СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Qot və qotik üslubu barədə

Категория: История

Нажмите, чтобы узнать подробности

Bu yazımda qot və qotik üslubu  haqqında daha doğrusu çoxlarına tanış olan bu submədəniyyət barədə söhbət açmaq istəyirəm. 

Просмотр содержимого документа
«Qot və qotik üslubu barədə»

Qot və qotik üslubu barədə

Bu yazımda qot və qotik üslubu haqqında daha doğrusu çoxlarına tanış olan bu submədəniyyət barədə söhbət açmaq istəyirəm. Sözüm o kəslərədir ki, bu gənclər cərəyanının adı gələndə qorxmasınlar. Xüsusən də bəzi analar eşidən də ki, onun uşağı “qot”dur həyacanla: “Vay bu dəhşətdir”, “Sən özünü öldürmək istəyirsən?” və yaxud “ Sən şeytan əməli ilə məşğul olursan?” ... Vaxtı çatanda hamımız dünyadan köçəcəyik.

Beləliklə qorxmayın. ... Qotlar heç də ölümə can atmırlar. Onları sadəcə ölümdən sonrakı həyat maraqlandırır. Bu isə normal insan üçün qorxulu iş deyil. Həqiqətən də insan üçün lap qədimlərdən həyat və ölüm məsələsi düşündürücü məsələ olmuş və olmaqda da qalmaqdadır. Adətən bu submədəniyyətlə qeyri-adi yaradıcı, arzuları çox olanlar maraqlanırlar. Şeytani əməllər məsələsinə gəldikdə isə qeyd edim ki, qotların bu əməllərə heç bir adiyyatı yoxdur. Əgər kimsə şeytnana xidmət edəcəksə bunu qot cərəyanı ilə əlaqələndirmək doğru olmazdı. İnsan hərtərəfli dünyagörüşünə malik olmalıdır. Məgər belə deyil? İstər din, istərsə də mifologiya olsun insanlar maraqlana bilməzlərmi? Bu cərəyan üzvləri digər insanlar kimi emosiyalara malik insanlardır. Kədərli də ola bilərlər, şən də... Şəxsi və fərdi xüsusiyyətlərə malik adi insanlardır qotlar. Onların öz həyat fəlsəfəsi, öz musiqiləri, ədəbiyatları və öz dünyagörüşləri vardır. Baxmayaraq ki, romantizmə meyillidirlər qeyd etmək istərdim ki, romantizm barədə də onların öz fikirləri vardır.

Müasir dövrdə “qotika” dedikdə çox vaxt qara paltar geyinmiş, düşüncə tərzləri fərli olan, Edqar Ponun şeirlərini əzbərdən bilən gənclər başa düşülür. Amma əslində bu heç də belə deyil...

“Qotika” termini (italy. “gotiko - qot” ) qədim alman tayfası olan qotların adından götürülmüşdür. Bu termin İtaliya humanistləri tərəfindən orta əsr incəsənətinə gətirilmiş və işlədilmişdir. Halbuki vaxtilə bu mədəniyyəti “barbar” mədəniyyət hesab edirdilər. Memarlıqda qot üslubu katolik kilsəsinin təməli əsasında inkişaf etməyə başlayır. Buna görə də təyinatına görə mədəni, mövzusuna görə isə dini məzmun kəsb edirdi. Qotika üslubu - əbədiyyətlə (ilahi varlıqlarla) bağlı idi və incəsəntədə, arxitekturada bölünməz hökmranlığını saxlayırdı. Heykəltəraşlıq və rəssamlıqda bu üslübun tayı-bərabəri yox idi. Qot üslubunda tikilmiş kilsələr - böyüklüyü, möhtəşəmliyi ilə insanlara çox böyük emosional təsir göstərirdi. Bu emosional təsirlər içərisində, bu atmosferdə əsas rollardan birini də qot qulyabanı heykəlləri oynamışdır. Maarqlıdır ki, bu qorxunc qiyafəli heykəllər ilahə olmasalar da, bütün kilsə binalarında , ilahi şəsxlərin türbələrində qoyulmuşdur.

Ən məhşur (populyar) qot qulyabanıları “qorqul”lar hesab edilir. (“fransısca – gargouile; ingiliscə - gargoyle; qədim latın dilində- gargulio; bu da udlaq, ulğum,xirtlək anlamında işlədilir). Bundan başqa “Ximer” adlandırılan digər xəyali varlıq heykəl və rəsmləri də vardır. Çox vaxt bunları bir-biri ilə qarışdırırlar. Sözsüs ki, bu əfsanəvi varlıqlar arasında fərq şərtidir. Lakin bu klassik qot heykəllərinin bəzi maraqlı sirrləri vardır.

İlk öncə gəlin razılaşaq ki, “ximer” adı altında qədim yunan əfsanələrindəki varlıqlar başa düşülmür. Bu varlıqlar fantasik varlıqlara aid edilməlidir. Bu prinsipdən ilk dəfə məhz miflərə aid məsələlərdə istifadə edilmişdir. Ən qədim qaynaqlarda ilk dəfə “Ximer” barədə məlumata məhşur kör şair Hömerin “İliada” əsərinin altıncı nəğməsində rast gəlinir. Burada Exidna və Tifonun qızı hesab edilən odpüskürən məxluqdan bəhs olunur. Bu məxluq keçi bədənli, ilan quyruqlu, aslan başlı təsvir edilir. Tanrıların əmri ilə bu məxluqu Qlavkın oğlu yaraşıqlı Bellerofont öldürür (Hömer.”İliada”Bakı.2004. səh. 128). Heosid özünün “Teoqoniya” adlı məhşur əsərində yazır ki, ximerin bir yox, üç başı olmuşdur. Apetsodakı IV əsrə aid məhşur etrusk helkəltəraşlıq nümunəsində məhz elə bu cür - keçi, ilan və aslan başlı məxluq təsvir edilmişdir. Miflərdə ximerlər müxtəlif vaxtlarda müxtəlif cür təsvir olunmuşlar. Ən çox onlar üçbaşlı varlıqlar- aslan, keçi, öküz formalarında təsvir edilmişlər. Bir çox tarixçilər hesab edirlər ki, bunlar heç də əfsanəvi varlıq deyildirlər. Bu ad Klikiya ərazisində mövcud olmuş Ximer dağının adı ilə bağlıdır. Vaxtilə burada çoxlu aslan, keçi və ilanlar var imiş. Bellerofont bu yerləri yaşayış üçün yaralı hala salır və bu səbəbdən də deyilir ki, o ximeri öldürmüşdür. Plutarx hesab edirdi ki, “Ximer” hansısa dəniz quldurunun adıdır. Onun gəmisinin bayrağında aslan, keçi və ilan rəsmləri təsvir edilmişdir. Qotik üslublu ximerlər qədim yunan prototiplərindən tamamilə fərflənir. Onlar Parisdə Noterdam kilsəsinin ətəyində yerləşdirilən insanabənzər uçan siçanların, keçi buynuzlu və ya ilan başlı, qu quşu boğazlı və ya qartal caynaqlı əfsanəvi varlıqlar sayəsində məhşurlaşıblar. Qədim yunanlar hesab edərdilər ki, Ximerlər dənizdə fırtınalar, yerdə baş verəcək hadisələrdən xəbər verirlər.

Orta əsr memarları (kilsənin bir hissəsi və bütün maddi çətinlikləri insanın işlətdiyi günahlarda axtaranlar kimi) bu üslubdan insan günahlarının alleoqrik təcəsümü və bir xəyali varlıq olaraq istifadə etmişlər. O dövrün təlimlərinə görə, günah işlətdikləri üçün ruhdan düşmüş insanlara kilsəyə girmək qadağan idi. Guya ki, belələri daşa dönərək bu şəkillərdə təsvir olunmuşlar.

Alleqorik mənada “ximer-xəyal” adladırılan bu varlıqlar yalan fikir, mənasız ideya, hər hansı bir fantastik hibrid- məxluq haqqında söhbət gedərkən istifadə edilirmiş. Qotik ximerası “qorqul - qulyabanı”dan heç də fərqlənmir. İstər bu meymun bədənli çirkin bir varlıq olsun (və ya qozbel insan), istər keçi buynuzlu olsun, və yaxud uçan siçan və sair kimi buna bənzər xəyali varlıq. Bütün hallarda bu varlıqları eyniləşdirmək düzgün olmazdı.

Qədim qaynaqlarda, Şumer, Misir, Yunan - Roma qaynaqlarında adları çəkilən və təsvir edilən əfsanəvi varlıqlarla, kilsə və məbədlərdə təsvir edilən varlıqları eyniləşdirmək olmaz. Hər birinin öz fuksiyası olmuşdur, desəm yanılmaram. Baxmayaraq ki, qulyabanilar tipik qotik üslubda hazırlanmış dəhşət yaradan məxluqlardır, lakin onların tarixi Qədim Şumer və Qədim Misirə gedib çıxır. Qədim Misir sivilizasiyasına çoxlu sayda zoomorf tanrılar barədə məlimatlar məlum idi. (P.S. Zoomorf üslub ancaq və ancaq ilk əvvəl türk tayfaları olan hiksoslara və sonralar da aşquz (işğuz) tayfaları- iskit (skiflərə) aid olmuşdur. Qədim misirlilər şumerlərdən sonra belə surətləri ilk dəfə heykəltəraşlığa, memarlığa və rəssamlığa gətirən xalqlardan biri olmuşlar. Qədim yunanlar isə bu varlıqlara hiksos tayfalarından götürdükləri kentavr və qrifonları da əlavə etmişlər. Qədimlərdə belə əcaib məxluqlar gil üzərində çəkilər yə ya gildən hazırlanar, çox sonralar daş üzərində çəkilər və ya daşdan hazırlanardı. Hətta adi bir yunanın evinin üstündə belə qrifon heykəli qoyulardı və hesab edilərdi ki, bu heykəlciklər Zevsin Skif ölkəsindən gətirdiyi əfsanəvi qızılları “Təpəgöz”lərdən qoruyur.

Ümumiyyətlə, böyük inamla demək olar ki, ilk qulyabanı heykəlləri kilsələrdə tamaşaçı üçün XII əsrin əvvəllərindən etibarən yaradılmağa başlanılmışdır. Dünyada elə bir qulyabanı heykəli tapmaq olmaz ki, onlar biri-birilərinə tam oxşar olsun. Çünki heykəltəraşlar sənət əsərini yaradanda tamamilə müstəqil fəaliyyət göstərirdilər. Qotik üslubunun yayıldığı bütün dövr və ərazilərdə Avropa mədəniyyəti “qulyabanı yaradıcılığı”nda müstəqil olmuşdur. XIII - XV əsrlərdə bu cür heykəllər müxtəlif ölçüdə və müxtəlif formalarda hazırlanırdı. XVI əsrdən etibarən qotik üslubunun inkişafı dini mövzulardan kənara çıxmağa başlayır. Daha bu heykəllər sadə insanları qorxutmaq üçün deyil, düşünmək üçün düzəldilməyə nizamlanırdı. Orta əsr Avropa əhalisinin əksər hissəsi savadsız idi, bu baxımdan hesab etmək olar ki, qulyabanilər də digər heykəltəraşlıq kömpozisiyaları kimi dini və mistik təsəvvürlərə əsaslanmışdır.

İngilis arxitektoru və tarixçisi Frensiz Blay Bond yazır: “ Kilsə qulyabaniləri bir növ kilsəyə qulluq məqsədilə, Yaradanın qüdrətini görmək və ona doğru yol seçmək üçün yaradılmışdır”.



















Əsədov Seyyub Əsəd oğlu -Şirvan şəhər T. Bağırov adına 11№-li tam orta məktəbin tarix müəllimi, 2015-ci ildə keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi



Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!