СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Возможности творческого подхода изучению художественных произведений на уроках литературы

Категория: Литература

Нажмите, чтобы узнать подробности

В статье  анализируется возможности творческого подхода изучению художественных произведений на у роках литературы

Просмотр содержимого документа
«Возможности творческого подхода изучению художественных произведений на уроках литературы»

2


X-XI SİNİFLƏRDƏ ƏDƏBİYYAT DƏRSLƏRİNDƏ BƏDİİ ƏSƏRLƏRİN ÖYRƏNİLMƏSİNƏ YARADICI YANAŞMA İMKANLARI

BİLAL HƏSƏNLİ

ADPU-nun dosenti, pedaqogika üzrə fəlsəfə doktoru, əməkdar müəllim

[email protected]

Açar sözlər: yaradıcı yanaşma, standart, ədəbiyyat, dərs, müəllim, şagird, strategiya, təlim, təhsil, tədris, interaktiv

Ключевые слова: творческий подход, стандарт, литературa, урок, учитель, ученик, стратегия, обучение, образование, преподавание, интерактивный

Key words: creative approach, standard, literature, lesson, teacher, student, strategy, training, education, teaching, interactive


Bədii əsərlərin öyrənilməsinə yeni yanaşma müasir mərhələdə kurkulum üzrə ədəbiyyat dərslərinə verilən başlıca tələblərdəndir. “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategi­ya­sı”nda qarşıya qoyulan hədəflər şagirdlərin ədəbi təhsili, tərbiyəsi, inkişafına yeni yanaşmanı zəruri edir. Bu mühüm dövlət sənədində şagirdlərin ədəbi təhsilinin məzmununda nəzəri biliklərlə yanaşı, praktik bilik və bacarıqların vacibliyi, mənimsənilənlərin konkret fəaliyyətin nəticəsinə çevrilməsinin təmin edilməsi ön plana çəkilmişdir.

Ədəbiyyat fənn kurikulumunda təlimin praktik istiqamətinin gücləndirilməsi ön plana çəkilmiş, şagirdlərdə şagirdlərdə bədii əsəri oxumaq, qavramaq, təhlil etmək və s. həyati bacarıqların formalaşdırılması mühüm vəzifə kimi qarşıya qoyulmuşdur. Yeni biliklərin mənimsənilməsində fəallıq, müstəqillik göstərilməsi, biliyi yeni situasiyada tətbiq etmək bacarığının formalaşdırılması nəticə etibarilə şagirdin yaradıcılıq imkanlarının aşkara çıxarılmasına və inkişaf etdirilməsinə zəmin yaradır.

Ədəbiyyat fənn kurikulumunda ümumi və tam orta təhsil pillələrində şagirdlərin hansı bilik və bacarıqlara yiyələnməli olduğu dəqiq göstərilmişdir. Şagirdlərin bacarıqlarına verilən tələblər standartlar şəklində siniflər üzrə dəqiqləşdirilmiş, ədəbiyyat və həyat həqiqətləri (bədii əsərin məzmununun qavranılması, təhlili), şifahi və yazılı nitqin inkişafı məzmun xətləri üzrə yerləşdirilmişdir. Məzmun standartlarına uyğun olaraq, bacarıqlar sinifdən-sinfə keçdikcə yeni, daha mürəkkəb ədəbi- bədii materiallar üzərində tətbiq edilərək dərinləşdirilir.

Tam orta təhsil səviyyəsində (X-XI siniflər) şagirdlərdə ədəbi-bədii nümunələr üzərində araşdırmalar aparmaq, ədəbi əsərin məzmununa və ideyasına onun yarandığı dövrdə mövcud olan ictimai-siyasi və əxlaqi-etik dəyərlər kontekstində qiymət vermək, ədəbi nailiyyətlərə münasibət bildirmək, mənbələr üzərində işləyərək görkəmli ədəbi şəxsiyyətlər, ədəbiyyat və mədəniyyət sahəsindəki nailiyyətlər barədə materiallar toplamaq, müxtəlif ədəbi mövzularda təqdimatlar hazırlamaq bacarıqlarının formalaşdırılması tələbi kurikulumun 1.2.4., 2.1.1., 2.2.1.,3.1.1.,31.2. standartlarında öz əksini tapmışdır.

Ədəbiyyat və həyat həqiqətləri məzmun xətti üzrə standartlar ədəbi nümunələrin öyrənilməsi, müxtəlif informasiya mənbələrindən seçilmiş materialların mövzu, ideya, dil və üslub xüsusiyyətləri baxımından dəyərləndirilməsinə imkan yaradır, informasiyaların faktlara əsaslanmaqla tənqidi araşdırılmasını təmin edir, müxtəlif ədəbi növlərdə və janrlarda olan əsərlərdəki problem və konfliktlərin, ictimai-siyasi həyatdakı mühüm hadisələrin ümumbəşəri və milli-mənəvi dəyərlər baxımından qiymətləndirilməsi üçün əsas olur. Şifahi nitq məzmun xətti ədəbi əsərlərin məzmun və ideyası ilə bağlı fakt və hadisələrə əsaslandırılmış münasibət bildirilməsini, bədii-obrazlı ifadələrdən istifadə olunmasını təmin edir, müxtəlif mənbələrdən toplanmış materiallara əsaslanmaqla müzakirələrdə ədəbi nailiyyətlərə müstəqil münasibət bildirilməsinə imkan yaradır. Yazılı nitq məzmun xətti müxtəlif üslublarda yazıların yazılmasını, görkəmli ədəbi şəxsiyyətlər, ədəbiyyat və mədəniyyət sahəsindəki nailiyyətlər barədə təqdimatların hazırlanmasını təmin edir.

Ədəbiyyat təlimində fəndaxili, fənlərarası və fənlərüstü inteqrasiya şa­gird­­lərin öyrənilən mövzu, problem üzrə bilik və bacarıqlarının əlaqələndirilməsini nəzərdə tutur. Kurikulumdakı standartların inteqrativ səciyyəsi dərsliklərdəki təlim materiallarında, sual və tapşırıqlar sistemində də öz əksini tapır. Əvvəlki biliklərdən inteqrativ zəmində yeni situasiyada istifadə mövzunun dərindən qavranılmasına, şagirdlərin fəallıq və müstəqilliyinə zəmin yaradır.

Məktəb təcrübəsinin öyrənilməsi, eləcə də dərsliklərin ictimai müzakirəsinin nəticələrinin təhlili göstərir ki, tam orta təhsil pilləsi üçün dərsliklərdəki yeni yanaşmaların mahiyyəti, təlim yükünün azaldılması, interaktiv təlim, İKT-nin tətbiqi üçün geniş imkanlar yaradılması, bədii mətnlərin bilavasitə dərsliyə daxil edilməsi, yeni tipli sual və tapşırıqlar sistemi ədəbiyyat müəllimlərimizin böyük əksəriyyəti tərəfindən müsbət dəyərləndirilir. Yaradıcı müəllimlər dərslikdəki ikinci dərəcəli faktların, yaddaşa əsaslanan məlumatların azaldılmasını, şagirdin tədqiqatçılığa, müxtəlif mənbələr üzrə araşdırmalara cəlb edilməsini, bilavasitə bədii mətn üzrə müzakirəyə üstünlük verilməsini dərsliklərin mühüm məziyyəti kimi qeyd edirlər.

Bununla yanaşı, hələ də kurikulumun tələblərini qəbul etməyən, yaddaş məktəbinin, lüzumsuz informasiya ilə həddindən artıq yüklənmiş dərsliklərin təsirindən çıxmayan, dərsi müzakirə, diskussiya meydanına deyil, “dərslikdə yazılanları əzbərləməyənlərin mühakimə prosesinə” çevirmək adətinə sadiq qalanlartın əsassız iradları da ara-sıra eşidilir. Nəzərə almaq lazımdır ki, yeni yanaşmanı əks etdirən dərsliyin metodik konsepsiyasının bəzi müəllimlər tərəfindən düzgün dərk edilməsi üçün də müəyyən zamana ehtiyac vardır. Müəllim kurikulumun mahiyyətini dərindən dərk etməli, dərs ediyi sinfin, ayrı-ayrı şagirdlərin bilik və bacarıq səviyyəsini nəzərə almalı, metodik vəsaitlərdə yazılanları ehkam kimi qəbul etməməlidir. Hər bir sinifdə şagird gücçatan səviyyədə bilik almalı, mənimsədiyi bilikləri tətbiq etməyi bacarmalıdır.

Fənnyönümlü tədris istiqamətindən şəxsiyyətin inkişafı yönümlü tədrisə keçildiyi üçün kurikulumda şagirdlərdə idraki, sosial, praktik bacarıqların formalaşdırılması məqsədi ön plana çəkilir. Ədəbiyyat fənni bu məqsədə xidmət edir, təlim nəticələrinə nail olunması yollarını göstərir. Ədəbiyyat fənni üzrə kurikulum orta məktəbdə ədəbiyyatçı, filoloq yetişdirmək niyyətini qarşıya qoymur. Belə ki, ədəbiyyat kurikulumunda fənnin fəlsəfəsinə baxış dəyişib. Ədəbiyyat fənni şəxsiyyətin həyati bacarıqlarının formalaşdırılmasına istiqamətlənib. Məzmun ciddi dəqiqləşdirmələr aparılsa da, kəskin şəkildə dəyişmir, lakin onun öyrənilməsinə, təqdiminə baxış başqadır.

Müasir təhsildə həddindən artıq bilik vermək vəzifəsi arxa plana keçir. Kurikulumun qarşıya qoyduğu məqsədləri, bu və ya digər dərs üçün müəyyənləşdirdiyi standartları metodik tövsiyələrdən bəhrələnərək müəllim yaradıcı şəkildə reallaşdırmalıdır. “Ədəbiyyat” dərsliyi, müəllim üçün metodik vəsait bu mənada müxtəlif variantlarda nümunələr vasitəsilə müəllimə yol göstərir.

Bu bir həqiqətdir ki, resurslar, mənbələr olmadan kurikulum üzrə dərsi təşkil etmək, uğur qazanmaq mümkün deyildir. Kurikulumun mühüm tələbi - şagirdin dərsliklə yanaşı, digər mənbələr üzrə araşdırmaya cəlb edilməsi müəllimdən yaradıcı fəaliyyət, şagirdlərin bu istiqamətdə fəaliyyətinin düzgün yönləndirilməsinə ciddi münasibət tələb edir. Bu sahədə mümkün çətinlikləriu aradan qaldırmaq məqsədilə mənbələr - ədəbiyyat dərslərində öyrənilmək və müstəqil mütaliə üçün əsərlər seçilərkən Azər­baycan Respublikası Prezidentinin “Azərbaycan dilində latin qrafikasi ilə kütləvi nəşr­lərin həya­ta  keçirilməsi haqqinda” sərəncamı əsa­sında Azər­baycan dilində latın qrafikası ilə çap oluna­raq məktəb və rayon kitabxanalarına paylanmış kitab­lar əsas götürülmüşdür. Bu, şagirdlərə dərsdə ixtisarla öyrənilən irihəcmli əsərləri bütöv şəkildə mütaliə etmək və həmin kitabların girişində görkəmli ədəbiyyatşünas alimlərin əsərlə bağlı məqalələri ilə tanış olmaq imkanı verir.

X-XI siniflər üçün “Ədəbiyyat” dərslikləri və müəllim üçün metodik vəsaitlərdə şagirdlərin ədəbi nümunələri bədii-emosional və obrazlı qavraması, öyrənilən əsərləri mövzu, janr, problem baxımından müqayisə etməsi, onlara əsaslandırılmış rəy bildirməsi, məzmununa və ideyasına yarandığı dövrdən ictimai-siyasi və əxlaqi-etik dəyərləri kontekstində qiymət verməsi, fərqli mövzular üzrə müvafiq üslublarda yaradıcı xarakterli yazıların icrası diqqət mərkəzində saxlanılmışdır.

Eyni zamanda müəllim və şagirdlərin işini asanlaşdırmaq məqsədilə dərsliklərdə əlavə mənbə kimi müstəqil mütaliə üçün tövsiyə olunan əsərlərin siyahısı, klassik ədəbiyyatımızda işlənən ərəb və fars sözlərinin lüğəti, qısa ədəbiyyatşünaslıq terminləri lüğəti də verilmişdir.

Dərsliklərdə təlim materiallarının monoqrafik və icmal mövzular şəklində qruplaşdırılması yalnız yuxarı siniflərdə ədəbiyyat fənni üçün səciyyəvi olan ənənədən deyil, kurikulumun tələbindən də irəli gəlir. Dövrün sosial-siyasi, ədəbi-mədəni mənzərəsi, söz sənətimizin apa­rıcı nümayəndələrinin yaradıcılığı haqqında şagirdlərdə müəyyən təsəvvür ya­rat­maq, onları monoqrafik mövzuların öyrənilməsinə hazırlamaq məqsədini güdən icmalların istiqamətləndirici mətnlər qismində öyrənilməsi məqsədəuyğun sayılmış, müvafiq məz­mun standartlarının reallaşdırılması nəzərdə tutulmuşdur. İşin bu istiqamətdə qurul­ma­sı təbiidir ki, şagirdlərdən daha çox araşdırma, müstəqillik və məsuliyyət tələb edir. Tədqiqatın bünövrəsi sinifdə qoyulur, əlavə mənbələr üzrə araşdırmaya istiqamət verən yığcam şərhlər dərsliklərdəki istiqamətləndirici mətnlərdə əks etdirilmişdir. Həmin mətnlərin müzakirəsi sinifdə həyata keçirilir, qazanılmış biliklərin dərinləşdirilməsi məqsədilə dərsdən sonra müstəqil araşdırma üçün əlavə mənbələr tövsiyə olunur.

Ədiblərin həyatı, yaradıcılıq yoluna dair yığcam materialın öyrənilməsini müzakirə, debat, fərdi və kiçik qrupların təqdimatları və s. interktiv metodlar zəminində həyata keçirilməsi məqsədəuyğundur. Bütün hallarda şagirdlər dərslikdəki mətnlə məhdudlaşmamalı, mətnkənarı suallar əsasında digər mənbələrdən də (məktəb kitabxanası, internet və s.) faydalanmalıdır.

Klassik ədəbi irsin tədrisində müəllimin bələdçilik fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Bu, ilk növbədə klassik ədəbiyyatımızın mənimsədilməsindəki obyektiv çətinliklərlə bağlıdır. Xüsusən X sinfin dərsliyinə daxil edilmiş mövzuların ədəbiyyatımızın ən qədim dövrlərdən başlayaraq XX əsrə qədərki dövrünü əhatə etməsi, ərəb və fars sözlərinin çoxluğu, sufilik, hürufilik simvolikasını əks etdirən məcazların geniş işlənilməsi və s. çətinliklər təlimin təşkilinə xüsusi yanaşma, müəllimin şərhinə, izahına yer ayrılmasını tələb edir.

Dərsliklə iş zamanı informasiyanın axtarılması və sistem­ləş­di­ril­məsi, konspektləşdirilməsi, ümumiləşdirilməsinə şagirdin müstəqil araşdırıcılıq fəaliyyətinin tərkib hissəsi kimi yanaşılmışdır. Təlim materialları üzrə sual və tapşırıqlar sistemi şagirdləri bərpaedici deyil, yaradıcı fəaliyyətə sövq edir, müstəqil təd­qiqetmə, bədii əsər üzrə ideya və problemlərin ümumiləşdirilməsi və təqdim olunması, müqayisə aparılması, gerçəklikdə baş verən hadisələrin təhlili və qiy­mət­lən­di­ril­mə­sinə dair bacarıqların formalaşdırılmasına imkan yaradır. Sual və tapşırıqlar üzrə iş fərdi, qrup və ya cütlər şəklində araşdırmanı nəzərdə tutur, əməkdaşlıq, ünsiyyət qurmaq, birlikdə qərar qəbul etmək kimi vərdişlərin inkişafına imkan yaradır. Məhz bu zəmində şagirddə müstəqil bilik əldəetmə, əməkdaşlıq, problemi həlletmə, mühakiməyürütmə, əlaqələndirmə, müqayisəetmə bacarıqları formalaşdırılır. Biz yalnız bu fəaliyyət standartlarını məzmun xətləri ilə kəsişdirməklə şəxsiyyətyönümlü təlimi təşkil edə bilərik.

Bədii əsərlərin problemli suallar üzrə müzakirəsi elə təşkil olunmalıdır ki, şagird yazıçının qaldırdığı mənəvi-estetik problemlərə laqeyd qalmasın, müzakirədə fəal iştirak etdin, əsaslandırılmış mövqeyini təqdim etməyi bacarsın. Şagird müzakirə prosesində müxtəlif mənbələrdən nümunə gətirməyi, fikir söyləməyi, sübut etməyi, mübahisə zamanı müxalif fikrə dözümlü münasibət bildirməyi bacarmalıdır. Beləliklə, kurikuluma uyğun olaraq, şagirdi bu gün və sabah yaradıcı fəaliyyətə hazırlayan, həyatda tətbiqi əhəmiyyətə malik məsələlər əsas götürülür.


Гасанлы Б.А.

Возможности творческого подхода к изучению художественной литературы на уроках литературы в Х-ХI классах

Резюме

Определение методических путей творческого подхода к изучению художественных произведений на уроках литературы в Х-ХI классах имеет важное значение для достижения целей поставленных в куррикулуме. В статье исследуются возможности организации исследовательской работы школьников при подготовке к обсуждению литературных произведений на классных занятиях, привлечении их к самостоятельной творческой деятельности. Отмечается важность формирования у учащихся умений использования разных литературных и электронных источников, самостоятельного анализа и оценки художественных текстов.


Resume

B.A.Hasanli

Possibilities of a creative approach to the study of fiction in literature classes in the 10th-11th grades

The definition of methodical ways of the creative approach to the study of works of art in the literature lessons in the 10th-10th classes is important for achieving the goals set in the curriculum. The article explores the possibilities of organizing the research work of schoolchildren in preparation for the discussion of literary works in classroom classes, involving them in independent creative activity.

It is noted the importance of students' ability to use different literary and electronic sources, to independently analyze and evaluate artistic texts.

Ədəbiyyat

  1. Azər­baycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategi­ya­sı.”Azərbaycan müəllimi,”11 sentyabr 2009 N 35 (8348).

  2. S.Əliyev, B.Həsənov, A.Mustafayeva. Ədəbiyyat. X sinif üçün dərslik. Bakı: Müəllim, 2017.208 s.

  3. S.Əliyev, B.Həsənov, A.Mustafayeva. Ədəbiyyat. X sinif. Müəllim üçün metodik vəsait. Bakı: Müəllim, 2017.208 s.

  4. Ümumi təhsilin fənn standartları. (I-XI siniflər). ARTİ-nin nəşri. Bakı, 2012.



Скачать

© 2023, 70 0

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!