СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

IV sinif Azərbaycan dili fənnindən "Xan çinar" elektron dərsi

Категория: Литература

Нажмите, чтобы узнать подробности

Şəki xan sarayında olan Xan çinar haqqında dərs

Просмотр содержимого документа
«IV sinif Azərbaycan dili fənnindən "Xan çinar" elektron dərsi»

Standartları 1.2.2. Müşahidə etdiyi, eşitdiyi, oxuduğu hadisələr haqqında mühakimə xarakterli fikirlər irəli sürür. 1.2.3. Dialoji mətnlər qurur və təqdim edir. 2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş tələblərə uyğun sürətli, düzgün, şüurlu, ifadəli oxuyur. 2.2.4. Mətnin ideyasını müəyyənləşdirir və obrazları sadə şəkildə səciyyələndirir. 4.1.1. Sadə formada fonetik təhil aparir. 3.1.3. Verilmiş mətnin (nəzm, nəsr) müfəssəl məzmununu yazır.

Standartları

1.2.2. Müşahidə etdiyi, eşitdiyi, oxuduğu hadisələr haqqında mühakimə xarakterli fikirlər irəli sürür.

1.2.3. Dialoji mətnlər qurur və təqdim edir.

2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş tələblərə uyğun sürətli, düzgün, şüurlu, ifadəli oxuyur.

2.2.4. Mətnin ideyasını müəyyənləşdirir və obrazları sadə şəkildə səciyyələndirir.

4.1.1. Sadə formada fonetik təhil aparir.

3.1.3. Verilmiş mətnin (nəzm, nəsr) müfəssəl məzmununu yazır.

Təlim məqsədləri - Oxuduğu və dinlədiyi mətni ümumiləşdirərək mətn qurur və təqdim edir. - Oxuduğu mətnlərdəki obrazları müqayisə edir. - Mətni düzgün, səlist və ifadəli oxuyur. Dinlədiyi şeiri nəsrə çevirib yazır.

Təlim məqsədləri

- Oxuduğu və dinlədiyi mətni ümumiləşdirərək mətn qurur və təqdim edir.

- Oxuduğu mətnlərdəki obrazları müqayisə edir.

- Mətni düzgün, səlist və ifadəli oxuyur.

Dinlədiyi şeiri nəsrə çevirib yazır.

İnteqrasiya: Fəndaxili, təsviri incəsənət İş forması: kollektiv , qruplarla iş, fərdi iş İş üsulu: Beyin həmləsi, müzakirə

İnteqrasiya:

Fəndaxili, təsviri incəsənət

İş forması:

kollektiv , qruplarla iş, fərdi iş

İş üsulu:

Beyin həmləsi, müzakirə

Resurslar Dərslik, iş vərəqləri, proyektor, fləşkart) plakatlar, maket

Resurslar

Dərslik, iş vərəqləri, proyektor, fləşkart) plakatlar, maket

  ÇİNAR AĞACI. XAN ÇİNAR

  ÇİNAR AĞACI. XAN ÇİNAR

Tədqiqat sualı: Ağaclar haqqında nə bilirik və ağacların nə kimi faydası var?   2. Bədii ədəbiyyatda müsbət qəhrəmanların hansı əlamətləri çinara bənzədilir? 

Tədqiqat sualı:

  • Ağaclar haqqında nə bilirik və ağacların nə kimi faydası var?

 

2. Bədii ədəbiyyatda müsbət qəhrəmanların hansı əlamətləri çinara bənzədilir? 

Çinar ağacı lap balaca idi. Gün keçdi, ay dolandı, il keçdi, çinar ağacı böyüdü. O qədər böyüdü ki, haçansa balaca olmağı yadından çıxdı. Yadından çıxdı ki, yanından yüngülcə bir yel ötəndə çöp kimi nazik gövdəsi az qalırdı sınsın. İndi çinarın başı göylərə dəyirdi. O, bütün yer üzünə yuxarıdan aşağı baxırdı və özünü bu

dünyanın ən güclüsü hesab edirdi. Çinar heç nədən çəkinmirdi, heç nədən qorxmurdu. İş o yerə çatdı ki, günlərin bir günü onun yarpaqları xışıldadı:

- Mən heç nədən, heç küləkdən də qorxmuram!

Külək bu xışıltını eşitdi və qəzəbləndi.

Külək çinar ağacının ətrafında fırlandı, sonra daha da bərk əsdi, getdikcə lap bərkidi, çovğuna çevrildi. Yer titrədi, göy titrədi, çinar ağacı silkələndi, yarpaqları qopdu, budaqları qırılmağa başladı. Qəzəbli külək çinarın ətrafında elə bir burulğan yaratdı ki, o boyda ağac uzun-uzun illər bundan əvvəlki nazik gövdəcik kimi əsim-əsim əsməyə başladı. Az qaldı ki, torpaqdan qopsun.

Külək bircə an dayandı ki, yeni bir qüvvə ilə hücum edib çinar ağacını göyə sovursun. Elə bu an bir civilti səsi eşidildi. Çinar ağacının yaxınlığında köhnə bir dəyirman var idi və külək burulğanının dalğası bu dəyirmana da çatırdı. Dəyirmanın tavanının altında isə bir qaranquş yuvası var idi. Zəif-zəif civildəyən də o yuvadakı qaranquş balası idi.

Qaranquş balası yuvanın içində cıqqılı başını balaca və zəif bədəninə qısmışdı. Birdən-birə aləmi bürümüş qasırğadan elə qorxmuşdu ki, təkcə öz ürəyinin döyüntüsünü eşidirdi, daha başqa heç nə görmür, eşitmirdi. Külək bircə an sükut edəndə cıqqılı ürəyin döyüntüsünü eşitdi:

- Mən qorxuram...

Külək yenidən qıy vurmağa hazır idi və bilirdi ki, o qıydan sonra çinar ağacı köklü-köməcli qopub göyə sovrulacaq, amma külək bu civiltini eşitdi və birdən-birə tamamən boşaldı. Daha bir də qıy vura bilmədi. Külək qıy vursa idi, çinar ağacı ilə birlikdə bu köhnə dəyirman da, köhnə dəyirmandakı qaranquş yuvası da göyə sovrulacaqdı. Balaca qaranquş balası başını qaldırıb xırdaca və qapqara gözləriylə nigaran-nigaran ətrafa baxdı. Çinar ağacı isə yavaş-yavaş özünə gəlirdi və qol-budağı sınsa da, yenə əvvəlki kimi yer üzünə yuxarıdan aşağı baxa-baxa deyirdi:

- Gördünüz?! Külək mənə heç nə eləyə bilmədi.

XAN ÇİNAR ...Karvan çəkər göydə qara buludlar,   Çovğun gələr, şaxta kəsər, su donar,   Xan çinarım əyməz məğrur başını,   Kimsə bilməz Xan çinarın yaşını.   Gecə qara, durdum, düşündüm bir az,   Dedim, nədən ulu çinar yıxılmaz?   Birdən çinar dilə gəldi, dedi: - Bax!   Bu torpaqda dərindən kök salaraq   Hər tərəfə uzatmışam qolumu,   Övladlarım bürüyüb sağ-solumu.   Belə məğrur dayanmağa haqlıyam,   Mən kökümlə bu torpağa bağlıyam. Rəsul Rza DÜŞÜN VƏ CAVAB VER

XAN ÇİNAR

...Karvan çəkər göydə qara buludlar,  Çovğun gələr, şaxta kəsər, su donar,  Xan çinarım əyməz məğrur başını,  Kimsə bilməz Xan çinarın yaşını.  Gecə qara, durdum, düşündüm bir az,  Dedim, nədən ulu çinar yıxılmaz?  Birdən çinar dilə gəldi, dedi: - Bax!  Bu torpaqda dərindən kök salaraq  Hər tərəfə uzatmışam qolumu,  Övladlarım bürüyüb sağ-solumu.  Belə məğrur dayanmağa haqlıyam,  Mən kökümlə bu torpağa bağlıyam.

Rəsul Rza

DÜŞÜN VƏ CAVAB VER

ÇİNAR 1. “Çinar ağacı” mətnindəki obrazları insan obrazları ilə əvəz etməklə mətn qurub təqdim edin. ____________________________________________________________________________________________________________________________________________________  2. «Çinar» sözünü fonetik təhlil edin. ____________________________________________________________________________________________________________________________________________________

ÇİNAR

1. “Çinar ağacı” mətnindəki obrazları insan obrazları ilə əvəz etməklə mətn qurub təqdim edin.

____________________________________________________________________________________________________________________________________________________ 2. «Çinar» sözünü fonetik təhlil edin.

____________________________________________________________________________________________________________________________________________________

PALID «Xan çinar» mətnindəki obrazları insan obrazları ilə əvəz etməklə mətn qurub təqdim edin. ____________________________________________________________________________________________________________________________________________________ 2. «Palıd» sözünü fonetik təhlil edin. ____________________________________________________________________________________________________________________________________________________

PALID

  • «Xan çinar» mətnindəki obrazları insan obrazları ilə əvəz etməklə mətn qurub təqdim edin.

____________________________________________________________________________________________________________________________________________________

2. «Palıd» sözünü fonetik təhlil edin.

____________________________________________________________________________________________________________________________________________________

söyüd 1. “Kudu və çinar” mətnindəki obrazları insan obrazları ilə əvəz etməklə mətn qurub təqdim edin.  2. «Söyüd» sözünü fonetik təhlil edin. ____________________________________________________________________________________________________________________________________________________ 3. Birinci mətndə olan hansı obraz “Xan çinar” şeirində yoxdur? A) çovğun B) torpaq C) qaranquş balası

söyüd

1. “Kudu və çinar” mətnindəki obrazları insan obrazları ilə əvəz etməklə mətn qurub təqdim edin.

2. «Söyüd» sözünü fonetik təhlil edin.

____________________________________________________________________________________________________________________________________________________

3. Birinci mətndə olan hansı obraz “Xan çinar” şeirində yoxdur?

A) çovğun

B) torpaq

C) qaranquş balası

CöKƏ «Xan çinar» şeirini nəsrə çevirib yazın. ______________________________________________________________________________________________________________________________________________ 1. Hansı bənddə mürəkkəb cümlə verilib? A) Mahir qardaşından aldığı məktubu anasına oxudu.   B) Kəndin ətrafındakı kolluqda yeni əkin sahəsi açıldı.   C) Yaz gəldi, tarlalarda iş canlandı. 2. «Cökə» sözünü fonetik təhlil edin. ________________________________________________________________________________________________________________________________________________ 3. Xan çinar “ övladlarım ” dedikdə nəyi nəzərdə tuturdu?

CöKƏ

  • «Xan çinar» şeirini nəsrə çevirib yazın.

______________________________________________________________________________________________________________________________________________

1. Hansı bənddə mürəkkəb cümlə verilib?

A) Mahir qardaşından aldığı məktubu anasına oxudu.  B) Kəndin ətrafındakı kolluqda yeni əkin sahəsi açıldı.  C) Yaz gəldi, tarlalarda iş canlandı.

2. «Cökə» sözünü fonetik təhlil edin.

________________________________________________________________________________________________________________________________________________

3. Xan çinar “ övladlarım ” dedikdə nəyi nəzərdə tuturdu?

Qrup təqdimatları dinlənilir, nəticələr kollektiv müzakirə edilir. Qrup işlərinin nəticələri qiymətləndirilir. III. Məlumat mübadiləsi

Qrup təqdimatları dinlənilir, nəticələr kollektiv müzakirə edilir. Qrup işlərinin nəticələri qiymətləndirilir.

III. Məlumat mübadiləsi

IV. Məlumat müzakirəsi və təqdimatı  I - çinar II - çinar Verilmiş Venn dioqramında “Çinar ağacı” və “Xan çinar” əsərlərindəki çinar obrazlarını müqayisə edin.

IV. Məlumat müzakirəsi və təqdimatı

I - çinar

II - çinar

Verilmiş Venn dioqramında “Çinar ağacı” və “Xan çinar” əsərlərindəki çinar obrazlarını müqayisə edin.

Müzakirə nəticəsində şagirdlər belə bir nəticəyə gəlirlər: “Hər iki çinar məğrurdur, hər ikisi boyu, qaməti ilə fəxr edir. Lakin birinci çinar bununla lovğalanır, ikinci çinar isə buna görə torpağa təşəkkür edir”.

Müzakirə nəticəsində şagirdlər belə bir nəticəyə gəlirlər: “Hər iki çinar məğrurdur, hər ikisi boyu, qaməti ilə fəxr edir. Lakin birinci çinar bununla lovğalanır, ikinci çinar isə buna görə torpağa təşəkkür edir”.

YARADICI TƏTBİQETMƏ Qrup adları Tapşırıqlar Çinar Söyüd Palıd Cökə

YARADICI TƏTBİQETMƏ

Qrup adları

Tapşırıqlar

Çinar

Söyüd

Palıd

Cökə

Şagirdin adı, soyadı__________________________________ Özünüqiymətləndirmə vərəqi 1. “Biz tərəvəz yığırdıq, tərəvəzçilər isə yeşikləri maşınlara yükləyirdilər” cümləsinin baş üzvləri hansı bənddə düzgün verilib? A) tərəvəz, yığırdıq, maşınlara, yükləyirdilər   B) biz, yığırdıq, yeşikləri, yükləyirdilər   C) biz, yığırdıq, tərəvəzçilər, yükləyirdilər 2. Hansı sözdə şəkilçi sözün kökündən əvvəl gəlir? Vüqarlı   b) dayaq    c) namərd 3. Sözlərdən birinə saitlə başlanan şəkilçi artırdıqda k-y əvəzetməsi baş vermir? külək    b) lək    c) bilik 4. Həm zərf həm də say kimi işlənə bilən sözləri seç; 1. çox; 2. bir; 3.bir az; 4. yeddi; 5. xeyli 1, 3, 5    b) 2, 3, 4    c) 1, 2, 3 5. Hansı söz omonimdir? çinar    b) alma    c) şam

Şagirdin adı, soyadı__________________________________

Özünüqiymətləndirmə vərəqi

1. “Biz tərəvəz yığırdıq, tərəvəzçilər isə yeşikləri maşınlara yükləyirdilər” cümləsinin baş üzvləri hansı bənddə düzgün verilib?

A) tərəvəz, yığırdıq, maşınlara, yükləyirdilər  B) biz, yığırdıq, yeşikləri, yükləyirdilər  C) biz, yığırdıq, tərəvəzçilər, yükləyirdilər

2. Hansı sözdə şəkilçi sözün kökündən əvvəl gəlir?

  • Vüqarlı b) dayaq c) namərd

3. Sözlərdən birinə saitlə başlanan şəkilçi artırdıqda k-y əvəzetməsi baş vermir?

  • külək b) lək c) bilik

4. Həm zərf həm də say kimi işlənə bilən sözləri seç;

1. çox; 2. bir; 3.bir az; 4. yeddi; 5. xeyli

  • 1, 3, 5 b) 2, 3, 4 c) 1, 2, 3

5. Hansı söz omonimdir?

  • çinar b) alma c) şam

Qiymətləndirmə Qruplar Meyar Çinar Oxuduğu və dinlədiyi mətni ümumiləşdirərək mətn qurur və təqdim edir. Palıd Oxuduğu mətnlərdəki obrazları müqayisə edir. Çökə Deyilişi və yazılışı fərqlənən sözləri fonetik baxımdan təhlil edir. Söyüd Dinlədiyi şeiri nəsrə çevirib yazır Əməkdaşlıq Nəticə

Qiymətləndirmə

Qruplar

Meyar

Çinar

Oxuduğu və dinlədiyi mətni ümumiləşdirərək mətn qurur və təqdim edir.

Palıd

Oxuduğu mətnlərdəki obrazları müqayisə edir.

Çökə

Deyilişi və yazılışı fərqlənən sözləri fonetik baxımdan təhlil edir.

Söyüd

Dinlədiyi şeiri nəsrə çevirib yazır

Əməkdaşlıq

Nəticə

Ev tapşırığı Çinar ağacı haqqında esse yazın.

Ev tapşırığı

Çinar ağacı haqqında esse yazın.

DiqqƏtinizə görə təşəkkürlər

DiqqƏtinizə görə təşəkkürlər


Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!