СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Mohenco-Daro və digər Hind vadisi sivilizasiyaları təxminən eyni vaxtda dağılmışdır

Нажмите, чтобы узнать подробности

40 min əhalisi olan qədim Mohenco-Daro şəhəri bir anda xarabalığa çevrilmişdir.

Просмотр содержимого документа
«Mohenco-Daro və digər Hind vadisi sivilizasiyaları təxminən eyni vaxtda dağılmışdır»

Mohenco-Daro və digər Hind vadisi sivilizasiyaları təxminən eyni vaxtda dağılmışdır

40 min əhalisi olan qədim Mohenco-Daro şəhəri bir anda xarabalığa çevrilmişdir. Min illər əvvəl 40 min əhalisi olan bir şəhər Hind vadisində Mesopotamiya və Qədim Misirin böyük gücləri ilə rəqabət apararaq fəxr edirdi. O, birdən-birə yararsız vəziyyətə düşənə və naməlum səbəblərdən tərk edilənə qədər əsrlər boyu davamlı olaraq böyümüşdür. “Ölülər təpəsi” mənasını verən Mohenco-Daro xarabalıqları müasir Pakistanın cənub-qərbindəki Sind əyalətində yerləşir. UNESKO-nun məlumatına görə, ərazinin sahəsi 24 hektardır; 1922-ci ildən bəri bütün strukturların yalnız üçdə biri tədqiq edilib. Şəhər eradan əvvəl təqribən 2500-cü ildə salınmışdır.Yaxşı təşkil edilmiş yerləşdirmə yaşayış məntəqəsinin xaotik böyümənin nəticəsi olmadığını, qədim şəhərsalma sistemini təmsil etdiyini göstərir. Şəhərin çox hissəsi eyni bişmiş kərpicdən tikilmişdir ki, bu da onun o dövrlərdə standart tikinti materialı olduğunu sübut edir. Metropolun çiçəklənmə dövründə düz yollar düz bucaq altında kəsişir və icma mərkəzləri, ictimai hamamlar, mədəniyyət mərkəzləri, kahinlər üçün kollec, mükəmməl drenaj sistemi və böyük taxıl anbarı ilə şəhər bloklarını meydana gətirirdi. Mohenco-Daro, e.ə.1800-1700-cü illərdə gözlənilmədən tərk edilənə və məhv olana qədər çiçəklənmişdir. Şəhərin bu günə qədər salamat qaldığına görə, onun çox güman ki, təbii tənəzzüldən çox, hansısa qısamüddətli fəlakətin qurbanına çevrildiyi güman edilir. Qəribədir, şəhər nə selə, nə yanğına, nə də dağıdıcı döyüşə görə tərk edilməmişdir. Şəhərin hər yerində onlarla skelet aşkar edilmişdir, lakin göründüyü kimi, onlar dəhşətli qətliamın qurbanı olmayıblar. Həmçinin diqqətəlayiq haldır ki, bu dövrdə Hind vadisində bir çox dogər sivilizasiyalar da dağılmışdır. Eradan əvvəl 1800-cü ilə qədər bölgənin böyük şəhərlərinin əksəriyyəti demək olar ki, tamamilə tərk edilmişdi. Himalay dağlarının yaxınlıqdakı ətəklərindəki yaşayış məntəqələri sonuncu olaraq tənəzzülə uğramışdır. Ümumi elmi nəzəriyyələrdən birinə görə, bölgədə kənd təsərrüfatının tənəzzülünə və böyük şəhərlərin məhvinə quraqlıq səbəb olmuşdur. 2023-cü ildə Himalayda mağaradan qədim stalagmitin tədqiqi bu nəzəriyyənin inandırıcı sübutunu əldə etməyə imkan verdi. Kembric Universitetinin alimləri bölgənin tarixi yağıntıları haqqında məlumat əldə etmək üçün geoloji xüsusiyyətdəki böyümə təbəqələrini tədqiq etdilər və bölgənin təxminən 4200 il əvvəl bir neçə əsrdir davam edən həddindən artıq quru iqlim yaşadığını aşkar etdilər. Hətta Hind vadisi və Himalay dağlarından kənarda, “4200 illik hadisəsi” kimi tanınan qlobal quraqlığın təxminən 4200 il əvvəl baş verdiyinə dair sübutlar var. Hər kəs bu fikirlə razılaşmır, lakin bu, bəşəriyyətin ilk böyük sivilizasiyalarının bir çoxunun niyə bu dövrdə birdən-birə mövcudluğunu dayandırdığını izah edir. Onun izah etmədiyi yeganə şey odur ki, onilliklər davam edən inanılmaz böyük quraqlığa nə səbəb ola bilərdi? ...

Mənbə: https://etm-club.site/mohendzho-daro-i-drugie-czivilizaczii-v-doline-inda/

Rus dilindən tərcümə etdi: Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).

İstinad:

https://sinxronfenler.blogspot.com/2023/10/mohenco-daro-v-digr-hind-vadisi.html



Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!