СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Проблемы организации обучения по новой программе литературы

Категория: Литература

Нажмите, чтобы узнать подробности

В статье исследуется возникшие проблемы при организации уроков по новой программе

Просмотр содержимого документа
«Проблемы организации обучения по новой программе литературы»

Ədəbiyyat kurikulumu üzrə təlimin təşkili problemləri

Təhsil islahatının müasir mərhələsində ümumtəhsil məktəblərində fənn kurikulumlarının tətbiqinə başlanılması, bu dərs ilindən etibarən V siniflərdə kurikulum üzrə ədəbiyyat dərsliklərindən istifadə olunması ali məktəblərin filologiya fakültələrində müəllim hazırlığına yeni yanaşma tələb edir.

Ədəbiyyat müəllimi hazırlığında bu məsələlərə diqqət yetirilməsi zəruridir:

1.Ədəbiyyat fənni kurikulumunun məqsəd və vəzifələri, mahiyyəti, xüsusiyyətləri; 2.Yeni təlim texnologiyalarının – fəal/interaktiv təlim metodlarından istifadə, informasiya-kommunikasya texnologiyalarının tətbiqi;

3.İnteqrativ təlim texnologiyaları;

4.Şagird nailiyyətlərinin yeni qiymətləndirmə sistemi;

5.Kurikulum üzrə dərslik və müəllim üçün metodik vəsaitin xüsusiyyətləri.

Filologiya fakültəsinin ədəbiyyatın tədrisi metodikası fənni üzrə təqvim-tematik planlarına ( sillabus) fənn kurikulumunun xüsussiyyətlərinin, kurikulum üzrə ədəbiyyat dərsliyi və müəllim üçün metodik vəsaitdən istifadə qaydalarının tələbələrə dərindən öyrədilməsini nəzərdə tutan mövzuların daxil edilməsi məqdəuyğundur. Bu mövzuların üzrə mühazirə və seminar məşğələlərində öyrənilməsi zamanı aşağıdakı məsələlərin diqqət mərkəzində saxlanılması məqsədəuyğundur:

Ədəbiyyat kurikulumunun fənyönümlü deyil, şəx­siy­yət­yö­nüm­lü, nəticəyönümlü, interaktiv, inteqrativ səciyyə daşıması, müəl­­lim və şagirdin əməkdaşlığına əsaslanan mahiyyəti, ümumi orta və tam orta təhsil pillələrində bu fənnin tədrisinin yeni metodik sisteminin yaradılmasını zəruri edir. Təhsil prosesləri ilə bağlı bütün fəaliy­yət­lərin səmərəli təşkilinə hərtərəfli imkan ya­radan bu sənəd ənənəvi tə­lim proqramı, tədris planı, plan­laş­dırmadan köklü şəkildə fərq­lənir.

Məlumdur ki, ədəbiyyat proqramlarında tədris planındakı saat­lara uyğun olaraq konkret mövzular, bədii mətnlər müəy­yən­ləş­dirilir, hər mövzuya ayrılan dərs saatları göstərilir. Kurikulum isə müəl­­limin məzmun xətlərindən, təlim nəticələrindən, verilən me­to­dik tövsiyələrdən, nümunələrdən, konkret sinfin hazırlıq sə­viy­yə­sin­dən çıxış edərək mövzuları, bədii mətnləri, bu və ya digər möv­zuya ayrılan saatları müstəqil müəy­yən­ləşdirməsinə yol açır.

Ənənəvi fənn proqramlarının elmi təmayülünə uyğun olaraq müəllim çalışır ki, şagirdlərə mümkün qədər çox elmi bilik versin. Sanki hər bir şagird gələcəkdə mütləq ədəbiyyatçı olmalı, bədii əsər yazmalıdır. Nəticədə ədəbiyyat dərs­lərində şagirdin beyni həyatda ona lazım olmayacaq lüzumsuz bilik və məlumatla yüklənir.

Ədəbiyyat kurikulumunda isə şəxsiyyətə lazım olan həyati ba­ca­rıq­­ların (bilik və idraki, sosial və praktik bacarıqlar) formalaş­dırılması diqqət mərkəzində saxlanılır, ümumi orta, tam orta təhsil pillə­lərində hər sinif üçün bu bacarıqlar üzrə təlim nəticələri dəqiq gös­tərilir. Şəx­siyyətin inkişafına dair yeni məqsədlər şagirddə mən­­tiqi düşünmə, tənqidi yanaşma, müstəqil qərar qəbul et­mək, yara­dıcı münasibət, bilikləri müstəqil əldə etmək, praktik prob­lemləri həll etmək kimi idraki bacarıqların formalaş­dırıl­masını tələb edir.

Kurikulum sənədlərində şagirdlərdə mütaliə bacarıqlarının for­malaşdırılması mühüm vəzifə kimi qarşıya qoyulur. Bu, ədəbiyyat müəl­liminin fəaliyyətinin əsas istiqamətlərindən olub təlimin prak­tik yönümün gücləndirilməsini təmin edir. Məlumdur ki, bilik­lərin mənimsənilməsi, onları fəal tətbiq etməyə imkan ve­rən bacarıqların formalaşdırılması şəxsiyyətin yaradıcılıq im­kan­la­rı­nın aşkara çıxa­rıl­masına və inkişaf etdirilməsinə, mənəvi-estetik ba­xımdan zən­gin­ləş­məsinə imkan yaradır.

Ədəbiyyat kurikulumunda ümumi orta və tam orta təhsil pil­lə­lə­rində şagirdlərin hansı bacarıqlara yiyələnməli olduğu dəqiq gös­tə­rilmişdir. Müəllim məktəblilərin bilik və bacarıqlardan üzvi əla­qə­də istifadə etməsinə xüsusi diqqət yetirməli, mütaliə ba­ca­rıq­ları si­nif­dən-sinfə keçdikcə yeni, daha mürəkkəb əsərlər üzərində tət­biq edi­lərək dərinləşdirilməlidir.

Məktəbdə bədii əsər üzrə işin özünəməxsus strukturu, məntiqi ar­dıcıllığı vardır ki, bunlardan kurikulumda da imtina etmək müm­kün deyildir. Bədii mətnin oxusu, məzmununun mənimsənilməsi (əsə­rin ilkin qav­ra­nıl­ma­sı, tanış olmayan söz və ifadələrin müəy­yən­ləşdirilməsi, mə­na­sı­nın aydınlaşdırılması, plan tərtibi, nağıletmə və s.) əsərin təhlili (möv­zu, ideya, problem, obrazlar baxımından təhlil və qiy­mət­lən­di­ril­mə) üzrə bacarıqların formalaşdırılması prosesində şa­girdlərin yaş xü­susiyyətləri, qavrama imkanları nəzərə alınmalı­dır.

Məlumdur ki, şagirdlərin mütaliə bacarıqlarına yiyələnməsi ədə­biyyata marağın artırılması, əsərdə qaldırılan problemlərin, onun ideya-məzmununun, sənətkarlıq xüsusiyyətlərinin qavranılması üçün zəruri şərtdir. Dərsə hazırlıq mərhələsində ədəbi-bədii nü­mu­nə­lər üzrə iş planlaşdırilarkən hansı bacarıqlar üzrə iş aparılacağı də­qiqləşdirilir. Məktəblilər dərsdə mətni mənimsəməklə yanaşı, mətn üzərində iş üsullarını öyrənir.

Mütaliə bacarıqlarının formalaşdırılması üzrə iş bədii əsərin təhlili zamanı qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi ba­xı­mın­dan zəruridir. Mütaliə bacarıqlarına yiyələnən şagirdlər ob­raz­ların xarakteri, davranışı, başqalarına münasibətində, qəhrəmanlara müəllif münasibətində, yazıçı sənətkarlığında əvvəl nəzərdən qa­çırdıqları yeni cəhətləri üzə çıxarırlar. Nəzərə almaq lazımdır ki, adətən bədii təhlil zamanı bir yox, bir neçə bacarığın for­ma­laş­dı­rıl­ması üzrə iş aparılır.

Kurikulumda hər sinifdə məktəblilərin hazırlıq səviyyəsinə uyğun olaraq əsə­rin süjetindəki səbəb-nəticə əlaqələrinin, problem və konfliktlərin, qəh­rəmanların xarakterinin, hərəkət və davranış­la­rı­nın, müəllif möv­qeyinin, sənətkarlıq xüsusiyyətlərinin müəy­yən­ləşdirilməsi, on­lara əsas­landırılmış münasibət bildirilməsi üzrə ba­ca­rıqların for­malaş­dırılması ön plana çəkilir.

Kurikulumda bədii əsərin oxusu, qavranılması, təhlili, şifahi və ya­zılı nitqin inkişafı üzrə bacarıqlar varislik, ardıcıllıq, sadədən mü­rək­kəbə, asan­dan çətinə prinsipi gözlənilməklə siniflər üzrə də­qiq­ləşdirilmiş, böl­mələr üzrə yerləşdirilmişdir.

Ədəbiyyat kurikulumunun mühüm xüsusiyyətlərindən biri bu­ra­da ədəbiyyat təlimi qarşısında qoyulan məqsəd və vəzifələr, ümu­mi orta və tam orta təhsil pilləsində gözlənilən təlim nəticələri nə­zərə alınmaqla məzmun xətlərinin müəyənləşdirilməsidir. Ədə­biy­­yat fənni üzrə 3 məzmun xətti müəyyənləşdirilmişdir: 1. Ədə­biy­­­­yat və həyat həqiqətləri; 2. Şifahi nitq; 3. Yazılı nitq.

Kurikulumun həyata keçirilməsi zamanı müəllim məzmun xət­ləri və standartlarınin şəxsiyyətin problemi həlletmə, mü­ha­ki­mə yürütmə və əsaslandırma, təqdimetmə, tətbiqetmə, mü­qa­yisə, əlaqələndirmə və s. fəaliyyət standartları ilə kəsişməsinə nail olmalıdır.

Kurikulumda məzmun xəttinə uyğun olaraq hər sinifdə təlim stan­dartlarının və nəticələrinin müəyyənləşdirilməsi müəllimin istər ayrı-ayrı dərslərdə, istərsə də bütövlükdə tədris ili ərzində öz fəaliy­yətini məqsədyönlü qurmasına imkan verir. Müəllim dərs ilinin so­nun­da hansı təlim nəticələrini əldə etməli olduğunu dəqiq bildiyi üçün şagirdlərdə həmin təlim nəticələrinə uyğun bacarıqların for­ma­laş­dırılması üzrə ardıcıl, sistemli iş aparır.

Orta ümumtəhsil məktəblərinin 5-ci siniflərində 2012/13-cü dərs ilindən etibarən kurikulum əsasında yazılmış yeni ədəbiyyat dərsliklərindən istifadə olunur. Kurikulum üzrə “Ədəbiyyat” dərsliyini səciyyələndirən başlıca cəhətlər aşağıdakılardır:

  • Şagirdlərə milli və ümumbəşəri mənəvi dəyərlər aşılan­ma­sına zəmin ya­radır, onların ədəbiyyata, mütaliəyə marağını gücləndirir, axtarıcılığa, tədqiqatçılıq fəaliyyətinə, fərqli mən­bə­lərdən yeni biliklər əldə etməyə sövq edir.

  • Məntiqi, tənqidi, yaradıcı (bədii) təfəkkürü inkişaf etdirir.

  • Tətbiqi xarakter daşımaqla zəruri həyati bacarıqların forma­laş­­masını təmin edir.

  • Fəndaxili və fənlərarası inteqrasiya imkanlarını reallaş­dır­ma­ğa zə­min yaradır.

  • Fəal/interaktiv təlim şəraitinin yaradılmasını təmin edir.

  • Şagirdlərin fərqli idraki imkanlarının nəzərə alınmasına şərait yaradır.

Bədii nümunələr seçilərkən mədəni-tarixi ənənələrimiz, milli ədəbi təhsil sis­te­mi­nin zəngin təcrübəsi nəzərə alınmışdır. Seçilmiş bədii nümunələr vasitəsilə milli və ümumbəşəri mənəvi dəyərlər, vətənpər­vərlik, soykökünə bağlılıq, təbiətə qayğı­keş münasibət, insan hüquq və azadlıqları, dini dəyərlər aşılanması imkanları diqqət mərkəzində sax­lanılmışdır.

Dərslikdə kurikulum üzrə fənn standartlarının tələblərinə uyğun olaraq ədəbiyyat nəzəriyyəsi materialları (nağıl, təmsil, hekayə, epitet, bən­zətmə və s. haqqında məlumat) verilmişdir. Ədəbiyyat nəzəriyyəsi üzrə biliklərdən bədii əsərlərin öyrənilməsi prosesində istifadə olunması, nəzəri biliklərin bədii mətnin məzmununun öyrə­dil­məsi və təhlili prosesində tətbiqi məqsədilə hər mövzu üzrə sual və tapşırıqlar sistemi işlənilmişdir.

Təlimin səmərəli təşkilində müəllim üçün istiqamətverici rol oynayan me­to­­dik vəsaitə ədəbiyyat fənni üzrə məzmun standartlarının inteqrativ reallaş­dırılması cədvəli, dərslikdə verilmiş təlim materiallarının illik və gündəlik planlaşdırılması, dərslərin müasir tələblər baxımından keçilməsi üzrə metodik tövsiyələr, hər bir dərsin təlim məqsədləri, təlim standartları, fəndaxili və fənlərarası inteqrasiya imkanları, konkret mövzular üzrə dərslərin fəal/interaktiv metodlarla təşkili texno­lo­giyası, formativ və summativ qiymətləndirmə materialları daxil edilmişdir:

Metodik vəsaitdə kurikulum üzrə dərslərin səmərəli təşkili ilə əlaqədar müəl­limin fəaliyyətinin başlıca istiqamətləri, onun yaradı­cılıq və təşəbbüskarlığına imkan yaradan vasitələr öz əksini tap­mış­dır. Vəsaitə daxil edilmiş yeni tipli dərs nümunələrində fəal/in­te­rak­tiv təlim imkan­larının, şagird-şagird, şagird – müəllim əməkdaşl­ı­ğının reallaşdırılması diqqət mərkəzində saxlanılmışdır. Bu məq­səd­lə ədəbiyyat dərslərində bu və ya digər mövzunun tədrisi baxı­mından əhəmiyyətli olan fəal/interaktiv təlimin üsullarına geniş yer verilib. Dərs nümunələrində ayrı-ayrı sinif­lərdə şagirdlərin ha­zır­lıq səviyyəsinin fərqli olması nəzərə alaraq təlim üsullarının və tapşı­rıq­larının çoxvariantlılığı təmin edilib, konkret şəraitə uyğun olaraq müəllim üçün seçim imkanları gözlənilib. Şübhəsiz, müəllim təq­dim olunan dərs nümunələrinə ehkam kimi yanaşmamalı, təklif olu­nan ideyalardan, metodik istiqamətlərdən yaradıcılıqla bəhrələn­məlidir. Meto­dik tövsiyələr işlənərkən belə bir cəhət əsas götürül­müşdür ki, hər bir müəllim təqdim olunan yeni tipli dərs nümu­nələ­rindən, dərslərin quru­luşundan, metodik sistemindən çıxış edərək öz dərs nümunələrini yarada və tətbiq edə bilər.

Təlim məqsədlərinin düzgün müəyyənləşdirilməsi kurikulum­dakı məzmun standartlarının reallaşdırılması baxımından müstəsna əhəmiyyətə malikdir. Təlim məqsədləri dərsdə şagird nailiyyətlərinə aparan yoldur. Bu baxımdan hər ədəbiyyat dərsində hər üç məzmun xəttini əhatə edən alt standartlara uyğun təlim məqsəd­lərinin müəy­yən­ləşdirilməsi diqqət mər­kəzində saxlanılmışdır. Təlim məqsəd­lərinin yerinə yetirilməsi məzmun standartlarının addım-addım reallaş­dırılmasını, ilin sonunda isə gözlənilən təlim nəticəl­ərinin əldə olunmasını təmin edir.






Скачать

© 2022, 65 0

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!