СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Fəzlullah Rəşidəddin və onun 1957-ci ildə Bakıda rus dilində nəşr edilmiş “Cami ət - təvarix” əsəri

Категория: История

Нажмите, чтобы узнать подробности

Hülakü Əbu Səid hakimiyyətə gəldikdə saray çəkişmələrini sevməyən Fəzlullah Rəşidəddin istefa verir .... Onun babası N. Tusi ilə birlikdə Ələmut qalasında İsmaili təriqətinin icbari “qonağı “ olmuşdur... 

Просмотр содержимого документа
«Fəzlullah Rəşidəddin və onun 1957-ci ildə Bakıda rus dilində nəşr edilmiş “Cami ət - təvarix” əsəri»


Fəzlullah Rəşidəddin və onun 1957-ci ildə Bakıda rus dilində nəşr edilmiş “Cami ət - təvarix” əsəri

Azərbaycan tarixinə,eləcə də Yaxın Şərq tarixinə aid əhəmiyyətli əsərlərdən biri tarixçi, həkim və filosof, gorkəmli dövlət xadimi Fəzlullah Rəşidəddinin(1247-1318) “Cami-ət-təvarix”əsəridir. Bundan başqa dövrün sosial-iqtisadi tarixini araşdırmaq üçün “Mukatebate-Rəşidi”adı ilə tanınan “Rəşidəddinin məktubları”nın da əhəmiyyəti vardır. Fəzlullah Rəşidəddin Hülakü hökmdarı Abaqa xanın (1265 - 1282) dövründə baş həkim, Mahmud Qazan xanın (1295 1304), Məhəmməd Olcaytu xanın (1304-1318) baş vəziri, şəxsi həkimi və saray tarixçisi olmuşdur. Hülakü Əbu Səid hakimiyyətə gəldikdə saray çəkişmələrini sevməyən Fəzlullah Rəşidəddin istefa verir .... Onun babası N. Tusi ilə birlikdə Ələmut qalasında İsmaili təriqətinin icbari “qonağı “ olmuşdur... . (P.S. Azərbaycan tarixinin ustad bilicisi, tarix elmləri doktoru, professor rəhmətlik Seyidağa Onullahinin mühazirələrindən).
“Fəzlullah Rəşidəddinin oğlu Şihabəddinə məktubu!
... dövləti ordu qazanır,- dövlətin ordudan başqa gəlir ağacı yoxdur, ordunu isə vergi (mal) hesabına saxlamaq olar,- vergisiz qoşun yoxdur, vergi isə rəiyyətdən alınır, - rəiyyətdən başqa vergi verən yoxdur, rəiyyəti isə ədalət hesabına saxlamaq olar; - (deməli ) ədalət yoxdursa, rəiyyət də yoxdur.” (VIII sinif. Azərbaycan tarixi. Bakı 2009. səh.76).

Maraqlıdır! Görəsən Fəzlullah Rəşidəddin milliyyətcə kim olub?...
Tarixi fakt : 
1318 - ci ildə zəhərlənərək öldürülən Məhəmməd Olcaytunun yerinə oğlu 12 yaşlı Əbu Səid (Azərbaycan tarixi dərsliyi.VIII sinif. səh.52. Bakı 2009 ... yazılıb 1316 - 1335) gəldi. Hakimiyyətə gələn, lakin ... dövlət idarəsində yaxından iştirak edə bilməyən...(Azərbaycan tarixi dərsliyi. VIII sinif. səh.52. Bakı 2009.) …Əbu Səidə çuğulçular yalandan məlumat verirlər ki, atan Məhəmməd Olcaytunun zəhərlənməsində günahkar Fəzlullah Rəşidəddindir. Yuxarıda, dərslikdəki qeyd olunanları nəzərdə saxlayın və diqqətli olun! ....”Əbu Səid fərman verir .. ki, Rəşidəddin və ən kiçik oğlu 16 yaşlı İbrahim həbs olunsunlar və dar ağacından asılsınlar ....Bu işdə ... Fəzlullah Rəşidəddinin yerinə baş vəzir olmaq istəyən Tacəddin Əlişahın da “ əməyi “ var idi “. Edam zamanı Fəzlullah Rəşidəddinə son söz verilir.. .O, söyləyir: - mənim iki xahişim var. Birincisi, Tacəddin Əlişahı görmək istəyirəm. Ona sözüm var. İkincisi, asanda məni ilk olaraq asın ki, oğlumun ölümünü görməyim. ...

Tacəddin Rəşidəddin yanına gələn zaman Rəşidəddin Tacəddin Əlişaha deyir : - Tacəddin heç bilirmisən, sən öləndə səninlə mənim aramda nə fərq olacaq ?

Cavab : - Yox.

F.Rəşidəddin : - Fərq o olacaq ki, mənim qəbrim köhnə, səninki isə təzə olacaq .
Beləliklə, ... 1318 - ci il yanvar ayının 18 - də 70 yaşlı görkəmli alim, həkim və siyasi xadim və onun 16 yaşlı oğlu İbrahim öldürülür. …
…Hülakü xanın Azərbaycana yürüşündə Ali Monqol Xaqanlığına daxil olan bütün uluslar iştirak etmişdir. XIII əsrin 50 - ci illərində Ali Monqol Xaqanı Münkenin əmri ilə ulus xanları və eləcə də onların vassalları hər 10 nəfər döyüşçüsündən 2 nəfər olmaqla Hülakü xanın sərəncamına döyüşçü ayırmalı idilər.....
Azərbaycan işğal edildi.... Hülakü xan öz adı ilə adlandırılan Hülakülər (Elxanilər) dövlətini yaratdı…. Bu dövlətin mərkəzi Azərbaycan oldu...
Hülakülər (Elxanilər) dövründə əyanların əhali ilə pis rəftarı VII Elxani hökmdarı Mahmud Qazan xanın (1295- 1304) sözü ilə pislənilir. O, deyirdi : “ Əgər biz xalqı (əhalini) çapıb - talasaq, onda kimdən vergi tələb edə bilərik? Bir düşünün, rəiyyətin öküzünü və toxumunu alsaq və taxılını yesək, onda onlar əkinçiliyin daşını atarlar, bu işlə məşğul olmazlar. Məgər, siz istəmirsinizmi dəb-dəbəli saraylarda yaşayasınız, eyş-işrət görəsiniz?.... Elə isə rəiyyəti incitməyin! 

“Fəzlullah Rəşidəddin. Cami ət- təvarix”.(rusca) III cild.Bakı.1957.səh.271

«Фазлуллах Рашид-ад-дин. Джами ат-таварих». том. III. Баку. 1957. ст.271

Hanı dediyin bəy, ərənlər! 
Dünya mənim, deyənlər.
Əcəl aldı, yer gizlədi.
Fani dünya kimə qaldı.....Начало формы

“Kitabi Dədə Qorqud” dastanından …из книги «Китаби деде Коркуд», «Книга моего деда Коркуда на языке племени огузов» …


Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11№-li tam orta məktəbin tarix müəllimi, 2015-ci ildə keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi




Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!