СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

В статье исследуются методические возможности привития умений выразительного чтения учащимся на уроках литературы

Категория: Литература

Нажмите, чтобы узнать подробности

В статье исследуется методические возможности привития умений выразительного чтения учащимся на уроках литературы.

Просмотр содержимого документа
«В статье исследуются методические возможности привития умений выразительного чтения учащимся на уроках литературы»

ƏDƏBİYYAT DƏRSLƏRİNDƏ ŞAGİRDLƏRƏ İFADƏLİ OXU BACARIQLARININ AŞILANMASI

Bilal Həsənov

ADPU-nun ədəbiyyat və onun tədrisi metodikası kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru, Əməkdar müəllim


Məlumdur ki, Azərbaycan dilinin bədii, obrazlı-emosional ifadə imkanları, leksik və frazeoloji əlvanlığı, üslubi çalarları söz sənə­tinin kamil nümunələrində öz əksini tapır. Təsadüfi deyil ki, Azər­baycan ədəbi dili tarixində bədii üslub həmişə aparıcı olmuş, müəy­yən mərhələlərdə bütövlükdə ədəbi dili təmsil etmişdir. Bədii əsərin dili müasir xalq danışıq dilinin ən yaxşı keyfiyyətlərinin ifadəçisi ol­duğu üçün onun öyrənilməsi şagirdə öz fikir və hislərini daha tutarlı ifadə etmək imkanı verir. Bədii ədəbiyyatda şagird dildən istifadənin müxtəlif imkanlarını əyani şəkildə görür, bu da onun nitqinin inkişafına təsirsiz qalmır.

Bədii əsərlərin məzmun və forma vəhdətində öyrənilməsi ədəbiyyat dərslərində qarşıya qoyulan mühüm vəzifələrdəndir.Bu metodik problemin həllində ifadəli oxu mühüm rol oynayır. Hələ XIV əsrdə İmaddin Nəsimi diqqəti nitqin məntiqli olmasının əhəmiyyətinə, nitqin məntiqini anlamaqla gizli mətləbləri dərk etməyin mümkünlüyünə cəlb edərək yazırdı:

Elmi-hikmətdən bilirsən, bir bəri gəl, ey həkim,

Sən Nəsimi məntiqindən dinlə Fəzlullahı gör.

Məlum məsələdir ki, əsərin bədii dilini qavramayan, ordakı gözəlliyi, sənətkarlığı dərk etməyən şagird onun ideya-məzmunundan da baş çıxarmayacaqdır. Mətndəki fikrin ifadəli oxu vasitəsilə çatdırılmasının əsasında ifaçının oxuduqları ilə bağlı düşüncələri, hisləri, məramı dayanır. Şagirdlərdə bədii əsərin ideya- məzmunu barədə aydın, dolğun təsəəvvür yaratmaq üçün mətn maraqlı, cəlbedici, tərbiyəvi baxımdan əhəmiyyətli olmalıdır. Oxucu əsəri, duyaraq, düşünərək oxumağı bacarmalıdır.

İfadəli oxu vasitəsilə ədəbiyyatşünaslıq məsələlərinin, bir sıra ədəbi-nəzəri anlayışların mənimsədilməsi təmin edilir. Əsərdəki fonetik, leksik, qrammatik səviyyədə obrazlılıq, poetik sintaksis, heca, əruz, sərbəst vəzn, satira, yumor, mübaliğə, kinayə, bədii sual, mətnaltı məna kimi sənətkarlıq məsələlərinin öyrədilməsində ifadəli oxunun əhəmiyyəti böyükdür.

Məsələn, M.Ə.Sabirin “Doğrudan da, Məmdəli, qeyrət həlal olsun sənə!” satirasının ifadəli oxusu kinayə, sarkazm haqqında nəzəri məlumatın dərindən mənimsənilməsi, nəticə etibarilə əsərin ideyasının şagird tərəfindən dərindən başa düşülməsi üçün ifadəli oxu əvəzsiz vasitədir.

Doğrudan da, Məmdəli, qeyrət həlal olsun sənə!

Baği-şəhdə etdiyin işrət həlal olsun sənə!

Əhlinə şah olduğun dövlət həlal olsun sənə!

Verdiyin məşruteyi-millət həlal olsun sənə!

Və ya kefli İsgəndərin Şeyx Nəsrullahla ilk dialoqunun ifadəli oxusu hər iki obrazın xarakteri, kinayə ilə bağlı bilikləri daha da dərinləşdirir. [1, s.28.]

Tədqiqatlar göstərir ki, ifadəli oxu hər təlim pilləsində şagirdin onun üçün gücçatan səviyyədə olan bədii əsəri yaradıcı mənimsəməsini tələb edir. Bu prosesdə şagirddə bədii əsərin dil xüsusiyyətlərinin müəyyən yozumu yaranır, müəllifin təsvir etdikləri başa düşülür, mətndəki sözlərin məzmunun emosional çatdırılmasında ( obrazın göz önündə canlandırılması, müəllif niyyətinin, hiss-həyəcanların dinləyiciyə ötürülməsi) əhəmiyyəti dərk edilir. Bədii mətnin yaradıcı mənimsənilməsi ifadəli oxu üçün seçilmiş əsərin dil xüsusiyyətlərinin ifaçılıq təhlili vasitəsilə təmin edilir. Bu zaman sözlə təsir etmək üçün zəmin yaradılır, yazılı mətn şifahi nitq vasitəsilə təqdim olunur. Şagird əvvəlcə əsərin yaradıcı yozumuna, sonra isə səslənən sözlə ifadə edilməsinə ( yaradıcı oxuya) istiqamətləndirilir.

Bədii əsərin ideya-bədii məzmununa nüfuz edilməsi, onun dolğun şəkildə qavranılması mürəkkəb, uzun vaxt tələb edən yaradıcı prosesdir. Bu, həm də əsərin problematikasının, müəllifin hiss və düşüncələrinin, ideya, mənəvi, estetik mövqeyinin, dünyagörüşünün, təsvir edilənlərə münasibətinin, bədii dil, üslub xüsusiyyətlərinin dərk edilməsi, təsvir edilənlərin təxəyyüldə canlandırılması ilə sıx bağlıdır.[2, s.8]

Əsərdə təsvir edilən hər hadisənin, söylənilən hər fikrin mənası, mətnin ümumi ideyasının açılmas baxımından rolu, əhəmiyyəti vardır. Sənətkar əsərdə təsvir edilənlərə öz münasibətini heç də həmişə açıq şəkildə, müstəqim mənada işlədilən söz, cümlə vasitəsilə ifadə etmir. Bəzən sənətkarın mövqeyi, hadisəyə, qəhrəmana münasibəti özünü mətnaltı mənada, bütöv mətnin məzmununda, üslubunda biruzə verir.

İfadəli oxu şagirdi emosional baxımdan zənginləşdirməklə yanaşı, sənətkarın hiss və düşüncələrini, məramını başa düşməyi, yaradıcı əməyin məhsulu olan mətnə dəyər verməyi, oradakı bədii dil gözəlliyini görməyi, qiymətləndirməyi öyrədir.


Гасанлы Б.А.

Привитие умений выразительного чтения учащимся на уроках литературы

Резюме

В статье исследуются методические возможности выразительного чтения в изучении особенностей художественного языка литературных произведений . Отмечается важность анализа произведений в единстве содержания и формы и роль выразительного чтения в этом процессе. Опыт показывает, что анализ художественных особенностей литературных произведений с использованием выразительного чтения способствует литературному развитию учащихся.


Hasanli B.A.

The role of expressive reading in the study of the features of the artistic language of literary works

Resume

The article examines the methodological possibilities of expressive reading in the study of the features of the artistic language of literary works. The importance of the analysis of works in the unity of content and form and the role of expressive reading in this process are noted. Experience shows that the analysis of the artistic features of literary works using expressive reading contributes to the literary development of students.

Ədəbiyyat

  1. Həsənli B., Abdullazadə N. İfadəli oxu. Bakı:Müəllim, 2015.

  2. Соловьева Н.M., Завадская Т.Ф. Выразительное чтение в 4-8 классах.М.:Просвещение, 1983.







Скачать

© 2022, 52 0

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!