СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Возможности организации инклюзивного образования в школе

Категория: Литература

Нажмите, чтобы узнать подробности

В статье  раскрывается пути творческой организации инклюзивного образования в школе

Просмотр содержимого документа
«Возможности организации инклюзивного образования в школе»

Həsənli Bilal Ağabala oğlu

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent, əməkdar müəllim

İNKLÜZİV TƏHSİLİN TƏŞKİLİNƏ YARADICI YANAŞMA İMKANLARI

Açar sözlər: təlim, şagird, müəllim, strategiya, təhsil, inlüzivlik

Ключевые слова: обучение, ученик, учитель, стратегия, образование, инклюзия

Key words: training, student, teacher, strategy, education, inclusion,

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında müasir tələblərə uyğun və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması mühüm istiqamət kimi nəzərdə tuulmuşdur. Bu istiqamət təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasına uyğun infrastrukturun yaradılması, təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması, distant təhsil, istedadlı və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təhsil və inkişaf, yaşlıların təhsili, peşə-ixtisas və təhsil məsələləri üzrə məsləhət xidmətləri göstərən regional universal mərkəzlərin, müasir təminatlı peşə-tədris mərkəzlərinin və komplekslərinin qurulması, kampusların yaradılması kimi tədbirləri ehtiva edir.

Strategiyada xüsusi qayğıya ehtiyacı olan uşaqların həyata, təhsil mühitinə inteqrasiyasını təmin edən inklüziv təlim metodologiyasının yaradılması, onların təhsili və sosial adaptasiyası üçün imkanların təmin edilməsi məqsədi ilə optimal inklüziv təhsil modellərinin tətbiq edilməsi, məktəbəqədər və ümumi təhsil müəssisələri təhsilverənlərinin inklüziv təhsil üzrə məqsədli əlavə təhsilinin təmin edilməsi başılıca hədəf kimi göstərilmişdir.

Aparılmış tədqiqatlarda müəllimlərin inklüziv təhsil şəraitində uğurlu fəaliyyəti üçün səriştəliliyinin əsas xüsusiyyətlıri müəyyənləşdirilmişdir: Monitorinq , diaqnostik, məzmun baxımından, proqnozlaşdırmaq, layihələndirmək, kommunikativ, konfliktoloji, tədqiqatçılıq.

Bundan əlavə, inklüziv təhsil şəraitində uşaqlarla işin texnologiyası, metodikası üzrə bacarıqlara yiyələnməsinin zəruriliyi xüsusi qeyd edilir.

İnklüziv təhsil aşağıdakı prinsiplərə söykənir:

  • Demokratikləşdirmə -təhsildə maraqlı olan tərəflərin, dövlət strukturluğun, ictimaiyyətin təhsil prosesində fəal iştirakı, tədris müəssisələrində şəffaflığın təmin edilməsi.

  • Humanistləşdirmə - şagirdə münasibətin dəyişdirilməsinin, onun maraqlarının önə çəkilməsinin, humanist şəxsiyyət kimi formalaşmasının, əqli və fiziki imkanlarından, qabiliyyətindən asılı olmayaraq şəxsiyyətinə hörmətlə yanaşılmasının, istedad və bacarığının üzə çıxarılması və inkişafına şərait yaradılması.

  • Humanitarlaşdırma - təhsilin məzmununa yeni baxış, tədris edilən fənlərdə bəşəri dəyərlərə geniş yer verilməsi, milli-mədəni, tarixi dəyərləri dərindən öyrənməklə dünyəvi dəyərlərdən bəhrələnməyin əsas götürülməsi, bunların şəxsiyyətin inkişafının vacib şərti hesab edilməsi.

  • Differensiallaşdırma dedikdə hər bir şagirdin fərdi xüsusiyyəti və imkanlarının nəzərə alınması.

  • Fərdiləşdirmə - ayrıca götürülmüş hər bir fərdin şəxsi maraq və arzularının, tələbatlarının əsas götürülməsi.

Sağlamlıq imkanları məhdud olan uşaqların təhsilini müasir tələblər səviyyəsində təşkil etmək üçün bir sıra problemləri, o cümlədən təhsil sisteminin təkmilləşdirilməsi problemi həll olunmalıdır. Təlimdə çətinlik çəkən şagirdlərlə səmərəli işləmək üçün müəllim korreksiyaedici pedaqoji fəaliyyətə hazır olmalıdır.

İnklüziv təhsil sağlamlıq imkanları məhdud olan uşaqların məktəb təlim-tərbiyə sisteminə daxil edilməsinə, uşaqların tam sosiallaşmasına, sosial mühitə daxil olmasına imkan yaradır.

  1. Şagirdlərə tolerantlıq, dözümlülük, hörmətin zəruriliyi haqqında danışmaqla yanaşı, bunun gündəlik həyatda, qarşılıqlı münasibətlərdə tətbiqi yolları işdə, əməldə göstərilməlidir.

  2. Nəzərə almaq lazımdır ki, sinifdə ən çoxu 4 sağlamlıq imkanları məhdud uşağın olması daha məqsədəuyğundur.

  3. Sağlamlıq imkanları məhdud olan uşaqların sinif kollektivinə uyğunlaşması prosesi daim diqqət mərkəzində

saxlanılmalıdır.

  1. Sağlamlıq imkanları məhdud olan uşaqlara dəstək olmaq, onlara həssas, dözümlü münasibəti nəzərdə tutan, mərhəmətə əsaslanan dəyərlər formalaşdırılmalıdır.

  2. Ümumi həyəcanlar, iztrablar insanları bir-birinə yaxınlaşdırır. İnklüziv mühitdə mənəvi tərbiyə bu zəmində aparılmalıdır.

  3. Ünsiyyət və fəaliyyət inklüziv mühit yaratmaq üçün 2 təməldir.

  4. Sağlamlıq imkanları məhdud olan uşaqların istedadını üzə çıxarmaq üçün məqsədyönlü, ardıcıl, sistemli iş aparılmalıdır. Bu baxımdan diaqnostik qiymətləndirmənin imkanlarından düzgün istifadə olunmalı, gizli qalan xüsusiyyətlər, bacarıqlar aşkara çıxarılmalıdır. Şagirdlərin potensial imkanlarının reallaşdırılması üçün dərslə yanaşı, sinifdənxaric işə geniş yer verilməlidir.

  5. İnklüziv təhsil yeni proqram, dərslik, dərs vəsaitləri, müəllim hazırlığına yeni yanaşma tələb edir.

Müsbət haldır ki, kurikulum üzrə ədəbiyyat dərsliklərinin tərtibi zamanı inklüzivliyin təmin olunması, potensial imkanları, qavrama səviyyəsindən asılı olmayaraq, bütün şagirdlərə diferensial yanaşmanın təmin edilməsi və onların təlim maraqlarının təmin olunması mühüm pedaqoji prinsip kimi gözlənilir. Müəllim üçün metodik vəsaitdə qeyd edilir ki, dərsliyin metodik sistemindən istifadə məsələsinə yaradıcı yanaşılmalı, nəyin bahasına olursa-olsun dərslikdəki bütün sual və tapşırıqlar üzrə iş aparılması məqsədi qarşıya qoyulmamalıdır. Müəllim dərs üçün müəyyənləşdirdiyi təlim məqsədlərindən, konkret sinfin şagirdlərinin hazırlıq səviyyəsindən çıxış edərək əsərin məzmununun öyrənilməsi, təhlili zamanı dərslikdəki hansı sual və tapşırıqlardan istifadə edəcəyini dəqiqləşdirməli, lazım gələrsə, ixtisarlar aparmalı, əlavələr etməlidir.

Ədəbiyyat

  1. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası. “Azərbaycan müəllimi” qəzeti, 25 oktyabr 2013 N41 (8558).

  2. Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün ədəbiyyat fənni kurikulumu. V-XI siniflər. (Təlim Azərbaycan dilində olan məktəblər üçün) “Azərbaycan müəllimi” qəzeti, 24 dek. 2010 N 50.

  3. Hüseynoğlu S., Həsənli B., Məmmədova S., Mustafayeva A. Ədəbiyyat. VII sinif üçün dərslik. Bakı:Bakınəşr, 2014.

208 s.

  1. Həsənli B., Hüseynoğlu S., Məmmədova S., Mustafayeva A. Ədəbiyyat. VII sinif . Müəllim üçün metodik vəsait. Bakı:Bakınəşr, 2014. 208 s.

5.

Resume

B.A.Hasanli

Creative approach to inclusive education

The article analyzes the possibilities of a creative approach to the organization of inclusive

education. Notes the importance of a differentiated approach, the use of individual tasks in learning, taking into account a number of other important factors to ensure the effectiveness of inclusive education.


Скачать

© 2022, 112 0

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!