СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

M. A. Bakunin bürokratiya haqqında

Категория: История

Нажмите, чтобы узнать подробности

         XIX əsrin görkəmli Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanov  özünün “ Gülüstani - İrəm” adlı məhşur əsərində yazır : “ ... Tarix elə bir danışmayan natiqdir ki, sələflərin vəsiyyətlərini bütün təfsilatı və təriflərlə xələflərə bildirir, ehtiyac və rifah səbəblərini, tərəqqi və tənəzzül yollarını anladır. Gələcəkdə törəyə bilən əhvalatı keçmişin libasında insanların ibrət nəzərinə çatdırır”.

    Rusiyanın XIX əsr siyasi-iqtisadi və mədəni tarixi ölkəmizin tarixi ilə sıx bağlıdır. Əgər biz  dövrün sənədlərini  diqqətlə nəzərdən keçirsək, dövrün müxtəlif fikir sahiblərinin yazılarını müasir elmi yanaşmalar tərzindən süzgəcdən keçirsək, son illərin hadisələrini qiymətləndirmək imkanı əldə edə bilərik. Bu yazı özündə metodiki, elmi-kütləvi ədəbiyyat elementlərini birləşdirir. Bu yazı eynizamanda, yuxarı sinif şagirdləri, abituriyentlər, tələbələr, eləcə də tarixlə maraqlananlar üçün nəzərdə tutulmuşdur. Bir sözlə, tarixlə maraqlananlar öz fikir dairənizin üfüqlərini genişləndirin. 

Просмотр содержимого документа
«M. A. Bakunin bürokratiya haqqında»

M. A. Bakunin bürokratiya haqqında

XIX əsrin görkəmli Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanov özünün “ Gülüstani - İrəm” adlı məhşur əsərində yazır : “ ... Tarix elə bir danışmayan natiqdir ki, sələflərin vəsiyyətlərini bütün təfsilatı və təriflərlə xələflərə bildirir, ehtiyac və rifah səbəblərini, tərəqqi və tənəzzül yollarını anladır. Gələcəkdə törəyə bilən əhvalatı keçmişin libasında insanların ibrət nəzərinə çatdırır”.

Rusiyanın XIX əsr siyasi-iqtisadi və mədəni tarixi ölkəmizin tarixi ilə sıx bağlıdır. Əgər biz dövrün sənədlərini diqqətlə nəzərdən keçirsək, dövrün müxtəlif fikir sahiblərinin yazılarını müasir elmi yanaşmalar tərzindən süzgəcdən keçirsək, son 10 illərin hadisələrini qiymətləndirmək imkanı əldə edə bilərik. Bu yazı özündə metodiki, elmi-kütləvi ədəbiyyat elementlərini birləşdirir. Bu yazı eynizamanda, yuxarı sinif şagirdləri, abituriyentlər, tələbələr, eləcə də tarixlə maraqlananlar üçün nəzərdə tutulmuşdur. Bir sözlə, tarixlə maraqlananlar öz fikir dairənizin üfüqlərini genişləndirin. ...

XIX əsr Rusiya tarixi şəxsiyyətlərini tarixin süzgəcindən bir daha keçirməyə hələ də ehtiyac var.

Belə tarixi şəxsiyyətlərdən biri K. Marksın əsas rəqiblərindən olan Mixail Aleksandr oğlu (Михаил Александрович Бакунин) Bakunindir (1814-1876). Bakuninin adı bizim yaddaşımızda anarxist kimi qalıb. ...«anarxiya” - “xaos” deməkdir. Qeyd etmək lazımdır ki, anarxistlər öz qarşılarına məqsəd kimi, insanın bütün təcavüzlərdən azad olmasını, istər siyasi, istər iqtisadi, istərsə də ruhi azadlığını bir məqsəd qoymuşdular.1868-ci ildən etibarən Bakunin K. Marksı tənqid etməyi daha da gücləndirir. Bakunin yazırdı:”...buna görə də dövlət (zor aparatı) yəni cəmiyyətin bir qrup üzvü digər üzvünu əzdiyi yerdə azadlığın təntənəsi ola bilməz. Heç bir diktatura öz-özünü şikəst etməkdən başqa bir iş görmür. Halbu ki, istənilən dövlət aparatı özünü qoruyub saxlamağa çalışır, nəinki özünü məhv etməyə. ... Bundan başqa, hakimiyyət xalqa ancaq qul pisixologiyası aşılayır ki, bu da onlarda mərkəzin bütün əmrlərinə sözsüz əməl etmə vərdişi yaradır”. Daha sonra Bakunin “Dövlətçilik və anarxiya”əsərində yazır: ”...bütün fəhlə sinfi eynizamanda hakimiyyətdə ola bilməz. Necə ki, hakimiyyəti bir neçə yüz, və yaxud bir neçə min, eləcə də bir neçə 10 min adam birdən idarə edə bilməz. Onlar bu hakimiyyəti məcburən ya da çarəsizlikdən bir qrup adamlara və ya məcbur olaraq bir nümayəndəyə, yaxud bir başçıya verəcəqlər”. Beləliklə, hakimiyyətə bir ovuc “seçilmişlər”, hətta onların vasitəsi ilə “seçilməmişlər də” gəlmiş olacaqlar. Sözsüz ki, hakimiyyətə gələnlər özlərini xalqın seçdiyini deyəcəklər. Ancaq onlar xalq içindən çıxsalar da, xalqa yuxarıdan aşağı baxacaqlar.

Beləliklə, Bakunin öz sosial analizlərinə əsaslanaraq, belə bir qənaətə gəlir ki, xalqın adından danışan və hakimiyyətdə olan qüvvələrin işi gec-tez sosial ədalətsizliyə və istismara gətirib çıxaracaq. Bu dövrü Bakunin “avtoritar hakimiyyət və ya dövlət mən özüməm”adlandırır”. Bu isə Bakuninin fikrincə həm siyasi, həm ideoloji, həm iqtisadi, ümumiyyətlə bütün hakimiyyətin bir əldə cəmlənməsidir. Bu da öz növbəsində, böyük anarxistin fikrincə, vətəndaşların mənəvi və zehni deqradasiyasına (pozğunluğuna) gətirib çıxaracaq. Belə cəmiyyət isə vətəndaş cəmiyyəti yox, heyvani prinsiplərə əsaslanan cəmiyyət olacaq. Bakunin yazır: ”Belə cəmiyyət yezuitlərin uzun illər ərzində idarə etdiyi Paraqvay Respublikasına oxşayardı. (Məlumat üçün bax:”Arqumentlər və Faktlar”qəzeti.Moskva.1990-cı il.Avqust sayına)

Burada, Bakuninin siyasi həssaslığını və sosial psixologiyanı bilməsini inkar etmək olmaz. İndiki dövrdə baş verən hadisələrə, xüsusən də Ərəb ölkələrində baş verən hadisələrə nəzər yetirsək, başa düşərik ki, real hakimiyyəti o kəslər əldə saxlayırlar ki, onlar “əsas doktirinanı dərindən-dərinə bilirlər”. Bunu bilənlər isə elə əslində öz hakimiyyətlərini qoruyub saxlamağa çalışan bürokratlardır. ...

Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11№-li tam orta məktəbin tarix müəllimi, 2015-ci ildə keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi


Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!