СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Məktəbdə elmi-tədqiqat işi (Məktəbdə elmi-tədqiqat işi nə deməkdir? Metodik tövsiyyə).

Категория: История

Нажмите, чтобы узнать подробности

Elmi-tədqiqat işi-elmi xarakterli araşdırma, təcrübə, mövcud biliklər əsasında yeni biliklər əldə etmək, elmi hipotezlər hazırlamaq, ülmi ümumiləşdirmələr aparmaq və elmi nəticələr çıxartmaqdır. Elmi-tədqiqat işi müstəqil olaraq, lakin məsləhətçinin nəzarəti altında şagirdin biliklərini və praktik problemləri həll etmək üçün bacarıqları qarşıya qoyur.

Просмотр содержимого документа
«Məktəbdə elmi-tədqiqat işi (Məktəbdə elmi-tədqiqat işi nə deməkdir? Metodik tövsiyyə).»



Məktəbdə elmi-tədqiqat işi (Məktəbdə elmi-tədqiqat işi nə deməkdir? Metodik tövsiyyə).

Elmi-tədqiqat işi-elmi xarakterli araşdırma, təcrübə, mövcud biliklər əsasında yeni biliklər əldə etmək, elmi hipotezlər hazırlamaq, ülmi ümumiləşdirmələr aparmaq və elmi nəticələr çıxartmaqdır. Elmi-tədqiqat işi müstəqil olaraq, lakin məsləhətçinin nəzarəti altında şagirdin biliklərini və praktik problemləri həll etmək üçün bacarıqları qarşıya qoyur.

Tədqiqat işi tapşırığın məntiqi cəhətdən başa çatması və şagirdin düşüncələrini açıq şəkildə ifadə etməsi, təkliflərini müdafiə etməsi, həmçinin terminlərdən düzgün istifadə etməsi qabiliyyətini nümayiş etdirməlidir. Sözsüz ki, bu iş alimlərin işindən daha sadədir, lakin quruluş baxımından, istifadə edilən üsullara, planlaşdırma sisteminə görə eyni bir işdir.Tədqiqat işi hər hansı bir yazı işi və ya internetdən skan edilmiş bir məqalə deyil. Bu, müstəqil araşdırma aparmaq və nəticə əldə etmək, öz praktik bacarıqlarını tətbiq etmək, tapşırıqları həll etmək üçün yenilikləri əldə edərək onlardan işində isitfadə etmək və eləcə də əldə edilmiş nəticələri təhlil etmək deməkdir. Elmi araşdırma zamanı öz zəhmətinlə əldə edilən biliklərdaha yaxşı yaddaşda qalır. İstər müəllim, istərsə də şagird qarşısına suallar qoyub və onun həllinə çalışması metodu yeni-yeni yaradıcılıq əhval-ruhiyyəsinə səbəb olur. Daha çox istək yaradır.

Tədqiqat işinin tapşırıqları:

Dövlət standartlarına görə, tədqiqat işi təhsilalanın təhsili üçün vacib hissədir. Bu işin nəticəsində şagird öz fəaliyyətini planlaşdırma, təşəbbüskarlıq, öz işinə sadiq qalma, nəticələrin qiymətləndirilməsi, ixtisaslaşdırılmış terminologiyadan istifadə, özünün fərdi tədqiqatının nəticələrini göstərmək qabiliyyətini nümayiş etdirrir.

Tədqiqatın mərhələləri:

1. Araşdırmanın istiqamətini seçmək

2. Tədqiqat mövzusunu seçmək

3. Hipotezin formalaşdırılması

4. İş mərhələlərinin planlaşdırılması

5. Tədqiqat mövzusu üzrə məlumatların toplanması

6. Araşdırma aparmaq

7. Nəticələrin qiymətləndirilməsi

8. Dizayn işləri

Tədqiqat istiqamətləri və tədqiqat mövzusunun seçilməsi:

Tədqiqat işi bu məsələ ilə məşğul olmaq istəyi ilə başlayır. Tədqiqatın nə olacağını başa düşmək, seçilmiş istiqamətdə tədqiqatçı kimi güclü olduğunu və gələcək fəaliyyətlərdə fayda gətirəcəyini bilmək lazımdır. Tədqiqat üçün yaxşı bir mövzu sizin və rəhbəriniz üçün maraqlı olan bir mövzu seçmək lazımdır. Mövzunu düzgün seçin. Mövzu anlaşıqlı, yığcam və aydın olmalıdır.Ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün tədqiqatlarda başqasının təcrübəsinin təkrarlanması, müəyyən metodun təhlili, hər hansı bir metodun yeni şəraitdə tətbiqi, müxtəlif mütəxəssislərin təcrübəsi və texnikalarının müqayisəsi uğurlu sayıla bilər və seçilmiş mövzu ilə bağlı ədəbiyyatı təhlil etməklə qiymətləndirmə aparılmalıdır. Şagirdlər üçün mühüm amil tədqiqatın yeniliyi və mövzunun akuallığıdır.

Fərziyyənin formalaşdırılması:

Nəzəri cəhətdən əsaslandırılmış, lakin təsdiqləmə tələb edən elmi bir fərziyyə tapın. Əsas tədqiqat fərziyyəsi mövzunun mətnindən çıxmalıdır.

Planlaşdırma mərhələləri:

İşin məqsədinə uyğun istiqamətdə ardıcıl hərəkət etmək üçün ətraflı və strukturlaşdırılmış plan hazırlanmalıdır. Bu, öz növbəsində işinizi təşkil etməyə və daha məqsədyönlü iş aparmağa kömək edəcəkdir. Bundan başqa belə etdikdə şagirdlər daha intizamlı və müəyyən ritmdə işləməyə cəlb olunacaqlar.

Tədqiqat mövzusuna aid məlumat toplama:

Məlumatları necə əldə edəcəyinizi müəyyənləşdirir. Bunun üçün iki üsul var- emprik (hər gün öyrəndiyin) və ikinci əl qaynaqlardan istifadə.Birincidə müşahidə və təcrübələr vasitəsilə emprik məlumatlar əldə edilir. İkincidə isə qaynaqlara dair tədqiqatlar- spekulyativ nəticə, təhlil və eləcə də ədəbiyyatın təhlili durur.





Araşdırma aparmaq:

Tədqiqatı seçilmiş metoda uyğun olaraq aparılmasına başlayın. Bu mərhələdə irəli sürülən fərziyyəni yoxlamaq üçün zəruri məlumatlar əldə edilir.

Nəticələrin qiymətləndirilməsi:

Tədqiqatın başa çatır. Tədqiqat obyektinin necə təşkil edildiyini, nə olduğunu, nə ilə fərqləndiyini, nələrin araşdırılmadığını, onun davamının nə ola biləcəyini müəyyənləşdirirsiniz. Şagirdlər üçün ümumi təhsil müəssisələrində görülən işlərin səmərəliliyi əsas tədqiqat fəaliyyətinin bacarıqlarını mənimsəmə səviyyəsidir. Bu həmdə gələcəkdə şagirdlərdə elmi yenilik və təcrübə toplamaq əhəmiyyətinə malikdir.

Tədqiqat işinin yazılması:

Mətn yazmaq üçün Mark Tvenin “Fenimor Kuperin ədəbi günahları” adlı məqaləsindən istifadə edə bilərsiniz:

“Müəllif borcludur:

-demək istədiyini söyləməlidir, fikirlərini dumanlı şəkildə, üstüörtülü yazmamalıdır,

-Düzgün sözü tapıb işlətməlidir,

-mətni həddindən çox faktlarla yükləməməlidir,

-əhəmiyyətli məlumatlar buraxılmamalıdır,

-uzunçuluğa yol verməməlidir,

-qrammatik səhvlərə yol verməməlidir,

-sadə və anlaşıqlı dildə yazmalıdır”.

Elmi-tədqiqat işinin strukturu:

İşin strukturu aşağıdakı kimi təqdim edilə bilər:

1.Titul vərəqi

2.Annnotasiya (nə edilib, yeni nə əldə edilib)

3.Müntədicat (Fəsil və bölmələrin adı, səhifələr göstəriilməklə)

4.Giriş (Problemin təyin edilməsi, vacibliyi, tədqiqatın əhəmiyyəti, tədqiqatın obyekti və mövzu, tədqiqatın məqsəd və vəzifələri, iş üsullarının qısa təsviri)

5.Tədqiqatın əsas fəsilləri (elmi ədəbiyyatın analizi, müəyyən üsulların və xüsusi mütodların seçilməsi, tədqiqat proseduru və mərhələləri)

6. Nəticələrin təfsiri

7. Nəticə (tamamlanmış tədqiqatın qısa təsviri)

8.İstifadə edilmiş ədəbiyyatın siyahısı

9.Əlavələr (cədvəllər, qrafik və ya sxemlər və s. )

İşin müdafiəsi və çıxış mətni:

Tədqiqatın müdafiəsi tematik konfranslarda aparılır və ümumiyyətlə danışmaq üçün 10 dəqiqə vaxt verilir. Buna görədə vaxta nəzarət etmək üçün mütləq saatdan istifadə etmək tövsiyyə edilir. Ancaq çıxış zamanı səs tonuna fikir vermək, uca və aydın çıxış etmək lazımdır. Bu sizin işinizin anlaşıqlı olmasına kömək edəcəkdir. Sizin çıxışınız bütün detalları əhatə etməməlidir. 10 dəqiqə ərzində siz ancaq ən əsas və lazımlı fikirləri bildirməlisiniz. Siz əsas nəticələrinizi bildirin. Hamının bildiyi məsələlərə toxunmayın. Həm də münsiflər heyətinin və ya konfrans iştirakçılarının mövzuya aid hər hansı sualına cavab verməyə də hazır olmalısınız.










Əsədov Seyyub Əsəd oğlu -Şirvan şəhər T. Bağırov adına 11№-li tam orta məktəbin tarix müəllimi, 2015-ci ildə keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi




Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!