СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Изучение творчества М.А. Сабира на уроках литературы

Нажмите, чтобы узнать подробности

В статье описывается методика уроков  по анализу  творчества известного поэта М. А. Сабира.

Просмотр содержимого документа
«Изучение творчества М.А. Сабира на уроках литературы»

6


Ədəbiyyat dərslərində M.Ə.Sabirin yaradıcılığında vətənpərvərlik motivlərinin təhlili yolları

Bilal Həsənli

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent


Mirzə Ələkbər Sabir Azərbaycan ədəbiyyatında tənqidi realizm ədəbi cərəyanının yaradıcılarından biri, satirik şeirin ən görkəmli nümayəndəsidir. Sabir bədii fikirdə humanizmin və demokratik ideyaların, milli oyanış və dirçəlişin ən fədakar carçılarındandır. O, mollanəsrəddinçi satirik şeir məktəbinin yaradıcısı, türk-müsəlman dünyasında satirik şeirin qüdrətli təmsilçisi kimi tanınır.

XI sinifdə sənətkarın həyat və yaradıcılıq yolunun öyrənilməsi zamanı vətən, isyiqlal, hürriyyət motivlərinin müzakirəsi mühüm vəzifə kimi qarşıda durur. Bu baxımdan “Amalımız, əfkarımız ifnayi-vətəndir”, “Səttarxana”, “Ruhum” və s. şeirlərinin təhlili üzrə məqsədyönlü iş aparılmalıdır.

Məlumdur kİ, Sabir ədəbiyyatımızda mövcud olan satirik ənənələri yeni forma və məzmunla, təzə ideyalarla zənginləşdirib, satirik şeiri xüsusi inkişaf mərhələsinə çatdırmışdır. Bununla yanaşı, şairin yaradıcılığında vətənpərvərlik, tərənnüm motivli əsərlər də mühüm yer tutur.

Vətən, millət, hürriyyət, istiqbal kimi motivlər M.Ə.Sabirin bədii yaradıcılı­ğını əsasını təşkil edir. «Dindirir əsr bizi», «Millət şərqisi», «Ürəfa marşı», «İstiqbal bizimdir», «İstiqlalımız lağlağıdır», «Kim nə deyər bizdə olan qeyrətə», «Ey dilbəri-hürriyyət» və s. şeirlərdə şairin milli duyğuları, azadlıq eşqi daha dərin və geniş şəkildə ifadə edilmişdir.

M.Ə.Sabirin Vətən və millət mövzusunda şeirləri içərisində «Molla Nəsrəddin» jurnalının 10 mart 1907-ci il tarixli, 10-cu sayında “Qabaqda gedən zəncirli” imzası ilə çap olunmuş «Amalımız, əfkarımız ifnayi-vətəndir» satirası xüsusi əhəmiyyətə malikdir. Bu əsər görkəmli türk şairi Namiq Kamalın “Füyuzat” jurnalında çap olunmuş «Vətəndir» rədifli şeirinə nəzirə olaraq yazılmışdır.

Əsərin dərsdə təhlili zamanı şagirdlərə aşağıdakı suallarla müraciət edilir:

  1. Hər iki sənətkarın eyni mövzuda əsər yazması təsadüfidirmi?

  2. Sabirin şeiri Namiq Kamalın əsərindən nə ilə fərqlənir?

  3. Sabirin satirasının qəhrəmanını səciyyələndirin.

  4. Şeirdə vətənin hansı problemləri öz əksini tapmışdır?

  5. Şairin oxucuya çatdırmaq istədiyi başlıca fikir nədən ibarətdir?

  6. Əsərin müasir dövrdə əhəmiyyəti nədən ibarətdir?

Dərsdə müzakirə zamanı qeyd edilir ki, hər iki sənətkarın eyni mövzuda dəyərli şeirlər yazması təsadüfi olmayıb, XX əsrin əvvəllərində Azərbaycanda və Türkiyədə Vətənin və millətin azadlığı baxımından oxşar proseslərin yaşanmasının nəticəsidir. Namiq Kamalın əsəri ictimai lirikanın dəyərli nümunəsidir, tərənnüm üslubunda yazılmışdır. Əsərin lirik qəhrəmanı vətəni canından artıq sevən, torpaq uğrunda ölməyi, şəhidliyi kama çatmaq kimi dəyərləndirən qeyrətli türk oğludur:

Amalımız, əfkarımız iqbali-vətəndir,

Sərhəddimizə qələ bizim xaki-bədəndir,

Osmanlılarız, zinətimiz qanlı kəfəndir,

Qovğadə şəhadətlə bütün kam alırız biz,

Osmanlılarız, can veririz, kam alırız biz!..”

Sabirin şeiri ideya-məzmun baxımından Namiq Kamalın əsəri ilə təzad təşkil edir. Sənətkar bir çox satiralarında olduğu kimi, bu əsərdə də tipi öz dili ilə ifşa edir. Əsərin ilk bəndindən tipin nitqi onun daxili aləmi, mənəvi mövqeyi, xasiyyəti barədə aydın təsəvvür yaradır:

Amalımız, əfkarımız ifnayi vətəndir,

Kinü qərəzi hirs bizə ziynəti-təndir,

Əfal yox, ancaq işimizə lafi-dəhəndir,

Dünyada əsarətlə bütün kam alırız biz,

Qafqazlılarız, yol kəsiriz, nam alırız biz!

Tənqidi ruhda yazılmış əsərin qəhrəmanı peşəsi, amalı yol kəsmək, qoçuluq etmək, lovğalıqla ad qazanmaq olan, “millət necə tarac olur-olsun, nə işim var” əqidəsi ilə yaşayan azərbaycanlılardır. Şair vətənin tərəqqisinə, milli oyanışa, mənəvi dirçəlişə mane olanların iç üzünü açaraq yazır:

Qafqazlı adı aləmə ikrah-rəsandır,

Quldur, qoçumuz zülmdə məşhuri-cəhandır,

Kim dersə tərəqqi edəniz, məncə, yalandır,

Bəxlü həsədə adət edib, kam alırız biz,

Qafqazlılarız, yol kəsiriz, nam alırız biz!

Əsərdə vətən naminə çalışmaq barədə düşünməyən, min hiylə qurub rəyasət, rütbə, vəzifə sahibi olması ilə qürurlanan mənəviyyatsız insanlar ifşa edilir:

Əqrəb kimi neştər gücü var dırnağımızda,

İslam susuz olsa, su yox bardağımızda,

Hər küncdə min tülkü yatıb çardağımızda,

Min hiylə qurub, rütbəvü ikram oluruz biz,

Qafqazlılarız, yol kəsiriz, nam alırız biz!

Bütün dünyada maarifin, təhsilin xalqları tərəqqiyə, inkişafa apardığını görməyən meyxana düşkünlərinin, nadanlıq, cəhalət faciəsində yaşayanların məktəb haqqında istehza, məsxərə ilə danışması da sənətkarın diqqətindən yayınmır:

Biz xoşlamanıq dərsi ki, min məktəb açılsın,

Gər min də məarif sözü dünyaya saçılsın,

Məktəbdə nə hörmət ki, o samanə qaçılsın?

Meyxanədə votqa vurarız, kam alırız biz,

Qafqazlılarız, məst olarız, nam alarız biz!

Avropanın günü-gündən tərəqqi etməsi barədə deyilənlər də sənətkarın müasirləşmək, milli tərəqqi, oyanış barədə düşüncələrini əks etdirir. Vətənin taleyini düşünən, narahat olan ədib tənqidlə kifayətlənməyib avropalıların millət naminə şərəflə çalışması, insanlıq adını uca tutmasından söz açmaqla sanki oxucuya yol göstərir,

Şagirdlərə belə bir sualla da müraciət edilir: Şeirin hər bəndinin sonunda təkrar-təkrar işlədilən «Qafqazlılarız» ifadəsi mahiyyət etibarilə hansı mənanı ifadə edir? Məktəblilər qeyd edirlər ki, şair bu sözlə XX əsrin əvvəllərində Qafqazda yaşayan bütün azərbaycanlıları nəzərdə tutmuşdur. Sabirin satirik qəhrəmanı əslində Qafqazda yaşayan, vətənin taleyinə laqeyd qalan azərbaycanlıların tipik nümayəndəsidir.

Dərsdə müəllimin tapşırığı ilə şairin “Ruhum” şeiri ilə də müqayisə aparılır. Şair “Ruhum” əsərində fəzada pərvaz edən ruhuna müraciət edərək özünün amalından, azadlıq idealından söz açır, xalqımızın bir gün azadlığa çıxacağına dərin inamını ifadə etmişdir. Sənətkarın bu şeirdə öz əksini tapmış azadlıq amalı «Amalımız, əfkarımız ifnayi-vətəndir» şeirinin qəhrəmanının həyata baxışları ilə ziddiyyət təşkil edir.

XI sinifdə şairin “Səttarxana” şeiri də tədris olunur. Şagirdlərə əsərin təhlili ilə bağlı aşağıdakı sual və tapşırıqlar verilir:

  1. Səttarxan kimdir? Cənubi Azərbaycan haqqında tarix dərslərində öyrəndiklərinizi yada salın.

  2. Bu şeir Sabirin satiralarından nə ilə fərqlənir?

  3. Sabir Səttarxana, Təbrizlilərə necə münasibət bəsləyir?

  4. Səttarxanın hansı cəhətlərinə şair xüsusi diqqət yetirir?

  5. Şairin şah reşiminə münasibəti necədir? Fikrinizi əsərdən nümunələrlə əsaslandırın.

  6. Sənətkarın Cənubi Azərbaycan mövzusunda yazılmış daha hansı əsərləri var? Sizcə, şairin bu mövzuya müraciəti nə ilə əlaqədardır?

  7. A. Səhhət yazmışdır: «Sabir əfəndinin əşarı bu beş ilin müddətində İran məşrutəsinə... bir ordudan ziyadə xidmət etmişdir». Bu fikri necə başa düşürsünüz?

  8. “Səttarxana” şeirinin müasir dövrdə əhəmiyyəti nədən ibarətdir?

  9. Əsər sizdə hansı fikirlər, düşüncələr doğurdu?

Dərsdə əsərin təhlili zaman qeyd edilir ki, 1908-ci ilin payızında Səttarxan fədailəri şah qoşunlarını məğlub etmiş, tarixi qələbə qazanmışdı. Bu qələbə xalqımızın azadlıq mübarizəsində mühüm hadisəyə çevrimiş, C.Məmmədquluzadə, M.Ə.Sabir kimi əməl dostlarının, ziyalıların yaradıcılığında əks-səda tapmışdı.

C.Məmmədquluzadə “Molla Nəsrəddin”jurnalında çap etdirdiyi “Yaşa”adlı məqalədə yazırdı:” İnsan həddindən artıq bir şeyə sevinəndə çox vəqt dili tutulan kimi olar və əvvəl vəqt bilməz ki, nə desin və nə danışsın.

Şahın namərd qoşunlarının basılmağını eşidib ancaq bunu deyə bilərik: “Yaşa, Səttarxan!”

Sabirin “Səttarxana” şeiri “Molla Nəsrəddin” jurnalının 1908 ci il 20 oktyabr tarixli 42-ci sayında Məczub imzası ilə çap olunmuşdur. Sənətkarın ideya-məzmun baxımından “Yaşa” yazısı ilə səsləşən, ciddi, lirik planda yazılmış bu şeir Məşrutə inqilabının, milli-azadlıq hərəkatının rəhbəri, «Sərdari-milli» adı ilə şöhrət qazanmış Səttarxana həsr olunmuşdur.

Yaradıcılığında satiraya, tənqidə, ifşaya böyük önəm verən sənətkar sanki bu şeirdə ürəyini boşaldır, ictimai lirika üslubunda, tərənnüm ruhlu misralarla xalqın qeyrətli oğullarına alqış deyir. Milli iftixar hissi ilə yazılmış bu əsərdə Sabirin satiralarındakı “göz yaşları içində gülüş” deyil, təbii, ürəkdən gələn bir sevinc, mənəvi ruh yüksəkliyi vardır. Şeir öz coşqun pafosu, lirik qəhrəmanın hiss-həyəcanının təbiiliyi, hərarətli dili ilə diqqəti cəlb edir.

Şair əsəri oxucuya müraciətlə başlayır, öz sevincinin, ruh yüksəkliyiunin səbəbini açıqlayır. Əsərin oxucuya müraciətlə başlaması təsadüfi deyildir. “Əfsanə”, “divanə” sözlərini işlətməklə şair oxucunun onu yanlış anlamamağa çağırır, reallıqdan söz açdığını söyləyir. Sənətkarın məqsədi oxucunun diqqətini Təbriz fədailərinin parlaq qələbəsinə cəlb etmək, öz sevincini bölüşməkdir.

Uzun illərdir ki, azadlıq təşnəsi olan şair o qədər həyəcanlıdır ki, oxucunun onu divanə zənn edəcəyini düşünür. O, azadlıq eşqi ilə mübarizəyə atılıb qalib gələn “himməti-valaya”- əsl qeyrət nümunəsi göstərən, insanlara sevinc bəxş edən Səttarxana alqış deməklə Arazın bu tayındakı oxucunu da xəbərdar edir, ayıldır, düşünməyə, onu da öz hislərinə, duyğularına şərik olmağa səsləyir.

Şeirdə Azərbaycan ədəbiyyatında ilk dəfə olaraq Səttarxanın bir milli qəhrə­man kimi dolğun bədii obrazı yaradılmışdır. Şairin təqdimində, Səttarxan xalqın ən qeyrətli oğullarındandır.

Sabir Səttarxanın milliyyət etibarilə azərbaycanlı olmasından böyük iftixar düyğusu keçirir:

İştə Səttarxan, baxız, bir növ iqdamat edib,

Bir vəzirü şahi yox, dünyanı yeksər mat edib,-

İrzü İslamı, vətən namusunu yüz qat edib,

Hörməti-heysiyyəti-milliyyətin isbat edib,

İndi dünyanın təvəccöh nöqtəsi İranədir,

Afərinim himməti-halayı-Səttarxanədir.

M.Ə.Sabir Azərbaycan xalqının milli qəhrəmanı Səttarxanı «oddan qorx­ma­yan pərvanəyə» bənzədir. Səttarxanın xidmətlərinin islam dün­ya­sı, geniş mənada insanlıq üçün böyük əhəmiyyətə malik olduğu xüsusi vurğulanır:

Afərin, təbriziyan, etdiz əcəb əhdə vəfa!

Düstü düşmən əl çalıb, eylər Sizə səd mərhəba!

Çox yaşa, dövlətli Səttarxan, əfəndim, çox yaşa!

Cənnəti-əlada peyğəmbər Sizə eylər dua.

Çün bu xidmətlər bütün islamədir, insanədir,

Afərinim himməti-halayi-Səttarxanədir.

Güclü düşmənlə mübarizədə Səttarxanın ən böyük dayağı xalqdır. Cənubi Azərbaycanda xalqın Səttarxanla birliyi böyük qələbənin rəhni kimi vəsf olunur. Şair bu birliyi ürəkdən alqışlayır, Səttarxanla yanaşı, təbrizlilərə də “Afərin Təbriziyan etdiz əcəb əhdə-vəfa,”- deyir.

Şair təkcə bu əsərdə deyil, «İran özümündür», «İstiq­ba­lımız lağla­ğı­dır», «Mir Haşım Təbrizi», «Satıram», «Doğrudan da, Məmdəli, qey­rət halal olsun sənə», «Nədir, ayə, yenə üsyanları iranlıların», «Əhli- İranda da, oğlan, yenə himmət görünür», «Avropada Məmdəlinin eşqbazlığı», «Səbəb boynuyoğun ol­du», «Müxbirüssəltənəyə» və sair şeirlərində də Cənubi Azərbaycanın istiqlalından bəhs etmiş, milli-azad­lıq hərəkatını alqışlamış, hərəkatın düş­­mənlərinə ağır zərbə endirilmişdir.

İctimai lirika üslubunda qələmə alınmış «Səttarxana» şeirində Təbriz şəhərindəki yüksək nikbin ovqatın tərənnümü ön mövqeyə çəkilmişdir. Şair azadlıq yolunda qurban getmiş şəhidlərə ümumxalq ehtiramından söz açmışdır:

Ta ki Millət Məcməin Tehranda viran etdilər,

Türklər Səttarxan ilə əhdü peyman etdilər,

Zülmü-istibdadə qarşı nifrət elan etdilər,

Millətə, milliyyətə can nəqdi qurban etdilər,

Ayeyi «zibhi-əzim» itlaqı ol qurbanədir,

Afərinim himməti-halayı-Səttarxanədir.

Şagirdlərin diqqətinə çatdırılır ki, qısa müddətdə bu şeir Cə­nubi Azərbaycanın hər yerində geniş yayılmış, böyük maraq doğurmuşdur. Milli-azadlıq hərəkatının himninə çevrilmiş «Səttarxana» şeiri xalq kütlələri, mücahidlər arasında nəğmə kimi oxun­muşdur.

Dərsdə şagirdlərə belə bir sualla da müraciət edilir: “ Çar senzurası “Səttar” adının işlənilməsinə icazə verməmiş, ona görə də həm jurnalda, həm də “Hophopnamə”nin inqilabdan əvvəlki nəşrlərində adın yerinə nöqtələr qoyulmuşdur. ”Səttarxan” adı ilk dəfə “Hophopnamə”nin 1922-ci il nəşrində işlədilmişdir. Sizcə, çar senzurasının bu mövqeyi nə ilə əlaqədar idi?”

Şagirdlər milli müstəmləkə siyasəti aparan çarizmin Səttarxan hərəkatının Şimali Azərbaycanda da azadlıq hərəkatının alovlandıracağından qorxuya düşdüyünü, hər vəchlə bu mübarizənin qarşısını almağa çalışdığınlı qeyd edirlər.

Məktəblilər dərsdə əsər barədə təəssüratlarını bölüşməklə yanaşı, müasir Azərbaycanın müstəqil dövlət quruculuğu yoluna qədəm qoymasından, onun uğurlu inkişafından, xalqımızın birlik arzularının həyata keçməsinə inamlarından söz açırlar.

İstifadə edilmiş ədəbiyyat

  1. Azərbayjan Respublikasında ümumi təhsilin milli kurikulumu. Bakı, 2006.

  2. M.Ə.Sabir. Hophopnamə. Bakı: Yazıçı, 1992.

  3. Ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün ədəbiyyat proqramı. Bakı, 2003.

  4. Cəfərov N., İ.Həbibbəyli, N.Əliyeva, Bakıxanova A. Ədəbiyyat. XI cinif üçün dərslik. Bakı: Çaşıoğlu, 2009.

  5. Cəfərov N., N.Nəcəfov, B.Həsənli. Ədəbiyyat müntəxabatı. XI cinif üçün dərs vəsaiti. Bakı: Kövsər, 2009.

Б.А.Гасанлы

Анализ творчества М.А.Сабира на уроках литературы

Резюме

В статье исследуется возможности школьного анализа произведений М.А.Сабира. Автор освещает некоторые пути изучения творчества поэта на уроках литературы. Основное внимание уделяется анализу образцов сатиры и лирики в творчестве поэта.

B.A.Hasanli

Analysis of creativity M.A.Sabir on the lessons of literature

Summary

The article investigates the possibility of school analysis of the works M.A.Sabir. The author covers some of the ways the study of the poet on the lessons of literature. Focuses on the analysis of samples of satire and lyricism in the work of the poet.



Скачать

© 2022, 140 0

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!