СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

“Qarabağ həqiqətlərinin məktəblilərə öyrədilməsində tarixi qaynaqların rolu”

Категория: История

Нажмите, чтобы узнать подробности

    Bu bir həqiqətdir ki, bir ölkənin və bir xalqın tarixi, o ölkə və o xalq haqqında nə deyə bilərsə, hər bir tarixçi də o ölkə və onun sakinləri haqqında təxminən eyni şeyi deyə bilər. Geniş əraziyə, zəngin tarixə malik olan Azərbaycan Şərq və Qərb ölkələrinin ictimai-iqtisadi, siyasi həyatında, özünün coğrafi və strateji əhəmiyyətinə görə özünəməxsus yer tutmuşdur.

Просмотр содержимого документа
«“Qarabağ həqiqətlərinin məktəblilərə öyrədilməsində tarixi qaynaqların rolu”»




Qarabağ həqiqətlərinin məktəblilərə öyrədilməsində tarixi qaynaqların rolu”

Bu bir həqiqətdir ki, bir ölkənin və bir xalqın tarixi, o ölkə və o xalq haqqında nə deyə bilərsə, hər bir tarixçi də o ölkə və onun sakinləri haqqında təxminən eyni şeyi deyə bilər. Geniş əraziyə, zəngin tarixə malik olan Azərbaycan Şərq və Qərb ölkələrinin ictimai-iqtisadi, siyasi həyatında, özünün coğrafi və strateji əhəmiyyətinə görə özünəməxsus yer tutmuşdur.

Deyirlər ağılla bilik sağ və sol əl kimidir. Onlar birləşəndə məqsədə tez çatmaq olar. Ölkənin tarixinin araşdırılması və onun qonşu dövlətlərlə münasibətlərinin geniş mənbəşünaslıq bazası əsasında tədqiqatı, zamanın sınağından çıxmış bir metotdur.

Müasir dövrdə tarix dərsinə verilən tələblərdən biri də onun səmərələliyinə nail olmaqdır.Təlimin səmərəliliyinə nail olmaq üçün müəllim bu prosesin incəliklərini, onu təşkil edən komponentləri və bunlar arasındakı qarşılıqlı əlaqəni bilməli, gündəlik işində nəzərə almalıdır.

Keçilmiş yolun güzgüsü olan tarix həmişə xalqa bəşəriyyətin inkişafında baş verən dəyişiklikləri keçmişin təcrübə sınağı əsasında təfəkkür süzgəcindən keçirməyə kömək edir. Azərbaycan tarixində böyük rolu olan orta əsrlər dövrü xüsusi əhəmiyyətə malikdir. Bu baxımdan XVIII -XIX əsr Azərbaycan tarixinin öyrənilməsində tarixi qaynaqların və elmi monoqrafiyaların rolu əvəzsizdir.

Təhsilimizin inkişafı və tərəqqisi, onun qarşısında qoyulan qlobal vəzifənin öhdəsindən gələ bilməsi bu gün milli təhsilimizi necə qurmağımızdan, milli və ümumbəşəri dəyərlərdən, dünya təcrübəsindən necə bəhrələnəcəyimizdən çox asılıdır.

XIX əsrin əvvəllərindən ermənilər tarixi torpaqlarımızda sürətlə məskunlaşmağa başlayırlar. Bu da o vaxt baş vermiş rus-iran müharibəsində torpaqlarımızın ikiyə parçalanmasının nəticəsi idi. Qəlbi təmizliyinə, ürəyi açıqlığına, qonşularına yalnız firəvan həyat arzulayan biz azərbaycanlıların tarixi, keşməkeşli günlərlə zəngindir. Azərbaycan tarixindən IX sinifdə “Qarabağ xanlığı”, X sinifdə “ Ermənilərin Şimali Azərbaycana kütləvi şəkildə köçürülməsi”, XI siniflərdə “Qarabağ müharibəsi” nə həsr olunmuş mövzuları tədris edərkən torpaqlarımızın azadlığı uğrunda erməni faşistləri ilə vuruşaraq qəhrəmanlıqlar göstərmiş həmyerlilərimiz haqqında söhbətlər aparıram. Şagirdlərə düşmənlə vuruşmuş belə insanlar haqqında məlumat toplamağı evə tapşırıq verirəm. Təcrübəmdən bilirəm ki, mövzu ilə əlaqədar şagirdlər öz topladıqları xatirələri söyləyəndə bu çox təsirli olur. Mən öz babaları, ata və qardaşları haqqında xatirələr toplamaq işinə şagirdlərin özlərini cəlb edirəm. Bu bir tərəfdən təlim- tərbiyənin vəhdətdə götürülməsinə müsbət təsir göstərir, digər tərəfdən isə şagirdlərin doğma diyara məhəbbətini qat- qat artırmış olur.

Belə bir yanaşmadan “ Qarabağnamələr” adlı səlnamələrdən istifadə etməklə Qarabağ həqiqətlərini daha dolgun şəkildə məktəblilərə çatdırmaq mümkündür.

Tarixi qaynaqlardan biri Mirzə Adıgözəl bəyin “ Qarabağnamə” əsəridir. Müəllif XVIII əsrin 80 - ci illərinin sonunda Şuşada anadan olmuşdur. Qeyd edim ki, Mirzə Adıgözəl bəy ana dili ilə yanaşı, ərəb, fars, rus və osmanlı dillərini də mükəmməl bilmişdir. 1801-ci ildə Gürcüstanın Rusiyaya birləşdirilməsindən sonra Adıgözəl bəy rus dövlət idarəsinə, məxfi məktubların tərcüməçisi xidmətinə qəbul edilmişdir. A. A. Bakıxanovun “ Gülüstani - İrəm “ və müəllifin öz əsərində yazılan ən maraqlı məlumatlardan biri də Mirzə Adıgözəl bəy tərəfindən N. Gəncəvi məqbərəsinin bərpa edilməsi məsələsidir. Əsər 1845-ci ildə yazılmışdır. Əsərdə Qarabağın 1736-cı ildən 1828-ci ilə kimi siyasi tarixindən söhbət açılır. Əsər müqəddimə, XII fəsil və sonluqdan ibarətdir.

Lakin A. A. Bakıxanovdan fərqli olaraq əsər doğma dilimizdə yazılsa da, əsəri qələmə alan xəttat başqa adam olmuşdur. Qeyd etmək lazımdır ki, əsər erməni dilinə də tərcümə edilmişdir. Mirzə Adıgözəl bəy 1848-ci ildə vəfat etmiş və Azərbaycanda Goranboy yaxınlığında Rəhimli kənd qəbirastanlığında dəfn edilmişdir. ( Mənbə. Azərb. SSR EA Məruzələri,№ 5, 1948-ci il ). ( Qarabağnamə” I kitab. Bakı 1991.səh. 5- 102).

Digər qaynaq Mirzə Yusif Qarabağinin “Tarixi- Safi” əsəridir. XIX əsr səlnaməçilərindən olan Mirzə Yusif Qarabağinin (1798-1864) Azərbaycan tarixinin müəyyən səhifələrini öyrənmək nöqteyi-nəzərindən qiymətli mənbələrdən birini təşkil edən “ Tarixi Safi” əsəri fars dilində yazılmışdır. Mirzə Yusif öz əsərinin “ Tarixi-Safi” adlandırılmasının səbəbi haqqında yazır: ”...Mən bir zaman... kitabların mütailəsi ilə məşğul oldum. Onları tamamilə öyrəndim...artıq təriflərdən və yalan xəbərlərdən təmiz və saf bir tarix yazmaq qərarına gəldim... Həqiqətin saxtalaşdırıldığın gördüm”. (“Qarabağnamələr” Bakı.1991. səh. 6-8). Maraqlı cəhət ondan ibarətdir ki, Mirzə Yusif ( Nersesov) əslən erməni olsa da ermənilərin tarix saxtakarlığını danmır...

Digər müəllif Mirzə Adıgözəl bəydən sonra Qarabağ tarixinə dair Azərbaycan dilində “Kitabi-tarixi Qarabağ” adlı əsər yazmış Mir Mehdi Xəzanidir. Müəllif əsərdə yazır: “ Bu kitab bir müqəddimə və iyirmi dörd fəsil və bir xatimə ilə itmamə yetişdi”. (“ Qarabağnamələr”. II kitab. Bakı 1991. səh.97)

Əsərdə Qarabağın Səvəfilər dövründəki ümumi vəziyyəti, o dövrün qayda-qanunları, Gəncənin Qarabağ bəylərbəyliyinin mərkəz olması və Ziyadoğulları haqqında məlumat verilməklə yanaşı, Pənahəli xan və onun nəsil-nəcabəti, eləcə də Qarabağ xanlığının qurulması məqamlarından, Şuşa şəhərinin salınması və abadlaşdırılmasından, Qarabağ xanlığı tərkibində “ Xəmsə” məliklərindən söhbət açılır. Xüsusilə bu məlikliklərin erməni mənşəli olmaması əsərdə öz əksini geniş faktlarla tapıb. Əsərin VII fəslində Gürcüstan valisi II İrakli tərəfindən 1752-ci ildə Pənahəli xanın, Qaradağ xanı Kazım xanın, Naxçıvan xanı Heydərqulu xanın, Gəncə xanı Şahverdi xanın əsur götürülməsi və Hacı Çələbinin onları xilas etməsi məsləsindən ( “Qızılqaya xəyanəti”), Urmiya xanı Fətəli xan Əfşarın Qarabağa yürüşü və İbrahimxəlil ağanı əsir edərək Urmiyaya aparması, İbrahimxəlil xanın hakimiyyətə gəlməsi, Ağa Məhəmməd xan Qacarın Azərbaycana I yürüşü, rus generalı Zubovun Azərbaycana yürüşü və Azərbaycan xanlarının bu istiqamətdə siyasəti, Qacarın Azərbaycana II yürüşü və Molla Pənah Vaqifin ölüm hekayəsi, Qacarın ölümündən sonra Fətəli şahın hakimiyyətə gəlməsi, İbrahimxəlil xanla münasibətləri, 1800-1803-cü il hadisələri, rus generalı Sisianovun Gəncə xanlığını işğal etməsi, Cavad xanın öldürülməsi, Kürəkçəy müqaviləsi, 1806-cı ildə İbrahimxəlil xanın və onun ailə üzvlərinin xaincəsinə öldürülməsi, Mehdiqulu ağanın xan elan olunması və onun hakimiyyəti illərindən, eləcə də 1813-cü il Gülüstan müqaviləsindən, 1826-cı il II rus - iran müharibəsinin başlanması, Təbrizin işğalı (1827-ci il 13 oktyabr), 1828 - ci il Türkmənçay müqaviləsinin bağlanması haqqında maraqlı məlumatlar verilir. Sonda 1747 -1828-ci illərdə Qarabağda aparılmış tikinti abadlıq işləri və Qarabağın ən məhşur şəhərləri haqqında qısa məlumat verilir. Öz ana dilini dərindən sevən Mir Mehdi Xəzani uşaqlar üçün də Azərbaycan dilində əsər yazmış və bu əsəri 1884-cü ildə çap etdirmişdir.

Dördüncü mənbə daha çox maraq kəsb edir. “ Əhvalati - Qarabağ” əsərinin müəllifi Baharlı, İbrahim xanın yaxın köməkçilərindən olan Mirzə Vəli Baharlının nəvəsidir. Əsərdə Qarabağın memarlıq abidələri, tarixi şəxsiyyətləri, adət-ənənələri, etnoqrafik xüsusiyyətlərindən nümunələr araşdırılır. Mənbənin özündə yazıldığı kimi, ”.... əsər tarixi -islamiyyə 1306 və tarixi- məhisiyyə 1888-ci ildə” yazılıb. Əsərdə Qarabağın lap çox qədim tarixə malik olduğu haqqında məlumat verən müəllif yazının XII fəsildən ibarət olduğunu bildirir. Burada Şuşa qalasının bina olunmağından, xanlığı idarə edənlərdən, Qarabağ mahalının adlı-sanlı, qəhrəman,igid, hazırcavab adamlarından, mahalın iqtisadi durumundan, Şuşa şəhərində yerləşən məhəllələrdən söhbət açılmaqla, Qarabağın adət-ənənələrindən, bayatı, ağı, laylalardan - Qarabağın folklorundan da danışılır.

Əsərdə maraqlı məqamlardan biri də Şuşa şəhərinin memarlıq abidələri - məhəllələri, hamam və karvansaraları haqqında olan məlumatlardır. Məlum olur ki, şəhərin əsas başlıca məhəlləsi Xan evi məhəlləsi saylırdı. O biri məhəllələr yuxarı və aşağı olmaqla iyirmiyə qədər məhəllə adı göstərilir. Şuşa o dövrün böyük bir elm, mədəniyət, ticarət mərkəzi olmuşdur. Şuşa Azərbaycanın təkcə siyasi, iqtisadi və mədəniyyət mərkəindən biri deyil, həmçinin azadlıq, istiqlaliyyət rəmzinə də çevrilmişdi. Bundan başqa şəhərdə məscidlər, çoxlu sayda karvansaralar, dükanlar olmuşdur. Əsərdə Şuşa şəhərinin görkəmli elm adamları, bacarıqlı müəllimləri haqqında da məlumat verilir. Bildirilir ki, bu şəxslərin tərbiyələrindən çıxan adamlar tamamən kamil və bilikli olmuşlar. Uşaqlar ana dili ilə yanaşı fars, ərəb,rus dilində də sərbəst oxuyub - yaza bilirmişlər. Müəllif əsərdə öz doğma dilindən başqa xarici dilləri bilməyin çox mühüm olduğunu vurğulayır. (Mənbə “ Qarabağnamələr” II kitab.Bakı 1991.səh. 271 - 306)

Dərs prosesində bu kimi məsələlər şagirdlərə çatdırıldıqda onlar Qarabağ həqiqətlərini öyrənərək, ermənilərin əsl niyyətini tədqiqatçılıq apararaq dərk edirlər. Bu yolla şagirdlər tarixi öyrənməklə tərbiyə olunurlar. Təlim-tərbiyə prosesində şagird biliyin nəticəsini özü əldə etdikdə dərs maraqlı və tərbiyəedici olur. Təcrübə göstərir ki, təlim-tərbiyə prosesində belə dərsin məzmunu şagirdlər üçün daha aydın və maraqlı olmaqla yanaşı, onlar öz doğma diyarını yaxından öyrənir, onun keçmişi ilə fəxr edirlər. Bu da məktəbliləri Vətənə hədsiz məhəbbət və sədaqət ruhunda tərbiyə etmək üçün imkanlar yaradır.

İstifadə edilmiş mənbə və ədəbiyyatın siyahısı

1.Mənbə. Azərb. SSR EA Məruzələri,№ 5, 1948-ci il

2. Аббас - Кули - Ага Бакиханов « Гюлистан- и Ирам» Баку 1991

3.“ Qarabağnamələr”. I və II kitab. Bakı 1991

4. Y. Səfərov “Qədim Azərbaycan: nə bilirik” Bakı 1989

5. YouTube: http://youtu.be/VyJqqRb3jyE

Azərbaycan Respublikası Şirvan şəhər T. Bağırov adına 11№-li tam orta məktəbin tarix müəllimi Əsədov Seyyub Əsəd oğlu

[email protected]

[email protected]

Skayp: seyyub.asadov

Tel: +994 050  354 82-73; +994 055 345 93 09











Adres: Seyyub Asadov the history teacher of the Azerbaijan Republic Shirvan city school № 11 named after T. Baghirov

[email protected]

[email protected]

Skayp: seyyub.asadov

Tel: +994 050  354 82-73; +994 055 345 93 09

Адрес: Учитель истории полной средней школы № 11 имени Т. Багирова Азербайджанской Республики Асадов Сейюб Асад оглы

[email protected]

[email protected]

Skayp: seyyub.asadov

Tel: +994 050 354 82-73; +994 055 345 93 09



2



Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!