СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Ukrayna türkləri

Категория: История

Нажмите, чтобы узнать подробности

“Xoxol” sözü mənşəyinin maraqlı bir versiyası var. Bəzi tədqiqatçıların fikrincə, bu söz türk sözü “göy oq”, “göy oğlu” anlamındadır. Göy Tanrıya inanan türklər özlərini belə adlandırarmışlar.Tanrıçılığa demək olar ki, bütün türk xalqları, o cümlədən qıpçaqlar inanardılar. Belə çıxır ki, bizi “xoxol” adlandıranda incimək lazım deyil, əksinə fəxr etməliyik. Ukrayna dilində təxminən altı min söz türk mənşəlidir.

Просмотр содержимого документа
«Ukrayna türkləri»

Ukrayna türkləri

“Xoxol” sözü mənşəyinin maraqlı bir versiyası var. Bəzi tədqiqatçıların fikrincə, bu söz türk sözü “göy oq”, “göy oğlu” anlamındadır. Göy Tanrıya inanan türklər özlərini belə adlandırarmışlar.Tanrıçılığa demək olar ki, bütün türk xalqları, o cümlədən qıpçaqlar inanardılar. Belə çıxır ki, bizi “xoxol” adlandıranda incimək lazım deyil, əksinə fəxr etməliyik. Ukrayna dilində təxminən altı min söz türk mənşəlidir. Lakin bu sözlərin Ukrayna dilinə qıpçaqlardan və yaxud tatarlardan keçməsi məsələsi hələ də tam aydınlaşdırılmamışdır. Lakin bu sözlərin qıpçaq və ya tatarlardan dilimizə keçməsi o qədər də vacib deyildir. Əsas məsələ odur ki, bu sözlərdən bu gün də isitfadə edirik. Yeri gəlmişkən, məhşur döyüş şüarı “Ura” sözü və rusların fəxrlə “Troyka” (“üçlük”) adlandırdıqları at-araba da türklərdən bizə miras qalmışdır. Bir zamanlar qıpçaq dili beynəlxalq ticarət dili olmuşdur və bu dil XIV əsrin sonlarınadək (Qızıl Orda dövlətində Mamay xanın hakimiyyətinin sonunadək) öz hegemonluğunu qoruyub saxlamışdır. Qeyd edim ki, İtaliyada “Qıpçaq kodeksi” adlı lüğət nəşr edilmişdir ki, bu lüğətdən Şərqlə ticarət edən Genuya və Venesiya tacirləri istifadə edərmişlər. Qıpçaq dilindən geniş istifadə edilməsini sübut edən başqa bir fakt: Kaments - Podolskda Lvov məhkəməsinin ərəb dilində yazılmış sənəd aşkar edilmişdir. Sənədin qəribəliyi onda idi ki, heç kim bu yazını başa düşmürdü. Ukraynalı tarixçi A. Krımski müəyyən etdi ki, bu yazı ərəb əlifbası ilə yazılsada qıpçaq dilində yazılmışdır. O da xüsusən maraqlıdır ki, yazı dilin yüksək statusunu göstərən rəsmi sənəddir. Bəzi tarixçilər qıpçaqlarla kazakların mənşəyini bir tuturlar.Bununla bağlı bir çox faktlar göstərirlər. Zaporoje və Don kazaskları ilə əlaqəli terminologiyalarda çox saylı qıpçaq - türk sözlərinin (türk adları və ləqəbləri) olması bu məsələni aydınlaşdıran tarixçiləri təəccübləndirir. XVII əsrin ortalarına aid kazakların milli tərkibinin sosioloji tədqiqatına dair maraqlı bir tarixi əsər vardır. Bu milli tərkibdə slavyanlar 40% -dan bir az çox təşkil edir.Yerdə qalanlar isə türklərdir. Heç şübhəsiz ki, kazaklar ilk əvvəllər türk mənşəli olmuşlar, sonralar slavyan elemnetlərinin artması ilə bu tərkib dəyişilmişdir. Burada qeyd etmək lazımdır ki, kazak elementlərinə avroplalıların cüzi də olsa təsiri olmuşdur. Bu nəzəriyyə üzərində bir çox suallar yarana bilər. Lakin qeyd etmək lazımdır ki, çoxlu sayda faktlar sübut edir ki, kazaklar türk köklərinə malikdirlər. Bu tarixi faktdır ki, qıpçaqlar təkcə Ukrayna deyil, Rusiya tarixində də əhəmiyyətli rol oynamışlar. Qıpçaqlar Bizansda xaçlıların ordusunu darmadağın etdilər və hətta onların başçısını əsir götürmüşdülər. Gürcüstanda onlar ərəblərin ölkəni fəth etmələrinə mane olmaqda görkəmli rol oynadılar. Misirdə qulam qıpçaqlar-məmlüklər hakimiyyətə gələrək Misiri uzun yüzilliklər ərzində Napaleon Misirə yürüş edənə qədər idarə etdilər. Bu həmin məmlüklər idilər ki, monqol ordularını, Qüdsü(Yerisəlimi) tutmağa gələn səlibçilərin ordularını darmadağın etmişdilər. Monqollar tərəfindən məğlub edildikdən sonra qıpçaqalrın bir hissəsi düşməndən qorunmaq üçün Dunay çöllərinə istiqamət götürərək Macar (Madyar) kralının xidmətinə daxil oldular. Məhşur macar Bela Hun qıpçaq kökünə malik idi. Kun (Hun, Kuman) və ya qıpşaq soyadlar macarlarda çoxdur. Kazaklar, qaraçaylılar və digər başqa türkdilli xalqların çoxu öz kökünü qıpçaqlardan götürür. Təəssüflər olsun ki, Avroasiya tarixinin qıpçaqlarla bağlı arxeoloji məlumatları çox azdır. Bu tarixdə bir ağ ləkədir. Hətta bu ərazilərin ibtidai dövrünə materiallar çoxdur, nəinki qıpçaqlar dövrü. Bu baxımdan Luqansk və Ukraynanın tarixində türk köçəri tayfalarının rolu məsələsi hələ də araşdırılma yolunu gözləyir. Ukraynalıların etnogenezində türk kökləri məsələsinin araşdırıcısı, LDUVD (ЛГУВД)-nin prorektoru Oleq Forostyuk “Avropalılar məişətdə ali irqdirlər” nəzəriyyəsini bu gündə qəbul edənlər vardır deyir. Məhz buna görə də bizdə istər rus, istərsə də ukraynalıların asiya mənşəli olmaları faktları qəbul edilmir, lakin bu tarixi faktlara ziddir. İnsanlarda həqiqətdən uzaq, xüsusi rəsmi təhsil şüuru formalaşdırılır ki, bunun özü isə tarixi faktlardan uzaqdır. Avropasentrik ideologiyası Ukraynada Rusiyada I Pyotrun islahatlarından sonra Polşanın təsiri altında yaranmışdır. Ancaq biz xalqımızın formalaşmasında həqiqət olaraq türk dilli tayfaların böyük rol oynamasını danmamalıyıq” .

Qaynaq:

http://newzz.in.ua/…/1148903993-tyurki-luganskih-stepey.html



Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Похожие файлы

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!