СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Особенности куррикулума по литературе

Категория: Литература

Нажмите, чтобы узнать подробности

В статье анализируется особенности куррикулума по литертауре

Просмотр содержимого документа
«Особенности куррикулума по литературе»

3


Ədəbiyyat kurikulumunun xüsusiyyətləri

Bilal Həsənli

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent


Kurikulum təhsilin məzmunu, standartları, təlimin metodları, formaları, qiymətləndirilməsini özünə birləşdirən konseptual sənəddir.

Əvvəlki təhsil sənədlərindən fərqli olaraq kurikulumda dünya standartları əsas ğötürülüb. Ədəbiyyat kyrikulumu üzərində iş zamanı dünya təcrübəsi nəzərə alınıb. Kurikulum təcrübədə yoxlanılaraq cilalanmalıdır. Nəzərə almaq lazımdır ki, Amerika, Avropa məktəblərində təlim standartlarının təcrübədə reallaşdırılması üçün ölkələrində resurslar çoxdur.

Nəticəyönümlülük -Əldə olunması nəzərdə tutulan təlim nailiyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyən edilməsidir

Fənn yönümlü tədris istiqamətindən şəxsiyyətin inkişafı yönümlü tədrisə keçiləcək. Kurikulumda şagirdlərdə idraki, sosial, praktik bacarıqlarının formalaşdırılması məqsədi ön plana çəkilib. Ədəbiyyat fənni bu məqsədə xidmət edir, onun əldə olunması yollarını da göstərir. Ədəbiyyat fənni üzrə kurikulum ədəbiyyatçı yetişdirmək niyyətini qarşıya qoymur. ......... ədəbiyyat kurikulumunda fənnin fəlsəfəsinə baxış dəyişib. Ədəbiyyat fənni şəxsiyyətin həyati bacarıqlarının formalaşdırılmasına istiqamətlənib. Məzmun ciddi dəqiqləşdirmələr aparılsa da, kəskin şəkildə dəyişmir, lakin onun təqdiminə, verilməsinə baxış başqadır. Müəllimə bu barədə izahat verilməlidir.

Şəxsiyyətin .keyfiyyətlərinin formalaşdırılması üçün “Ədəbiyyat və həyat həqiqətləri”, “Şifahi nitq”, “Yazılı nitq” məzmun xətlərini müəyyən fəaliyyət standartları ilə ( problemi həlletmə, mühakimə yürütmə, təqdimetmə və s. bacarıqlar) kəsişdirilməli və bu, müəllimin fəaliyyətində öz əksini tapmalıdır. Biz yalnız bu fəaliyyət standartlarını məzmun xətləri ilə kəsişdirməklə şəxsiyyətyönümlü təlimi təşkil edə bilərik.

Bu məsələdə hazır reseptlər yoxdur. Çünki ədəbiyyat kurikulumu dünya təcrübəsindən bəhrələnməklə yaradılmış milli kurikulumdur. Onun tətbiqinin nəticəsi haqqında indidən fikir söyləmək çətindir. Bir neçə illik təcrübənin olması zəruridir. Ən dəqiq nəticə 11 ildən sonra bilinəcək.

Kurikulumun qarşıya qoyduğu məqsədləri, müəyyənləşdirdiyi standartları metodik tövsiyələrdən bəhrələnərək müəllim reallaşdırmalıdır. Ədəbiyyat dərsliyi bu mənada bütün bu məsələləri aydınlaşdırmalı, izah etməli, müxtəlif variantlarda nümunələr vasitəsilə yol göstərməlidir. Kurikulum istiqamət verir, dərslik müəllifləri gərək nəzərə alsın.

Kurikulumda qarşıya qoyulan məqsəd və vəzifələri, əsas və alt standartları dərslik müəllifləri nəzərə alaraq standartların həyata keçirilməsini reallaşdırmalıdır. Bu məqsədlə kurikulumda dərslik, şagird üçün iş dəftəri, müəllim üçün metodik vəsaitdən ibarət üçlüyün yaradılmasını nəzərdə tutulur.

İkinci dərəcəli, o qədər də əhəmiyyətli olmayan məsələlər kurrikulumdan çıxarılıb. Müəlliflər kurikulum üzrə digər fənlərin dərsliklərinin məktəb praktikasında tətbiqi təcrübəsini nəzərə alıb mövzuların çoxluğundan imtina etmişlər. Şagirdi bu gün və sabah fəaliyyətə hazırlayan məsələlər əsas götürülüb. Yəni öyrədilənlər tətbiqi əhəmiyyətə malikdir.

Ağır materiallarla şagirdi əzməməyə, yüngül materiallarla savadsız qoymamağa çalışılıb. Hər bir sinifdə şagird gücçatan səviyyədə bilik almalı, tətbiq etməyi bacarmalıdır.Nəzərə almaq lazımdır ki, həddindən artıq bilik vermək vəzifəsi arxa plana keçir.

Material elə seçilir, bilik elə verilir ki, şagird düşünsün, inkişaf etsin. Şagird nümunə gətirməyi, fikir söyləməyi, sübut etməyi, mübahisə etməyi, müxalif fikrə münasibət bildirməyi bacarmalı, özünü şəxsiyyət kimi təsdiq etməlidir.

Kurikulumun tətbiqində çətinliklər:

  • kurikulumu müəllimi bir həftə kursa cəlb etməklə tətbiq etmək düzgündürmü?

  • Resurslar, mənbələr olmadan kurikulum uğur gətirə bilməz.

  • Kurikulum ali məktəbə nüfuz etməlidir.

  • Müəllim kurikulumun mahiyyətini başa düşmür, metodik vəsaitdə yazılanları ehkam kimi qəbul edir. Kurikulum üzrə dərsliklər materialların çoxluğuna görə tənqid olunur. Bu təhlükə ədəbiyyat dərsliklərini də gözləyir.


Скачать

© 2023, 69 0

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!