СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

“Tarix-i Vəssaf” əsəri və onun müəllifi haqqında

Нажмите, чтобы узнать подробности

Şərəfəddin Abdullah ibn İzziddin Fəzlillah bin Əbi Naim Yəzdi 1257-ci ildə Şirazda anadan olmuşdur. Elxani hökmdarı Olcaytu xan tərəfindən ona verilən  “Vəssafül-həzrət” adının qısaldılmış formasında “Vəssaf” ləqəbiylə tanınır.

Просмотр содержимого документа
«“Tarix-i Vəssaf” əsəri və onun müəllifi haqqında»

“Tarix-i Vəssaf” əsəri və onun müəllifi haqqında

Şərəfəddin Abdullah ibn İzziddin Fəzlillah bin Əbi Naim Yəzdi və onun “Tarix-i Vəssaf” əsəri

Şərəfəddin Abdullah ibn İzziddin Fəzlillah bin Əbi Naim Yəzdi (Şiraz,1257-Marağa, 1328) (fars. عبدالله ابن فضل‌الله شرف‌الدین شیرازی, doğum;1257 – ölüm;1329)

Elxani dövrünün tarixçisi və ədib.

Şərəfəddin Abdullah ibn İzziddin Fəzlillah bin Əbi Naim Yəzdi 1257-ci ildə Şirazda anadan olmuşdur. Elxani hökmdarı Olcaytu xan tərəfindən ona verilən “Vəssafül-həzrət” adının qısaldılmış formasında “Vəssaf” ləqəbiylə tanınır. Atası Fəzlullah, Elxani dövlətinin Fars bölgəsi amillərindən idi. Vəssaf yaxşı təhsil aldıqdan sonra Elxanilər dövlətində divan xidmətinə daxil olur. 1297-ci ildə yazmağa başladığı “Tarix-I Vəssaf” adlı əsərinin ilk üç cildini təqribən 3 mart 1303-cü ildə (hicri tarixi ilə 13 rəcəb 702-ci il) vəzir və tarixçi Fəzlullah Rəşidəddinin yardımı ilə Qazan xana təqdim edir. Kitabla tanış olan Mahmud Qazan xan, Vəssafa ehtiram göstərib ona qiymətli hədiyələr verir.Suriya səfərinə yollandığı üçün əmr verir ki, Vəssaf Sincarda qalıb əsərini yazmaqda davam etsin. Vəssaf müxtəlif kitablara ehtiyac duyduğunu və bir müddətdən bəri evindən uzaq qaldığını söyləyərək xandan bir il izn aldı. 1 iyul 1312-ci il tarixində (hicri tarixi ilə 24 məhərrəm 712-ci il) yenə də F.Rəşidəddinin yardımı ilə Sultaniyyə şəhərində Sultan Olcaytu ilə görüşərək əsərinin dördüncü cildini hökmdara təqdim etdi. Əsər hökmdarın təqdirini qazandı. Vəssaf əsərin son cildini 1328-ci ildə tamamlamışdır. 1329-cu ildə isə tarixçi vəfat etmiş və onu Marağa şəhərində dəfn etmişlər. ...

“Sağlığında xalqın sevimlisi olmaq, öləndən sonra isə tarixdə silinməz iz qoymaq dünyada ən böyük səadətdir” (M. F. Axundzadə).

İkiyə bölünmüş Azərbaycan tarixinin araşdırılması dövrümüzün ən gərəkli işlərindən biridir. Görkəmli Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor, ən sevimli müəllimim və ustadım mərhum Seyidağa Onullahinin millət, Vətən təəssübkeşliyi heç zaman xatirəmdən silinməz. Onunla olan söhbətlərim artıq xoş xatirəyə dönüb. Olduqca həlim, astagəl, həm də inadlı, inamlı səsi və çox maraqlı gülüşü vardı. Öz sahəsinin ustad bilicisi idi. Azərbaycan tarixinə, mədəniyyətinə, dövlətçiliyinə münasibətdə hədsiz məsuliyyətli idi. Alim yaradıcılığının mənasını Azərbaycana ardıcıl, tükənməyən sevgidə görürdü.Təəssüf ki, millətinin, xalqının xeyrinə iş görən insanları daim xatırlamaq, onların əməllərinə sahib durmaq ənənələrimiz hələ istənilən səviyyədə formalaşmayıb.Mərhum tarixçi və ustadım S. Onullahi “Tarix-i Vəssaf” əsərini Azərbaycan dilinə tərcümə edirdi. Lakin vaxtsız dünyasını dəyişdiyi üçün əsərin aqibəti barədə məlumatım olmadı.Görəsən əsər Azərbaycan dilinə tərcümə edildimi? ...

Mərhum Seyidağa Onullahinin Diplom işimə (BDU; Tarix fakültəsi-1996) yazdığı rəy






















































“Tarix-i Vəssaf” əsəri haqqında yazılmış əsərlər:

  • Əbdülməhəmməd Ayəti, Təĥrir-i Tarix-i Vəśśaf, Tehran, 1372, s. 329;

  • K. Jahn, “Tərcəmə-i Tarix-i Vəśśaf”, Rahnüma-yi Kitab, XVIII, Tehran, 1354/1975, s. 171;

  • R. G. Kempinərs Jr., “Vassāfs Tajziyat al-amsār wa tazjiyat al-asār as a Sourcə for thə History of thə Chaghadayid Khanatə”, JAH, XXII (1988), s. 160-187;

  • Erdoğan Mərçil, “Vassaf”, İA, XIII, 232-234;

  • P. Jackson, “Waśśāf”, EI² (İng.), XI, 174.


Əsədov Seyyub Əsəd oğlu -Şirvan şəhər T. Bağırov adına 11№-li tam orta məktəbin tarix müəllimi, 2015-ci ildə keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi




Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!