СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Особенности школьного анализа художественных произведений

Категория: Литература

Нажмите, чтобы узнать подробности

В статье исследованы пути анализа художественных произведений  на уроках литературы. 

Просмотр содержимого документа
«Особенности школьного анализа художественных произведений»

4


Bədii əsərin məktəb təhlilinin xüsusiyyətləri


Bilal Həsənli

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent


Ədəbiyyat kurikulumlarının tətbiqi ilə əlaqədar şagirdlərdə mütaliəyə maraq oyadılması, oxucu marağına istinad edilməsi, əsərin bədii dəyərinin və bəşəri əhəmiyyətinin dərk edilməsi, dərsin müxtəlif fəal formaları və təlim metodlarının seçilməsi mühüm əhəmiyyət kəsb edir.

Şagirdlərin bədii təhlil bacarıqlarına yiyələnməsi təlimin bütün pillələrində varisliyin təmin olunmasını tələb edir. Orta təhsil mərhələsində bu işin həyata keçirilməsi üçün ibtidai təhsil pilləsi zəmin yaradır. Istər ibtidai təhsil üzrə ana dili, istərsə də ümumi orta və tam orta təhsil üzrə ədəbiyyat proqramlarında şagirdlərin bədii əsəri emosional qavramasının inkişaf etdirilməsi, oxucu təcrübəsinin artırılması, ədəbi inkişaf vəzifələri qoyulur.

Ədəbiyyatın öyrənilməsinin daha səmərəli metodlarının, bədii əsərin təhlilinin yeni üsul və vasitələrinin axtarılması həmişə metodika elminin mühüm tərkib hissəsi olmuşdur. Mütaliə, bədii ədəbiyyatın söz sənəti kimi qavranılması, təhlili problemi, oxucunun, onun mənəvi aləminin formalaşdırılması müasir metodika elminin aktual problemlərindəndir.

Məktəbin əsas vəzifələrindən biri şagirdlərin oxucu fəallığının artırılmasıdır. Ədəbiyyat tədrisinin nəzəriyyə və təcrübəsində məktəb ədəbiyyatşünaslığının bədii mətnin poetikasının bütöv şəkildə öyrənilməsi, oxucu qavraması, şagird psixologiyasının nəzərə alınması, onun fəaliyyətinin motivasiya əsasında təkmilləşdirilməsi fikri öz yerini tutmaqdadır.

Müasir məktəbdə bədii əsərlərin təhlilinin necə aparılması qızğın mübahisələr doğurur. Bu məsələyə ədəbiyyat müəllimləri, ədəbiyyatşünaslar, psixoloqlar, digər elmi fənlərin nümayəndələri öz münasibətlərini bildirirlər.

Metodika elmində hazırda bədii qavramanın bitkinliyini, dolğunluğunu, bütövlüyünü, mətnin şərhini, təhlilini, sənətkarın poetikasının başa düşülməsini təmin edən üsullara üstünlük verilir. Təsadüfi deyil ki, ədəbi təhsilin əsasını bədii əsərlərin oxusu, təhlili və şərhi təşkil edir. Ədəbiyyat dərslərində bədii təhlil həm də ədəbi inkişaf və tərbiyənin mühüm amilidir. Məhz təhlil prosesində ədəbi, ümummədəni, həyati biliklərin, bacarıqların, mənəvi-estetik dəyərlərin mənimsənilməsi həyata keçirilir.

Ədəbiyyat tədrisi metodikasının inkişaf perspektivləri məktəbdə ədəbiyyat tədrisinin bir sıra nəzəri problemlərinin, o cümlədən bədii əsərin şagirdlər tərəfindən qavranılması, ədəbiyyat dərslərində bədii əsərlərin təhlili, oxucu müstəqilliyinin inkişaf etdirilməsi dərk edilməsi nəticəsində mümkündür.

Müasir məktəbdə ədəbiyyat tədrisi metodikasının təkmilləşdirilməsi bədii əsərin şagird - oxucuya mənəvi, estetik, və emosional təsirinin gücləndirilməsi, ədəbiyyat təhlilin müxtəlif mərhələlərində məktəb ədəbiyyat kursunun sistemli əlaqələrinin müəyyənləşdirilməsi, şagirdlərdə müstəqilliyin, özünüdərkin tərbiyə olunması, oxucu qavraması və mütaliəyə, ədəbiyyatın öyrənilməsinə marağın inkişafı, gözəllik hissi, təxəyyülün inkişaf etdirilməsi, ədəbiyyata yaradıcı münasibətin formalaşdırılmasını nəzərdə tutur.

Məktəb təcrübəsinin təhlili göstərir ki, ədəbiyyat dərslərində bədii əsərlərin öyrənilməsində hələ də ciddi qüsurlar vardır. Ədəbiyyat müəllimləri əksər hallarda söz sənəti nümunələrinin məktəblilərə öyrədilməsinin səmərəli yollarını müəyyənləşdirməkdə, bədii əsərlərin ideya-bədii potensialından təlim prosesində istifadə etməkdə çətinlik çəkirlər. Bu, öz növbəsində ümumtəhsil məktəblərində ədəbiyyat təliminin təkmilləşdirilməsi, bədii əsərlərin öyrənilməsinin daha səmərəli yollarının müəyyənləşdirilməsi zərurətini yaradır. Ədəbiyyatdan təlim materiallarının əksəriyyətini ideya, məzmun, forma cəhətdən şagirdlərin yaş xüsusiyyətlərinə, psixologiyasına, maraq dairəsinə uyğun olan, onların mənəvi-estetik tərbiyəsinin mühüm vasitəsi olan bədii əsərlər təşkil edir.

Nəzərə almaq lazımdır ki, hazırda cəmiyyətin həyatının bir sıra sahələrində olduğu kimi, ədəbiyyatda da mürəkkəb, çoxcəhətli proseslər gedir. Ədəbiyyatın inkişafının bütöv mənzərəsi yenidən canlandırılır, mühacirət ədəbiyyatı, qadağan edilmiş əsərlər oxucunun ixtiyarına verilir. Belə bir şəraitdə ədəbiyyatşünaslıq elmi, ədəbiyyatın tədrisi metodikası əvvəlki birtərəfli, vahid mövqeyini itirir. Müəllimin, metodistin, alimin elmi-praktik fəaliyyətində alternativlik, müxtəlif proqramlara müraciət başlıca yer tutmağa başlayır. Ədəbiyyat dərslərinin yeni tipinin, şagirdin yaradıcı axtarışlara hazırlaşdırılması, bədii mətni müstəqil təhlil etmək, qiymətləndirmək, mühakimə yürütmək bacarığı formalaşdırılması ön plana çıxır.

Ədəbiyyatşünaslıqda və ədəbiyyatın tədrisi metodikasında, bədii mətnin ayrı-ayrı komponentlərinin təhlilinə müxtəlif yanaşmalar mövcud olsa da, şagirdlərdə mütaliə bacarıqlarının formalaşdırılması problemi bu vaxtadək tədqiq olunmamışdır. Ədəbiyyat dərslərində bədii əsərlərin təhlili yollarının, mətni müstəqil təhlil etməyi bacaran şagird-oxucunun formalaşdırılmasının yeni, səmərəli metod və üsullarının axtarılıb tapılmasına, bu sahədə qabaqcıl iş təcrübəsinin öyrənilməsi, ümumiləşdirilməsi, yayılmasına, müəllimlər üçün yeni metodik vəsaitlərin nəşr olunmasına ehtiyac vardır.

Istifadə edilmiş ədəbiyyat

1. Azərbaycan Respublikasında ümumi təhsilin milli kurikulumu.Bakı, 2006.

2. Mikayılov Ş., Bəkirova A. Ümumtəhsil məktəblərində ədəbiyyatın tədrisi metodikası. Bakı: Naksuana, 2008.

3. Hüseynoğlu S. Ədəbiyyat təlimində yeni texnologiyalar: Fəal/ İnteraktiv təlim. Bakı, 2009.

Резюме

В статье говорится о проблемах школьного анализа литературных произведений. Также в статье дается подробная информация о методическич путях улучшения школьного анализа.

Summary

The following article is focused on problems of school-analysis of literature works. In addition, the prezent article also provides a more details about methodic ways to improve the school analysis.Прослушать

На латинице

 

Словарь - Открыть словарную статью

©2010Business ToolsО Переводчике GoogleБлогРасскажите свою историюКонфиденциальностьСправка

Пример. Введите "privet" и нажмите пробел, чтобы получить "привет".


Ünvan: www. bilalhasanli@ yahoo.com Əlaqə tel. 050. 347 99 30


Скачать

© 2023, 90 0

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!