СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Qədim Roma ordusunun respublika və imperiya zamanındakı taktikaları barədə

Нажмите, чтобы узнать подробности

Qədim Roma ordusunun respublika və imperiya zamanındakı taktikaları barədə müəyyən qədər məlumatlarımız vardır. Müasir dövrdə romalıları qəddar sayırlar. Onların əslində qəddarlıq göstərdiyi bir çox hallar olubdur. Lakin bəziləri qədim döyüş üsul və formaları barədə az məlumatlıdırlar. 

Просмотр содержимого документа
«Qədim Roma ordusunun respublika və imperiya zamanındakı taktikaları barədə»

Qədim Roma ordusunun respublika və imperiya zamanındakı taktikaları barədə


1.”Tısbağa” düzülüşü

Hər kəs bu düzülüş barədə məlumatlıdır, deyilmi? Bu üsul məhşurdur.

Ancaq “Tısbağa” düzülüşünün tarixi filmlərdə təsvir olunduğu qədər istifadə olunmadığını bilsəniz təəccüblənərdiniz. Bir qayda olaraq, “Tısbağa” üsulu mühasirə zamanı, piyadaların mühasirəyə alınmış müdafiəçilərin ox atışı altında hündür divarlara yaxınlaşması lazım gələn zaman istifadə olunurdu. Açıq ərazilərdəki döyüşlərdə “Tısbağa” üsulu praktiki olaraq yararsız idi. Problem ondadır ki, bu cür birləşmə bölmələri daha az manevr edə bilir və əlbəyaxa döyüşlərini demək olar ki, qeyri-mümkün edir. Beləliklə, hər döyüşdə romalılar adi döyüş formasında sıraya düzülürdülər.

2.Roma atlı dəstələri (süvarilər) yaxşı nizamlanmamışdı.

Romalılar əslində böyük süvari birləşmələri yaratmamışdılar. Bununla belə, onlar olduqda şübhəsiz ki, döyüş qabiliyyətlərindən istifadə edirdilər. Qədim Roma at sürməyi bacaran xalqları fəth etdikdə, onlardan legionlara kömək etmək üçün köməkçi kimi istifadə olunurdu. Beləliklə, romalıların xidmətində aşağıdakı atlılar (süvari) qoşun növü var idi:

Numidiyalı süvarilər (o dövr üçün dünyanın ən yaxşı atlılarından biri hesab olunurdular);

Makediniyalı süvarilər;

Qall süvariləri.

Bunlar, şübhəsiz, o dövrün ən yaxşı atlıları idi və hamısı romalıların tərəfində vuruşurdular. Əslində, son imperiya dövründə Roma ordusu süvari qoşunlarla daha çox təşkil olunurdu və Roma hakimiyyəti özünün Qədim Dünyanın ən yaxşı təlim görmüş və təchiz olunmuş süvariləri ilə öyünürdü. Yadda saxlamaq lazımdır ki, o dövrdə süvarilər o qədər də yaxşı at sürməyi bacarmır və yaxşı təhciz olunmurdular. Üzəngi hələ icad edilməmişdi, bu o demək idi ki, süvarilər bir neçə istisnalar olmaqla, əsasən qiymətli kəşfiyyatçı sayılırdılar. Qədim Dünyada döyüşlərdə süvarilərdən daha çox piyadalar qalib gəlirdi.



3.Romalılar qəddar işğalçılar idi.

Müasir dövrdə romalıları qəddar sayırlar. Onların əslində qəddarlıq göstərdiyi bir çox hallar olubdur. Ancaq fəth edənlərin nöqteyi-nəzərindən bir çoxları Qədim romalılardan da daha qəddar işlər görmüşlər. Əgər siz romalıları “böyük qardaşınız” kimi qəbul edirsinizsə və itaətkar müttəfiq rolunu oynayırsınızsa, Roma sizi qoruyur və sizə qarşı son dərəcə təmkinli olurdu. Siz hökmdarlarınıza sədaqət göstərir, Roma qanunlarına əməl edir və Romaya vergi ödəməli idiniz. Siz həmçinin Roma legionlarından (Qədim Romada 4500 nəfərlik döyüşçü -legion adlanırdı) müdafiə alır, bu da əsrlər boyu sizin tam təhlükəsizlik demək idi. Roma istənilən münasibətə (diplomatik və ya başqa cür) hakim himayədar, tabe olanlara itaətkar vassal kimi baxırdı. Hakim qüvvənin rolu dəstək olmaq, yüksəltmək və qorumaq, vassalın rolu isə tabe olmaq, heyran olmaq və itaət göstərmək idi. Bir qəbilə vassal olduğunu sübut edirdisə, Roma tez-tez böyük himayədar olduğunu sübut edirdi.

Romalılar digər xalqlara qarşı da son dərəcə dözümlü idi. Təbii ki, bəzi irqçilik və ksenofobiya var idi (Ksenofobiya, əcnəbi qorxusu-nifrəti anlamında olub, Yunanca - ξένος (xenos,əcnəbi) ve φόβος (phobos,qorxu) kəlmələrinin birləşməsindən əmələ gəlmişdir. İnsanın əcnəbilərdən ya da başqa bir şəkildə özündən fərqli olan insanlardan qorxmasına və nifrət etməsinə verilən addır. İrqçilik da bəzən ksenofobiyanın bir növü olaraq tanınır. Fantastikada dünyadan kənar varlıqlardan qorxma anlamını da verir. Amerikan Psixoloqlar Birliyinin “Ruhi Xəstəliklərin Diaqnozu ve Statistikası Əl kitabı”na görə bu fobiya, fobiyanın


səbəbi ilə qarşı qarşıya qalan xəstənin həddindən artıq depresiyaya düşməsinə imkan yaradır. Ksenofobiyanın iki növü vardır.

Birincisi bir toplumun içində olan amma o toplumun bir parçası sayılmayan bir qrupa qarşı hiss edilən qorxudur. Bu qrup bir çox hallarda köçkünlər ya da qaçqınlar olur, lakin bəzən yüz illər bir arada olunan bir qrup da ola bilər. Ksenofobiyanın bu növü ən pis halda soyqırım kimi vəhşi və təcavüzkar hərəkətlərə səbəb ola bilər.

İkincisi isə ümumiyyətlə mədəniyyət fərqlilikləridir - bu vəziyyətdə qorxunun səbəbinin, əcnəbi sayılan mədəni fərqlilikləridir. Bütün mədəni xarici təsirlərə məruz qalmaqdandır. Ancaq mədəni ksenofobiya umumilikdə bəlli şeylərə yönəlmişdir, başqa dillərdən gələn sözlər, içində yaşanılan toplum tərəfindən mənimsəməyə başlanmış hadisələr kimi. Nadir hallarda insanlara qarşı bir hücuma çevrilər lakin, mədəni və ya dil baxımından saflaşdırma kimi siyasi kampanyalarla da nəticələnə bilər). Lakin Romada bütün dinlər və mədəniyyətlər dəyərli hesab edirdi. Romalılar çox vaxt fəth edilmiş xalqlardan mədəni elementləri və hətta onların tanrıları belə qəbul edirdilər.

Lakin, xəyanət və ya daha pis, hücuma məruz qaldıqda, romalılar son dərəcə qəddar ola bilərdilər (P.S. Çingiz xanın qəddar olması barədə cəfəngiyyatlar söyləyənlər müqayisə etsinlər. Çingiz xan XII-XII əsrlərdə yaşamışdır.). Romaya edilən hər hansı təhqir on qat qaytarılırdı. Roma tərəfindən fəth edilmək dünyanın ən pis taleyi deyildi, lakin Romaya düşmən olmaq, şübhəsiz ki, özün üçün ölüm

hökmü demək idi.

İstifadə edilmiş internet resurslar:

1.https://bit.ly/3ycMi3Z

2.https://az.wikipedia.org/wiki/Ksenofobiya

Hazırladı:

Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi), Azərbaycan Respublikası “Təhsil Şurası” İB-nin İdarə Heyətinin üzvü



Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!