındakı qanlı izlərini özündə əks etdirir. Erməni millətçilərinin xalqımıza qarşı apardığı təcavüz, zorakılıq, soyqırım və deportasiya siyasəti  uzun bir tarixə malikdir. 

Просмотр содержимого документа
«...ermənilərin Azərbaycana qarşı deportasiya siyasəti və onun nəticələri.»


...ermənilərin Azərbaycana qarşı deportasiya siyasəti və onun nəticələri.

Hər il mart ayının 31-i ölkəmizdə dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur. Bu təqvim son yüz ildə Azərbaycan tarixində baş vermiş faciəli hadisələrin xalqın yaddaşındakı qanlı izlərini özündə əks etdirir. Erməni millətçilərinin xalqımıza qarşı apardığı təcavüz, zorakılıq, soyqırım və deportasiya siyasəti uzun bir tarixə malikdir.

Tarixi hadisələrin düzgün işıqlandırılması problemi bu gün bəşəriyyəti düşündürən vacib məsələlərdəndir. Azərbaycan xalqının həyatında isə elə böyük tarixi faciələr vardır ki, onlar haqqında hələ də gənc nəslin, eləcə də dünya ictimaiyyətinin lazımi səviyyədə məlumatı yoxdur. Ziyalılarımız, alimlərimiz uzaq və yaxın keçmişimizdə baş verən hadisələri yazmaq, təfsilatı ilə gələcək nəslə çatdırmaq üçün öz vətəndaşlıq borcunu yerinə yetirməlidirlər. Bu mənada ermənilərin əsrlərdən bəri bəşəriyyət əleyhinə törətdikləri cinayətləri, xüsusilə azərbaycanlılara qarşı apardıqları soyqırım və deportasiya siyasətini araşdırıb beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq mühüm problemlərdəndir.Tarixi qaynaqlarla tanışlıq zamanı, ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğınlar, deportasiya siyasətləri barədə məlumatları oxuduqca insanlıq əleyhinə yönəlmiş vəhşi xislətli əməl sahiblərinə qarşı nifrət birə-min artır.

İstər çar Rusiyası dövründə, istərsə də Sovet hakimiyyəti illərində erməni siyasi dairələri tarixi şəraitin verdiyi fürsətdən istifadə edərək öz məkrli niyyətlərini həyata keçirmişlər. Ermənilərin azərbaycanlılara qarşı XX əsrdə həyata keçirdikləri kütləvi qırğınlar, soyqırım və deportasiya aksiyaları məhz müəyyən tarixi şəraitin onlara verdiyi fürsətin nəticəsi idi.

Azərbaycanlılara qarşı müntəzəm olaraq yeridilən bədnam soyqırımı və deportasiya siyasətinin yüzillərlə ölçülən uzun tarixi vardır. XIX əsrin əvvəllərindən başlayaraq, ardıcıl olaraq tarixi Azərbaycan torpaqlarında ermənilər kütləvi surətdə məskunlaşdırılmışlar. Qafqazda Ermənistan dövlətinin yaradılması, azərbaycanlıların ata-baba yurdlarından qovulması, onların deportasiyası prosesi məqsədyönlü şəkildə həyata keçirilmişdir. Soyqırım və deportasiya prosesi mərhələlərlə, müxtəlif tarixi şəraitdə, düşünülmüş planlar əsasında yerinə yetirilmişdir. Ermənilər xalqımıza qarşı daim millətçilik, şövinizm ruhunda tərbiyə olunmuşdurlar.

1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası ermənilərin və onların havadarlarının II Dünya müharibəsinin sonunda Sovet İttifaqının üstün mövqeyə çıxması ilə yaranan şəraitdən bəhrələnmək siyasətinin növbəti mərhələsi oldu.
1944-cü ilin iyununda Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Qurgen Arutinov məşhur sovet tarixçisi akademik Yevgeni Tarleni İrəvana dəvət edərək, onunla “Qərbi Ermənistan”ın Sovet Ermənistanına “qovuşdurulması” aspektlərini müzakirə etmişdi. Nəticədə akademik Tarlenin Sov.İK(b)P MK-ya təqdim etdiyi arayış SSRİ Xalq Komissarları Sovetinin sədri İosif Stalinin yanında müzakirə edilsə, də heç bir qərar qəbul edilməmişdi. 
II Dünya müharibəsinin sonlarına yaxın ermənilərin Türkiyəyə qarşı ərazi iddiası ilə SSRİ-nin Türkiyəyə hücum etmək planları üst-üstə düşürdü. İ. Stalin Rusiya ilə Türkiyənin 1914-cü il sərhədlərini bərpa etmək, yəni Qars və Ərdahan vilayətlərini yenidən Türkiyədən qoparmaq istəyirdi. Lakin Türkiyədən qoparılması nəzərdə tutulan ərazilərin məskunlaşdırılması problemi qarşıya çıxmışdı. Bu problemin xaricdə məskunlaşan Türkiyə əsilli ermənilərin hesabına həll edilməsi nəzərdə tutulurdu. Stalin təqribən 100 min erməninin immiqrasiyasını təşkil etmək haqqında tezliklə hökumətin qərarının olacağını bildirir və Eçmiədzin kilsəsinin bu işdə köməklik göstərməsini istəyirdi. Ermənilərin xaricdən Ermənistana köçürülməsinə və paralel olaraq, azərbaycanlıların deportasiya edilməsinə ciddi hazırlıq görülürdü.

Sovet hökuməti azərbaycanlıların Ermənistandan köçürülməsinin (əslində, deportasiya edilməsinin) zəruriyyətini Mingəçevir su anbarı tikilib istifadəyə verildikdən sonra Kür-Araz ovalığında yeni suvarılan torpaq sahələrinin yaranacağı və həmin torpaqlarda pambıq yetişdirmək üçün işçi qüvvəsinə ehtiyac olacağı ilə əsaslandırmağa çalışrdı.
1945-ci il mayın 15-də Ermənistan Kommunist (b) Partiyası Mərkəzi Komitəsinin birinci katibi Q. Arutinov məktubla İ. Stalinə müraciət edərək, xaricdə yaşayan ermənilərin Sovet Ermənistanına “qaytarılması” haqqında qərarın qəbul edilməsini xahiş edir. Arutinov 300 mindən artıq erməninin Sovet Ermənistanına can atdığını, lakin ilk öncə “mövcud ədalətsizliyin” aradan qaldırılmasını - yəni Dağlıq Qarabağ və Naxçıvan məsələsinin həll edilməsini xahiş edir. SSRİ Xalq Komissarları Soveti 21 noyabr 1945-ci il tarixdə “Ermənilərin xaricdən Sovet Ermənistanına qayıtmaları ilə əlaqədar tədbirlər haqqında” qərar qəbul edir.

Əslində köçürülüb gətirilən ermənilər heç vaxt indiki Ermənistan ərazisində yaşamamışdılar. Lakin Sovet İttifaqının ərazisinə daxil olduqları andan etibarən SSRİ vətəndaşı statusu verilməsi qərara alınır. Təkcə 1946-cı ildə Suriya, Yunanıstan, Livan, İraq, Bolqarıstan və Rumıniyadan 50 min 900 nəfər erməni immiqrasiya edilir. 1947-ci ildə Fələstin, Suriya, Fransa, ABŞ, Yunanıstan, Misir, İraq və Livandan 35,4 min nəfər erməni qəbul edilərək Ermənistanda yerləşdirilir.

Tarixçilər SSRİ-nin Türkiyəyə qarşı ərazi iddiasını II Dünya müharibəsindən sonra SSRİ ilə Qərb dövlətləri arasında “soyuq müharibənin” başlanğıc mərhələsi kimi izah edirlər.

Ermənilər Sovet hökumətinin köməyi ilə Qars və Ərdahanı ələ keçirmək fürsətini əldən versələr də, 100 mindən artıq azərbaycanlı əhalinin tarixi-etnik torpaqlarından deportasiya edilməsinə nail oldular.

1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar qəbul edir. Həmin qərarda göstərilirdi ki, 1948-1950-ci illərdə könüllülük prinsipi əsasında Ermənistan SSR-də yaşayan 100 min kolxozçu və digər azərbaycanlı əhali Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülsün. Qərarın 1-ci bəndində 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min və 1950-ci ildə 50 min nəfərin köçürülməsi nəzərdə tutulurdu. Həmin qərarın 11-ci bəndində göstərilirdi ki, Ermənistan SSR Nazirlər Sovetinə icazə verilsin ki, azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar onların boşaltdıqları tikililəri və yaşayış evlərini xaricdən Ermənistana gələn ermənilərin yerləşdirilməsi üçün istifadə etsinlər. “Digər azərbaycanlı əhali” kateqoriyasına açıqlıq gətirilməsə də, aydın olurdu ki, bu kateqoriya altında Ermənistanın şəhərlərində yaşayan fəhlələr və kolxozçu olmayan azərbaycanlıların köçürülməsi nəzərdə tutulurdu. 10 mart 1948-ci il tarixdə SSRİ Nazirlər Soveti 23 dekabr 1947-ci il tarixli qərarına əlavə olaraq “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında” ikinci qərar qəbul etmişdir.

1948-ci ilin sonunda Azərbaycan SSR Nazirlər Sovetinin sədri Teymur Quliyev SSRİ Nazirlər Soveti sədrinin müavini V. Malenkova ünvanlandığı 27 dekabr 1947-ci il və 10 mart 1948-ci il tarixli yuxarıda sadalanan qərarlarının yerinə yetirilməsinin vəziyyəti haqqında hesabat xarakterli məktubunda Kür-Araz ovalığına köçürülən əhali üçün bütün zəruri şəraitin olmadığı - yaşayış üçün mənzillərin olmaması, torpağın yararlı hala salınmaması, su təchizatının həll edilməməsi, sanitar-profilaktik müəssisələrinin olmaması vurğulanırdı.

SSRİ hökumətinin azərbaycanlıların köçürülməsi haqqında verdiyi qərarlar Ermənistan hökumətinə şans vermişdi ki, İrəvan ətrafında və Ermənistanın sərhədləri boyunca mövcud olan azərbaycanlı yaşayış məntəqələrini köçürmək yolu ilə birdəfəlik xəritədən silə bilsin.

Arxiv sənədlərində İrəvan şəhərindən azərbaycanlıların deportasiyasına dair faktlar öz əksini tapmışdır.

Köçürülənlər əsasən onların Ermənistanda yaşadıqları rayonların iqlim şəraitinə uyğun olmayan, Zərdab, Əli-Bayramlı, Kürdəmir, Göyçay, Tərtər, Salyan, İmişli, Sabirabad, Beyləqan, Yevlax, Ucar, Saatlı rayonlarında yerləşdirilmişdilər ki, onların da bir qismi yoluxucu xəstəliklərə düçar olaraq tələf olmuşdular. 
Köçürülənlər üçün yeni mənzillər tikilib istifadəyə verilmədiyindən onlar əsasən ictimai binalarda, yararsız tikililərdə, anbarlarda, tövlələrdə, yerli əhalini sıxışdırmaq yolu ilə onların mənzillərində yerləşdirilmişdi.

1953-cü ildə İ.Stalinin ölümündən sonra azərbaycanlıların tarixi-etnik torpaqlarından deportasiyası sürəti azalmış və yaşayış şəraiti ağır olan əhalinin öz əvvəlki yer-yurdlarına geriyə qayıtması prosesi sürətlənmişdir.
Azərbaycanlıların deportasiyası nəticəsində Ermənistan rəhbərləri Qərbi Azərbaycanda azərbaycanlıların izinin silinməsinə nail oldular.
Ermənistandan azərbaycanlıların deportasiyası başa çatdırıldıqdan sonra digər bir prosesə start verildi. Ermənistanda yaşayan əhalinin azalmasını bəhanə edərək rayon və respublika miqyasında müəyyən vəzifələr tutan azərbaycanlı kadrların ermənilərlə əvəz edilməsi aksiyası həyata keçirildi.

1948-53-cü illər deportasiyası nəticəsində İrəvan şəhərinin azərbaycanlı əhalisi yarıbayarı azalmışdı.

Araşdırmalar göstərir ki, azərbaycanlıların indiki Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından köçürülməsi (deportasiyası) haqqında SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli qərarı artıqlaması ilə yerinə yetirilmişdir. Həmin qərarla Ermənistanın 22 rayonundan 100 min azərbaycanlının köçürülməsi nəzərdə tutulmuşdusa da, əslində, adi insan hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları zorakı üsullarla həyata keçirilmiş, 24 rayondan və İrəvan şəhərindən (200-dən artıq yaşayış məntəqəsindən) təqribən 100 min nəfər azərbaycanlı deportasiya edilmişdir.

Xalqımıza qarşı bu qəddar tədbirlərə, soydaşlarımızın həyatına və əmlakına qarşı zorakılıqlara yalnız 50 il keçdikdən sonra hüquqi qiymət verildi. 1997-ci il dekabrın 18-də Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin imzaladığı fərmanla 1948-53 - cü illərdə Ermənistandan azərbaycanlıların kütləvi deportasiyası etnik təmizləmə və soyqırımı siyasəti kimi qətiyyətlə pislənildi. 1998-ci il 26 mart tarixli digər fərmanla “31 mart azərbaycanlıların soyqırımı günü” elan edildi.

Beynəlxalq ictimaiyyət hələ də 1948-1953-cü illərdə Azərbaycan xalqının başına gətirilən bu faciənin miqyasından xəbərsizdir.

(mənbə: Azərbaycan Respublikası Prezidenti Kitabxanası)



Mən belə düşünürəm...

Mən yanvaram... Yuxusuz gecələrdə meydanlarda tonqal qalayıb xalqının xoş gələcəyini xəyallarında quran, əslində isə öz ölümünü gözləyən şəhidlərin haqq səsiyəm.

Mən fevralam - Xocalı faciəsini gözləri ilə görən fevral... Bu gözlər əsrin ən dəhşətli faciəsini gördü…



Mən Martam - 31 mart. Mən yeni açilmiş yaz çicəklərinin üzərinə səpələnmiş günahsız qurbanların saçlarını darayan sərin səhər mehiyəm...

Mən apreləm... Ötən il döyüşə atılan Azərbaycan əsgərinin nərə səsiyəm.

Gün o gün olsun, torpaqlarımız işğaldan azad olsun!

Gün o gün olsun, Azərbaycan birləşsin, vahid olsun!





2



Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!