СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Unudulmuş tarixi adlar (Rus dilindən Azərbaycan dilinə tərcümə)

Категория: История

Нажмите, чтобы узнать подробности

Tarixçi kimdir? Tarixçi təkcə tarixi öyrənən elm adamı deyil, tarixçi bir həyat tərzi, bir dünyagörüşü, qarşıya qoyulmuş məqsədə çatmaq və zehni əmək sərf etməkdir.

Просмотр содержимого документа
«Unudulmuş tarixi adlar (Rus dilindən Azərbaycan dilinə tərcümə)»

Unudulmuş tarixi adlar. İ.M. Qrevs: vilayətdən Sankt-Peterburq İmperator Universitetinin professorluğuna gedən yol

Tarixçi kimdir? Tarixçi təkcə tarixi öyrənən elm adamı deyil, tarixçi bir həyat tərzi, bir dünyagörüşü, qarşıya qoyulmuş məqsədə çatmaq və zehni əmək sərf etməkdir.

Əlavə1. XIX əsrin görkəmli Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanov özünün “Gülüstani-İrəm” adlı məhşur əsərində yazır: “... Tarix elə bir danışmayan natiqdir ki, sələflərin vəsiyyətlərini bütün təfsilatı və təriflərlə xələflərə bildirir, ehtiyac və rifah səbəblərini, tərəqqi və tənəzzül yollarını anladır. Gələcəkdə törəyə bilən əhvalatı keçmişin libasında insanların ibrət nəzərinə çatdırır”(P.S. Məlumat üçün bax; Аввас-Кули-Ага Бакиханов. Баку-1991. стр. 9).

Tarixlə məşğul olmaq, öz sənətinlə məşğul olmaq, xüsusi və hətta, müəyyən mənada müqəddəs bir işdir. Hər bir tarixçi elmin inkişafına, tədqiqat metodologiyasına və elmi biliklərin populyarlaşmasına öz töhfəsini verir. Ancaq taleyin işi və yaxud istehzası ilə, bəzi tarixçilər hətta öz həmvətənləri üçün belə naməlum olaraq qalır. Onları ancaq tələbələri xatırlayır, amma zaman keçdikcə bir nəsil digər nəsli əvəz edir və ... və insan yaddaşlardan silinir....

Əlavə 2. “Sağlığında xalqın sevimlisi olmaq, öləndən sonra isə tarixdə silinməz iz qoymaq dünyada ən böyük səadətdir” (M.F.Axundzadə).

Azərbaycan tarixinin ustad bilicisi.






Ətraflı məlumat üçün: https://az.wikipedia.org/wiki/Seyida%C4%9Fa_Onullahi

Ağılla bilik sağ və sol əl kimidir. Onlar birləşəndə məqsədə tez çatmaq olar. Buna görə də bütün əsrlərdə ağıllı,bilikli, istedadlı alimlərə ehtiyac hava, su, çörək qədər zəruri sayılmışdır. İkiyə bölünmüş Azərbaycan tarixinin araşdırılması dövrümüzün ən gərəkli işlərindən biridir. Bu yazıda görkəmli Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor, ən sevimli müəllimim və ustadım mərhum Seyidağa Onullahi haqqında; onun millət, Vətən təəssübkeşliyi barədə söhbət açmaq istəyirəm. Onunla olan söhbətlərim artıq xoş xatirəyə dönüb. Olduqca həlim, astagəl, həm də inadlı, inamlı səsi və çox maraqlı gülüşü vardı. Öz sahəsinin ustad bilicisi idi. Azərbaycan tarixinə, mədəniyyətinə, dövlətçiliyinə münasibətdə hədsiz məsuliyyətli idi. Alim yaradıcılığının mənasını Azərbaycana ardıcıl, tükənməyən sevgidə görürdü.Təəssüf ki, millətinin, xalqının xeyrinə iş görən insanları daim xatırlamaq, onların əməllərinə sahib durmaq ənənələrimiz hələ istənilən səviyyədə formalaşmayıb.

S.M. Onullahi 1925 - ci ildə Cənubi Azərbaycanda, Astara şəhərində anadan olmuşdur. İlk təhsilini də orada fars dilində almışdır.1945-1946-cı illər Cənubi Azərbaycan inqilabi hərəkatında fəal iştirak etmişdir.Yaxşı yadımdadır 1996-cı ildə BDU- da dərs prosesində ondan 1945-46-cı illər inqilabı zamanı nə işlə məşğul olması barədə soruşdum. Özünə məxsus maraqlı gülüşüylə cavab verdi: ”O vaxt mən gənc idim, yerölçən işləyirdim. Camaata torpaq paylayırdıq ki, əkib-becərsinlər”. Halbuki biz; onun sevimli tələbələri onun həyatı haqqında hər şeylə maraqlanırdıq. Bunu özü də bilirdi. Dərs zamanı kənar suallar verilməsini xoşlamazdı. Həmişə deyərdi:“Kənar suallarınız varsa, dərsdən sonra gəlin, bütün suallarınıza cavab verim”. Bir gün, 1996-cı ildə, BDU -nun tarix fakültəsi;ixtisas: “Azərbaycanın Qədim və Orta əsrlər tarixi”, “Azərbaycan və Qızıl Orda “ mövzusu üzrə diplom işi seçdim. Ustadım S. Onullahi mənə söylədi:“Sənin yerinə olsaydım, XIII- XVII əsr Azərbaycan maarifi mövzusunu götürərdim”. Dedim ki; ”Seyidağa müəllim bu mövzu çətin mövzudur. Həm də mövzuya uyğun mənbələri tapmaq mənim üçün çətindir”. “Özün bilərsən, seçim sənindir” - dedi: -

Və mən də; “Azərbaycan və Qızıl Orda “ mövzusunu seçdim. Seyidağa müəllim mənim elmi rəhbərim yox,“opponent”im (diplom müdafiəsi zamanı “qarşı tərəf) oldu. Diplom işini yazarkən dəfələrlə onun evinə, məsləhətə getmişəm. Evdə çox böyük kitabxanası var idi. Ayrıca bir otaq kitabxana idi. Stolunun üstündəki, qırmızı rəngli radio- maqnitafon heç vaxt yadımdan çıxmaz. 1996-cı ilin may ayı idi. Onun evinə getdim. Qapını açdı. Evə daxil oldum (Azadlıq radiosunda Cənubi Azərbaycan haqqında Mirzə Xəzərin məlumatına qulaq asırdı). Mənə oturmağı təklif etdi. Sakitcə məlumata qulaq asdıq. Radionu söndürdü və mənə baxdı. Mən o dəqiqə:“Diplom işimi gətirdim ki, Sizə göstərim Seyidağa müəllim, özünün demişdiniz” söylədim. Diplom işimə baxmağa başladı..... Baxdıqca, kitabxanasına keçir və oradan gətirdiyi kitabları stolun üstünə düzürdü. Əvvəlcə mən heç nə başa düşmədim. Sonra maraqlı gülüşüylə mənə dedi: ”Hə Seyyub, indi yoxlayaq görək, yazdığın sitatlar doğrudur ya yox”. Hər bir səhifədəki sitatları (göstərdiyim mənbə və səhifəsinədək) yoxladı (Qeyd edim ki, diplom işinin “Giriş” hissəsində yazdığım;- ”Öyrənilən dövr üçün S. Onullahinin 1982-ci ildə nəşr edilmiş “XIII-XVII əsrlərdə Təbriz şəhərinin tarixi” əsəri olduqca maraqlıdır. Əsər bu dövrlərin ictimai-iqtisadi və eləcədə siyasi tarixini öyrənmək baxımından xüsusilə əhəmiyyətlidir. Əsərdə qızılordalılara qarşı Azərbaycan xalqının mübarızəsi məsələləri olduqca dolğun və düzgün işıqlandırılmışdır. Müəllif əsəri yazarkən 1338 müxtəlifdilli mənbə və ədəbiyyatdan istifadə etmişdir”. Özünəməxsus gülüşlə - “ Sən mənim kitabımda bütün bunları saymısan? dedi. Qeyri-ixtiyari; ”Bəli, müəllim!” dedim. Özünəməxsus gülüşlə “ Əla yazmısan” dedi. Makinada mənim üçün rəy yazdı. (P.S. Rəyin foto şəkli)








Diplom müdafiəsi günü məni ilk təbrik edən də Seyidağa müəllim oldu.

İndi o vaxtdan düz 24 il keçir. Allah sənə rəhmət eləsin Ustad! Sevimli tələbələrin Səni heç vaxt unudmaz! Nə qədər ki, Azərbaycan var, Siz də varsınız! Yaşayırsınız!Yaşayacaqsan!

Ən yaxşı halda, belə alimlər tədqiqat obyekti kimi dar bir çərçivədə mütəxəssislər dairəsində tanınır. Biz onlarla kitab oxuya bilərik, ancaq bu kitab müəlliflərinin onu yazmaq üçün hansı səylər göstərməsi barədə heç kiçik bir təsəvvürə malik olmaya bilərik. Fikrimizcə, bu gün sağlamlığını, ömrünü, vaxtını və enerjisini tarixi həqiqətlərin axtarışına sərf edən, lakin özləri kölgədə qalanlar və bizdən əvvəllər də bu missiyanı yerinə yetirənlərə qarşı ədalətsizlik aradan qaldırılmalıdır. Bu insanların, elm adamları- tarixçilərin işləri müasir tarix elminin söykəndiyi “əsas özül” və “təməl”dir. Bu yazıda XIX-XX əsrlərin belə alimlərindən biri, tarixçi, filoloq, diyarşünas, Sankt - Peterburq İmperator Universitetində orta əsrşünaslıq məktəbinin banisi, müasir şəhərşünaslıq və diyarşünaslıq işlərinin yaradıcısından bəhs edəcəyik. İvan Mixayloviç Qrevs kim olmuşdur və onun xatirəsini yadda saxlamaq nə üçün lazımdır? ...

Şəkil1.İvan Mixayloviç Qrevs (1860-1941), tarixçi. Peterburqdakı Ali Bestujev qadın kurslarının professoru (1892-1918), Peterburq (Leninqrad) Universitetinin professoru (1899-1941) Б.д. АРАН. Ф.518. Оп.2. Д.146. Л.8.

İ.M. Qrevs (1860-1941) - Sankt-Peterburq tarixçilərinin görkəmli nümayəndəsi və 1924-cü ildə İmperator Universiteti kimi adını Leninqrad Dövlət Universiteti olaraq dəyişdirən Ali təhsil ocağında orta əsr tədqiqatları məktəbinin yaradıcılarından biri. Professorun tələbələri və davamçıları arasında görkəmli elm adamları: L.P. Karsavin, O.A. Dobiaş-Rojdestvenskaya, N.P. Antsiferov, Q. P.Fedotov və başqaları olmuşdur. Alimin tədqiqat fəaliyyəti bir neçə istiqamətdə qiymətləndirilir: sosial-iqtisadi yönümlü orta əsr tarixçisi, orta əsrlərin öyrənilməsində mədəni-tarixi istiqamətin banisi, həmçinin müasir şəhərşünaslıq və diyarşünaslıq elmlərinin inkişafında xidmətləri olan filoloq və tarixçi alim. Eyni zamanda Qrevs bir alim, bir müəllim və bir ictimai xadim istedadını özündə birləşdirmişdir. Görkəmli professorun fəaliyyəti tarixində mühüm bir səhifə Sankt-Peterburq Universitetinin “orta əsr” kafedrasının müdiri, Bestujev Ali qadınlar kursunun tarix və filologiya fükültəsinin dekanı, ali və orta təhsil (maarif) üzrə müxtəlif komisiyalarının üzvü kimi fəaliyyəti olmuşdur. İ.M. Qrevs 1860-cı ildə Voronej vilayətinin cənubundakı kiçik Lutonovo malikanəsində doğulmuşdur (Belqorod vilayəti, indiki Volokonovski rayonu). Onun əcdadları İngiltərədən və yaxud da Şotlandiyadan hələ I Pyotrun dövründə Rusiyaya hərbi xidmətə gəlmiş və burada məskunlaşanlardan idi. Buna görə də onlar Qrevs soyadını saxlamışlar. İvanın atası Mixail Mixayloviç Qrevs, Xarkov əyalətinin Vodoloda qəsəbəsindən idi, burada ev təhsili almışdı, ancaq oğlunun xatırlatmalarına əsasən, erudit bir adam olmuşdur. Gəncliyində İvanın atası Mixail hərbçi olmuş və Krım müharibəsində iştirak etmişdir (1853 - 1856). Sevastopolun müdafiəsi zamanı yaralanaraq poruçik rütbəsi ilə təqaüdə çıxmışdır. Ömrünün qalan hissəsini M. Qrevs öz kiçik malikanəsi Lutovinovoda keçirmiş və orda da 1894-cü ildə vəfat etmiş və orada da dəfn edilmişdir. Tarixçinin anası Anna İvanovna Qrevs (Bekoryukova) Xarkov vilayətinin zadəgan nəslindən idi (VI часть книги родословной дворян Российской империи). Bekoryukov soyadı türk sözü “qozbel” («горбун» (горбатый)) sözündən meydana gəlmişdir.

(P.S. Hesab edirəm ki, Bu məsələnin xüsusi araşdırmağa ehtiyacı vardır).

İ.M. Qrevs həyatının ilk 12 ilini Lutovinovoda keçirmişdir. Bu malikanə onun anasına məxsus olmuşdur.Tarixçi öz xatirələrində bu dövrü “qızıl dövr” kimi qiymətləndirir. 1873-cü ildə Sankt-Peterburq Larinska gimnaziyasına daxil olan tarixçi hər yayı bu malikanədə keçirərdi. Beləliklə, gələcək alimin doğulduğu Qrevs malikanəsi, nəzərdən keçirilən dövrdə mərkəzi Rusiyanın yerli zadəganlarına məxsus xas torpaqlar olmuşdur. İvan Mixayloviç bütün uşaqlığını evdə təhsil aldığı ailənin mülkündə keçirmiş və ona xarici mürəbbiyələr dərs keçmişlər. Evdə hökm sürən rahatlıq, qarşılıqlı hörmət və dindarlıq atmosferi gələcək tarixçinin şəxsiyyətinin formalaşmasına birbaşa təsir etmişdir. Ümumilikdə, İ.M. Qrevs öz xatirələrində bu dövrü “Qızıl onillik” kimi dəyərləndirmişdir.

Şəkil 2.İvan və Mariya Qrevslərin fotosu. (Paris, 18990-cı illər). СПФ АРАН. Ф. 726. Оп. 1. Ед. хр. 310. Л. 10.

Sankt-Peterburq İmperator Universitetinə daxil olan İ.M. Qrevs burada tarixi filologiya fakültəsində orta əsrlər tarixindən dərs deyən tanınmış akademik və bizansşünas V.Q. Vasilevski ilə tanış olur. 1890-cı illərin birinci yarısında İ.M. Qrevs doğma Ali məktəbdə “orta əsrlər” tarixindən mühazirələr deməyə başlayır, 1903-cü ildən isə müəllimi V.Q. Vasilevskinin vəfatından sonra Ümumi tarix kafedrasının müdiri vəzifəsini tutur. Gənc alim öz müəlliminin davamçısı olaraq əsərlərində sosial-iqtisadi xarakterli problemlərə (ilk növbədə kənd təsərrüfatı problemlərinə) toxunur. Xatırladaq ki, Qrevsin əhəmiyyətli əsərlərindən biri, eyni zamanda mədəniyyət və gündəlik həyat mövzularını ortaya qoyan “Roma torpaqlarının tarixinə dair oçerklər”əsəridir. Belə bir istiqamət, ümumiyyətlə, Sankt-Peterburq orta əsrlər tədqiqatları məktəbinin xarakterik bir xüsusiyyəti olaraq qalacaqdır. Lakin elmi işlərin təkcə sosial-iqtisadi ritorikası Vasilyevski məktəbinin davamçılarının işi deyildi. İ.M. Qrevsi haqlı olaraq Vasili Q. Vasilyevski tərəfindən qoyulan mənbəşünaslığın öyrənmə ənənələrinin davamçısı hesab etmək olar. Burada söhbət təkcə ideoqrafika və yazılı mənbələrin öyrənilməsinin çox yönlü olması yox, həmçinin müxtəlif köməkçi tarixi elmlərdən bəhrələnməkdən gedir. İ.M. Qrevsin ətrafındakılardan danışarkən “Priyutin qardaşlığı” adlanan həyat və maraqlar mövzusunda və dünyagörüşlərinə görə biri-birilərinə yaxın olan tələbə yığıncaqlarından (cəmiyyətlərindən) da söhbət açmaq lazımdır. Cəmiyyətin üzvləri İmperator Universitetinin müxtəlif fakültələrinin və şöbələrinin tələbələri idi. Qardaşlıq cəmiyyətinin əsas özəyini təbiətşünas alim V.İ. Vernadski, filoloq D. İ. Şaxovskoy, tarixçi İ.M. Qrevs, hüquqşünas A.A. Kornilov, klassika üzrə filoloq S.F.Oldenburq və şərqşünas F.F. Oldenburq təşkil edirdilər. Əslində, ümumi maraqları olan idealist tələbələr tərəfindən qurulan “Priyutin qardaşlığı” (“Sığınacaq qardaşlığı”) ruh, dünyagörüşü və ailə bağları ilə bir-birinə yaxın olan dostlar birliyinə çevrildi. Cəmiyyət, üzvlərin həqiqi mənəvi və iqtisadi dayağı oldu. İvan Mixayloviç Qrevsin tədqiqat fəaliyyəti daha çox orta əsrlərin öyrənilməsi ilə əlaqəli idi. Onun orta əsrlər tədqiqatlar sahəsində fəaliyyəti şərti olaraq iki dövrə bölünür: Bir, keçmiş feodalizm və orta əsrlər cəmiyyətlərinin əsasları və antik sosial-iqtisadi tədqiqatları; ikincisi - Avropa cəmiyyətinin mənəvi həyatının hərtərəfli öyrənilməsi üçün mədəni-tarixi bir məktəbin təşkili. Bununla belə,İ.M.Qrevsin orta əsrlər üzrə məhşur alim kimi tanınmağına baxmayaraq onun əsərlərinin çoxu antik dövr və Bizansşünaslıq tətqiqatlarına həsr edilmişdir. Bu, əsasən Qrevsin yuxarıda adı çəkilən müəllimi V.Q. Vasilevski ilə əlaqədardır. Vasilyevski, keçmişdəki hər hansı bir fenomenin səbəb və yerlərini axtarmağı özündə cəmləşdirən dünya tarixi nöqteyi-nəzər anlayışı ilə əlaqəli tarixi prosesə dair baxışların xüsusiyyətlərini özündə birləşdirirdi..... Tarixin öyrənilməsinə belə bir yanaşma, Qrevsin iş yoldaşları arasında təkamüllü genetik inkişaf, fənlərarası (sosioloji, psixoloji, mədəni, iqtisadi və siyasi yanaşmaların birləşməsi) prinsiplərini cəmiyyətin mədəni və dini tərəfinə müəyyən vurğu ilə yanaşmasını keyfiyyətcə fərqləndirdi.











Şəkil 3. İ.M. Qrevsin şəkli. Sankt-Peterburq İmperator Universitetinin tələbələri ilə birlikdə İtaliyaya qastrol səfərində (Florensiya, 1912)

Ancaq İ.M. Qrevs üçün ən cəlbedici və prioritet ilk olaraq özünün perspektivli tədqiqatçı alim, maarif və pedaqoji fəaliyyəti olmuşdur.Tarixşünaslar hesab edirlər ki, onun elm aləmində daha çox tanınmasına əngəl olan İ.M. Qrevsin özünü tamamilə elmə həsr etməsi və prinsipiallığı olmuşdur (P.S. Bax bununla bir tarixçi kimi mən də razıyam). Buna görə də elmlə məşğul olmağa davam etməsinə və hətta orta əsrlər tədqiqat məktəbinə rəhbərlik etməsinə baxmayaraq, alim bəzi mülahizələrə görə daha çox nəzəriyyəçi, metodist və məsləhətçi olmuşdur (Lap mənim kimi)  .

Pedaqogika sahəsində isə İ.M. Qrevs özünü tam göstərə bilmişdi. Müasir təhsildə tədris metodların yaradıcılarından biri kimi, təhsildə fəallıq tərəfdarı, seminar sisteminin təşkilatçısı, tədris prosesində elmin populyarlaşdırıcısı, ali məktəblərdə muxtariyyət tərəfdarı və ekskursiya metodunun “qurucu atası”, “yenilikçi müəllim” “elmlər müəllimi” adını qazanmışdır. 1923-cü ildə onun peaqoji fəaliyyətdən uzaqlaşdırılması professor üçün ağır bir zərbə oldu və o dövrün epistolyar materiallarında sübut olunduğu kimi, İ.M. Qrevs “itirilmiş vaxt”a görə təəssüf hissi keçirmişdir.













Şəkil 4. İ.M. Qrevs. Şəkil 1940-cı ildə Puşkin şəhərində çəkilmişdir. Leninqrad Dövlət Universitetinin aspirantı P.P. Semyonovanın çəkdiyi foto.

Lakin, alimin 11 il müəllimlikdən kənarlaşdırılmasına baxmayaraq bu çətin illərini yaşamağa imkan verən tarix elm üçün çoxlu işlər görməsi, yenilikçi kimi müstəqil elmi və praktik istiqmətlərdə fəaliyyət göstərməsi olmuşdur.Yalnız 1934-cü ildə İ.M.Qrevs müvafiq səviyyədə dissertasiya müdafiə etmədən elmlər doktoru adını qazanmış və yenidən Leninqrad Dövlət Universitetində pedaqoji fəaliyyətinə qayıtmışdır. 1936-cı ildə SSRİ Elmlər Akademiyasının Tarix İnstitutu ona Roma torpaqlarına dair dissertasiyasını yenidən nəşr etməyə və Tasit haqqında bioqrafiya yazmağa icazə vermişdir. Tasit haqqında bioqrafiya 1952-ci ildə alman dilinə tərcümə edilmişdir.

QorşkovaY.Q., Şişka Y.A.

Горшкова Ю.Г. , Шишка Е.А.

https://vk.com/uhist - "История Украины"

https://www.facebook.com/groups/899402453852394/

https://vk.com/mongols_and_rus - "Монголы и Русь"

https://www.facebook.com/groups/mongols.and.rus

Məlumat və şəkillər evshishka.livejournal.com saytından götürülmüşdür:

Rus dilində ling: https://evshishka.livejournal.com/8643.html?fbclid=IwAR2Er8AsDMf1rAlXkXexGUIXVX6RYN2x26_8jVUrLuXpWYTRt6R32y9Z0Bk

Rus dilindən Azərbaycan dilinə tərcümə edən Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11№-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi


Hörmətli oxucu! QorşkovaY.Q., Şişka Y.A. tərəfindən rus dilində yazılmış

XIX-XX əsr alimlərindən biri, tarixçi, filoloq, diyarşünas, Sankt - Peterburq İmperator Universitetində orta əsrşünaslıq məktəbinin banisi, müasir şəhərşünaslıq və diyarşünaslıq işlərinin yaradıcılarından biri İvan Mixayloviç Qrevs haqqında yazını oxudum. Yazını oxuyarkən görkəmli Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor, ən sevimli müəllimim və ustadım mərhum Seyidağa Onullahini, onun millət, Vətən təəssübkeşliyini xatırladım. Bütün bunların maraqlı tarixi faktlar olduğunu nəzərə alıb yazını olduğu kimi tərcümə etməyə çalışdım. Əsas yazını dəyişmədən 2 yerdə əlavələr etdim və qırmızı rənglə işarələdim (Əlavə 1, Əlavə 2). İnanıram ki, tarixlə maraqlanan azərbaycanlı oxucular üçün faydalı olacaqdır.

Daha ətraflı məlumat üçün:

http://multiurok.ru/seyyubasadov2/

https://multiurok.ru/seyyubasadov2/files/t-rcum-l-r/

https://sinxronfenler.blogspot.com/



Скачать

© 2020 115 0

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!