СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Sinifdə və məktəbdənkənar fəaliyyətdə istedadlı uşaqlarla işin forma və metodları

Категория: Всем учителям

Нажмите, чтобы узнать подробности

“İstedadlı uşaqlarla ünsiyyət müəlimdən düşüncə, yaradıcılıq, peşəkarlıq baxımından cevik olmağı tələb edir, məktəb proqramı çərçivəsində özünü sərbəst hiss etməyə imkan verir, istər müəllim, istərsə də şagirdin yaradıcılıq fəaliyyətini özündə cəmləşdirir”(J. Bryuno).

Просмотр содержимого документа
«Sinifdə və məktəbdənkənar fəaliyyətdə istedadlı uşaqlarla işin forma və metodları»

Sinifdə və məktəbdənkənar fəaliyyətdə istedadlı uşaqlarla işin forma və metodları


“İstedadlı uşaqlarla ünsiyyət müəlimdən düşüncə, yaradıcılıq, peşəkarlıq baxımından cevik olmağı tələb edir, məktəb proqramı çərçivəsində özünü sərbəst hiss etməyə imkan verir, istər müəllim, istərsə də şagirdin yaradıcılıq fəaliyyətini özündə cəmləşdirir(J. Bryuno).

İstedadlı uşaqlarla işlə bağlı məsələlərlə həm yerli, həm də xarici psixoloq və pedaqoqlar araşdırmalar aparmışlar. Bunlardan C. Hilford, P. Torrens, F. Barron, K. Teylor və B. Bluma əsasən istedadlı uşaqlarla iş metodikası hazırlanmışdır. Onların ardıcılı J. Bryunonun “İstedadlı uşaqlar: psixoloji və pedaqoji təcrübə” adlı əsəri olduqca maraq kəsb edir.

Müasir cəmiyyətdəki dəyişikliklər təhsili inkişaf etdirmək üçün yeni-yeni sahələrin, o cümlədən istedadlı uşaqlara dəstək sisteminin inkişaf etdirilməsini labüd edir. Hazırkı dövrdə şablondan kənar düşünən, qeyri-standart vəziyyətlərdən çıxış yolu tapmağı, problemlərin həlli üçün yeni yollar axtarmağı bacaran məktəblilərə ehtiyac duyulur.

Buna görə də, müəyyən bir bilik sahəsində bacarıqları olan müəllim və istedadlı şagirdlər arasındakı şəxsi münasibətlərin vacib roluna xüsusi diqqət verilməlidir.

Psixologiya elmindən də məlumdur ki, “...istedadlı və bacarıqlı uşaqlar deyəndə bacarıq və qabiliyyətlərinə görə öz nailiyyətlərini nümayiş etdirməyi bacaran uşaqlar başa düşülür”. Burada ən vacib rol, uşağı həvəsləndirən, sevdiyi işə sövq etməyi bacaran müəllimə aiddir. İstedadlı şagirdin xüsusi diqqətə ehtiyacı vardır.

Müəllimin vəzifəsi bütün bunlara diqqət vermək, istedadlı şagirdin hər bir uğurunu qeyd etməklə yanaşı, həm də onu yaradıcı işlərə təşviq etməkdir.

Məlumdur ki, istedadlı şagird standart təhsil sisteminin heç də həmişə tələblərinə cavab verməyən xüsusi bir uşaqdır. İstedadlı şagirdlərə həddindən artıq bilgiyə maraq, enerji və müstəqilik, yüksək düşüncə və zəka, yaxşı inkişaf etmiş nitq və geniş söz ehtiyatları xarakterikdir. Xüsusilə vurğulamaq istəyirəm ki, istedadlı şagirdlərdə köhnəlmiş tədris metodlarına qarşı dözümsüzlük, lider olmaq istəyi, özlərinə və digərlərinə qarşı tələbkarlıq, hər bir işdə mükəmməl olmaq istəyi, hətta dərs zamanı müəyyən hiyləgərliklərdən istifadə halları özünü biruzə verir və bu xüsusiyyətlər onlarda xarakterizə olunur.

( “ P.S. ... qabiliyyətli uşaqlara özlərini sübut etmək üçün şans verilməsə, onda onlarda mənfi imiclər inkişaf edəcəkdir. Bu mənfi imic isə öz növbəsində yeni problemlərə yol açmış olar və bunu dərk edə bilən müəllim bu cür halların qarşısını vaxtında almağı bacarmalıdır və bu çox vacibdir”). Belə şagirdlər öz intellektual və yaradıcı inkişaf baxımından çox vaxt həmyaşıdlarından irəlidə olurlar, müəllimin izahlarını tez başa düşür və ünsiyyət bacarıqlarını asanlıqla mənimsəyirlər. Lakin onlarda inkişaf tempi, idrak fəaliyyətlərinin xüsusiyyətlərinə cavab verən vəzifələrin mürəkkəbliyi və orijinalıq çox zəif olur.

İstedadlı uşaqlar” adlı kitabda Frans Monks və İren İpenburq yazırlar:

...təhsil işçilərinin diqqətini daima təhsil prosesində fərqli qabiliyyətləri olan şagirdlərə yönəldilməlidir. Bu təkcə istedadlı şagirdlərə deyil, eləcə də dərslərdə zəif nəticə göstərən şagirdlərə də aid edilməlidir”.

Uşağın istedadlı olduğunu necə müəyyən etmək olar? Belə uşaqlar özlərini məktəbdə və evdə necə aparırlar? Uşaq üçün istedadlı olmaq nə deməkdir? Qabiliyyət və istedad arasında fərq varmı? Yüksək qabiliyyətli uşaqları necə öyrətmək və tərbiyə etmək olar? Bu və digər suallara kitab müəllifləri nəzəriyyə və təcrübəni birləşdirərək olduqca ətraflı cavab verirlər. Kimlər ki, istedadlı və qabiliyyətli uşaqlarla işləyir bu kitabdan çox şey öyrənə bilər.

Bacarıqlı və istedadlı şagirdlərlə işləyərkən bir-neçə problemləri həll etmək lazım gəlir:

-Bacarıqlı və istedadlı şagirdlərin müəyyənləşdirilməsi.

-Bu cür şagirdlərin aktiv tədqiqat və yaradıcı işə cəlb edilməsi üçün motivasiya.

-Bacarıqlı və istedadlı şagirdlərlə işləyərkən müəllimlərə metodik və didaktik köməkliyin olmaması.

(P.S.Tərəfimdən gənc müəllimlərinə köməklik məqsədi ilə “V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait hazırlanmış və çap edilmişdir. Linkə daxil olaraq metodik vəsaitin PDF formasını oxumaq və yükləmək hüququnuz vardır: https://sinxronfenler.blogspot.com/2021/03/v-xi-siniflrd-tarix-fnninin-tdrisi_14.html ).

-Müəllimin özünün hazırlaşması.

Adi siniflərdə istedadlı şagirdlərlə iş “daxili fərqləndirmə”, inkişafyönümlü və şəxsiyyətyönümlü tədris metodları, dərslərdə qeyri-ənənəvi iş formaları və əlavə dərslərlə məhdudlaşır. Bir müəllim kimi istedadlı uşaqları dəstəkləmək üçün şagirdlərimin müxtəlif səviyyədə keçirilən müsabiqə, yarış, festival və konfranslarda, yaradıcılıq işləri sərgisində və əlbəttə ki, fənn olimpiadalarında iştirakını təmin edirəm:

“İstedadın tanınması zəruridir ki, minlərlə şagird məktəbdə təhsil prosesinə cəlb olunsun və onlara ehtiyaclarını ödəmək üçün fürsət verilsin. Bu yalnış mülahizədir ki, onlar artıq hər şeyi bilirlər, yoldaşlarına kömək etməyəcəklər və ya özləri hər şeyi öyrənəcəklər.

(P.S. Nümunə üçün qeyd edim ki, bu tədris ilində (2022-2023) rəhbəri olduğum VIIIB sinifində və digər dərs apardığm siniflərdə qabiliyyətli və istedadlı uşaqlar çoxdur. Tarixə, ədəbiyyata, jurnalistikaya həvəsi olan, rəsm çəkməyi bacaran və digər qabiliyyəti olan şagirdlərimin istəklərini nəzərə alaraq onların müəyyən onlayn keçirilən tədbirlərdə iştirakını təmin etdim. Nəticələr isə olduqca yaxşı oldu.

Bəs mən istedadlı şagirdlərlə işləyərkən hansı forma və metodlardan istifadə edirəm?

Bunun üçün dərs əsnasında, öz bilik qabiliyyətini artıqmaq üçün bacarıqlı şagirdə bir sıra tədris səlahiyyətləri vermək lazımdır:

Məsələn;

-Tədqiq edilən mövzu ilə bağlı əlavə məlumatların hazırlanması;

-alternativ qaynaqlardan (ensiklopediya, sorğu kitabçaları, internet resursları) əlavə məlumatların axtarışı;

-müxtəlif növ yazılı tapşırıqlar (test, krosvord, tapmaca və s.);

-Cədvəl, diaqram vasitəsilə məlumatların inteqrasiyası və sintezi;

-nəticələrin formalaşdırılması;

-ekspert və ya komanda lideri kimi işləmək;

-vizual materialların hazırlanması və s. və il.

Bu cür işlərdə problemli- interaktiv metodlardan fəal şəkildə istifadə etməyə çalışıram. Problemli təlim heç şübhəsiz ki, idrak fəaliyyətinin inkişafını stimullaşdıran təhsil prosesinin ən optimal formalarından biridir.

Şagirdlərin intellektual və psixoloji çətinlikləri olduqda problemli vəziyyətdən yanaşma - tapşırığın öhdəsindən gəlmə, yeni biliklərin ortaya çıxması, yeni yanaşmaların axtarılması, zidiyyətlərin fərdi qiymətləndirilməsi şagirdlərin öyrənilən mövzuya marağını artırmış olacaqdır. Baxmayaraq ki, şagirdlər bu cür suallara həmişə tam cavab verə bilmirlər, lakin bu cür suallar onları düşündürür, maraqlandırır və onlarda idrak fəallığını artırır. Bu fəaliyyət növü yaradıcı fəaliyyətdir və şagirdlərin mühakimələrində çox müstəqil olmalarını, onlardan həll yollarını axtarmağı tələb edir.

Tarix dərslərində istedadlı uşaqlarla işləyərkən onların müəyyən bir mövzuya öz mövqelərini bildirə biləcəyi formalardan - müzakirə, dəyirmi masa, əqli hücum, esse yazmaq kimi formalardan istifadə edilməsi daha məqsədə uyğundur. İstedadlı şagirdlər məlumatların qəbulu, ətrafdakı hadisələr və onların mahiyyətini dərk etmək baxımından həmyaşıdlarından həmişə öndə olurlar və həm də bu cür məsələləri daha yaxşı başa düşürlər. Eynizamanda istedadlı şagirdlərin verdikləri sualların sayı və mürəkkəbliyi baxımından, sinif yoldaşlarının verdiklərindən bir çox göstəricilərinə görə də fərqlənir.

Lakin qeyd etmək lazımdır ki, heç də bütün müəllimlər şagirdlərin bu cür artan maraqlarını həmişə təmin edə bilmirlər. Məhz bu baxımdan istedadlı və qabiliyyətli şagirdlərlə iş zamanı daha geniş fəaliyyət imkanı verən əlavə dərs proqramları belə şagirdlərin müəyyənləşdirilməsində və eləcə də onlarla işləmə üsulunda vacib bir addımdır. Şagirdlərin yaradıcılıq qabiliyyətlərinin inkişafına yönəlmiş dərsdənkənar fəaliyət növləri, hisslərin duyğularla ifadə etmək, yaradıcılıq fəaliyyətinin formalaşmasına böyük töhfə verməyə imkan yaradır.

XX əsrin görkəmli alimi, riyaziyyatçı, akademik A.N. Kolmoqorov (1903-1987) yazır:”Belə işdə ən parlaq nümunə şagirdlərin tədqiqat və dizayn fəaliyyətidir. ...ən kiçik tədqiqat axtarış işində fəal iştirak nəticəsində əldə edilənlərdən başqa istedad üçün başqa bir etibarlı sınaq yoxdur”.

Layihə metodu istər sinifdə, istərsə də dərsdənkənar tədbirlərdə fəal isitfadə edilə bilər. Layihə metoduna əsasən əvvəllər bilinməyən bir həll yolu ilə şagirdlərin yaradıcılıq, tədqiqatçılıq həlli ilə əlaqəli, lakin tərbiyəedici işin də təşkili forması başa düşülməlidir. Şagirdlərin elmi-tədqiqat işinə cəlb edilməsi isə dünyaya inteqrasiya olmağa və eləcə də peşə bacarıqlarına yiyələnmələrinə səbəb olur. Şagirdlərdə tədqiqat komponentlərinin inkişafı elmi biliklərin metodologiyasının mənimsəməyin ilkin addımıdır. Tədqiqat işinə cəlb edilən şagirdlər tədqiqat metodlarını inkişaf etdirməklə yanaşı, qaynaqlarda verilən məlumatları müqayisə edir, öz tədqiqatlarını yaradıcı şəkildə təhlil edərək nəticə çıxarırlar.

Tədqiqat işləri necə başlayır və necə həyata keçirilir?

Hər birinin öz dərin mənası olan əsas mərhələlər bunlardır:

1-ci mərhələ; Tədqiqatın obyektini (mövzusunu) seçmək. Şagird marağına uyğun olaraq araşdırma istəyini seçir. Əgər bunu təyin edə bilmirsə müəllim ona tədqiqat mövzusunda seçim etməyə kömək edə bilər.

2-ci mərhələ; Mövzunun araşdırılması prosesi. Mövzu müəyyənləşdirildikdən sonra şagirdlər mövzu ilə bağlı məlumat toplayırlar. Bu zaman tədqiqatçı-şagirdin aşağıdakı vəzifələri vardır: Tədqiqat mövzusuna uyğun məlumatalrı tapmaq və qeydlər aparmaq (bu zaman müxtəlif məlumat qaynaqlarından- kitab və kitabçaalr, ensiklopediyalar, internet resurslar, hətta müəllim və ya şagirdlərlə söhbətlərdən) və istifadə etmək, şagird tapdığı məlumatları təhlil edərək ümumiləşdirmələr aparır.

3-cü mərhələ. Tədqiqatın nəticələrinin təqdimatı. Bu təqdimat nəticələri mətn, qrafik və yaxud komputer məhsulu formasında hazırlana bilər.

4-cü mərhələ. Nəticələrin nümayiş etdirilməsi. Bu isə müxtəlif formalarda ola bilər: Məsələn;

Tədqiqatçı-şagird;

-tədqiqat üçün mövzu üzrə təqdimat hazırlayır;

-vizual materialı seçir və hazırlayır;

-münsiflər heyyəti, şagirdlər, müəllimlər, qonaqlar qarşısında araşdırmalarının nəticələri barədə hesabatla çıxış edir;

-suallara cavab verir;

-çıxış etdikdən sonra digər məruzəçilərin layiqli dinləyicisi olur;

(P.S. çox vaxt dərslərdə, xüsusən dərsin oxusunun təşkili zamanı şahidi oluruq oluruq ki, şagird “... mən oxudum digərlərinin oxumasına qulaq asmağa ehtiyac yoxdur, deyə fikirləşir”).

Şagirdlərin yaradıcı dizayn işlərini yerinə yetirməsindəki rolu işin mərhələlərindən asılı olaraq dəyişir. Lakin bu mərhələdə şagird:

-seçimə özü qərar verir. Bu qərarlar şagirdin məsuliyyət götürmə imkanına uyğun olmalıdır;

-tapşırıqların həlli yollarını özü axtarır, lazım gəldikdə məsləhətçi-müəllimlə əlaqə yaradır;

-zəruri məlumatları axtararkən lazım olan insanlarla - ailə üzvləri, kitabxanaçılar, elm adamları, həmyaşıdları və digərləri ilə əlaqə yaradır;

-yararlılıq mövqeyindən məlumatları özü qiymətləndirir, nəticələri nəzərə alaraq fəaliyyətini nizamlayır;

- son nəticəni, yəni təqdimatı təmsil edir (yəni-təqdimat edir).

Bütün bu və digər çətinliklərin öhdəsindən gəlmək, şagirdləri yaradıcılığa ilhamlandırmaq , təhsil prosesini məhsuldar və yaradıcı işə cevrilməsinə imkan yaratmaq isə biz müəllimlərin üzərinə düşənən vacib işlərdən biridir.

Beləliklə, bu nəticəyə gəlmək olar: əgər təlim prosesində müəllim öz şagirdi üçün uğurlu bir vəziyyət yarada bilsə, o zaman şagird də öz bilik səviyyəsini artıracaq və bu da şagirdin intellektual qabiliyyətinin inkişafı üçün əsl irəli “sürəti” olaacqdır.

İstifadə edilmiş ədəbiyyat və resurslar:

1. Амосова И.В. Работа с одаренными детьми: готовимся к олимпиаде по истории// Преподавание истории в школе. 2007. №9. С.51.

2. Брославская Т.Л. Методические рекомендации для учителей-словесников по работе с одаренными детьми. Волгоград. «Учитель». 2011

3. Вопросы психологии, №2. 1995 Короткова М.В. Методика проведения игр и дискуссий на уроках истории. М. 2001.

4. Монкс Ф., Ипенбург И. Одаренные дети. М. Когито-Центр. 2014//http://mybook.ru/author/iren-ipenburg/odarennye-deti/reader/?ref_partner=bookmix

5. http://multiurok.ru/seyyubasadov2/

6. https://sinxronfenler.blogspot.com/2023/08/sinifd-v-mktbdnknar-faliyytd-istedadl.html

Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).




Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!