СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Система уроков литературы по произведению "Манкурт" Ч.Айтматова в 7 классе

Нажмите, чтобы узнать подробности

Примерная разработка уроков литературы по произведению Ч.Айтматова "Манкурт" в 7 классах

Просмотр содержимого документа
«Система уроков литературы по произведению "Манкурт" Ч.Айтматова в 7 классе»


Standartlar

Təlim nəticələri

1.1.1. Heca vəznli şeirlərdə və süjetli bədii nümunələrdə (dastan, hekayə, mənzum hekayə) tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.

Tanış olmayan sözlərin mənasını lüğətlərin köməyi ilə aydınlaşdırır.

1.1.5. Heca vəznli şeirlərdə, süjetli bədii nümunələrdə bədii təsvir və ifadə vasitələrini (epitet, təşbeh, mübaliğə, bədii sual, təkrir, litota) müəyyənləşdirir.

Bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir.

2.1.1. Öyrəndiyi yeni sözlərdən bədii nümu­nələrlə bağlı müzakirələrdə və müxtəlif ünsiyyət məqamlarında istifadə edir.

Yeni sözlərdən müsahibə və müzakirələrdə istifadə edir.

2.1.2. Bədii nümunələrlə bağlı fikirlərini mətndən nümunələr gətirməklə şərh edir.

Fikrini əsərdən nümunələr göstərməklə şərh edir.


Dərsin gedişi

Ev tapşırığının yerinə yetiril­məsi səviyyəsi fərqli yollarla (təq­dimatların müza­kirəsi, yığ­cam sorğu və s.) müəyyən­ləş­diri­lir. Müəl­limin müva­fiq qiy­mət­lən­dirmə me­yarlarına müraciət etməsi məq­­sə­­dəuyğundur.

Motivasiya, problemin qoyu­luşu fərqli vasitələrdən istifadə ilə həyata keçirilə bilər. Bunun üçün dərslik­dəki suallardan da istifadə fay­dalıdır.

Müəllim üçün məlumat. Motivasiyanın yaradıl­ma­sının bir variantı BQXK-nın “Dünya mənim, dünya sə­nin” şagird üçün dərs vəsaitində “Manqurt” əsəri üzrə çəkilmiş illüstrasiyalara baxış və rəy mübadiləsi ola bilər.

Şagirdlər müsahibə vasitə­silə tədqiqat sualının müəy­yən­ləş­di­ril­məsinə cəlb olunur.

Tədqiqat sualı. Döyüşlərdə iştirak etməyən ananı müharibə qurbanı saymaq olarmı?

Fərziyyələr dinlənilir və lövhədə qeyd edilir.

Tədqiqatın aparılması. Bu, sinifdə mətn­dən birinci və ikinci parça­nın oxun­­ması ilə başlanır. Müəllim qarşı­sı­na qoy­­­duğu məq­səddən, şagird­lərin ma­raq və bələdlik səviyyəsindən çıxış edərək oxu­nun nö­vünü – fərdi səssiz oxu, səsli oxunun dinlənilməsi və c. Mü­əy­yən­ləş­dirir. Əsərdən ilk üç par­ça­nın oxu­nacağı, oxu zamanı dərs­likdəki tap­şı­rığın yerinə yetirilməsinin zəruri­liyi şagird­lərin diqqətinə çatdırılır.

Şagirdlər mətnlə bağlı sual­lara cüt­lük şəklində cavab ha­zır­layırlar. 3-cü parça ilə əla­qədar sual­ların tərtibi də cüt­lük şək­lin­də yerinə yetirilir. İş kiçik qruplarda davam etdi­ri­lir. Bü­tün sualların cavabını qrup­ da­xi­lində dəqiq­ləş­dirən şa­gird­lər təq­dimatlar əsasında fikir mü­ba­­diləsini genişləndirir və fikir mübadiləsi aparırlar. Müəl­lim ça­lış­ma­lıdır ki, şagirdlərin bili­yin­dəki çatışmazlıqlar müzakirə pro­sesində aradan qalxsın, oxunmuş parçalar üz­rə əsə­rin məzmununa dair dol­ğun təsəv­vür yaransın. Müəl­lim bu mə­qamda sərbəst fikir mü­ba­dilə­sini, fərq­li müla­hizələrin mey­dana çıx­­­masını, əsas­­lan­dı­rıl­masını sti­mullaş­dırmalı, şagirdləri suallar verməyə həvəslən­dir­məlidir.

Şagirdlərdə belə qənaət yaranır ki, analar müharibədə, qanlı dö­yüş­lərdə iştirak etməsə də, doğmalarını, yaxınlarını itirdikləri üçün gü­nahsız mü­haribə qur­banları sayıla bilərlər. Amansız müharibə nəti­cəsində ana həyatda hər şeydən məhrum olur, dünyalarca sevdiyi oğlu­nun, ərinin itkisi ona rahatlıq vermir, əzablara düçar edir.

Qiymətləndirmə. Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsədəuyğundur.

Qiymətləndirmə meyarları:

Aydınlaşdırma

Müəyyənləşdirmə

İstifadəetmə

Şərhetmə

I səviyyə

II səviyyə

III səviyyə

IV səviyyə

Əsərdə tanış ol­ma­yan sözlərin mə­na­sını lüğətlərdən istifadə etməklə aydınlaşdırmaqda çətinlik çəkir.

Əsərdə tanış ol­mayan sözlərin mənasını lüğət­lərdən müəllimin köməyi ilə aydın­laşdırır.

Əsərdə tanış ol­mayan sözlərin mətnə uyğun mə­nasını lüğətlərdən aydınlaşdırmaqda bəzən çətinlik çəkir.

Əsərdə tanış olmayan sözlərin mənasını lüğətlərdən istifadə etməklə dəqiq aydınlaşdırır.

Bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirməkdə çətinlik çəkir.

Bədii təsvir və ifadə vasitələrini suallar verməklə müəyyənləşdirir.

Bədii təsvir və ifadə vasitələrini müəy­yən­ləşdirməkdə bəzən çətinlik çəkir.

Bədii təsvir və ifadə vasitələrini tam əhatə etməklə müəyyənləşdirir.

Yeni sözlərdən müzakirə və müsahibədə istifadə etməkdə çətinlik çəkir.

Müzakirə və müsahibədə yeni sözlərin bir qis­mindən istifadə edir.

Müzakirə və müsahibədə yeni sözlərdən əsasən istifadə edir.

Müzakirə və müsahibədə yeni sözlərdən məqamında, dolğun istifadə edir.

Əsərlə bağlı fikirlərini mətndən nümunələr gətirməklə şərh etməkdə çətinlik çəkir.

Əsərlə bağlı fikir­lərini müəl­limin köməyi ilə mətn­dən nümu­nələr gətirməklə şərh edir.

Əsərlə bağlı fikir­lərini mətndən bəzi məqamlarda müva­fiq nümunələr gətir­məklə şərh edir.

Əsərlə bağlı fikirlərini mətndən ardıcıl olaraq müvafiq nümunələr gətirməklə şərh edir.


Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetirilməsini şagirdlərə xatırladır.




Standartlar

Təlim nəticələri

1.1.1. Heca vəznli şeirlərdə və süjetli bədii nü­mu­nələrdə (dastan, hekayə, mənzum hekayə) ta­nış olma­yan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından istifadə etməklə aydın­laş­dırır.

Mətndə tanış olmayan sözlərin mə­na­­sını lüğətlərin köməyi ilə izah edir.

1.1.3. Süjetli bədii nümunələri (dastan, heka­yə, mən­zum hekayə) hissələrə ayırır, plan tər­tib edir, məzmununu müxtəlif formalarda na­ğıl edir.

Əsərdən seçdiyi hissənin məz­mu­nu­nu hazırladığı plan əsasında ge­niş nağıl edir.

1.1.5. Heca vəznli şeirlərdə, süjetli bədii nümu­nələrdə bədii təsvir və ifadə vasitələrini (epitet, təşbeh, mübaliğə, bədii sual, təkrir, litota) mü­əy­yənləşdirir.

Əsərdə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir.


2.2.1. Müzakirələrdə ədalətlilik və obyektivlik nümayiş etdirir.

Fərqli fikirlərə ədalətli, obyektiv münasibət nümayiş etdirir.


Dərsin gedişi

Hekayənin evdə oxunmuş parçalarının məzmu­nu­­nun və tanış olmayan sözlərin mənasının necə qavranıldığı yığ­­cam müsahibə ilə aydın­laş­dı­rıla bilər.

Dərslikdəki tapşırıqlar fərqli iş for­ma­larının tətbiqi ilə yerinə yetirilə bilər. Cütlər evdə oxun­muş parçalarla bağlı suallara ca­vab hazırlayır, kiçik qrup­larda bir­ləşərək dəqiqləş­dirmə­lər apa­rır­lar. Tədqi­qat­la­rın din­lənil­mə­si əsa­­sında qrup­lar­arası fikir mübadiləsi və müzakirə apa­rı­lır.

Bütün qruplardan əlavələr et­mək, rəy bildirmək, sual ver­mək istəyənlərə şərait ya­ra­dı­lır.

“Bilik və bacarıqlarınızı tətbiq edin” başlıqlı tapşırıq­lar fərdi və cütlük şək­lində iş formalarından istifadə ilə icra olu­na bilər. Lakin bütün hallarda ca­vablara müna­sibətin bildirilməsi, müza­kirəyə vaxt ayrılması məqsədə­uyğundur.

Nəticə və ümumiləşdirmə üçün aşağıdakı suallardan istifadə etmək olar:

–Yazıçı əsərdə ana ilə oğulu nə üçün qarşılaşdırır?

–Ananın öz oğlunun əli ilə ölü­münün təsviri nəyə xidmət edir?

Qiymətləndirmə.

Formativ qiymətləndirməni müəy­yən­ləşdirilmiş meyarlar əsasında aparmaq məqsədə­uyğundur.

Qiymətləndirmə meyarları:

Aydınlaşdırma

Tərtibetmə, nağıletmə

Müəyyənləşdirmə

Nümayişetdirmə

I səviyyə

II səviyyə

III səviyyə

IV səviyyə

Əsərdə tanış olma­yan sözlərin məna­sını lüğətlərdən istifadə etməklə aydınlaşdırmaqda çətinlik çəkir.

Əsərdə tanış olmayan sözlərin mənasını lüğətlərdən müəllimin köməyi ilə aydınlaşdırır.

Əsərdə tanış olmayan sözlərin mətnə uyğun mənasını lüğətlərdən aydınlaşdırmaqda bəzən çətinlik çəkir.

Əsərdə tanış olmayan sözlərin mənasını lüğətlərdən istifadə etməklə dəqiq aydınlaşdırır.

Əsərdən bitkin hissə seçir, plan tərtib etməkdə, geniş nağıletmədə çətinlik çəkir.

Əsərdən bitkin hissə seçir, planı müəl­limin kömə­yi ilə tərtib edir, geniş nağıl­et­mədə qeyri-dəqiqliyə yol verir.

Əsərdən bitkin hissə seçir, plan tərtib edir, geniş nağıletmədə bəzən çətinlik çəkir.

Əsərdən bitkin, səciyyəvi hissə seçir, plan tərtib edir, geniş nağıletməni dəqiqliklə yerinə yetirir.

Bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirməkdə çətinlik çəkir.

Bədii təsvir və ifadə vasitələrini suallar verməklə müəyyənləşdirir.

Bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirməkdə bəzən çətinlik çəkir.

Bədii təsvir və ifadə vasitələrini tam əhatə etməklə müəyyənləşdirir.

Fərqli fikirlərə münasibətdə ədalətlilik və obyektivlik nümayiş etdirməkdə çətinlik çəkir.

Fərqli fikirlərə münasibətdə bəzən ədalətlilik və obyektivlik nümayiş etdirir.

Fərqli fikirlərə münasibətdə əksər məqamlarda ədalətlilik və obyektivlik nümayiş etdirir.

Fərqli fikirlərə münasibətdə ardıcıl olaraq ədalətlilik və obyektivlik nümayiş etdirir.


Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetirilməsini şagirdlərə xatırladır.




Standartlar

Təlim nəticələri

1.2.2. Digər obrazlarla müqayisə etməklə və yazıçının münasibətinə əsaslanmaqla ədəbi qəhrəmanları səciyyələndirir.

Yazıçının münasibətinə əsaslanmaqla obrazları səciyyələndirir.

1.2.4. Bədii nümunələrin mövzusunu, ideyasını və başlıca problemini şərh edir, əsaslandırılmış münasibət bildirir.

Əsərin ideyasını, onda qaldırılmış başlıca problemi şərh edir, münasibət bildirir.

2.1.1. Öyrəndiyi yeni sözlərdən bədii nümunələrlə bağlı müzakirələrdə və müxtəlif ünsiyyət məqamlarında istifadə edir.

Yeni sözlərdən müsahibə və müzakirələrdə istifadə edir.

2.1.2. Bədii nümunələrlə bağlı fikirlərini mətndən nümunələr gətirməklə şərh edir.

Fikirlərini əsərdən nümunələr gətirməklə şərh edir.

2.2.1. Müzakirələrdə ədalətlilik və obyektivlik nümayiş etdirir.

Fərqli fikirlərə ədalətli, obyektiv münasibət nümayiş etdirir.


Dərsin gedişi

Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdi­matlar, müzakirə əsasında müəy­yənləşdirilir. Müəllimin müvafiq qiy­mət­­ləndirmə meyarlarına müraciət etməsi məq­sədə­uyğundur.

Motivasiya, problemin qoyuluşu. Buna fərqli yollarla nail olmaq mümkündür. Müəllim bu məqsədlə dərslikdəki “Düşünün” başlıqlı sualı xatırladır: Soykökünə bağlı olmayan, ana dilində danışmaq istəməyən insanlar haqqında nə bilirsiniz? Onlara digər insanlar necə münasibət bəsləyir?

Müzakirə aparılır, söylənən fikirlər ümumiləşdirilərək tədqiqat sualı formalaşdırılır.

Müəllim üçün məlumat. Motivasiya məqsədilə müəllim əsərin məzmu­nun­dan çıxış edərək internetdə (Youtube) yerləşdirilmiş “Manqurt” filmindən ana ilə oğulun görüşü səhnəsini də nümayiş etdirə bilər.

Tədqiqat sualı. Manqurtla bağlı ha­disənin təsvirində yazıçının baş­lıca niyyəti, sizcə, nədir?

Şagirdlərin fərziyyələri dinlə­nilir və lövhədə qeyd edilir.

Tədqiqatın aparılması. İşin han­sı formada təşkilindən asılı olma­yaraq dərslikdəki “Fikir­ləşin. Cavab verin” başlıqlı sual­lardan istifadə edilməsi, “Əsərlə bağlı açıqlamalar” mət­ninə mən­bə kimi müraciət olun­ması məq­sədəuyğundur.

Kiçik qruplarda iş formasını seçən müəllim “Araşdırın. Fikir­ləşin. Cavab verin” tapşırı­ğın­dakı sualları iş vərəqlərində əks etdirərək qruplara təqdim edir. Hər qrup bir sual üzrə işləyir. Qrupların işini müşahidə edən müəllim, ehtiyac yaranan mə­qam­­larda istiqamətləndirici sual­larla onlara kömək edir.

Məlumat mübadiləsi və mü­zakirəsi kiçik qrupların təq­di­mat­larının din­lə­nilməsi, müsa­hibə, diskussiya şəraitində həyata keçirilir.

Nəticə və ümumiləşdirmə məq­­­­sə­dilə şagirdlərə suallarla müraciət edilə bilər:

– Manqurtluğun insan, cəmiy­yət üçün hansı fəsadları, ağır nəticələri ola bilər?

– Əsərdən hansı nəticəni çıxar­maq mümkündür?

Müzakirə nəticəsində deyi­lən fikirlər ümumi bir ideya ha­­lında forma­laşdırılır, konk­ret nəticə çı­xa­rılır. Bu ümumi­ləşdirmə, nə­ticə dərsin əvvə­lində söy­lənilmiş fərziyyələrlə tu­tuş­­durularaq yekun qəna­ət formalaşdırılır.

Sonra kiçik qruplarda dərs­likdəki “Tətbiq. Müzakirə. Ya­radıcı iş” başlığı altında verilmiş müəllif fikrinin müzakirəsi həyata keçirilir.

Fikirlərin dinlənilməsi, dis­kus­siya aparılması qazanılmış bi­lik­lərin yaradıcı tətbiqi, şagird­lərin tənqidi təfəkkürünün inki­şafı ba­xımından əhəmiyyətlidir.

Şagirdlərə əsərdə qaldırılmış problem üzrə qazanılmış bilikləri həyatdan faktlar gətirməklə, öz təcrübələri, müşahidələri, təəssüratları ilə əlaqəli şərh etmək imkanı verilir.

Qiymətləndirmə. Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsədəuyğundur.

Qiymətləndirmə meyarları:

Müqayisəetmə

Münasibətbildirmə

İstifadəetmə

Şərhetmə

Nümayişetdirmə

I səviyyə

II səviyyə

III səviyyə

IV səviyyə

Baş qəhrəmanı mü­əllifin müna­sibə­tinə əsaslan­maqla səciyyə­lən­dirməkdə çə­tinlik çəkir.

Baş qəhrəmanı mü­əl­lifin münasi­bə­tindəki bəzi cə­hətlərə əsas­lan­dır­maqla səciyyə­lən­dirir.

Baş qəhrəmanı müəllifin müna­sibətinə qismən əsaslanmaqla səciyyələndirir.

Baş qəhrəmanı müəllifin mü­nasibətinə əsas­lanmaqla səciy­yələndirir.

Əsərin ideyasını və başlıca problemini şərh etməkdə, mü­nasibət bildirməkdə çətinlik çəkir.

Əsərin ideyasını və problemini müəl­limin köməyi ilə şərh edir, müna­sibət bildirir.

Əsərin ideyasını və problemini şərh edir, qeyri-dəqiq münasibət bildirir.

Əsərin ideyasını və problemini əhatəli şərh edir, əsas­lan­dırılmış müna­sibət bildirir.

Yeni sözlərdən mü­zakirə və müsa­hibədə istifadə et­mək­də çətinlik çəkir.

Müzakirə və mü­sahibədə yeni sözlərin bir qis­mindən istifadə edir.

Müzakirə və müsahibədə yeni sözlərdən əsasən istifadə edir.

Müzakirə və müsahibədə yeni sözlərdən məqa­mında, dolğun istifadə edir.

Əsərlə bağlı fikir­lərini mətndən nü­mu­nələr gətirməklə şərh etməkdə çətinlik çəkir.

Əsərlə bağlı fikir­lərini müəl­limin köməyi ilə mətndən nümu­nələr gətir­məklə şərh edir.

Əsərlə bağlı fikir­lərini mətndən bə­zi məqamlarda mü­­va­fiq nümunələr gətirməklə şərh edir.

Əsərlə bağlı fikirlərini mətndən ardıcıl olaraq müvafiq nümunələr gətirməklə şərh edir.

Fərqli fikirlərə münasibətdə əda­lətlilik və obyek­tivlik nümayiş etdirməkdə çətinlik çəkir.

Fərqli fikirlərə münasibətdə bəzən ədalətlilik və obyektivlik nümayiş etdirir.

Fərqli fikirlərə münasibətdə əksər məqamlarda ədalətlilik və obyektivlik nümayiş etdirir.

Fərqli fikirlərə münasibətdə ardıcıl olaraq ədalətlilik və obyektivlik nümayiş etdirir.


Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetirilməsini şagirdlərə xatırladır.




Скачать

© 2019, 243 9

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!