СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Sumer sivilizasiyasının sirrləri

Категория: История

Нажмите, чтобы узнать подробности

Təqribən 6000 il bundan əvvəl İkiçayarasında  (Mesopotamiyada) çox inkişaf etmiş bir mədəniyyət meydana gəldi. Bu unikal sivilizasiyanın yaradıcıları şumerlər idi.

Просмотр содержимого документа
«Sumer sivilizasiyasının sirrləri»

“ Kasıbın yaşamasındansa, ölməyi məsləhətdir” (Şumer atalar sözü)

Sümer sivilizasiyasının sirrləri:

Təqribən 6000 il bundan əvvəl İkiçayarasında ( Mesopotamiyada) çox inkişaf etmiş bir mədəniyyət meydana gəldi. Bu unikal sivilizasiyanın yaradıcıları şumerlər idi. Bu mədəniyyət müstəqil inkişaf yolu keçmiş, nəinki Yaxın Şərqin, dünyanın bir çox xalqlarının mədəniyyətinə böyük təsir göstərmişdir. Təkcə onu qeyd etmək kifayətdir ki, şumerlər qızıl bölmə qaydasından, üçlü say sistemindən istifadə etmiş və Fibonaççi nömrələrini bilirmişlər. Şumer mixi yazılarında Günəş sisteminin mənşəyi, inkişafı və strukturu barədə qiymətli məlumatlar vardır. Bu mixi yazılar - gil kitabələr hazırda Berlin Dövlət Muzeyində saxlanılır. Həmin mənbələrdə mərkəzdə Günəş və onun ətrafında isə hazırda bizə məlum olan planetlər göstərilir.

Lakin qədim şumer mənbələrində elə məlumatlar da vardır ki, onlar son illərdə alimlər tərəfindən aşkar olunmuşdur. Beləki, Mars və Yupiter planetləri arasında onlar bizə məlum olmayan nəhəng bir planet də təsvir etmişlər. Bu sirrli planeti şumerlər Nibiru adlandırmışlar. Nibiru şumer dilində “ keçid planet” deməkdir. Bu planetin orbiti böyük ellipis formasında olub, 3600 ildə bir dəfə Günəş sistemi ilə kəsişir. Nibiru planetinin Günəş sistemi ilə növbəti kəsişməsi hesablamalara görə 2100 və ya 2158- ci illər arasında olacaqdır. Qədim mixi yazılara görə Nibiru planeti “anunak” adlanan ağıllı insanlarla məskunlaşmışdır. Onlar boyca çox böyükdürlər. Bu insanların boyları 3-5 metr olmuşdur. Misal üçün qeyd edim ki, Qədim Misir hökmdarı Exnatonun boyu 4,5 metr, onun həyat yoldaşı gözəl Nefertitinin boyu isə 3, 5 metr olmuşdur. Bizim zamanəmizdə Misir ərazisində ( Tel -əl- Amar) iki qeyri-adi qəbir aşkar edilmişdir. Onlardan birində mumiyanın başı üstündə “Həyat çiçəyi” həkk olunmuşdu. Digər qəbirdə isə yeddi yaşlı oğlan uşağının sümükləri aşkar olunmuşdur ki, uşağın boyu 2,5 metr imiş. Hazırda bu qəbirlər tapıntıları ilə birgə Qahirə muzeyində saxlanılmaqdadır.

...boyu 3 metr 70 santimetr olan mumiya...
XIX əsrin sonunda İrlandiyanın Antrim qraflığında aşkar edilmiş bu mumiyadakı insanın hər əlində altı barmaq var imiş. Mumiya Dublində, Liverpulda və Mançestrdə nümayiş olunmuşdur. Sonradan onu izi itirilir. Təkcə 1895-ci ildə Britaniya qəzetlərində nəşr olunmuş bu şəkil qalıb....







Şumerlərin kosmos haqqındakı bilgilərində əsas hadisə, onların fəlakət adlandırdıqları “ səma döyüşü” 4 milyard il bundan əvəll baş vermiş hadisədir. Bu fəlakət nəticəsində Günəş sistemi öz formasını dəyişmişdir. Qeyd edim ki, müasir astronomiya elmi bu hadisə haqqındakı məlumatları təsdiq edir.
Son illərdə astronomların sensasiyalı kəşflərindən biri də kosmosda Nibiru planetinin orbitinə oxşar orbitdə hərəkət edən səma cisminin olması ilə bağlıdır. Şumer yazılı mənbələrində göstərilmiş məlumatların analizi sübut edir ki, (daha doğrusu belə yozulur) Yer üzündə ağıllı insan (Homo sapiens) təxminən 300 min il bundan əvvəl süni yolla genetik mühəndislik yolu ilə yaradılmışdır. ( Bu barədə mübahisə etmək istəməzdim. Hər şey Yaradanın əlindədir).Onu da qeyd edim ki, şumer mixi yazıları indiyə qədər tam oxunmamışdır. Eləcə də yazıları oxuyan alimlər arasında fikir müxtəlifliyi də vardır.

Şumer sivilizasiyasının sirrləri, qədim şumer əlyazmalarının şifrəsinin açılması tədqiqatçı alimləri sanki şoka saldı. Bu mədəniyyət Qədim Roma və Qədim Yunanıstan, Qədim Misir mədəniyyətindən çox - çox əvvəl meydana gəlmiş unikal bir mədəniyyət olmuşdur. Bu mədəniyyət təqribən 6000 il bundan əvvəl, bəlkə də daha qədim bir mədəniyyətdir. Qədim şumerlərin mədəni nailiyyətlərinin natamam və qısa siyahısını təqdim edirəm.

Şumer mixi yazılarının oxunmasından sonra məlum oldu ki, bu xalq bir çox müasir elmi biliklərə - kimya, fitoterapiya, kosmik biliklər, astromoniya, müasir riyaziyyat və digər biliklərə malik imişlər. Şumerlərdən sonra bəzi elmi bilikləri müasir dövrdə ancaq EHM kəşf edildikdən sonra öyrənilmişdir. Şumarlər müasir gen mühəndisliyi haqqında da elmi biliklərə sahib imişlər. Qədim şumerlərin öz dövlət quruluşları olmuş, onlarda andlılar məhkəməsi, seçkili xalq orqanları, idarəetmə institutları mövcud olmuşdur. Belə bir dövrdə bu cürə elmi biliklərə malik olmaq olardımı? 6000 il bundan əvvəl....? Anlamaq üçün o dövr haqqında bəzi məlumatları nəzərdən keçirək. Altı min il bundan əvvəl Yer üzündə orta temeratur indikindən bir neçə dərəcə çox olmuşdur. Bu isə elə də əhəmiyyətli deyil. Bu hadisə optimal temperatur adlanır.

O dövrdə təkcə şumerlərmi elmi biliklərə sahib idilər? Məsələn, elə təxminən həmin dövrlərdə Mərkəzi Afrikada Şumer sivilizasiyasından çox uzaqda, digər tayfa və etnik qruplardan tamamilə təcrid olunmuş şəkildə “doqon” adlanan tayfalar yaşamışlar. Onların da ulduz sistemi haqqında məlumatları olmuşdur. Bu paralel müqayisələri diqqətlə nəzərdən keçirdikdə məlum olur ki, “doqon” tayfaların əfsanələrində göydən gələnləri tanrı kimi qəbul olunurdusa, şumer gil kitabələrində onlar gələnləri real olaraq təsvir edir və bunları Nibiru planeti ilə əlaqələndirmişlər.

Şumer yazılarında Nibiru planeti haqqında məlumatları uzun illər əfsanələr kateqoruyasına aid etmişlər. Lakin son iki ildə kosmosda naməlum səma cisminin kəşf edilməsi və bu cismin məhz elə şumerlərin söylədikləri Nibiru planeti olduğuna alimlərdə əminlik yaramışdır. Alimlər müəyyən etmişlər ki, bu səma cismi hər 3600 ildən bir Günəş sistemi ilə kəsişir. Mars və Yupiter planetləri arasında yerləşir. Bu isə şumer əlyazmalarında 6000 il əvvəl verilmiş məlumatlarla üst-üstə düşür. Belə bir məlumatı qədim şumerlər hardan bilə bilərdilər?

Nibiru planeti şumer sivilizasiyasının sirrli və müəmmmalı olmasında çox böyük rol oynamışdır. Şumer yazılı mənbələrində göstərilir ki, onlar Nibiru planetinin sakinləri ilə -“anunak”larla əlaqə qurmuşlar. Biz şumer yazılarında Yer əhalisinin Nibiru planetinin sakinləri ilə asimilyasiyasından da söhbət getməsi fikirlərinə rast gəlirik. Müxtəlif dinlərdə “göydən enən”lər haqqında çoxlu məlumatlara rast gəlmək olur. Adəm övladının “göydən enən”lərlə ünsiyyəti haqqında məlumatlar mövcuddur. Tarixdə bir çox elm adamlarının yerdən kənar qüvvələrlə əlaqələrinin olması haqqında maraqlı məlumatlar vardır. Bunlardan Tsialkovski, Vernadski və Çijevski haqqında məlumatlar daha maraqlıdır. Onu da qeyd etmək lazımdır ki, şumer mixi yazıları İncil kitablarından da çox məlumatlar verir. Belə məlumatların birində xəbər verilir ki, “anunak”lar ilk dəfə Yerə 445 min il bundan qabaq gəlmişlər.

Şumer əlyazmalarına əsasən belə bir suala cavab axtaraq:- Niyə 445 min il bundan əvvəl Nibiru sakinləri Yerə gəlmişlər? Mənbələrə görə onları faydal qazıntılar, xüsusən qızıl maraqlandırırmış. Yenə sual yaranır: - Niyə ? Nə üçün?

Əgər Nibiru planetinin ekoloji cəhətdən problemlərini nəzərə alsaq, belə cavab vermək olar ki, bu qızıllar planet üçün qoruyucu ekran yaradılmasına sərv edilə bilərdi. Qeyd edim ki, belə üsullardan müasir dövrdə bir çox kosmik layihələrdə istifadə olunur.

Maraqlı fakt:

Arxeoloji tədqiqatlar zamanı sübut olunmuşdur ki, Cənubi Afrikada, hələ daş dövründə dağ - mədən işləri aparılmışdır.1970-ci ildə Svalizenddə, 20 mertdən də dərin olan geniş dağ - mədən şaxtaları aşkar olunmuş və mütəxəsisslər sübut etmişlər ki, bu şaxtalarda 100. 000 il bundan əvvəl mədən texnologiyaları tətbiq edilmişdir. Beynəlxalq Fiziklər Qrupu 1988-ci ildə ən müasir avadanlıqların köməyi ilə Svazilend yaşayış məskəninin yaşını müəyyən etmişlər. Təqribən 115- 80 min il bundan əvvələ gedib çıxan bu yaşayış məskənində Homo Sapiens sümükləri aşkar olunmuşdur. Eləcə də sübut olunmuşdur ki, buradakı “ağıllı insan”lar yerdən qızıl çıxarırmışlar. Maraqlıdır, daş dövrünün insanlarına bu qədər qızıl nə üçün lazım imiş? Mədən texnologiyaların hardan bilirmişlər? Bu qızılllar hara gedirmiş? ...

Bütün bu sualların cavablarını isə bilən təkcə şumerlər olmuşdur.

Şumerlər ilk dəfə olaraq rəngli şüşə istehsal etməyi, qızılı gümüşlə, bürüncü sümüklə qarışdırmağın üsullarını kəşf etmişlər. Onlar ilk təkəri, ilk yazının da yaradıcısıdırlar. Şumerlər ilk professional ordunun da yaradıcısıdırlar. Cəbrin və hüquqi məcəllələrin ilk yaradıcısı da şumerlərdir. Şumer kahinlərinin hesablamalarına görə bir il 365 gün, 6 saat, 15 dəqiqə, 41 saniyə olaraq göstərilir. Bu da bizim müasir dövrdəki hesablamalarla demək olar ki, eynidir. Məhz Qədim Şumerdə ilk məktəblər meydana gəlmiş, ilk tarixçilər yetişmişdir, ilk dəfə əkinçilər üçün “ almanax” yazılmış, nibbi prosedurlar və cərrahiyyə əməliyyatları zamanı əllərin spirtlə dizinfeksiya edilməsi haqqında ilk məlumatlar da şimerlərə məxsusdur. Şumer tibb elmi özünün diaqnoz qoyma və müalicə reseptlərinə elmi yanaşması ilə seçilmişdir. Qədim şumerlər əla səyyah və tədqiqatçılar idilər. Dünyada ilk gəmiqayıran da onlar olmuşlar. Bir şumer yazı lüğətində 105-dən çox müxtəlif gəmi adlarına, onların növləri, ölçüsü və təyinatı məsələlərinə, hansı yüklərin daşınmasına aid məlumatlar vardır. Bir gil kitabədə gəmilərin təmiri ilə əlaqədar e.ə. 2200-ci ilə aid yazıda gəminin neçə təmir olunması və bu zaman istifadə olunmuş materialların siyahısı verilmişdir. Bu məlumatlardan bəlli olur ki, bu gəmi müasir ən böyük tankerlərdən də böyük olmuşdur. Qədim şumerlərdə ilk dəfə kosmik fəza və kosmos elmləri haqqında biliklər meydana gəlmişdir. Məhz onlarda ilk dəfə atalar sözləri, zərb məsəllər və aforizmlər topluları meydana gəlmişdir. İlk kitab kataloqlarını da şumerlər yaratmışlar. İlk ədəbi debatlar da onların adı ilə bağlıdır. İlk pulları da şumerlər kəsmişlər. İlk dəfə vergi tətbiq edən, ilk qanunlar yaradan, ilk sosial islahatlar keçirənlər də şumerlər olmuşdur. İlk vətəndaş cəmiyyəti də məhz şumer cəmiyyətində yaradılmışdır.

Şumer mədəniyyətinin qərbdən hücum etmiş tayfaların hücumları nəticəsində süqut etdiyi söylənilir. E.ə. XXIV əsrdə Akkad hökmdarı Sarqon Şimali Mesopotamiyanı tutdu və bu qədim sivilizasiya süqut etdi.


Bu yazını yazmaqda əsas məqsədim odur ki, oxuçular dərk etsinlər ki, ən qədim tarixi yazıları qorumaq əsl tarixçilərin ən ümdə işi olmalıdır. “ Məsələn; Qədim şumer mətnlərinin birində dərsini oxumayan, atasının məsləhətlərinə qulaq asmayan şagird haqqında məlumat verilir... qısa mətndən bəlli olur ki, qədim zamanlarda dərs oxumayan övladlar üçün valideynlər narahat olurmuşlar. Ata məktəbli övladından razı qaldıqda, ailədə hamı sevinərdi.

Başqa bir kitabədə belə yazılır: “ Şagird məktəbdə ... yaxşı səy göstərmədiyi üçün müəllim tərəfindən ona bir çubuq vurulur. Bunu gözləməyən şagird pərt olur. Evə gəldikdən sonra əhvalatı atasına danışır. ... Ata müəllimi evə dəvət edərək onu süfrənin ən yuxarı hissəsində oturdur.... “ Ata müəllimə öz təşəkkürünü bildirdi və müəllimə təzə geyim, bahalı hədiyyələr verərək, barmağına qızıl üzük taxdı. .. “... Belə hekayələr qədim şumerlərdə çox yayılmışdı. Qazıntılar zamanı bu hekayənin 21 nüxsəsi tapılmışdı. Amerika alimi C. Kramer belə hesab edir ki, müəllimin evə dəvət edilməsi və ona ehtiram göstərilməsi yaltağlığın tarixini göstərən ilk faktdır. Çex alimi J. Klimaya görə, müəllimə hədiyyə verilməsi rüşvətxorluğun tarixinə aid ilk sənəddir. Müasir dövr baxımından müəllimin aldığı hədiyyə rüşvət kimi, şagirdin atasının hərəkəti isə yaltaqlıq kimi qiymətləndirilə bilər. Lakin bu mülahizə həqiqətdən xeyli uzaqdır. ... “( Y. Yusifov. Qədim Şərq tarixi. Bakı. 1993. səh. 140).

Bu hekayəni tələbkar müəllim və çalışmağa səy göstərən şagird surəti kimi qəbul etmək də olar... Hekayəni Şərq adət-ənnənəsinə uyğun olaraq müəllimə göstərilən ehtiram və qonaqpərvərliyin ilk yazılı nümunəsi kimi qəbul etmək mümkündürmü? ...


Açar sözlər: Hipotezlər, sirrlər, mədəniyyətlər,


(mənbə: http://mirpristrasten.com/blog/43926231740/Taynyi-SHumerskoy-tsivilizatsii?utm_campaign=transit&utm_source=main&utm_medium=page_0&domain=mirtesen.ru&paid=1&pad=1)


Seyyub Əsədov Əsəd oğlu

Şirvan şəhər T.Bağırov adına 11№-li tam orta məktəbin tarix müəllimi,

Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2015 - ci il tarixli 1635 №-li sərəncamı ilə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi





Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!