Просмотр содержимого документа
«Peru və İtaliyadakı meqalitlər də eyni şəkildə tikilmişdir»
Peru və İtaliyadakı meqalitlər də eyni şəkildə tikilmişdir
İtaliyanın cənubunda, Roma şəhərindən şərqdə, Monte Velino dağının ətəyində Massa d'Albe adlı kiçik bir şəhər var. Əhalisi cəmi 1500 nəfərdir. Min illər bundan əvvəl bu yer Alba Fuçens adlanırmış. Bu şəhərin əsasının dağlıq bölgədə yaşayan güclü Eki qəbiləsi tərəfindən qoyulduğu deyilir. Onlar burada e.ə. 295-ci ildə III Samnit müharibəsindən də çox əvvəl yaşayırdılar. Qədim dövrlərdə Alba-Fuçensin əlverişli strateji mövqeyi onu bir neçə vətəndaş müharibəsi zamanı düşməndən qoruyub. Bir vaxtlar səsli-küylü olan bu şəhər sarasin hücumları zamanı dağıdılmışdır. Ancaq bu gün də burada o dövrün bir çox qədim xarabalıqlarına, o cümlədən orta əsr qalasının qalıqlarına rast gəlmək mümkündür. Xarabalıqların özü heyrətamizdir, lakin diqqətlə baxsanız, bu yerlər üçün səciyyəvi olmayan və tamamilə valehedici bir şey görə bilərsiniz. Məhz, İtaliya mənzərələri ilə deyil, Peru hinduları ilə əlaqələndirdiyimiz əsl qədim meqalitik memarlıq abidəsinə rast gələcəksiniz. Qapıya bənzəyən, əslində yalnız giriş qapılarının təqlidini yaradan açılışları olan olduqca mürəkkəb bir memarlıq nümunəsini müqayisə etdikdə bu sizə Perudakı meqalitik binaları xatırladacaq.
Daşların oxşar abstrakt kəsilməsinə, girintilərin qalınlığına diqqət yetirin. Bunu Ayakuço dağlarında deyil, Avropada planetin bu biri tərəfində görmək çox qeyri-adidir. Tikinti texnologiyasının oxşarlığı insanı valeh edir. Doğrudan da, rəsmi tarixə görə, o vaxtlar Avropada yaşayanların heç bir Amerikadan xəbəri yox idi. Okeanın əks tərəfində yerləşən iki tamamilə fərqli mədəniyyətin tikinti texnologiyalarında sadə, lakin demək olar ki, tam təsadüfən eyni olmasına inanmaq tamamilə sadəlövhlük olardı. Bu meqalitlərin, kim bilir neçə minillik yaşı vardır, yer üzündəki kataklizmlərə və müharibələrə tab gətirmişdir. Onların bu günə qədər qalmaları o dövrün çox bacarıqlı mühəndislərinin olduğundan xəbər verir.
Maraqlıdır görəsən bu sirli meqalitləri inşa edənlər kimlər olmuşlar? Onlar bura haradan gəlmişlər və hara getdilər?
Mənbə: http://bit.ly/43j81Vv
Hazırladı:
Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi), Azərbaycan Respublikası “Təhsil Şurası” İB-nin İdarə Heyətinin üzvü