СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Piqmalion effekti: Gözlədiyin baş verir!

Нажмите, чтобы узнать подробности

Piqmalion təsiri- bu hadisə ondan ibarətdir ki, insan hər hansı bir məlumatın bu və ya digər dərəcədə düzgünlüyünə inanarsa məlumat öz təsdiqini tapacaq.   

Просмотр содержимого документа
«Piqmalion effekti: Gözlədiyin baş verir!»

Piqmalion effekti: Gözlədiyin baş verir! 


Piqmalion təsiri- bu hadisə ondan ibarətdir ki, insan hər hansı bir məlumatın bu və ya digər dərəcədə düzgünlüyünə inanarsa məlumat öz təsdiqini tapacaq. 
Bu məsələnin tarixindən...Rəvayətə görə...Kiprin mifik hökmdarı, eynizamanda yunan heykəltəraşı Piqmalion gözəl bir qız heykəli yaratmışdır. Heykəltəraş öz heykəli üzərində işlədikcə, öz əməyindən daha çox zövq alarmış və öz işinə daha çox heyran qalarmış.... Tezliklə Piqmalion öz sənət əsərinə vurulur. ... sevgililər günündə Piqmalion ilahə Afroditaya dua edərək ondan özü hazırladığı heykəli canladırmağı xahiş edir və ilahə onun səsini eşidir..... Məhz bu pisixoloji durum “Piqmalion effekti” adını almışdır. 
İnsanın adətən daha çox fikrində tutduğunun həyata keçməsi fenomeni elmdə bəzən “ Rozental effekti” də adlandırılır. Başqa sözlə desək, biz əgər həqiqətən də nəyə isə qəlbdən inansaq, bu gec və ya tez baş verəcək... Bunu təsdiq edəcək sübut isə 1968-ci ildə amerkan psixoloqu Robert Rozental və Leonar Yakobson tərəfindən aparılmış sınaq olmuşdur. Tədqiqatçı alimlər Rozental və Yakobson tədris ilinin əvvəlində San- Fransisko şəhərinin məktəblərindən birində şagirdlərin intellekt səviyyəsini öyrənmək üçün təcrübə keçirmişlər. Beləki, onlar bu məktəbin müəyyən siniflərindən təsadüfi şagirdlər seçərək onları inandırırlar ki, siz gələcəkdə çox savadlı və bilikli insanlar olacaqsınız. Halbuki bu uşaqlar özlərinin yaxşı cəhətlərini göstərməmişdilər. Müəllimlər də buna inanmırdılar. Ancaq alimlər müəllimləri də inandırdılar. Gözləyin - dedi alimlər. 
Müəllimlər alimlərin bu sözlərinə şübhə ilə yanaşsalar da, hər halda alimlər yəqin ki, bilirlər deyərək gözləməyi qərara aldılar. Dərs ilinin sonunda məktəbə gələn alim - tədqiqatçılar şagirdlərdə həqiqətən də yüksək inkişaf olduğunun şahidi oldular. ...
Başqa sözlə desək, təcrübədə sübut olundu ki, biz nəyə inanırıqsa, o baş verir. Məktəb müəllimləri isə söyləyirdilər ki, bu müddət ərzində onlar elə əvvəlki kimi öz dərslərini keçmiş və bu şagirdlərlə heç bir əlavə hazırlıq aparmamışlar. 
Xüsusən bu göstəricilər imkansız ailədən olan şagirdlərdə daha çox özünü biruzə vermişdi. Halbuki belə şagirdlərdən heç kim yaxşı nəticə gözləmirdi.
Bu məsələ müasir dövrdə də akyual olmalıdır. Müəllimlər əgər ən imkansız ailədən olan uşaqları inandıra bilsələr ki, o gələcəkdə çox bacarıqlı bir şəxs olacaq, uşaqlarımız yəqin ki, buna inanıb özləri çalışacaq və belə nəticəni özləri əldə edəcəklər. 
Yeri gəlmişkən burada söhbət təkcə uşaqlardan getmir. Hər bir rəhbər, hər bir həkim, belə hərəkət edə bilsə, insanlarda ümid yarada bilsə - İNSANDA uğur və müvəffəqiyyətlər artar. ... 
Əsədov Seyyub Əsəd oğlu 
Şirvan şəhər 11№-li tam orta məktəbin tarix müəllimi, 2015-ci ilin “Ən yaxşı müəllimi” müsabiqəsinin qalibi


Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!