СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Tarix dərslərində bədii zövq tərbiyəsi

Категория: История

Нажмите, чтобы узнать подробности

Bədii zövq eşitmə, görmə, dinləmə və mütaliə ilə bilavasitə bağlıdır. Ailədə və uşaq baxçalarında təməli qoyulmuş bədii zövq ibtidai siniflərdə fənlərin, xüsusilə oxu, texnologiya, təsviri incəsənət, musiqi fənlərinin tədrisi zamanı, habelə sinifdənxaric və məktəbdənkənar işlər vasitəsilə möhkəmləndirilir, yuxarı siniflərdə isə daha da inkişaf etdirilərək formalaşdırılır.

Просмотр содержимого документа
«Tarix dərslərində bədii zövq tərbiyəsi»

Tarix dərslərində bədii zövq tərbiyəsi

Bədii zövq eşitmə, görmə, dinləmə və mütaliə ilə bilavasitə bağlıdır. Ailədə və uşaq baxçalarında təməli qoyulmuş bədii zövq ibtidai siniflərdə fənlərin, xüsusilə oxu, texnologiya, təsviri incəsənət, musiqi fənlərinin tədrisi zamanı, habelə sinifdənxaric və məktəbdənkənar işlər vasitəsilə möhkəmləndirilir, yuxarı siniflərdə isə daha da inkişaf etdirilərək formalaşdırılır.

Bütün müəllimlər tədris etdikləri fənlərin imkanı dairəsində bu işə xüsusi diqqət verməlidirlər. Çünki estetik tərbiyə hərtərəfli inkişaf etmiş adamlar yetişdirilməsində tərbiyənin ayrılmaz tərkib hissəsi kimi mühüm əhəmiyyət kəsb edir. Estetik tərbiyənin ən ümdə sahələrindən birini bədii zövq təşkil edir. Bədii zövq hər şeydən əvvəl, təbiət gözəlliyini duymaqla, incəsənət əsərlərinin təsirilə yaranır və tədricən formalaşır. Bədii zövqün formalaşması fəal həyat mövqeyi ilə, yarandığı əmək prosesi ilə şərtlənir. Passiv, öz qınına qısılmış adamlarda, indi təsadüf edilən var-dövlət düşkünlərində əsl, nəcib humanist zövq ola bilməz.

VII sinifdə Azərbaycan tarixindən “XV-XVI əsrlərdə Azərbaycan mədəniyyəti” mövzusunu tədris edərkən söyləyirəm ki, Səfəvilər dövlətinin yaranması ilə əlaqədar Təbriz şəhəri yenidən iqtisadi, siyasi və mədəni mərkəz kimi yüksəldi. Füsünkar gözəlliyi, emosional təsir qüvvəsinə görə yüksək bədii-estetik dəyərə malik olan Azərbaycan miniatür sənətinin tarixi haqqında məlumat verməklə, uşaqlara Təbriz miniatür ustalarından Soltan Məhəmmədi tanıyırsınızmı? sualı ilə müraciət edirəm. Daha sonra şagirdlərə “Azərbaycan miniatürləri”adlı kitabda Soltan Məhəmmədin çəkdiyi rəsmləri göstərirəm. Bu rəsmlərin hansı əsərlərə aid olduğu, harada saxlandığı haqda məlumat toplamağı evə tapşırıq verirəm (Azərbaycan miniatürləri.Bakı.1980.rəsmlər-16,34,55,56,72,73,83,84,86).

Şagirdlərdə bədii zövq formalaşdırarkən həm də səy göstərirəm ki, onlar əvvəlcədən müəyyənləşirilmiş əsəri oxumağı, sənətkarın ideyasını, məqsədini duymağı bacarsınlar. Çünki insan bilmədiyi, dərk etmədiyi şeyi qəlbən sevə bilməz, ona qarşı həvəs, maraq yarana bilməz.

Rəssamlıq əsərinin “tərcüməyə”ehtiyacı yoxdur, lakin onu “oxumaq” heç də asan deyil. Fransız yazıçısı Onore de Balzak haqlı olaraq deyirdi ki, ”Baxmaq heç də görmək demək deyildir”. Ona görə çalışıram ki, şagirdlərim rəssamlıq əsərlərini qiymətləndirərkən əsl bədiilik meyarı müəyyənləşdirə, əsərin spesifik əlamətlərini, bədii təsvir vasitələrini dərk edə bilsinlər.

Yeri gəlmişkən qeyd edim ki, əvvəllər bir sıra dərsliklərin sonunda ən məhşur rəsmlər, heykəltəraşlıq və memarlıq abidələrinin repraduksiyaları rəngli formatda verilirdi. Bunlar əsəri dərk etmək, ondan zövq almaq üçün daha əlverişli imkan yaradırdı.

Bədii zövq tərbiyəsində poeziyanın xüsusi yeri və rolu vardır. Xüsusən də əsərlərdəki təbiət təsvirlərinin uşaq təxəyyülünün formalaşması üçün əhəmiyyəti çox böyükdür. Şeir də musiqi kimi insan qəlbini fəth etmək qüdrətinə malik olub, məktəblinin nitqini, zövqünü inkişaf etdirən güclü, bədii vasitələrdən biridir. Bildiyimiz kimi, şairlərimiz əksər halda öz şeirlərində təbiət təsvirlərinə geniş yer vermişlər. Bu təsvirləri oxuduqca gözlərimiz önündə insana bədii zövq verən əsrarəngiz bir təbiət mənzərəsi canlanır. Azərbaycanın görkəmli mütəfəkkiri M. F. Axundzadənin Şərq poemasından bir parçanı şagirdlərə oxuyuram. Əsərin əvvəli gözəl təbiət təsviri ilə başlayır ki, məhz bu hissədən bədii zövq tərbiyəsi üçün istifadə edirəm. Poemanın bu dörd sətrinə xüsusi diqqət verilməsini nəzərə çatdırıram:

Bax, necə əlvan geyib yenə də

gəlmiş bahar,

Çiçəklər bəzəməklə edir

eşqini izhar.

Bulaqların kənarı dönmüş

laləzara,

Vurulmamaq olarmı gülən bu

gülzara?!

Son sətri xüsusi vurğu ilə ifadə edərək göstərirəm ki, ətraf aləmi, onun gözəlliklərini görüb sevmək, onu qayğı ilə əhatə etmək lazımdır. Şagirdlərimizdə düzgün bədii zövq yarada bilsək, onda onlar ətraf aləmi sevəcək, ona qayğı ilə yanaşacaq, həyatı gözəllik qanunlarına əsasən quracaqlar.

VII sinifdə “XI-XIII əsrlərdə Azərbaycan mədəniyyəti”mövzusunda böyük Nizaminin öz doğma yurdunu ülvi bir məhəbbətlə sevdiyini qeyd edərək göstərirəm ki, məhz Azərbaycanın füsünkar gözəlliyi N. Gəncəvinin zövq və ilham mənbəyi olmuş, onu nadir sənət inciləri yaratmağa sövq etmişdir.

“Bərdə nə gözəldir, necə

qəşəngdir,

Yazı da, qışı da güldür,

çiçəkdir

İyulda dağlara lalələr səpər,

Başını baharın nəsimi

öpər”

deyən Nizaminin dili ilə şagirdlərdə vətənimizə, onun gülünə və çiçəyinə, turacına, kəkliyinə, ”quş südü”yetirən, ”qızıl suyundan”yoğrulmuş torpağına məhəbbət yaratmaqla bərabər, onlarda təbiətin gözəlliklərindən böyük Nizami kimi bədii zövq almaq əzmi tərbiyə etməyə səy göstərirəm.

XI sinif Azərbaycan tarixindən “Sovet totalitar rejiminin təşəkkülü. Kütləvi repressiyalar” mövzusunu tədris edərkən şagirdlərdə bədii zövq tərbiyəsi üçün H. Cavidin “Mənim tanrım gözəllikdir, gözəllik” şerindən istifadə edirəm. Göründüyü kimi, şerin elə sərlövhəsində şair gözəlliyə səcdə edir, gözəlsiz hər bir gülşəni zindana bənzədir. ”Hər kəsin bir eşqi, bir allahı”olduğunu deyən şair adamları gözəlliyi sevməyə, onun qayğısına qalaraq qurub-yaratmağa səsləyir.

Hər qulun cahanda bir pənahı

var,

Hər əhli halın bir qibləgahı

var,

Hər kəsin bir eşqi,bir allahı

var

Mənim tanrım gözəllikdir,

sevgidir.

Gözəllik məhfumu mürəkkəb və çoxcəhətlidir. Onun ilk mənbəyi bizi əhatə edən həyatdır. Gözəllik həyatın özüdür, deyənlər haqlıdırlar .Şagirdlərlə söhbətimi bu cür yekunlaşdırıram: təbiətdən, bizi əhatə edən mühitdən bədii zövq almaq üçün onu daim mühafizə edib saxlamaq, zənginləşdirmək və gözəlləşdirmək lazımdır.


Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi

İstifadə edilmiş ədəbiyyat:

1.N.Gəncəvi. Xəmsə. Bakı 1981

2.M.F. Axundzadə. Əsərləri. Bakı 2005

3.H.Cavid.Əsərləri. Bakı 2005

4. Azərbaycan minatürləri. Bakı 1980

5.Seyyub Əsədov “Təhsil və zaman“ qəzeti 6 noyabr 2013 № 19 “Tarix dərslərində bədii zövq tərbiyəsi“ adlı məqalə

6. Seyyub Əsədov “V-XI siniflərdə tarix fənninin tədrisi metodikası”. Bakı 2021 (metodik vəsait) səh. 45-48 (https://sinxronfenler.blogspot.com/2021/03/v-xi-siniflrd-tarix-fnninin-tdrisi_14.html)





Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!