СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Qızıl Orda xanı Şadı bəy haqqında

Категория: История

Нажмите, чтобы узнать подробности

Tarixçilər Qızıl Orda dövlətində feodal qruplar arasında mübarizədən danışarkən göstərirlər ki, 1400/01-ci ildə Qızıl orda xanı Timur Qutluq öldükdən sonra hakimiyyətə Şadı bəy gəlir. 

Просмотр содержимого документа
«Qızıl Orda xanı Şadı bəy haqqında»

Qızıl Orda xanı Şadı bəy haqqında



... 1391-ci ilin əvvəlində Teymurun çağırdığı qurultayda Toxtamışa qarşı müharibə aparmaq haqqında qərar qəbul edilir ki, bu da iki nəhəng dövlətin arasındakı münasibətlərin daha kəskin xarakter almasına səbəb olur.Yürüş 1391-ci ilin yanvarında Daşkənddən başlayır.Bu xəbər Toxtamışa çatanda o Teymurun yanına elçi göndərir və gələcəkdə dost münasibətləri saxlayacaqlarını vəd edir.Bunu qəbul etməyən Teymur yürüşü davam etdirir.18 iyun 1391-ci ildə Samara çayından bir az şimalda Qunduzça çayı yaxınlığında döyüş baş verir.Toxtamışın qoşunu darmadağın edilir.Lakin bu döyüş Qızıl Ordanın siyasi və iqtisadi həyatına ciddi təsir etmədi.

1394-cü ildə Qızıl Orda qoşunları yenidən Şirvana hücum etdi.Bu vaxt Teymur öz qoşunu ilə Şəkidə idi.Qızılordalılar Azərbaycandan qovulub çıxarıldılar və Teymur Qızıl Ordaya 2-ci böyük yürüş etməyi qərara alır.”Teymur bu yürüşdə qarşısına Qızıl Ordanın- Krım,Şimali Qafqaz və Aşağı Volqaboyu kimi iqtisadi cəhətdən əhəmiyyətli və varlı əyalətlərini məhv etmək məqsədin qoyur.”(Греков Б.Д.Якубовский А.Ю.Göstərilən əsər..səh.374)Artıq Toxtamışla qarşılaşmağın vaxtı çatdığını və onu təxirə salmağın lüzumsuzluğunu Teymur başa düşürdü.1395-ci ilin fevralında o Toxtamışa qarşı yürüşə şıxmaq əmrin verir.Yoldan Teymur Toxtamışın yanına bacarıqlı diplomat olan Şəmsəddin Almalığı məktubla göndərərək, döyüşə gəldiyini bildirir.Toxtamış öz sərkərdələrinin təsiri altında kobud cavab məktubu yazır.1395-ci il aprelin əvvəlində hər iki qoşun Terek çayı sahilində üz-üzə dayanır.15 aprel 1395-ci ildə Teymur döyüşə başlamağı əmr edir.O dövrün ən böyük döyüşlərindən biri baş verir və bu döyüşlə nəinki Toxtxmışın, həm də Qızıl Orda dövlətinin taleyi həll edilmiş oldu.Hər iki tərəf böyük itki verdi.”O qədər adam qətl edildi ki, səhrada (döyüş meydanında)qan dərələri peyda oldu. ” (N.Şami. Zəfərnamə. Bakı. 1992. səh.14) Döyüşün qanlı və ağır olması Toxtamışın hərbi qüdrətinin güclü olması haqqında xəbər verir.Lakin buna baxmayaraq Qızıl Orda məğlub olur, Toxtamış özü isə qaçıb gizlənir sonra isə öldürülür.Döyüşdən sonra Teymur ölkənin içərilərinə doğru yürüş edərək Dnepr sahillərinə yaxınlaşır. Krım şəhərləri dağıdılır. ”Qızıl Orda qoşununun Teymur tərəfindən məğlubiyyət xəbəri Saray şəhərinə çatdıqda Misir nümayəndələri Teymurun əlinə düşməmək üçün tez oradan qaçırlar və 18.IX.1395-ci ildə Misirə çatırlar. Bu Misirin Toxtamış xanın yanına göndərmiş olduğu son səfirlik idi. ”(Закиров С. Göstərilən əsər. səh. 96)1395-ci ilin qışında Teymur qoşunlarının istiqaməti Həştərxan və Saray şəhərləri oldu. Hər iki şəhər tutularaq, qarət edildi və yandırıldı.Teymurun Qızıl Ordaya bu yürüşü onu sadəcə zəiflətmədi, bu dövlətə ciddi zərbə vurdu. Elə bir zərbə vurdu ki,bundan sonra Qızıl Orda öz əvvəlki ərazisində və əvvəlki formasında bərpa ola bilmədi. Teymurun 1395-ci il yürüşündən sonra faktiki olaraq bu dövlətin tənəzzülü dövrü başladı.

Beləliklə, XIV əsrin II yarısında, xüsusən 80-90-cı illərində Azərbaycan Qızıl Ordanın və Teymurun işğalçı yürüşlərinə məruz qalır. Lakin ölkədə mövcud olan feodal pərakəndəliyi və ara müharibələri işğalçılara qarşı ciddi müqavimət göstərməyə mane olurdu. ”Feodal pərakəndəliyinin hakim olduğu məmləkət asanlıqla xarici işğalçıların obyekti ola bilərdi.”(Ə.Ə.Əlizadə.səh.344-345)

Qızıl Orda xanı Toxtamış 1385,1387,1394-cü illərdə Azərbaycana yürüşlər etmiş,bu yürüşlər zamanı Azərbaycanın şimal əyalətləri ən çox ziyan çəkmişdir.Bundan başqa Təbrizin ələ keçirilməsi bütün Azərbaycanı tutmaq üçün əsas olduğundan şəhər uğrunda mübarizə ciddi şəkil almışdı.Təkcə 1385-1401-ci illərdə Azərbaycan ərazisində (Təbrizdə olmuş döyüşlərdən başqa) 10 dəfə qanlı vuruşma getmişdir.Bunlardan 4-ü Əlincə qalasında, 2-si Şirvanda(1387,1394), qalan vuruşmalar isə Marağa, Naxçıvan, Şəki və Mərənd yaxınlığında baş vermişdir. ”(V.Z.Piriyev.Az.E.A.xəbərləri.səh.61)

1405 - ci ildə Teymurun ölümü ilə onun böyük imperiyası dağıldı.Teymurun ölümü və Teymurilər arasında ara çəkişmələri I İbrahimi asılılığdan azad etdi.Tez bir zamanda İbrahimə Şirvanın müstəqilliyini bərpa etmək müyəssər oldu.Teymurilərin özləri də bununla hesablaşmağa məcbur oldular və Şirvanın müstəqilliyi onlar tərəfindən tanındı.Şirvanşah I İbrahim Teymurilər arasında baş verən çəkişmələrdən və onu dəstəkləyən əhalidən istifadə edərək təkcə Şirvanın müstəqilliyinə yox, eləcədə Cənubi Azərbaycanın da qısa müddətə sahibi olur.

Bu dövr üçün Şirvanşahlar dövlətinin Qızıl Orda ilə münasibətində bir məsələyə toxunmaq istərdim. Paxomov E. A. ”Краткий курс истории Азербайджана” əsərində göstərir ki, ”Teymurun və Cəlairlərin asılılığından çıxan Şirvanşahlar dövləti Cuci (Qızıl Orda) ulusundan asılı vəziyyətə düşür və bu asılılıq 1412-ci ilə qədər davam etmişdir”.(Е. А. Пахомов. ст.20). Əlizadə yazır ki, belə bir fikir bu dövrə aid şirvan sikkələrində Qızıl Orda xanı Şadı bəyin (1401-1407) adı həkk olunduğuna görə yaranmışdır. Bundan başqa, İbrahim Təbrizdə olan zaman hətta Şadı bəyin adına xütbə də oxutmuşdur.Əlizadə daha sonra haqlı olaraq yazlr: ”Sikkə zərb etmək və ada xütbə oxunması heç də həmişə siyasi asılılıq əlaməti olmamışdır. Hətta Teymurun sikkələrində,Cağatay sülsləsindən qondarma xanların adı olurdu. Həqiqətdə isə bu dövrdə Qızıl Ordanın bir çox səbəblər üzündən Şirvanla müharibə aparmağa və onu işğal etməyə gücü yox idi (Əlizadə.səh.397) .

S. Aşurbəyli bu halı I İbrahimin anonim sikkələr kəsdirməsi ilə izah edir (Ашурбейли С.Б.Göstərilən əsər.səh.238).

Tarixçilər Qızıl Orda dövlətində feodal qruplar arasında mübarizədən danışarkən göstərirlər ki, 1400/01-ci ildə Qızıl orda xanı Timur Qutluq öldükdən sonra hakimiyyətə Şadı bəy gəlir. Əslində real hakimiyyət bütövlükdə bacarıqlı saray xadimi Yedigeyin əlində idi. Bu barədə 1403-cü il mayın 21-də Teymurun sarayına göndərilən Kastilya səfiri Klavixo məlumat verir. Klavixo Teymurun ölümü ilə əlaqədar məlumat verərkən göstərir ki;”...xəbər yayıldı ki,tatar imperatoru Yedigey ...hücum etmişdir”. (Путешественники об Азербайджане. Göstərilən əsər.səh.64). Bu onu göstərir ki, Qızıl Orda da real hakimiyyət Şadı bəyin yox, Yedigeyin əlində cəmlənmişdi. Şadı bəy ondan yaxasını qurtarmaq üçün sui-qəsd hazırlayır. Ancaq Yedigey bundan xəbər tutur və bu sui-qəsddən əvvəl Şadı bəylə haqq-hesab çəkmək istəyir. Bunu duyan Şadı bəy Dərbəndə qaçaraq I İbrahimin yanında sığınacaq tapır və 1407/8-ci ildə burada da ölür.Yakubovski özünün”Золотая Орда и ее падение” əsərində yazır ki, sikkənin kəsilməsi faktı ondan xəbər verirki, Şadı bəy Qızıl Orda da başqa xan hakimiyyətdə olduqda belə özünü qanuni hökmdar hesab edirdi(Греков Б.Д.Якубовский А.Ю.Göstərilən əsər.səh.392). Bütün bu faktlar onu göstərir ki, Şirvan (Azərbaycan-qeyd) Qızıl Ordadan asılı olmamışdır. Şadi bəy isə hakimiyyətdən əli çıxdığı üçün Şirvanşahlar dövlətində siyasi sığınacaq tapmışdır. Qızıl Orda xanı Şadı bəyin Şirvanşahlar dövlətində siyasi sığınacaq tapması faktı onu göstərir ki, o dövrdə Şirvanşahlar dövləti təkcə Cənubi Qafqazda yox,Yaxın və Orta Şərqdə ən qüdrətli bir dövlət olmuşdur. Bu məsələnin işıqlandırılması Vətən tariximizi sevənlərin dövlətçiliyimizə olan məhəbbətini qat-qat artırmış olardı.





Bu bir həqiqətdir ki,bir olkənin və bir xalqın tarixi, o ölkə və o xalq haqqında nə deyə bilərsə, hər bir tarixçi də o ölkə və onun sakinləri haqqında haqqında təxminən eyni şeyi deyə bilər. XIX əsrin görkəmli Azərbaycan tarixçisi A. A. Bakıxanov “Gülüstani-İrəm” adlı məhşur kitabında yazır: ”Tarix elə bir danışmayan natiqdir ki, sələflərin vəsiyyətlərini bütün təfsilatı və təriflərlə xələflərə bildirir, ehtiyac və rifah səbəblərini, tərəqqi və tənəzzül yollarını anladır. Gələcəkdə törəyə bilən əhvalatı keçmişin libasında insanların ibrət nəzərinə çatdırır”. (A. A. Bakıxanov. Gülüstani İrəm. Bakı.1993. səh.9. rus dilində).



İstifadə edilmiş mənbə və ədəbiyyat

1.Əbu Bəkr əl-Qütbi əl-Əhəri.Tarix-e Şeyx Üveys.Bakı.1984

2.Zeynəddin bin Həmdullah Qəzvini.Zeyl-e tarix-e qozide.Bakı.1990

3.Həmdullah Mustofi Qəzvini.Zeyl-e tarix-e qozide.Bakı.1986

4.Nizaməddin Şami.Zəfərnamə.Bakı.1992

5.Fəzlullah Rəşidəddin.Cami ət təvarix.(rusca)III cild.Bakı.1957

6.Fasih Əhməd ibn Cəlaləddin Məhəmməd əl-Xavafi.Mucmal-i Fasihi.(rusca)

Daşkənd.1980

7.Səyyahlar Azərbaycan haqqında.(rusca)Icild.Bakı.1961

8Meteopski Foma.Teymurləng və onun xələflərinin tatixi.Bakı.1957

9.Azərbaycan tatixi.Bakı.1961

10.Ə. Ə. Əlizadə. XIII-XIV əsrlərdə Azərbaycanın sosial-iqtisadi və siyasi tarixi (rusca)Bakı.1956

11.S.B.Aşurbəyli. Şirvanşahlar dövləti. (rusca)Bakı.1983

12.A.A.Bakıxanov.Gülüstan-i İrəm.(rusca)Bakı 1991

13.K.E.Bosvort. Müsəlman sülalələri(rusca) Moskva.1971

14.B.D.Qrekov.A.Y.Yakubovski. Qızıl Orda və onun süqutu (rusca).Moskva-Leninqrad.1950

15.Salih Zakirov.Qızıl Ordanın Misirlə diplomatik münasibətləri (rusca). Moskva.1966

16.C.İbrahimov. XV əsr Azərbaycan ərazisində feodal dövlətlər(rusca).Bakı.1962

17.V.P.Yeqorov. XIII-XIV əsrlərdə Qızıl Ordanın tarixi coğrafiyası (rusca). Moskva.1985

18.M. Q. Safarqaliyev. Qızıl Ordanın tənəzzülü (rusca). Saransk.1960

19.Q. A. Feodorov-Davıdov. Qızıl Ordanın ictimai quruluşu (rusca). Mockva.1973

20.S. M. Onullahi.XIII-XVII əsrlərdə Təbriz şəhərinin tarixi. Bakı.1982

21.V.Z.Piriyev. Azərbaycan Hülakülər dövlətinin tənəzzülü dövründə. Bakı.1978

22V. Z. Piriyev.Teymur və Toxtamışın Azərbaycana yürüşləri və işğalçılara qarşı mübarizə (1385-1401). AZ.E.A.xəbərləri;tarix,hüquq,fəlsəfə seriyası. 1983, №2. səh. 58-67

23.İran tarixi.(rusca)Leninqrad.1958












Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!