СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

İnteraktiv öyrənmə texnologiyaları şagirdlərin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək vasitəsi kimi

Категория: История

Нажмите, чтобы узнать подробности

Uşaqlar dünyanı xilas edəcəklər” bu sözlər Selincerə məxsusdur. Sonra isə əlavə etmişdir:” Əgər biz onları özümüz kimi etməsək”. (P.S. Cerom Devid Selincer (1 yanvar 1919-27 yanvar 2010) Amerika yazıçısı.Yazıçının ilk qələm əsəri “Gənc adamlar” hekayəsi 1940-cı ildə işıq üzü görüb.

Просмотр содержимого документа
«İnteraktiv öyrənmə texnologiyaları şagirdlərin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək vasitəsi kimi»

İnteraktiv öyrənmə texnologiyaları şagirdlərin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək vasitəsi kimi

Şirvan şəhəri T.Bağırov adına 11№-li tam orta məktəbin tarixçi(tarix müəllimi), “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi Əsədov Seyyub Əsəd oğlunun iş təcrübəsindən


“Uşaqlar dünyanı xilas edəcəklər” bu sözlər Selincerə məxsusdur. Sonra isə əlavə etmişdir:” Əgər biz onları özümüz kimi etməsək”.

(P.S. Cerom Devid Selincer (1 yanvar 1919-27 yanvar 2010) Amerika yazıçısı.Yazıçının ilk qələm əsəri “Gənc adamlar” hekayəsi 1940-cı ildə işıq üzü görüb. 1941-1948-ci illərdə ABŞ-da dəbdə olan “Colliers”, “Esquire” və “Cosmopolitan” kimi jurnallarda 20 hekayəsi çap edilmişdir. Lakin C. D. Selincerə dünya şöhrətini 1951-ci ildə yazdığı yeganə romanı olan “Çovdarlıqda uçurumdan qoruyan” əsəri gətirmişdi. Bu əsər qısa müddət ərzində dünyada 60 milyon nüxsə ilə satıldı. 1940-cı illərin sonunda Cerom buddizm dinini araşdırmağa başlamışdı. Romanı çap edilməmişdən qabaq onun artıq iyirmi altı əsəri, yeddi novellası işıq üzü görmüşdü. Daha sonralar yazdığı iki novellanı birləşdirərək 1953-cü ildə “Doqquz novella” (“Doqquz hekayə”) kitabını nəşr etdirmişdi. 1960-cı illərdə dərc olunan “Freeni və Zui” novellası və “Raise High the Roof Beam, Carpenters” (“Yüksək tavan çubuqlarını qaldırın, dülgərlər”)

povesti Devidə ədəbiyyat yolunda yenilik gətirir. O, əsərdə yaratdığı intellektual, zərif, incə Qlass ailəsi obrazını yeni fikirlərin bələdçisinə çevirir. Bu qəhrəmanlar sayəsində Selincer buddizm, iddiasız, mülayim mistisizm, nihilizmlə Tolstoy ideyalarını sintez etməyi bacarmışdır. 1965-ci ildən ömrünün sonuna qədər Devid demək olar müsahibə verməkdəm tamamilə imtina etməyə başlamışdır. Həmən ildən də əsərlərini çap etdirməyi demək olar ki, dayandırmış. Ancaq özü üçün yazmaq qərarına gəlmişdir. Cerom Devid Selincer həyatının son illərində öz böyük darvazalı evində qalır və heç kimlə görüşmürdü. Müxtəlif dini meditasiyalar, praktikalar edirdi. Buddizm, hinduizm, yoqa, makrobiotika, dianetika ilə maraqlanırdı. Devid Selincer anadan olduğu ayda, 27 yanvar 2010-cu ildə 91 yaşında elə öz evində də vəfat etmişdir. Qəbri Nyu Hempşir(ABŞ) şəhərindədir).

Bir müəllim kimi mənim vəzifəm hər bir şagirddə daxili azadlığı inkişaf etdirmək, şagird dünyanı necə görürsə eləcə də duymağını, onların dünyagörüşünə təsir göstərməməyi, müstəqil düşünmək, axtarış etmək, səhv etmək və həmin səhvləri düzəltməyə imkan verməkdir.

Mənim nailiyyətlərim!

(Şəkil yerləşdir)

Dərs prosesində tədris materiallarının ən keyfiyyətlisini seçmək və bu materialları şagirdlərə aşılamaq şəxsiyyətlərarası qarşılıqlı münasibətlərin düzgün qurulmasından asılıdır. Qrup halında qarşılıqlı münasibətləri və üsulları interaktiv metod adlandırmaq qəbul edilmişdir. Bu işin əsasında qarşılıqlı oyunlar əlaqəsi və ya qarşılıqlı əlaqə mexanizmi (inersiya) durur (inersiya sözü ingilis dilindən tərcümədə “qarşılıqlı təsir, və ya sadəcə təsir” deməkdir).

Müasir məktəb üçün interaktiv təhsilin məqsədi məktəblilərin ümumi inkişafıdır. Bu zaman;

• hər bir məktəblinin öz şəxsi inkişafında optimal imkanları təmin etmək,

• öz müqəddəratını təyin etmə və özünü həyatda nümayiş və qabiliyyətlərini inkişaf etdirməyi bacarmağı öyrətməkdən ibarətdir.

Eyni zamanda, şagirdin ümumi inkişafı onun şəxsi inkişafını da nəzərdə tutur. Bu zaman nəzərə alınmalı məsələlər bunlardır;

• ehtiyac sahələri,

• intellektual sahələr,

• emosional - duyğu və istədiyi digər sahələr.

İnteraktiv üsullarla daxildir:

•Beyin fırtınası,

• Müxtəlif rollu oyunlar,

• təhsil biznes oyunları,

• oyun dizaynı,

• spesifik problemin (və ya digər) vəziyyətlərinin təhlili və s. və il. Mövzuda üç üsul barədə söhbət açmaq istəyirəm (layihə, fəal öyrənmə və oyun dizaynı)

Layihənin əsası şagirdlərin təhsil və bilik fəaliyyətlərini həyata keçirən intellektual bacarıqların və layihələrin həmişə müstəqil fəaliyyət göstərməyi öyrətmək, eləcə də fərdi şəkildə, cütlərlə, müəyyən bir müddət ərzində qrup tərəfindən həyata keçirilməsini təmin etməkdir.

Layihə fəaliyyəti həmişə xüsusi bir problemin həllinə yönəlib, bunun üçün müxtəlif üsul və vasitələrdən istifadə edərək, şagirdlərin müxtəlif sahələrdən əldə etdiyi bilik və bacarıqları özündə birləşdirməlidir.

Layihə texnologiyası, XXI əsrin texnologiyalarına aiddir. Beləki, bu üsul zamanı şagird yeni şəraitdə qərar qəbuletmə prosesində özünkünü yaratmağa, yeni şərtlərə uyğunlaşmağa, ünsiyyət əsaslarını inkişaf etdirmək imkanı qazanır.

Müasir təhsili bu gün interaktiv rejimdə mətn, qrafika, video və animasiya istifadə etməyə imkan verən multimedia texnologiyaları (multimediya- ingilis dilində “çox komponentli mühit” deməkdir) olmadan təsəvvür etmək çətindir. Onu da qeyd etmək lazımdır ki, təhsil prosesində komputerdən istifadə cürbəcür internet sahələri imkanlarını genişləndirir.

Komputerin çoxfunksiyalı olması bir çox ehtiyacların və interaktiv dialoqun mövcudluğuna imkanlar açmış olur. Bu cür multimediya proqramlarının tətbiqi müəllimin fərdi yanaşma problemlərinin həlli zamanı, dərs sisteminin bir dərs sistemi kontekstində fərdiləşdirilməsində əlverişli şərait yaratmaqla yanaşı, həm də dərs mövzuları ilə eyni vaxtda müxtəlif informasiya mənbələrinin araşdırılmasına, bu isə proqram materialının keyfiyyətli mənimsənilməsinin imkanlarını artırır, nəhayət ən sonda ümumi məqsədə nail olmaq və ümumi inkişafa gətirib çıxarır.

Fəal öyrənmə təcrübəsi:

Bir təcrübə, müəyyən problemləri həll etmək üçün nəzəri biliklər tətbiq etməyə imkan verən bir vasitədir. Şagirdlər arasında müstəqil düşünmənin inkişaf etdirilməsinə, nəzəriyyənin praktika ilə əlaqələndirilməsinə kömək edir.

Bu texnologiyadan istifadə edərkən müəllimin işi tərbiyəçi rolunda çıxış etmək olur. Buraya konstruktiv işin qurulması və eləcə də siniflə birbaşa iş daxildir.

Oyun dizaynında, sinif iştirakçıları bir layihə üzərində işləmək üçün kiçik qruplarda təşkil edilir, nəticələr qruplararası plenumda hər bir layihənin təqdimatı ilə müqayisə edilir və sonra daha fərqli, daha yenilikçi ideyalar və yanaşmalar müzakirə edilir;

Hətta digər dərslərdə, müəllimin yaradıcılıq laboratoriyasında, dərsdənkənar proseslərdə şagirdlər janr, tip və məqsəd baxımından müxtəlif olan halları təhlil edə bilirlər.

Burada məqsəd: şagirdlərə fərdi, eləcə də qrupun bir hissəsi kimi öyrətmək;

-məlumatları təhlil etmək,

-müəyyən bir problemi həll etmək üçün onu sıralamaq,

-əsas problemləri müəyyənləşdirmək,

-alternativ həllər yaratmaq və onları qiymətləndirmək,

-optimal həlli seçmək və fəaliyyət proqramları yaratmaq və s.və il. olmalıdır.

Bu məqsədlərə əlavə olaraq, vəziyyətlərin təhlili tətbiq edilərkən, əlavə effektlər alınır və bunlar aşağıdakılardan ibarətdir;

• Ünsiyyət bacarıqlarını qazanmaq

• Təqdimat bacarıqlarını inkişaf etdirmək

• Effektiv şəkildə qarşılıqlı əlaqə yaratmaq və kollektiv qərarlar vermək üçün interaktiv bacarıqların formalaşdırmaq

• Ekspert bacarıqlarını əldə etmək

• Situasiya problemini həll etmək üçün müstəqil olaraq lazımi məlumatları öyrənmək üçün lazımi məlumat əldə etmək

• Öyrənmək üçün motivasiyanı dəyişdirmək

Təcrübənin xülasəsi:

https://multiurok.ru/files/amerika-birl-smis-statlarinin-yaranmasi.html

https://multiurok.ru/seyyubasadov2/files/nauchnyie-stat-i/

https://multiurok.ru/seyyubasadov2/files/xatir-l-r-miemorialy/

https://multiurok.ru/seyyubasadov2/files/vidieo-uroki-video-d-rsl-r/

https://multiurok.ru/seyyubasadov2/files/inteqrasiya-tecrubesinden/

İnternet resusrları:

http://pedsovet.su

https://portalpedagoga.ru

https://pedportal.net

https://педагоги.онлайн

Şirvan şəhəri T.Bağırov adına 11№-li tam orta məktəbin tarixçi(tarix müəllimi), “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi Əsədov Seyyub Əsəd oğlu




Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!