СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Tarix dərslərində İKT-dən səmərəli istifadə bacarıqları .

Категория: История

Нажмите, чтобы узнать подробности

      Bu məqalədə Tarix dərslərində Yeni Təlim Texnologiyalarından  ve onlardan semereli istifade qaydalarından behs edilir. 

Просмотр содержимого документа
«Tarix dərslərində İKT-dən səmərəli istifadə bacarıqları .»



Tarix dərslərində İKT-dən səmərəli istifadə bacarıqları

Əgər dərs müəllimin ömür yaşantısına çevrilmirsə, şagirdi sevindirmir, kədərləndirmir, təəccübləndirmirsə, o dərsdə sxematik varlıqlar yetişər, kamil şəxsiyyətlər formalaşmaz. Elə buna görə də dərsdə hissə və şüura təsir əsas götürülməli, onun yolu və forması müəllimin özü tərəfindən tapılmalıdır. ... Əsl müəllimin hər bir dərsi onun yaradıcılıq əsəridir. ...Müasir dərs sağlam əqidə, yenilik ehtirası, peşəyə məhəbbət tələb edir. Müasir dərs həyat qədər real olmalıdır. Bu reallıqda yaxşı da, eybəcərlik də aydın üzə çıxmalı, yaxşılıqlar, gözəlliklər uğrunda mübarizə rişəsi atılmalıdır”. (Ə. Ağayev. Seçilmiş Pedaqoji əsərlər. I cild. Bakı 2011.səh.57-60).

İnformasiya kommunikasiya texnologiyalarından istifadə edən müəllimlər müasir dünyamızda baş verən hadisələrdən xəbərdar olmalıdırlar. Məktəb bütün bunlardan kənarda qalmamalıdır.Dərs zamanı İKT-dən istifadə etdikdə müxtəlif yaş həddlərində olan şagirdlər bunu maraqla qəbul edirlər. Dərs zamanı İKT -dən istifadə bu günün obyektiv və təbii tələbidir.

Bu üsulların sinifdə tətbiqi şagirdlərin verbal - məntiqi, məkan daxilində vizual qabiliyyətlərinin inkişafına kömək etmiş olur. Belə üsulların tətbiqi xüsusilə eşitmə imkanları zəif olan uşaqlar üçün daha rahat ola bilər. Elə şagirdlər vardır ki, onların eşitmə qabiliyyətləri zəifdir. Bu da öz növbəsində uşaqda tədricən nitq qabiliyyətinin zəifləməsinə gətirib çıxarır. Eşitmənin zəifliyi, danışmanın inkişaf etdirilməməsi onlarda iradi davranış, hiss və emosiyaların, xarakter və şəxsiyyətin digər aspektlərinin, uşağın idrak prosesinin inkişafı yolunda başqa fəsadlar törədə bilər. Belə ki, eşitmə imkanı zəif olan uşağın bir sıra fizioloji xüsusiyyətləri vardır ki, bütün bunları dərs aparan müəllimlər mütləq bilməlidirlər.Effektli, tərbiyəvi və inkişafetdirici iş aparmaq üçün əsl pedaqoqun bunları bilməsi günün zərurətidir desəm bəlkə də yanılmaram. Məlumdur ki, öyrətmək üçün maraqlı vasitələrdən biri də şagirdlərdə bədii, estetik yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsidir. Bu baxımdan müasir təhsil texnologiyalardan bacarıqla istifadə hətta eşitmə qabiliyyətləri zəif olan şagirdlərdə belə tarixi materialın daha dərindən mənimsənilməsinə böyük kömək etmiş olar.

Müasir dünyada tarix kursunun öyrədilməsi və mənimsənilməsinə yeni tələblər irəli sürülür:

1.Şagirdlərin müxtəlif mənbələrə istinad etmək və ya adaptasiya olmaqla idraki- praktik tapşırıqların yerinə yetirilmə bacarığının formalaşdırılması;

2.Şagirdlərin müxtəlif mənbələrdən informasiyanı əldə edə bilmək imkanı; (adekvat olaraq onu dərk və təhlil etmək bacarığı, sintez etmək, sistemləşdirmək, konkretləşdirmək və s.).

İnformasiya Kommunikasiya Texnologiyalarından istifadə müasir, əsl pedaqoqdan bu texnologiyaların, eləcə də təhsilin modernləşdirilməsini, yeniləşdirilməsini tələb edir. Heç şübhəsiz ki, bu texnologiyanı qəlbən mənimsəməyən, onu praktik dərslərində tətbiq etməyən müəllim istər tam orta məktəb olsun, istər kollec, istərsə də ali məktəb, fərq etməz bunu bacarmayacaq.

Şagirlərimizin tərbiyəsinə ən böyük təsir göstərən amillərdən biri, onu əhatə edən dünyada yeni-yeni informasiyalar, reklamlar, kompyuter texnologiyalarının tətbiqi və ondan istifadə, televiziya verilişləri, kompyuter oyunları və bu kimi hadisələrdir. Məhz buna görə də əsl pedaqoq qısa bir müddət ərzində şagirdlərə bu informasiyalardan həyatda düzgün istifadə etməyi və öz praktikasında tətbiq etməyi öyrətməyi bacarmalıdır. Sözsüz ki, öz imkan və bacarıqları çərçivəsində.

Bu baxımdan sinifdə interaktiv texnologiyalardan istifadə bu gün çox aktual məsələdir.

Son illər təcrübəmdə müşahidə edirəm ki, şagirdlərdə, xüsusən eşitmə qabiliyyəti zəif olan şagirdlərdə dərslərə maraq azalmışdır. Uşaqların öyrənməyə meyilləri get-gedə azalır. Səbəblər isə çoxdur. Məsələn;

1.Məktəb proqramlarının həddindən çox yüklənməsi;

2.Öyrənilən materialın həyatdan, ehtiyaclardan, şagirdlərin anlama qabiliyyətlərindən uzaq olamsı, və s. və il.


Olduqca vacibdir ki, dərs prosesini elə təşkil edəsən ki, şagird sinifdə çox fəal olsun və dərsin bütün mərhələlərində həvəslə iştirak etsin. Həm də öz zəhmətinin bəhrəsini görsün, onu özü qiymətləndirə bilsin. Bunu necə etmək olar? İKT-dən istifadə edilən dərslərdə şagirdlər informasiyanı “hazır forma”da öz müəllimlərindən almırlar. Bu informasiyanı özləri əldə etməyi, analiz edərək, seçimləyərək, təhlil edərək informasiyalardan - “informasiya əldə etməyi”öyrənirlər. İKT komponentləri təkcə müəyyən zaman üçün deyil, informasiya cəmiyyətində yaşayan istənilən insanın formalaşması üçün vacibdir.

Tarix dərslərində İKT-dən istifadə şagirdlərin idrak fəaliyyəti və öyrənmə meyillərinin formalaşdırılması, şagirdlərin informasiyanı qəbul edərək, onun analiz və təhlil edilməsi qabilliyyətlərinin formalaşdırılmasına xidmət etmiş olur. Tarix fənninin psixologiyası öyrədən və öyrənənlərdən bu fənnin ümumi və xüsusi metodlarını anlamağı tələb edir. Buna görə də ənənəvi üsullarla yanaşı, bilik üsullarını xeyli dərəcədə idraki fəaliyətlə bağlayan, hər bir şagirdin şəxsi və intellektual inkişaf yollarının müxtəlifliyini nəzərə alan İKT bacarıqlarından səmərəli istifadə imkanvericidir və istifadə edilməlidir. İKT tarix dərslərində informasiya mənbələrinindən istifadə edərək, tarixi mətn, audio, qrafik və video dərslərdən səmərəli istifadə etmək imkanı yaradır. Sinifdə interaktiv lövhələrdən istifadə təlim fəaliyyətinin səmərəli təşkili üçün əlavə imkanlar yaratmış olur.

Tarix dərslərində interaktiv lövhədən istifadənin üstünlükləri bunlardır:

-Bir şagirdin öz işini qısa zaman ərzində bütün sinif yoldaşlarına nümayiş etdirməsi;

-Video təqdimatların nümayişi ;

-Kompyuter siçanından istifadə etmədən lövhədə təsvirlərin yaradılması;

-Dərsin gedişi zamanı təsvir, diaqram və xəritələrin yaradılması (yeri gəlmişkən müəllim bunları komputerin yaddaşında saxlamaqla başqa dərslərində də istifadə edə bilər və bu da müəllimə əlavə vaxt qazanmağa köməklik etmiş olar).

-İnteraktiv lövhədən adi yazı lövhəsi kimi istifadə edə bilər, ancaq istədiyiniz yazılarınızı yaddaşda saxlaya və başqa dərslərinizdə istifadə edə bilərsiniz.


Tarix dərslərində İKT-dən istifadə şagirdlərin tətqiqat fəaliyyətlərinin həyata keçirmək qabiliyyətlərinin və bacarıqlarının inkişafını gücləndirmək üçün geniş imkanlar açmış olur.


Bununla əlaqədar aşağıdakılar müəyyən edilməlidir:

  1. Tarixi biliklərin mənimsənilməsi keyfiyyətinin və ümumi təlim bacarıqlarının təmin edilməsi

  2. Məktəbdə İKT imkanlarının nəzərə alınması

  3. Şagirdlərin öz daxili imkanlarının (bacarıqlarının) nəzərə alınması


Bu problemləri həll etmək üçün isə ənənəvi və müasir təlim texnologiyalarının qarşılıqlı əlaqəsi hökmən vacibdir.

İKT-dən tədris prosesində istifadə aşağıdakılara imkan verir:


  1. Dərsi müasir etmək; yəni onu rəngarəng, informativ, interaktiv, səmərəli, vaxta qənaət etməklə qurmaq;

  2. Dərsi şagirdlərin dünyagörüşünə, dərketmə səviyyəsinə görə qurmaq;

  3. Dərs prosesini differensiallaşdırmaq və onu şəxsiyyətyönümlü etmək;

  4. Qarşılıqlı anlaşma münasibətlərini qurmaq, şagird-müəllim qarşılıqlı əlaqəsini təşkil etmək;

  5. Şagirdlərdə idraki fəaliyyəti gücləndirmək;


Tədris prosesində İKT-dən istifadə bir sıra üstünlüklərə malikdir:

  1. Tarixi hadisələrlə tanışlıq (video fraqmentlər, fotoşəkillər vasitəsilə)

  2. Geniş və rəngarəng seçim imkanları

  3. Qrafik materialların (sxem, cədvəl, diaqram və s. ) nümayişi

  4. “Xəritələri canlandırmaq” imkanı

  5. Dərs prosesini canlandırmaq və aktivləşdirmək

İnteraktiv təlim metodlarından dərsin bütün mərhələlərində istifadə edilə bilər:

  • Yeni materialın tədqiqi, öyrədilməsi, təkrarlanması və möhkəmləndirilməsi zamanı

  • Təlim bacarıqları və vərdişlərinin aşılanması zamanı

  • Tədqiqat işi, özüöyrənmə və hazırlaşma, fərdi iş zamanı


Yeni materialın mənimsənilməsində də İKT-dən istifadə faydalıdır. Bu yolla qavrayışları asanlaşdırmaq, müxtəlif mənbələrdən əldə edilmiş materialları şagirdlər tərəfindən təqdimatı onlara emosional təsir göstərir və yaddaşlarında yaxşı qalmağa kömək etmiş olur.

Möhkəmləndirmə və nəzarət mərhələsində elektron testlərdən istifadə təkcə müəllimə deyil, həm də şagirdlərə özünü qiymətləndirmək üçün çox gərəklidir. Bu zaman multimediya elementlərinin tətbiqi xüsusilə faydalıdır.

Dərsdənkənar məşğələlər zamanı, eləcə də ümumiləşdirici dərslər zamanı viktorinalardan istifadə etmək daha çox effekt verər. Müəllimlərin seçimi əsasında müxtəlif və maraqlı viktorina formalarından istifadə etmək olar. Bu da dərsləri maraqlı etməklə yanaşı, həm də qarşıya qoyulan məqsədə tez və səmərəli çatmaqda kömək etmiş olar. Söylədiklərim isə ancaq bacarıqlı və istedadlı müəllimlərin fəaliyyəti zamanı mümkündür. Daha doğrusu müəllimin peşəkarlıq səviyyəsindən asılıdır.

Bundan başqa, şagirdlərdə viktorinalar, olimpiadalar, interaktiv oyunlarda iştirak etmək fürsətinin yaradılması imkanı yaranır. Qeyd etmək lazımdır ki, məktəblilər kompyuterlə işləməklə onlarda iddia etmək, informasiya axınlarından baş çıxarmaq, onları yenidən işləmək, müqayisə etmək, faktları tutuşdurmaq, təhlil etmək, nəticə çıxarmaq kimi qabiliyyətlər formalaşır.

Tarix dərslərində İKT-dən istifadənin aşağıdakı forma, üsul və variantlarından istifadə etmək olar:

I.Ən çox yayılmış forma - multimediya təqdimatı. Təqdimatın hazırlanması olduqca ciddi, yaradıcı bir prosesdir. Belə ki, hər bir element dəqiqliklə fikirləşilib tapılmalı, şagirdin dərketmə səviyyəsinə uyğunlaşdırılmalıdır.

Bu zaman aşağıdakılar nəzərə alınmalıdır:

1.Müəllim dərsi özü hazırlayır.

2.Təqdimatın istənilən formada hazırlanması (mətn, elektron tablolar, slaydlar, video və adio kliplər, və s.) nəzərə alınmalıdır.

3.İstər xəritə üzərində iş, istər dərsliklə, istər dəftər üzərində iş, istərsə də ekran üzərində iş olsun bütün incəliklər nəzərə alınmalıdır.

4.Fəaliyyətin istiqamətləndirilməsi nəzərdən qaçmamalı, təqdimat yolları, diqqətin bir məqsədə cəmləşdirilməsi, müxtəlif kanallardan istifadə etməklə alternativ variantları da nəzərdə saxlamaqla şagirdlərin yorğunluğuna yol verməmək və onlarda dərsə maraq oyatmaq.

5. Dərsi daha rəhgarəng etmək.

II.Həmçinin pedaqoji fəaliyyət zamanı tədris - metodik disklərindən (elektron dərsliklərindən) də istifadə etmək olar. Məsələn; 6, 7 siniflər üçün Azərbaycan tarixindən elektron dərsliklər. Bu elektron dərsliklər şagirdlərə yeni, maraqlı məlumatlar verir.

Kompyuter dərsliklərin aşağıdakı üstünlükləri vardır:

1.Parlaq illüstrasiyalar materialı rəngarəng etməklə yanaşı, həm də onu şagirdlər üçün maraqlı edir.

2.Təlim materialı əlverişli formada təqdim olunur.

3.Animasiyalı diaqram, sxem və təqdimatlar böyük həcmli materialların daha asan və tez qavranımasına kömək edir.

4.İnteraktiv xəritələr yeni tarixi materialların, coğrafi məkanların göstərilməsi və xüsusiyyətlıərinin anlaşılmasına kömək edir.

5.Testlər isə şagirdlərin avtomatlaşdırılmış qaydada qiymətləndirilməsinə kömək etmiş olur.

Bundan başqa elektron dərsliklərdən istifadə sənəd, tarixi mənbə, tarixi şəxsiyyətlərlə iş üçün böyük əhəmiyyət kəsb edir. Məktəb olimpiadalarında dövlətlər, ictimai və mədəniyyət xadimləri haqqında düşən suallara cavab tapmaqda şagirdlərə kömək etmiş olur. Belə məlumatlar çox zaman məktəb kitabxanalarında olmur. Amma elektron dərslikdə isə fotoşəkillər, portretlər, adi şəkillər, bina və qalaların şəkilləri, hətta musiqi əsərləri belə vardır. Belə imkanlar sinifdə bütov bir tarixi dövr atmosferini canladırmağa müəllimə kömək edir. Bu cür dərslərin tətbiq edilməsi ənənəvi dərslərdən fərqli olaraq dərsin şagirdlər tərəfindən daha yaxşı mənimsənilməsinə yaxşı şərait yaradır.

III.Test - nümunələrindən istifadə etmək şagirdlərin öyrəndiklərini qiymətləndirməklə bərabər həm də, onların bilik və bacarıqlarının izlənilməsinə imkan yaradır. Eynizamanda şagirdlər öz səhvləri üzərində işləməyi öyrənirlər.

IV.Lahiyələrin təqdimatı metodu . Bu zaman şagirdlər müstəqil əməliyyatlar aparır və təqdimatı özləri hazırlayırlar. Bu da onlara informasiyaları müstəqil surətdə işləmək bacarıqlarını maksimum uzə çıxarmaq qabiliyyətlərini formalaşdırır.

Lahiyələrin təqdimatı metodundan istifadə imkan verir ki, şagirdlər ; öz aralarında informasiya mübadiləsi aparsınlar, plan qursunlar və fikir mübadiləsi apara bilsinlər, ünsiyyət mədəniyyəti yaratsınlar, informasiyanı əldə etmək, onu emal etmək və saxlamaq, eləcə də müəyən məsafədən ötürmək bacarığı əldə etsinlər, öz səlahiyyətlərindən düzgün istifadə etməyi öyrənsinlər, dünyagörüşlərini genişləndirsinlər və ən nəhayət bir şagird kimi təşkilatçı və lider kimi keyfiyyətlərə yiyələnsinlər.


Beləliklə, İKT-dən istifadə tarix müəllimlərinə məktəblinin bütövlükdə lazım olan parametrlər üzrə inkişaf etdirməyə və mövzunun daha dərindən mənimsənilməsinə kömək etmiş olur. Bununla da şagirdlər tərəfindən dərsin mənimsənilməsində psixoloji gərginliyi aradan qaldırır, tədris olunan materiala canlı maraq oyadır, şagirdlərin dünyagörüşü artır, şagirdlərdə ümumi sinif səviyyəsinin artmasına, tarixi hadisə və proseslərə maraqlarının artmasına, nəzəri materialların tam dəqiqliklə mənimsənilməsinə, onlarda müxtəlif mənbələrdən informasiya əldə etmək qabiliyyətinin formalaşmasına, öz fikirlərinin yığcam və aydın formada ifadə etmək və sinifdə müəllim-şagird münasibətlərinin sağlamlaşmasına müsbət təsir göstərmiş olur. Sinif şagirdlərinin İKT-dən istifadəsi zamanı şagirdlərin müxtəlif yaş həddlərində olmalarını heç vaxt unutmaq olmaz.

Heç şübhəsiz ki, müasir məktəblərdə kompyuterlərin olması problemləri həll etmir (P.S. Onsuz da elə məktəblər vardır ki, orada qədimlərdə olduğu kimi yazı taxtası, təbaşir və əski parçası ilə ötüşürlər) bunlar çoxfunksiyalı texniki vəsaitlər olaraq qalacaqdır. Lakin bütün bunlardan da ilk öncə pedaqoji texnologiyaların müasir texnologiyalarla uzlaşmasıdır, əlaqəli olmasıdır. Əgər tarix dərslərində İKT imkanları düzgün seçilərsə, təlim üsulları, təlim və tərbiyə qarşılıqlı vəhdətdə götürülərsə, müəllim öz məqsədinə nail olar və dərs maraqlı olar. Tarix dərslərində İKT-dən istifadə zamanı bütün yuxarıda qeyd etdiklərim tələblərə əməl edilməlidir.

Sonda qeyd etmək istərdim ki, İKT-dən səmərəli istifadə hər bir müəllimdən bacarıq və qabiliyyət tələb edir. Bu bacarıq və qabiliyyət təkcə İKT-dən istifadə ilə bağlı deyil, bu hər bir müəllimin şəxsi keyfiyyətlərindən, fənninə sevgisi və tədris etdiyi fənni bilməsindən də çox asılıdır.

Əsədov Seyyub Əsəd oğlu

Şirvan şəhər 11№-li tam orta məktəbin tarix müəllimi, 2015-ci ildə keçirilmiş “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi




Ədəbiyyat:

1.Ə. Ağayev. Seçilmiş Pedaqoji əsərlər. I cild. Bakı 2011. səh. 57-60.

2.Ə. Ağayev. Təlim prosesi:ənənə və müasirlik. Bakı 2006. səh. 45-58

3. Jenina L. V., Matkin A. A. . Подготовка учителей истории к использованию ИКТ в профессиональной деятельности.- «ИКТ в образовании», Вестник ПГПУ, выпуск 1

















5



Скачать

© 2016, 1750 2

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!