СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

III Salmanasarın “Qara xatirə daşı” sütun səlnamə üzərindəki sirli hibrid canlılar: tanrıların genetik təcrübəsi?

Нажмите, чтобы узнать подробности

III Salmanasarın “Qara xatirə daşı”  üzərindəki şəkillər və mixi yazılar Yeni Assuriya imperiyasının ən maraqlı əsərlərindən biridir. 1846-cı ildə ser Austen Henry Layard tərəfindən kəşf edilmiş bu abidə, indiyə qədər kəşf edilmiş yalnız iki tam Yeni-Assuriya daş sütunlarından biridir.

Просмотр содержимого документа
«III Salmanasarın “Qara xatirə daşı” sütun səlnamə üzərindəki sirli hibrid canlılar: tanrıların genetik təcrübəsi?»

III Salmanasarın “Qara xatirə daşı” sütun səlnamə üzərindəki sirli hibrid canlılar: tanrıların genetik təcrübəsi?

III Salmanasarın “Qara xatirə daşı” üzərindəki şəkillər və mixi yazılar Yeni Assuriya imperiyasının ən maraqlı əsərlərindən biridir. 1846-cı ildə ser Austen Henry Layard tərəfindən kəşf edilmiş bu abidə, indiyə qədər kəşf edilmiş yalnız iki tam Yeni-Assuriya daş sütunlarından biridir. Bu abidə e.ə.858-e.ə.824-cü illərdə hökmranlıq etmiş III Salmanasarın hakimiyyətinin 31-ci ilini xatırladır. Eradan əvvəl 825-ci ildə ictimai abidə kimi ucaldılıb. Müasir İraq ərazisində yerləşən Nimrud (Kalah və ya qədim Kalhu) şəhərinin mərkəzi meydanında yerləşirdi. Kəşf edildikdən sonra abidə Britaniya Muzeyinə təhvil verilib və bu günə qədər orada saxlanılır. Tetraedral daş sütun qara əhəngdaşından düzəldilib, onun hündürlüyü 2 m-dən bir qədər azdır. Sütunun hər tərəfində 5 şaquli panel, cəmi 20 panel vardır. Onlar fəth edilmiş beş fərqli padşahın xərac ödəyərək padşah Salmanasar qarşısında diz çökdüyünü təsvir edir. Hər fəth edilmiş padşahın təqdimləri abidənin ətrafında dörd lövhə tutur və onların üstündə mixi yazı ilə təsvir olunur. Bu daş sütunun həqiqətən maraqlı elementləri adı açıqlanmayan hökmdar “Musri”nin gətirdiyi xəracın təsvir olunduğu yuxarıdan üçüncü paneldə görünür. Əvvəllər tarixçilər Musrinin Şimali İraqdakı bir padşahlıq olduğuna inanırdılar, lakin indi ümumiyyətlə qəbul edilir ki, bu, Misir üçün ibrani “Mizraim”, klassik ərəbcə “Misr” və Misir ərəbcəsinə fonetik oxşar olan Yeni-Asuriya-“Məsr” terminidir. Beləliklə, görəsən Misirin fəth edilmiş padşahı ( firon deyil) e.ə. IX əsrdə III Salmanasara xərac kimi nə gətirmişdi? O, digər asanlıqla tanınan heyvanlarla birlikdə təsvir olunan insan-heyvan hibridlərini gətirmişdi! Hibridlər insanlardan kiçikdir və ev heyvanları kimi zəncirdə saxlanılır. Bir panel zəncirlərdə saxlanılan bir cüt insan-heyvan hibridini təsvir edir. Hər iki məxluqun insana bənzəyən başı və qolları var, lakin arxa əzaları heyvanınkına bənzəyir və onların quyruğu vardır. Bu canlılar arxa ayaqları üzərində dayana və ya yeriyə bilirlər. Onların sfinksin miniatür versiyasına bənzədiyini düşünə bilərsiniz, bu, əlbəttə ki, heyrətamizdir, çünki bizə sfinksin “mifoloji” məxluq olduğunu söyləmişlər. Digər bir paneldə ikisi kəndirdən tutmuş üç insan-heyvan hibridi təsvir olunur. Hibridlər arxa ayaqları üzərində yeriməkdə olduqca rahat görünürlər və uzun quyruğu istisna olmaqla, insanlara çox bənzəyirlər. Hibridlərdən biri insanın çiynində oturub, bu da onların insanlara dost olduğunu və öyrədilə biləcəyini göstərir. Onlar hind əfsanələrindəki yunan satirlərini və “vanara”arını xatırladırlar. Bu da insanı bir daha təəccübləndirir ki, mifik varlıqlar eradan əvvəl IX əsrdə Misir padşahı tərəfindən xərac kimi təqdim oluna bilərdi. Xatırlamaq lazımdır ki, III Salmanasarın “Qara xatirə daşı” sütunu padşahın hakimiyyəti dövründə aldığı müxtəlif hədiyyələri qeyd etmək üçün nəzərdə tutulmuş abidədir. Çox güman ki, bu abidə, yüksək ixtisaslı heykəltəraşları ilə əl-ələ verən padşah katibləri tərəfindən icra edilmişdir. Abidəyə heykəltəraşın təxəyyüllə məşğul ola biləcəyi, dini simvollardan və metaforik vasitələrdən istifadə edə biləcəyini fikirləşmək düzgün deyil. Heykəltəraşın məhbusun şəklinə sırf ona qarşı şəxsi nifrət duyduğuna görə quyruq qoymağa da imkanı yox idi. Çünki, Yeni-Assuriya padşahlarının yumor hissi olmamış və normadan hər hansı bir sapma və ya praktiki zarafat ciddi şəkildə cəzalandırıla bilərdi. Belə çıxır ki, padşah abidəsində xərac kimi qəbul edilən insan-heyvan hibridləri təsvir olunubsa, çox güman ki, bu belə də olub. Yalnız bu gün belə canlılar olmadığı üçün bu fikir bizə inanılmaz görünür. Əslində, eradan əvvəl I minilliyin sonuna qədər dünyanın bəzi yerlərində qəribə insan-heyvan hibridlərinin mövcud olduğuna dair sənədləşdirilmiş sübutlar vardır. Maraqlı bir hekayəni fars padşahı II Artakserksin sarayında xidmət edən Ktesi adlı yunan həkimi yazmışdır. O, Hindistandan və başqa ölkələrdən gələn qonaqlar və səyyahlar tərəfindən fars sarayında danışılan müxtəlif hekayələrə əsaslanan “İndika” adlı kitab yazıb. Böyük Plini Ktesiyə istinad edərək yazır: “Ktesi bizə söyləyir ki, efiopiyalılar arasında “mantikor” adlandırılan bir heyvan var; daraq kimi bir-birinə uyğun gələn üç sıra dişləri, kişi üzü və qulaqları, qan rəngində göygözləri, aslan bədəni, quyruğu əqrəb quyruğu kimidir. Onun səsi fleyta və zurna səslərinin vəhdətinə bənzəyir. O, son dərəcə sürətlidir və insan ətinə xüsusi sevgisi var”. Ktesi eyni zamanda Hindistanın dağlıq bölgələrində də oxşar hibrid heyvanların olduğunu yazıb. Plini “Təbii tarix” əsərində Ktesidən sitat gətirərək yazır: “Hindistanın şərqindəki dağlarda da satirlər var... son dərəcə sürətli heyvanlardır, bəzən dörd ayaq üstə gəzir, bəzən də insan kimi dik dayanır,.. yalnız qoca və ya xəstə satirləri tutmaq olar”. ...Ktesinin hesabları göstərir ki, III Salmanasarın “Qara xatirə daşı”ndakı təsvir edilənlər kimi insan-heyvan hibridləri Efiopiya və Hindistanda təxminən eradan əvvəl V əsrdə mövcud ola bilərdi və buna görə də eradan əvvəl IX əsrdə Misir padşahı tərəfindən xərac kimi verilmiş ola bilərdi. Başqa bir maraqlı hadisə II əsrində yunan tarixçisi Plutarx tərəfindən qeydə alınmışdır. Plutarx “Sullanın həyatı” əsərində yazırdı ki, eradan əvvəl 89-cu ildə Yunanıstanda hərbi yürüş zamanı Roma sərkərdəsi Sullanın əsgərləri yatmış bir satiri tutmuşdular. Sullanın adamları onun yanına bir satir gətirdilər və Sulla onu sorğu-sual etməyə çalışdı, lakin o, atın kişnəməsi ilə keçinin mələməsi arasında olan qarışıq səslər çıxarırdı. Bu cür hekayələrdən belə nəticə çıxır ki, satirlər, ümumiyyətlə, inanıldığı kimi, uydurma məxluqlar deyillər, lakin yeni era başlamazdan əvvəl yaşamış və ətraf mühitin dəyişməsi səbəbindən ondan qısa müddət sonra ölmüş hibrid canlılar ola bilərdilər. Axı, milyonlarla müxtəlif heyvanların zamanla nəsli kəsilmişdir, bəs niyə sfinkslər və satirlər olmasın? Yaxud da bəlkə onlar ölməyiblər, dağ və yeraltı mağaralara girib, geri qayıtmaları üçün əlverişli şərait yaranana qədər orada sadəcə vaxt keçirirlər? Sual budur ki, əgər bu canlılar həqiqətən keçmişdə yaşayıblarsa, onlar necə təkamül keçiblər? Biz bilirik ki, insan DNT-si heyvan DNT-si ilə uyğun gəlmir. Qədim mətnlər və ənənələr bu barədə nə deyir? Sfinksə gəldikdə, xüsusilə onun mənşəyi ilə bağlı maraqlı olan çox şey yoxdur. Məlumdur ki, sfinks həmişə ziyarətgahın qoruyucusu hesab olunurdu və adətən məbədin, sarayın və ya türbənin girişinin hər iki tərəfində cüt-cüt təsvir edilirdi. Bu adət bütün dünyada, sfinkslərin incəsənətdə və memarlıqda təsvir olunduğu hər yerdə - Misirdə, Yunanıstanda, Mesopotamiyada, Hindistanda və ya Cənub-Şərqi Asiyada ardıcıl olaraq müşahidə olunur. Sfinkslərin görünüşünə gəldikdə, mədəniyyətlər arasında cüzi fərqlər vardır. Yunanıstanda sfinks adətən dişi və bir cüt qanadlı olur. Mesopotamiyada sfinks “lamasu” adlanırdı. O, insan və öküz xüsusiyyətlərini birləşdirdi və bir qayda olaraq, qanadlarla təsvir edildi. Padşah saraylarının və şəhərlərin girişlərində “lamasu”nun nəhəng heykəlləri cüt-cüt qoyulurdu. Maraqlıdır ki, bir çox silindr möhürlərində “lamasu” dik vəziyyətdə təsvir edilmiş, stilizə edilmiş “müqəddəs ağac”a sitayiş edirdi ki, bu da onların xalqın dini həyatında mühüm rol oynadığını göstərir. Hindistanda sfinksi “purusha-mriga” və ya “kimpuruşa” adlandırırdılar. O, məbədlərin girişində dörd ayaq üstə dayanmış, həmçinin tanrı “Şiva” qarşısında iki ayaq üzərində dik vəziyyətdə təsvir edilmişdir. “Şiva” tanrısını simvolizə edən daş sütun olan “Şiva” konseptual olaraq Mesopotamiya möhürlərində təsvir olunan “müqəddəs ağac”a bərabərdir. Aydındır ki, bu dik vəziyətdə təsvir edilən sfinks III Salmanasarın “Qara xatirə daşı” sütunundakı təsvir olunan hibrid canlılara çox bənzəyir. Təəssüf ki, Sfinkslə əlaqəli çox az hekayə var, buna görə də onun mənşəyi və əcdadı haqqında heç nə bilmirik. Bununla belə, satirlər məsələsində eradan əvvəl 7000-ci ildən qabaq tanrılar tərəfindən aparılan genetik təcrübəyə işarə edən daha çox məlumat vardır. Yunan incəsənətində satirlər at (keçi) qulaqları və quyruğu ilə təsvir edilirdi, lakin üzləri insana bənzəyirdi və uzun saqqallı idilər. Əslində, qulaqları və quyruğu istisna olmaqla, satirlərə aid hər şey tamamilə humanoid idi. Onlar insanlar kimi dik yeriyir, “aulos” (qoşa fleyta), lira və digər musiqi alətlərində ifa edir, şərab içir və pərilərlə birlikdə Dionisin şərəfinə keçirilən bayramlarda şən rəqs edirdilər. Şübhə yoxdur ki, satir uzun saçlarla qulaqlarını örtsə və konsert kostyumu geyinsəydi, o, heç indi də müasir orkestrdə tanınmaz olardı. Kim bilir, bəlkə də hələ də aramızda yaşayırlar!...Pan, Dionisin dəstəsindəki satirlərin lideri idi və Dionisin hərbi yürüşləri zamanı orduya rəhbərlik edirdi. O, böyük musiqi istedadına malik idi və “Pan fleyta”nın ixtiraçısı olmuşdur. “Pan orfik” himnində deyilir: “Yalnız axşam, o (Pan) təqibdən qayıdanda, qamış trubalarında şirin və aşağı avazda çalaraq öz notunu səsləndirir: hətta onu, melodiyada heç kim ötüb keçə bilməz - o quş çiçəklənən bahar fəryadını tökərək yarpaqlar arasında bal nəğməsi oxuyur”. Maraqlıdır ki, Pan yarım tanrı, Hermesin oğlu hesab olunurdu və ona mağaraların, səhranın, otlaqların, bağların, sürülərin, musiqinin və məhsuldarlığın tanrısı kimi sitayiş edilirdi. Yunan incəsənətinin satirləri Ramanı hərbi yürüşlərdə müşayiət edən hind əfsanələrindən olan “vanara”lara uyğun gəlir. “Vanara”ların meymuna bənzər, saqqallı, tüklü bədəni və uzun quyruğu var idi. Amma onlar insanlar kimi dik yeriyir, danışıq və adət-ənənələri ilə insanlara bənzəyirdilər. “Vanara”ların ən güclüsü Hanuman idi. Pan kimi o, külək tanrısı Pavanın oğlu olan yarımtanrı idi və buna görə də ona “Pavan-putra Hanuman” deyirdilər. Hanuman həm də musiqi qabiliyyətinə malik idi və misilsiz sitar ifaçısı idi, hind klassik musiqisinin dörd üslubundan biri (hindustani) adını daşıyır. Məşhur filoloq ser Uilyam Cons 1783-cü ildə Hindistanın Kəlküttə şəhərinə Ali Məhkəmənin hakimi kimi işləyəndə dərhal Dionis ilə Rama arasındakı diqqəti çəkən əlaqələri görür və bu əlaqələri təfərrüatlandıran bir məqalə yazır. Bir sıra yunan tarixçiləri Dionisin adının Dionysus (Naisa tanrısı) gəldiyi Naisa şəhəri yaxınlığında yerləşən Hindistanın Meros dağında doğulduğunu yazırlar. Görünür, Rama və onun “Vanara” yoldaşları ritual ekstaz vasitəsilə Yaradanla ünsiyyətin əldə edildiyi gizli bir dini yayaraq qərbə getmişlər. Ramanın Şiva tanrısının böyük pərəstişkarı olduğunu nəzərə alsaq, bu təəccüblü deyil və Dionis ayinlərinin bir çox elementləri - uzun yürüşlər, sərxoşedici maddələrdən istifadə, ritual rəqslər, ilanlardan və fallik kult obyektlərindən istifadə - hələ də ibadət edənlər tərəfindən tətbiq olunur. İskəndərin fəthlərindən sonra yunan və Roma tarixçiləri - Plini, Solin, Arrian - hind adət-ənənələri və mədəniyyəti haqqında yazmışlar. Onların yazılarından belə nəticə çıxır ki, hindlilər öz padşahlarını eradan əvvəl 6776-cı ildən yunan Dionis və ya roma Baxus (?) ilə eyniləşdirdikləri hökmdardan başlayaraq sayırdılar. Dionis və ya Baxusun həqiqətən Rama olduğunu əminliklə deyə bildiyimiz üçün bu o deməkdir ki, satirlər və ya “vanara”lar o vaxtdan bəri dünyanı gəziblər. Bu, sual doğurur: “vanara”ların bu qəribə irqi necə yaranıb? “Ramayana”ya görə, tanrılar, müdriklər və digər göy varlıqları meşə heyvanları ilə cütləşərək Ramaya “rakşasa”lara və ya nəhənglərə qarşı mübarizədə kömək edə biləcək güclü nəsillər yaratdılar. Məsələn: “Brahma onlara bu şəkildə müraciət edəndə, tanrılar onun əmrinə razı oldular və buna görə də meymun şəklində oğullar dünyaya gətirməyə başladılar.” “Beləliklə, tanrılar minlərlə belə cəsur və formasını dəyişən meymunlar dünyaya gətirdilər, onlar öz ölçüyəgəlməz gücü və cəsarətləri ilə onbaşlı iblis Ravananı məhv etməyə getdilər”... Belə ki, tanrılar “vanara” irqinin yaradılmasında iştirak ediblər. Bu tanrıların kim olduğuna gəlincə, biz burada danışmayacağıq, yalnız onu deyəcəyik ki, əksər yerli mədəniyyətlərin hekayələrində onlar nəhəng gücə malik “insanabənzər” varlıqlar kimi təqdim olunurlar və çox qədim zamanlarda yer üzünə gəlmişlər. Çox güman ki, onların mənşə yeri “Pleyada” ulduz çoxluğudur. Bəs tanrılar “vanara”ları yaratmaq üçün həqiqətən meşə heyvanları ilə cütləşiblər, yoxsa qabaqcıl genetik manipulyasiya üsullarından istifadə ediblər? İnanmaq istərdim ki, bu son təcrübədir, çünki Mesopotamiya dastanında dünyanın yaradılması haqqında “Enuma Eliş” dastanına görə tanrılar insanı məhz bu şəkildə yaratmışlar. “Enuma Eliş” bizə deyir ki, başlanğıcda tanrılar Yer üzündə yaşamış və planetimizi həyat üçün əlverişli etmək üçün çaylar, göllər, dağlar və ekosistemin digər elementlərini yaratmaq üçün çalışmışlar. Marduk okeanların dəhşətli ilanı Tiamatı məhv etdikdən sonra insan istəyirdi ki, o, tanrıların işini öz üzərinə götürsün və tanrılar dincəlsin. Sonra yeraltı dünyanın ağası Enki (və ya Ea) yeraltı dünyanın tanrılarından biri olan Kinqunun qanından Tiamatı tanrılara qarşı üsyana təhrik edən bir insan yaratdı. Bunlar “Enuma Eliş”dən dəqiq sətirlərdir:

27 Böyük tanrılar olan İgigi ona (Marduka) cavab verdi:

28 Yəni tanrıların məsləhətçisi, hökmdarı Luqaldimmerankiyə,

29 “Kinqu müharibəni qızışdırandır,

30 Tiamatın ayağa qalxmasına və döyüşə başlamasına səbəb olan.

31 Onu bağladılar və Eanın (Enkinin) qarşısında saxladılar,

32 Onu cəzalandırıb qan damarlarını kəsdilər.

33 Onun qanından (Ea) insanlığı yaratdı,

34 O, tanrılara xidmət etməyi ona tapşırdı və tanrıları azad etdi.

Mətndə açıq şəkildə deyilməsə də, çox güman ki, Enki onun qanından Kinqunun DNT-sini çıxarıb və insan yaratmaq üçün onu yenidən təşkil edib. Əgər belə olsaydı, oxşar proses “vanara”lar, satirlər, sfinkslər və qədim incəsənət və memarlıqda təsvir olunan bir çox digər sehrli hibrid canlıları yaratmaq üçün istifadə edilə bilərdi. Qədim incəsənətin bu hibrid canlılarını bu gün görmədiyimiz üçün mifik və ya xəyali hesab etməyə meylliyik, lakin bu hibridlərin DNT-sinin zamanla zərərli genetik mutasiyaların toplanması səbəbindən deqradasiyası mümkündür və nəticədə onların tədricən nəsli kəsilmişdir və yaxud da bəzi gizli yerlərdə daldalanmışlar. Lakin III Salmanasarın “Qara xatirə daşı”nda göstərildiyi kimi, bu hibrid canlıların bəziləri hələ eradan əvvəl IX əsrə qədər mövcud olmuşdur. O vaxta qədər ölçüləri kiçilmiş, insanlar tərəfindən tutulmuş və bəlkə də ev heyvanları kimi istifadə edilmişdir. Ancaq o vaxta qədər onların sayı əhəmiyyətli dərəcədə azalmalı idi və onlar padşahlara hədiyyə olaraq gətirilən nadir və ya ekzotik heyvanlara çevrilmişdilər.

Mənbə: bit.ly/4avhdsi

Rus dilindən tərcümə:

Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).














Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!