СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Пути связи анализа и выразительного чтения проиведения на уроках литературы

Нажмите, чтобы узнать подробности

В статье исследуется пути связи анализа и выразительного чтения художественного произведения на уроках литературы

Просмотр содержимого документа
«Пути связи анализа и выразительного чтения проиведения на уроках литературы»

3


ƏDƏBİYYAT DƏRSLƏRİNDƏ BƏDİİ ƏSƏRLƏRİN TƏHLİLİ VƏ İFADƏLİ OXUSU ÜZRƏ BACARIQLARIN ƏLAQƏLƏNDİRİLMƏSİNƏ DAİR


Şagirdlərə ifadəli oxu bacarıqları bədii oxu sənətinin qanunları, bədii əsərin ideya-məzmununun, sənətkarlıq xüsusiyyətlərinin təhlili, səslənən təsirli sözlə yaradıcı şəkildə canlandırılması əsasında formalaşdırılır. İfadəli oxunun əsasında iki mühüm cəhət durur: 1. İfa edilən əsərin ideya-məzmununun dərindən qavranılması, təsvir olunanların mahiyyətinə nüfuz edilməsi. 2. Hiss edilənlərin, qavranılanların səslənən sözlə dinləyicilərə çatdırılması.

Metodik ədəbiyyatda ifadəli oxu bədii mətnin məzmununun mənimsənilməsi və təhlili ilə sıx əlaqədə götürülür. İfaçı öyrənilən əsərin ifadəli oxusuna hazırlaşarkən ilk növbədə mətnin məzmu­nunu dərindən mənimsəməlidir. Sonrakı mərhələdə əsərin ideya-bədii, mövzu, janr baxımından təhlili aparılır. Bu zaman əsərin oxucuda yaratdığı təəssürat dərinləşir, mətni ucadan oxumaq arzusu oyanır.Əsərin səslənən sözlə çatdırılması ifaçıdan nəyi və hansı məqsədlə çatdıracağını, dinləyicidə hansı hiss və duyğular, fikirlər, düşüncələr oyadacağını, onda hansı qənaəti yaradacağını dəqiq müəyyənləşdirməyi tələb edir.Qarşıya qoyulan məqsəd əsasında konkret ifaçılıq vəzifələri dəqiqləşdirilir. İfaçı qarşıya qoyduğu məqsədə uyğun olaraq dinlə­yicilərə sözlə təsir etməyi bacarmalıdır.

Oxu sənətinin nəzəri əsaslarını işləyib hazırlamış böyük rus aktyoru, rejissoru və pedaqoqu K.S.Stanislavski səhnədə nitqi “hə­qiqi, yaradıcı və məqsədyönlü fəaliyyət” sayırdı. Onun fikrincə, dinləyiciyə sözlə təsir etmək üçün ifaçı əsərin ideya- məzmununu də­rindən bilməli, orada öz əksini tapan hislərin, düşüncələrin, mü­na­sibətlərin mahiyyətinə varmalıdır. Mətndəki mənanı, müəllif niy­yətini başa düşən, oradakı emosional ovqatı hiss edən ifaçı əsərdə təsvir olunan səhnələr, həyat hadisələri haqqında din­ləyicilərdə səs­lənən sözlə aydın təsəvvür yarada bilər.

Mətnaltı məna. Bədii əsərdə həyat hadisələrinin obyektiv inikası ilə yanaşı, müəllifin təsvir edilənlərə, qəhrəmanlara subyek­tiv münasibəti, onları təsvir etməkdə məqsədi də öz əksini tapır. Hadisəyə, qəhrəmanlara münasibət əsərdə açıq şəkildə, birbaşa ifa­də olunma çox vaxt ayrı-ayrı replika, detallar vasitəsilə çatdırılır. E.Heminquey bədii əsərin məzmununu yalnız səkkizdə biri suyun üzərində ucalan aysberqə bənzədirdi. Onun suyun altında qalan əsas hissəsi “mətnaltı mənadır” və məhz bu hissə aysberqin hərəkətinin möhtəşəmliyini göstərir.

Deməli, mətnaltı məna əsərdə təsvir olunanların ilk baxışda aşkara çıxarılmayan məğzi, daxili mahiyyətidir. “İfadəli oxu o zaman vəzifəsini uğurlu yerinə yetirmiş hesab olunur ki, əsərin məz­mu­nuna ifaçının münasibəti və bu məzmuna verdiyi qiymətlə müəyyənləşən mətnaltı məna çatdırılır...Sətirlərin arxasındakı daxili mətləbin – mətnaltı mənanın aşkara çıxarılması asan deyil. Bu, oxucudan diqqətli olmağı, mətnə dərindən nüfuz etməyi tələb edir. Hər sözün, cümlənin üzərində düşünməklə, əsəri dərindən araş­dırmaq və təhlil etməklə doğru nəticəyə gəlmək, yəni mətnaltı mə­nanı üzə çıxarmaq mümkündür.Mətnaltı məna müxtəlif ifaçılar tərəfindən fərqli müəyyənləşdirilə bilər. Bu zaman bütün ifaçılar “əsərin daxili mənasından, mahiyyətindən çıxış edir, lakin hər bir oxucu mətnaltı mənanı müəllifin fikrini, niyyətini, obrazları necə başa düşməsindən asılı olaraq təyin edir”.

Mətnaltı məna əsərin oxusu zamanı müəyyənləşdirilməli, ifa­dəli oxuda dinləyicilərə çatdırılması üçün fasilə, vurğu, into­nasiya və s. məqsədyönlü istifadə olunmalıdır. İfaçı tərəfindən əvvəlcədən ciddi hazırlıq işləri, ifaçılıq təhlili aparılmadan bədii əsərlərin ifadəli oxusu mümkün deyildir. Bədii əsərin mənimsənilməsi və dərk edilməsi, səslənən sözdə yaradıcı şəkildə ifadə edilməsi əsərin ifaçılıq təhlilinin aparılmasını, zəruri hazırlıq işləri görülməsini tələb edir. İfaçılıq təhlili məqsədyönlü, yaradıcı prosesdir. Mətnin ifadəli oxusuna hazırlıq işləri bir neçə mərhələni əhatə edir:

  1. Əsərin məzmununun mənimsənilməsi.

  2. Əsərin ideya-bədii xüsusiyyətlərinin təhlili.

  3. Xüsusi təhlil.

  4. İfaçılıq vəzifəsinin müəyyənləşdirilməsi.

  5. Nitq texnikası üzrə iş.

Bədii əsərin oxusuna hazırlıq zamanı ifaçının hazırlıq səviyyəsindən, əsərin mürəkkəbliyi, həcmindən asılı olaraq ifaçılıq təhlilinin bu və ya digər mərhələsi üzrə işə xüsusi diqqət yetirilir. İfaçı mətnin məzmununu bütövlükdə qavrayıbsa, əsərin məktəb təhlili aparılmalı, ədəbiyyatşünaslıq materiallarından istifadə etmək­lə əsərin ideyası, orada qaldırılan mənəvi-estetik problemlər barədə dolğun bilik əldə edilməlidir. Əgər ifaçı sənətkarın şəxsiyyəti, yara­dıcılığı haqqında məlumatlıdırsa, əsərin ideya-məzmununu, dil-üslub xüsusiyyətlərini mənimsəyibsə, oxunun əsas məqsədinin müəyyənləşdirilməsi ön plana çəkilməlidir. Yəni ifaçı həmin əsəri dinləyicilərə nə üçün oxuyacağını, mətnin hər hissəsinin ifaçılıq vəzifəsini müəyyənləşdirməlidir.

Beləliklə, ifadəli oxunun əsasında ifaçının əsərlə bağlı düşün­cə­ləri, hisləri, məqsədi durur. Başlıca ifadəlilik vasitəsi isə intonasiya baxımından düzgün səslənən nitqdir.

Əsərin məzmununun mənimsənilməsi. Əsərin məzmununun dərindən mənimsənilməsi ifaçılıq vəzifəsinin yerinə yetirilməsinin mühüm şərtidir. Belə ki, ifaçı əsəri yaxud ondan bir hissəni oxuyarkən bu və ya digər hadisədən əvvəl nə baş verdiyini, sonra nə baş verəcəyini, əsərdə öz əksini tapmış həyati situasiyaları aydın təsəvvür etməlidir. Sənətkar əsərdə müxtəlif hadisələri, epizodları, səhnələri təsvir edir. Əsərin ayrı-ayrı hissələri bir-biri ilə sıx əlaqəli olub əsas ideyanın, müəllif niyyətinin açılmasına xidmət edir.

İrihəcmli əsərləri dərsdə bütövlükdə oxumaq qeyri-mümkün olduğu üçün əsərin ideya istiqamətini əks etdirən müəyyən hissə­lərin seçilib oxunması və şərh edilməsi məqsədəuyğundur. “Əsərin ideya, mövzu, məzmununun başa düşülməsi o halda mümkündür ki, şagirdlər müəyyən keyfiyyətlərə: təxəyyülə, asso­siativ təfəkkürə, emosional-mənəvi təcrübəyə malik olsun”(7,136)

Bədii əsərin məzmununun mənimsədilməsi məqsədilə aşa­ğıdakı iş növlərindən istifadə olunur:

♦ Əsərin oxusu. Məzmunun mənimsənilməsində ədəbiyyat dərs­­lərində geniş tətbiq olunan müəllimin nümunəvi ifadəli oxusu, bədii söz ustasının ifasının dinlənilməsi, səsli, səssiz oxu, fasilələrlə oxu, proqnozlaşdırılmış oxu müsbət nəticə verir.

♦ Şagirdlərin mətndəki tanış olmayan sözlərin mənasını dərs­liyin sonunda verilmiş lüğətdən, eləcə də digər lüğət və sorğu kitablarından istifadə etməklə müstəqil aydınlaşdırmaları üçün tapşırıqlar. Müəllim sözün mətn daxilində işlənmə məqamına görə məna­sının şagirdlər tərəfindən düzgün müəyyən­ləşdiril­məsinə zəruri hallarda istiqamət verə bilər.

♦ Süjetli bədii nümunələrin (əfsanə, nağıl, dastan, təmsil, he­kayə, mənzum hekayə) hissə­lərə ayrılması, plan tərtibi, məzmu­nu­nun müxtəlif formalarda nağıl edilməsi üçün tapşırıqlar əvvəlki illərə nisbətən həcmcə böyük əsərlər üzərində həyata keçirilir.

♦ Əsərin məzmununun öyrənilməsi məqsədilə plan tərtibi əsər­dəki hadisə və əhvalatların, qəhrəmanın hiss və düşüncələrinin mənim­sənilməsinə xidmət edir. Planı əsərin oxusu za­manı və oxu­dan sonra tərtib etmək mümkündür. Fasilələrlə oxu, proqnoz­laşdırılmış oxu metodlarının tətbiq edildiyi dərslərdə əsərin hər bitkin hissəsindən sonra fasilə et­mək, hər hissəyə baş­lıq vermək daha məqsədəuyğundur. Bu zaman oxunmuş hissəyə baş­lıq seçil­məsi onun məzmunu üzrə sual-cavabla birlikdə aparılır. Müəllim hər hissənin oxu­sundan sonra ona necə başlıq verməyin məqsədəuyğun olduğunu soruşur. Əsərin oxu­sundan əvvəl şagirdlər diqqətli olması üçün plan tərtibi üzrə iş aparılacağı barədə xə­bərdar edilir. Əsərin bütünlüklə oxusundan sonra seçilmiş başlıqlar üzrə plan tərtib edi­­lir.

Süjetli əsərin məzmununun nağıl edilməsi şagirdlərin mətnin məzmununu dərindən mə­nimsəmələri şifahi nitqin inkişafı baxımın­dan mühüm əhəmiyyət kəsb edir. Əsərin məz­mununun nağıl edil­məsi üzrə iş üç formada aparılır:

♦ Məzmunun yığcam nağıl edilməsi;

♦ Məzmunun geniş nağıl edilməsi;

♦ Məzmunun yaradıcı nağıl edilməsi.

Yığcam nağıletmə üçün hazırlıq işi əsərin süjet xəttindəki, ide­yanın açıl­ma­sın­da mühüm rol oynayan səhnələr, epi­zodlara diqqət yetirilməsini, təfərrüatlardan, ikinci dərəcəli məsə­lələrdən imtina edlməsini nəzərdə tutur. Odur ki, yığcam nağıletməyə hazırlıq za­manı əsərdəki əsas və ikinci dərəcəli yerlər əvvəlcədən müəy­yənləş­dirilməlidir. Nağıletmənin məzmununa yalnız əsas hadi­sələrin, ob­raz­ların daxil edilməsi nəticəsində şagirdin nitqi yığ­camlıq, ay­dınlıq, fikri az sözlə çatdırmaq kimi keyfiyyətlər əxz edir,

Geniş nağıletmə şagirdlərin müstəqilliyi, təxəyyülünün inkişafı baxı­mından faydalı­dır. Bu zaman mək­təblilər mətndən kənara çıx­mır, əlavələrini onun məzmununa uyğun­laş­dı­rırlar. Yaradıcı nağıletmə zamanı şagirdlər müəllifin əsərdə bir neçə cümlə ilə ifadə etdiyi fikri, hadisə, təbiət, əşya, portret təsvirini ge­nişləndirir, əlavələr edirlər. Onlar hadisə­lərin gələcək inki­şa­fını ne­cə təsəvvür etdiklərin­dən, qəhrəmanların gələcək taleyi ilə bağ­lı fər­ziy­yələrindən söz açır, əsərin sonluğunu dəyişdirirlər. (3, 7)

Əsərin məzmunun bütövlükdə qavranılması məqsədilə sənət­kar, əsərin mövzusu, yazılma tarixi barədə giriş səciyyəli söhbət apar­ması faydalıdır.Təcrübə göstərir ki, əsərin bütövlükdə qavranılmasında, din­lə­yi­cilərdə emosional ovqat yaradılmasında bədii söz ustalarının ifasında lent yazılarının dinlənilməsi müsbət nəticə verir.

Əsərin ideya-bədii xüsusiyyətlərinin təhlili. Sənətkarın dövrü, həyatı, dünyagörüşü, ictimai-siyasi və ədəbi mübarizədə yeri haqqında ədəbiyyatşünaslıq materialları seçilir, təhlil süzgəcindən keçirilir. Məktəbdə bədii əsərin təhlili ədəbiyyat müəllimindən dərin ədəbiyyatşünaslıq biliyi, metodik ustalıq, yaradıcı fəaliyyət, zəngin təcrübə tələb edir. Ədəbiyyat müəllimi şagird – oxucunun psixo­logiyasını, qavrama imkanlarını, maraq və meyİllərini bilməli və nəzərə almalıdır. Şagirdin əsərə münasibətinin öyrənilməsi, təhlil zamanı qavramanın dərinləşdirilməsi ədəbiyyat təliminin əsasını təşkil edir. Ədəbiyyat dərslərində ədəbiyyatşünaslıq təhlili bu elmin son nailiyyətlərindən istifadə ilə reallaşdırılır. Ədəbiyyatşünas alimlərin tədqiqatları əsərə sənətkarın yaradıcılığı, dünyagörüşü, tarixi dövr kontekstində nəzər salmağa, əsərin məzmununu düzgün başa düşməyə, qiymətləndirməyə imkan verir. Bu zaman bədii təsvir və ifadə vasitələrinin, sənətkarın fərdi yaradıcılıq üslubunun, obraz­ların dilinin təhlili aparılır.

Bu mərhələdə müxtəlif ədəbi növdə olan, sadə və mürəkkəb kom­pozisiyalı əsərlərin ideyası, bədii xüsusiyyətləri, əsərdə əksini tapan başlıca problem, konflikt, mənəvi dəyərlər, obrazların xarak­teri aydınlaşdırılır, dərk edilir və qiymətləndirilir. Təhlil prosesində müxtəlif tarixi dövrlərdə yaranan ədəbiyyatın səciyyəvi xüsusiyyət­ləri, yazıçının yaradıcı şəxsiyyəti, sənətindəki özünəməx­susluq üzə çıxarılır, qiymətləndirilir.

Elmi-metodik ədəbiyyatda bədii əsərin ifadəli oxusu, təhlilin­dən bəhs edilərkən məktəb təhlili ilə yanaşı ədəbiyyatşünaslıq təhlili terminindən istifadə olunur. Bu məsələ təlim prosesində müəyyən dolaşıqlıq yaratdığı üçün aydınlaşdırılmalıdır. Məktəb təhlili bir sıra xüsusiyyətlərinə görə ədəbiyyatşünaslıq təhlilindən fərqlənir. Bunların arasında bərabərlik işarəsi qoymaq olmaz. Belə ki, digər təhlil növlərindən – fəlsəfi təhlil, psixoloji təhlil, estetik təhlil, ədəbiyyatşünaslıq təhlili və s. fərqli olaraq, məktəb təhlili özündə bir sıra xüsusiyyətləri ehtiva edir. Məktəb təhlilinin əsasında ilk növbədə ədəbiyyatşünaslıq təhlili durur və yeri gəldikcə digər təhlil növlərinə də müraciət edilir. Məktəb təhlilində əsərin ideya-məzmunu, müəllif niyyəti, sənətkar­lıq xüsusiyyətləri ön plana çəkilir.

Odur ki, ədəbiyyat dərslərinə ədəbiyyatşünaslıq təhlilini olduğu kimi gətirmək olmaz. Ədəbiyyatşünaslıq təhlilini müəllifin fikirləri təhrif olunmadan məktəb təhlili materialına çevrirmək lazımdır. Ədəbiyyatşünaslıq təhlilindən istifadə zamanı ifaçının bilik, qavra­ma səviyyəsi, materialın həcmi və s. nəzərə alınmalıdır. Bədii əsərlərin məktəb təhlili özündə ədəbiyyatşünaslığın nailiy­yət­lərini ehtiva edir, pedaqoji prinsiplərdən, dövrün mənəvi ideallarını əks etdirən ictimai ideallardan asılıdır.

Məktəb təhlilini elmi-ədəbiyyatşünaslıq təhlilindən fərqləndirən ilk cəhət bu təhlilin uşaq qavramasının xüsusiyyətlərini nəzərə almaqla aparılmasıdır. Məktəb təhlilinin məqsədi bədii əsərin şagird yozumunun yaradılması və və onun mətnin elmi şərhi ilə tutuşdu­rulması, oxucuların subyektiv təsəvvürlərinin ədəbiyyatşü­naslıq təh­lilinin nəticələri əsasında təshih olunması, obyektiv təsəvvürlərin yaradılmasıdır. “Əgər əsər təhlilinin digər növlərində əsas məqsəd bədii mate­rialı özünü öyrənməkdirsə, məktəb təhlilində materialı öyrənən şəxs həm də yaradıcılıq fəaliyyətində olmaqla qavranılan materiala öz mənəviyyatından «əlavələr edir». Məktəbdə ədəbi əsərin öyrənil­məsi təkcə gənc oxucuda əsərin bədii mənasını açmağa meyil ilə, müəlllifin ideyasına yiyələnməklə məhdudlaşmır, məktəb təhlilində şagirdin oxuculuq keyfiyyətinin inkişaf etdirilməsi vəzifəsi də – təxəyyülü, emosional həssaslığı, estetik qiymətlədirmə bacarığı, öz təəssüratını dərk etmək, onu intellektual və emosional ifadə etmək qabiliyyəti də həyata keçirilir”(6, 161-162)

Xüsusi təhlil. İfaçının qarşısında çox mürəkkəb, çətin vəzifə durur. O, müəllifin yazdıqlarını səslənən sözlə dinləyiciyə çatdır­malı, bu zaman müəllif niyyətinin qavranılmasını, təsvir edilənlərə uyğun müvafiq ovqatın, emosional-obrazlı münasibətin yaradılma­sına nail olmalıdır. İfaçı dinləyiciyə səslənən sözlə təsir etmək üçün əsərdə təsvir edilənlərin mahiyyətini, mətnaltı mənanı dərin­dən qavramalı, müəllifin hiss və düşüncələrini özünün­küləş­dirməli, hadisələri, qəhrəmanların həyəcanlarını, hərəkət, davranış motivlərini, düşdükləri vəziyyəti təxəyyülündə canlan­dırmalı, duyaraq yaşamağı bacarmalıdır. Bu iş xüsusi təhlil zamanı həyata keçirilir.

Bu zaman ifaçı yazıçının düşüncə və hislərinə, təsvir etdiyi həyata nüfuz edir, həyat hadisələrini, qəhrəmanların münasibət­lərini, fakt və əhvalatları aydın şəkildə göz önündə canlandırır. O, əsərdə təsvir edilən hadisələri həyatla, öz şəxsi təcrübəsi ilə əlaqə­ləndirərək təsvir edilənlər barədə aydın, dəqiq təsəvvürə malik olma­­lıdır. İfaçı özündə təsvir edilənlərə inam yaratmalı, özünü hadi­sə­lərin iştirakçısı, şahidi kimi təsəvvür etməli, müəllifin, qəhrəman­ların hiss və duyğularına nüfuz etməyi bacarmalıdır. Əsərin hər hissəsi, hər epizodu müəllif niyyətinin açılmasına, kon­kretləşməsinə xidmət etdiyi üçün xüsusi təhlil prosesində ifa­çılıq vəzifəsinin müəyyənləşdirilməsinə zəmin yaradır.

İfaçılıq vəzifələrinin müəyyənləşdirilməsi. İfaçılıq vəzifələri­nin müəyyənləşdirilməsi dedikdə ifadəli oxunun vəzifələrinin, əsas məqsədinin, dinləyicilərlə ünsiyyət növlərinin müəyyən edilməsi nəzərdə tutulur. Bu zaman ifaçı əsəri oxuyarkən dinləyicilərə nəyi, hansı məqsədlə çatdıracağını dəqiqləşdirir.Bədii əsəri dərk etmək – onun ideyasını, sənətkarın və ifaçının əsas vəzifəsini anlamaq deməkdir. Sənətkarın və ifaçının əsas vəzifəsi bir-biri ilə sıx əlaqəlidir. Əsərin ifadəli oxusunun əsasında müəllifin əsas niyyətinin aşkara çıxarılması və reallaşdırılması, səs­lənən sözdə ifadə edilməsi durur.(5,17). “Hər romanda, hər əsərdə oxucu və tamaşaçı ilk növbədə sənətkarın başlıca fikrini, nə demək istədiyini, nəyi ifadə etdiyini axtarıb tapmaq istəyir”(8, 118).

Əsərin ifadəli oxusuna hazırlıq zamanı mətn hissələrə ayrılmalı, hər hissədə qarşıya qoyulan ifaçılıq vəzifəsi müəyyənləşdirilməlidir. Bu hissələr adətən bir neçə abzasdan, bir-biri ilə ideya baxımından əlaqəli olan parçalardan ibarət olur. Dinləyiciyə sözlə fəal təsir göstərmək üçün əsərin oxusu zamanı qarşıya qoyulan ifaçılıq vəzifəsi əvvəlcədən müəyyənləş­diril­məli və onun reallaşdırılması üçün konkret fəaliyyət istiqaməti, görüləcək işlər dəqiqləşdirilməlidir. İfaçı dəqiq bilməlidir ki, o, bu əsərin ifadəli oxusu zamanı hansı məqsədə nail olacaq, dinləyici­lərdə hansı emosinal ovqat, hiss, həyəcan oyadacaqdır. İfaçı­lıq vəzifəsinin müəyyənləşdirilməsi dinləyicilərə hansı hislərin – qə­zəb, nifrət, kədər, sevinc, qürur, vətənpərvərlik, qəhrəmanlıq, anaya məhəbbət və s. aşılanacağının və bunun necə həyata keçiri­ləcəyinin aydın dərk edilməsidir.

İfaçılıq vəzifəsinin müəyyənləşdirilməsi zamanı səsin tembri də müəyyənləşdirilməlidir. Məlumdur ki, səsin tembri şifahi nitqin və ifadəli oxunun ifadəlilik vasitəsidir. Səs müxtəlif hisləri, yaşanan ovqatı (həyəcan, kədər, heyrət, sevinc, qorxu, fərəh və s.) əks etdirir. Həyəcan içində olan insanın səsi də dəyişir, adi axarından çıxır. Səsin belə dəyişməsi, emosional boyası tembr adlanır. Səsin emosional çaları, tembri ifaçının qarşıya qoyduğu məq­sədə uyğun olaraq yaranır, müəyyən nitq situasiyalarında dəyişir. İfa zamanı səsin alacağı tembri müəyyənləşdirmək üçün əsərin ideya-məzmunu, bədii xüsusiyyətləri təhlil olunmalı, müəllifin niyyəti, ifaçılıq vəzifəsi müəyyənləşdirilməlidir.

Bədii əsərin təhlili və iİfadəli oxusu üzrə bacarıqların əlaqələndirilməsi şagirdlərin nitqinin, bədii mətni qavramaq, təhlil etmək, qiymətləndirmək bacarığının inkişafına səbəb olur, əsərin ideya-məzmununun, sənətkarıq xüsusiyyətlərinin daha dərin­dən qavranılması üçün geniş imkanlar açır.



Ədəbiyyat

  1. Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün ədə­­biyyat fənni kurikulumu. V-XI siniflər. (Təlim Azərbaycan di­lin­də olan məktəblər üçün) “Azərbaycan müəllimi” qəzeti, 24 dek. 2010 N 50.

  2. Aşıq Ələsgər. Birinci kitab. Bakı: Elm. 1972.326 s.

  3. Həsənli B. Hüseynoğlu S. Məmmədova S., Mustafayeva A. Ədəbiyyat. 7-ci sinif. Müəllim üçün metodik vəsait. Bakı : Bakınəşr, 2014, 208 s.

  4. Hüseynoğlu S. İfadəli oxunun əsasları.Bakı: ADPU, 2010, 254 s.

  5. Никольская С.Т., Майоров А.В., Осокин В.В. Выразительное чтение. Ленин­град, Просв., 1990, с.17.

  6. Методика преподавания литературы. Под ред З.Рез. М., 1985,368 с.

  7. Рез З.Я. Об особенностях изучения лирики в школе. В сб. Современные проблемы методики преподавания литературы. Куйбышев, 1974, 194 с.

  8. Выготский Л.С. Психология искусства. М., 1968.


Б.А.Гасанлы

О связи умений анализа и выразительного чтения чтения художественных произведений на уроках литературы

Резюме

Осуществление умений анализа и выразительного чтения художественных произведений в процессе обучения важная задача учителя литературы. Без глубокого понимания учащимися идейно-художественных особенностей изучаемых произведений не возможно организация выразительного чтения на уроках литературы. Взаимосвязь умений анализа и выразительного чтения художественных произведений имеет важное значение в литературном развитии школьников. В статье на примере учебных материалов обосновывается методика работы по реализации связи умений анализа и выразительного чтения учащихся на уроках литературы.






Скачать

© 2022, 69 0

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!