СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

О сущности нового подхода к составления учебников литературы

Категория: Литература

Нажмите, чтобы узнать подробности

В статье раскрываются новые требования к составлению учебников литературы для старших класслв средних общеобразовательных школ.

Просмотр содержимого документа
«О сущности нового подхода к составления учебников литературы»

Kurikulum üzrə ədəbiyyat dərsliklərinin tərtibinə yeni yanaşmanın mahiyyətinə dair

Məktəb islahatının müasir mərhələsi pedaqoji elmlərdə, o cümlədən ədəbiyyat tədrisində yeni metodik təfəkkürün bərqərar olması, yeni inkişaf meyillərinin, ideyaların yaranması və tətbiqi ilə əlamətdardır. Müasir məktəbdə ədəbiyyat tədrisinə yeni yanaşmanın ma­hiy­yəti fənn kurikulumunda öz əksini tapmışdır. Ədə­biy­yat kurikulumunun ümumi orta və tam orta təhsil pil­lə­lə­rin­də qar­şıya qoyduğu məqsəd və vəzifələr təlimə ənənəvi baxışın, me­todik istiqamətin dəyişdirilməsini qaçılmaz etmişdir.

Müasir məktəbdə ədəbiyyat tədrisinə yeni yanaşma bədii əsərin şagird - oxucuya mənəvi, estetik, və emosional tə­sirinin gücləndirilməsi, həyati bacarıqların aşılanması, şagirdlərdə müstəqilliyin, özünüdərkin tər­­biyə olunması, oxucu qavramasının, mütaliəyə, ədəbiyyatın öy­rə­nil­məsinə marağın inkişafı, təlimə yaradıcı münasibətin for­ma­laş­dı­rıl­masını nəzərdə tutur.

Ədə­biy­yat təliminə yeni yanaşma ilk növbədə ku­ri­kulum ideyalarını əks etdirən yeni konsepsiya əsasında dərslik, vəsaitlərin yaradılması və bu zəmində tədrisin elm və mədəniyyətin müasir səviyyəsinə çat­dırılması, təlim-tər­biyə prosesinin humanistləşdirilməsi, differensiallaş­dı­rıl­ma­sı, yeni təlim texnologiyalarından istifadə, fəndaxili və fənlərarası inteqrasiyanın, fəal, interaktiv təlim metodlarının sistemli tətbiqi ilə bağlıdır.

Kurikulum üzrə yeni nəsil “Ədəbiyyat”dərsliklərinə məktəblilərin mənəvi-estetik tərbiyəsinin daha da güc­lən­dirilməsi, onlarda milli və ümumbəşəri dəyərlər, həyati baca­rıq­lar for­ma­laş­dırılması baxımından əhəmiyyətli əsərlər daxil edil­miş­dir. [3;5.] Belə ki, tə­lim materiallarının mövzu, probem və janr müx­tə­lif­liyinə xüsusi diqqət ye­tirilmiş, dərsdə müzakirə və sinifdənxaric oxu üçün vətən­pər­vərlik, məktəb, bilik, əmək, təbiətə məhəbbət, mə­nəvi saflıq və s. möv­­­zularda yüksək ideya-bədii dəyərə malik bədii əsərlər seçil­miş­dir. Azərbaycan ədəbiyyatı ilə yanaşı, dünya ədəbiyyatından seç­mə­lərə yer verilməsi, əsərin humanist istiqaməti, şagird şəxsiyyətinə müsbət təsirinin nəzərə alınması, məktəblinin inkişafı məqsədlərinə, maraq dairəsinə, yaş və qavrama xüsusiyyətlərinə uyğun olmasına xüsusi diqqət yetirilmişdir. Bədii nümunələr seçilərkən mədəni-tarixi ənənələrimiz, milli ədəbi təhsil sis­te­mi­nin zəngin təcrübəsi nəzərə alınmışdır.

Kurikulum üzrə “Ədəbiyyat” dərsliklərini səciyyələndirən başlıca cəhətlər:

  • Şagirdlərə milli və ümumbəşəri mənəvi dəyərlər aşılan­ma­sına zəmin ya­radır, onların ədəbiyyata, mütaliəyə marağını gücləndirir, axtarıcılığa, tədqiqatçılıq fəaliyyətinə, fərqli mən­bə­lərdən yeni biliklər əldə etməyə sövq edir.

  • Məntiqi, tənqidi, yaradıcı (bədii) təfəkkürü inkişaf etdirir.

  • Tətbiqi xarakter daşımaqla zəruri həyati bacarıqların forma­laş­­masını təmin edir.

  • Fəndaxili və fənlərarası inteqrasiya imkanlarını reallaş­dır­ma­ğa zə­min yaradır.

  • Fəal/interaktiv təlim şəraitinin yaradılmasını təmin edir.

  • Şagirdlərin fərqli idraki imkanlarının nəzərə alınmasına şərait yaradır.

Dərsliklərə aşağıdakı tədris materialları daxil edilmişdir:

  • Dərsliyin metodik strukturu, ondan istifadə qaydaları üzrə tövsiyələr;

  • Azərbaycan və xarici ölkələrin şifahi və yazılı ədəbiyyat nümunələri;

  • Əsərin məzmununun mənimsənilməsi və təhlili üçün sual və tapşırıqlar;

  • Şifahi və yazılı nitqin inkişafı üçün sual və tapşırıqlar;

  • Ədəbiyyat nəzəriyyəsi materialları;

  • Ümumiləşdirmə və layihələr üzrə tapşırıqlar;

  • Formativ və summativ qiymətləndirmə materialları;

  • Yaradıcı tətbiqetmə, müxtəlif mənbələrdən istifadə ilə bağlı sual və tapşırıqlar;

  • Bədii mətnlərdə şagirdlərə tanış olmayan sözlərin lüğəti;

  • Qısa ədəbiyyatşünaslıq lüğəti.

Dərsliklərdə kurikulum üzrə fənn standartlarının tələblərinə uyğun olaraq, ədəbiyyat nəzəriyyəsi materialları (nağıl, təmsil, hekayə, epitet, bən­zətmə və s. haqqında məlumat) verilmişdir. Ədəbiyyat nəzəriyyəsi üzrə biliklərdən bədii əsərlərin öyrənilməsi prosesində istifadə olunması, nəzəri biliklərin bədii mətnin məzmununun öyrə­dil­məsi və təhlili prosesində tətbiqi məqsədilə hər mövzu üzrə sual və tapşırıqlar sistemi işlənilmişdir.

Dərsliklərə əsərin təhlili üçün “Oxuyun. Fikirləşin. Cavab ve­rin” başlıqlı mətnlər daxil edilmişdir. Əvvəlki dərsliklərdə şa­gird­­lərin bədii mətni müstəqil təhlil etmələrini nəzərdə tutan, onlara istiqamət verən bölmələrin daxil edilməməsi təlim prosesində ciddi problemlər yaradırdı. Bu mənada yeni dərsliklərə daxil edilən, əsə­rin mövzusu, ideyası, obrazların xarakteri və s. təhlili üçün sual və tapşırıqlar sistemindən ibarət mətnlər şagirdlərin əsərin ideya-bədii məzmununu müstəqil dərk etməsi, təh­lil bacarıqlarının formalaş­dı­rıl­­masında əhəmiyyətli rol oynayır.

Şagirdlərin diqqətini yazıçının bədii dil, üslub sənətkarlığına yö­nəl­dən, əsərdəki bədii gözəlliyin, obrazlılığın başa düşülüb qiy­mət­ləndirilməsi ilə bağlı sual və tapşırıqlar da dərsliklərin mə­ziy­yə­tini artıran cəhətlərdəndir.

İfadəli oxu ilə bağlı tapşırıqların dərsliklərə daxil edil­məsi müsbət dəyərləndirilməlidir. Doğrudur, əvvəlki dərsliklərdə də “Şeiri ifadəli oxuyun” tipli tapşırıqlar vardı. Lakin ifadəli oxuya necə hazırlaşmaq, onu necə həyata keçirmək barədə konkret is­ti­qa­mə­tin, nümunələrin olmaması təcrübədə həmin tələbin reallaş­dı­rıl­ma­sına imkan vermirdi.

Dərsliklərdə ədəbiyyat nəzəriyyəsi anlayışlarının sadə şəkildə izahı, konkret nümunələrlə aydınlaşdırılması da diqqəti cəlb edir. «Müs­təqil iş üçün», «Sinifdənxaric oxu üçün», «Ədəbiyyat nə­zəriy­yə­si» başlıqlı bölmələr dərsliklərin metodik aparatını zən­gin­ləş­dir­mişdir. Bu bölmələr şagirdlərin hər bir konkret mövzu üzrə bilik və bacarıqlarını dərinləşdirməyə və genişləndirməyə imkan yaradır.

Dərslikdəki təlim materiallarında ayrı-ayrı sinif­lərdə şagirdlərin ha­zır­lıq səviyyəsinin fərqli olması nəzərə alaraq, sual və tapşı­rıq­ların çoxvariantlılığı təmin edilib, konkret şəraitə uyğun olaraq müəllim və şagirdlər üçün seçim imkanları gözlənilib. Şübhəsiz, müəllim təq­dim olunan sual və tapşırıq nümunələrinə ehkam kimi yanaşmamalı, təklif olu­nan ideyalardan, metodik istiqamətlərdən yaradıcılıqla bəhrələn­məlidir. Meto­dik tövsiyələr işlənərkən belə bir cəhət əsas götürül­müşdür ki, hər bir müəllim təqdim olunan yeni tipli dərs nümu­nələ­rindən, dərslərin quru­luşundan, metodik sistemindən çıxış edərək öz dərs nümunələrini yarada və tətbiq edə bilər.

Təlim məqsədlərinin (nəticələrinin) düzgün müəyyənləşdirilməsi kurikulum­dakı məzmun standartlarının reallaşdırılması baxımından müstəsna əhəmiyyətə malikdir. Təlim məqsədləri dərsdə şagird nailiyyətlərinə aparan yoldur. Bu baxımdan hər ədəbiyyat dərsində hər üç məzmun xəttini əhatə edən alt standartlara uyğun təlim məqsəd­lərinin müəy­yən­ləşdirilməsi diqqət mər­kəzində saxlanılmışdır.

Ədəbiyyat

  1. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası. “Azərbaycan müəllimi” qəzeti, 25 oktyabr 2013 N41 (8558).

  2. Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün ədə­­biyyat fənni kurikulumu. V-XI siniflər. “Azərb.müəllimi” qəzeti, 24 dek. 2010 N 50.

  3. Hüseynoğlu S., Həsənli B., Səfərova Ə., Quliyev Ə. Ədəbiyyat. Ümumtəhsil məktəblərinin 5-ci sinfi üçün dərslik. Bakı: Bakı nəş­riyyatı, 2012.

  4. Hüseynoğlu S., Həsənli B., Səfərova Ə., Quliyev Ə. Ədəbiyyat. Ümumtəhsil məktəblərinin 7-ci sinfi üçün dərslik. Bakı: Bakı nəş­riyyatı, 2014.


Б.А.Гасанлы

О сущности нового подхода к составлению современных учебников литературы

Резюме

В статье отмечается, что новый подход к обучению литературы связан в первую очередь созданием учебников и методических пособий на основе современной концепции, отражающий идеи куррикулума. Новые учебники должны создавать основу для достижения совремменного уровня науки и культуры в преподавании, гуманизации учебно-воспитательного процесса, дифференцации, использовании новых технологий обучения, осуществлению внутрипредметной и межпредметной интеграции, системному применению интерактивных методов.





Скачать

© 2022, 58 0

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!