СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Zəngəzurda təhsil

Категория: История

Нажмите, чтобы узнать подробности

Zəngəzur Azərbaycanın ən qədim və tarixi torpağıdır. Təhsil bizə bilmədiyimiz maraqlı məlumatları öyrədir.  Təhsil bizdən ayrılmadan həmişə bizi izləyir. Təhsil olan yerdə həm məntiqli düşünə, həm də qarşımıza çıxan çətinliklərin öhdəsindən gələ bilərik.

Просмотр содержимого документа
«Zəngəzurda təhsil»

Seyyub Əsəd oğlu Əsədov, Şirvan şəhər T.Bağırov adına

11№ -li tam orta məktəbin tarix müəllimi,bakalvr,

[email protected], 055-340-86-67; 050-354-82-73

Zəngəzurda təhsil

Açar sözlər: Azərbaycan tarixi, təhsil və mədəni məsələlər, Qədim Azərbaycan torpağı: Zəngəzur, Zəngəzur ziyalıları, erməni vəhşilikləri və dağıdılmış tarixi abidələr.

Key words: history of Azerbaijan, educational and cultural issues,the ancient land of Azerbaijan: Zangezur, Zangezur intellectuals, armenian atrocities and destroyed historical monuments.

Bundan sonra da elə əsərlər yaranmalıdır ki, o əsərlər Ermənistanda yerləşən həmin torpaqların Azərbaycana məxsus olmasını daim, ardıcıl surətdə sübut etsin. Biz gələcək nəsillər üçün yol açmalıyıq (Heydər Əliyev). (M. Urud, 2005: 3).

Zəngəzur Azərbaycanın ən qədim və tarixi torpağıdır. Təhsil bizə bilmədiyimiz maraqlı məlumatları öyrədir. Təhsil bizdən ayrılmadan həmişə bizi izləyir. Təhsil olan yerdə həm məntiqli düşünə, həm də qarşımıza çıxan çətinliklərin öhdəsindən gələ bilərik. Zəngəzur dağlıq ərazi olmasına baxmayaraq, Azərbaycanın elmi, mədəni və dövlətçilik həyatında mühüm yeri olan bölgələrimizdən biridir. Qarabağ, Naxçıvan və Təbriz kimi mədəniyyət mərkəzlərimizin qonşuluğunda yerləşən qədim Zəngəzur diyarı həmişə bu mərkəzlərlə sıx iqtisadi, mədəni və mənəvi əlaqədə olub. Rusiya imperiyasına ilhaq edilənə qədər Zəngəzurda təhsil, məscidlərin yanında fəaliyyət göstərən mədrəsələrdə və evlərdə fərdi ruhanilər tərəfindən həyata keçirilib. İlkin səviyyədə təhsil alıb, oxuma-yazmanı öyrənən gənclərdən imkanları olanlar sonradan öz təhsillərini Təbriz, Ərdəbil, Məşhəd, Nəcəf, Bağdad və Şam kimi şəhərlərin böyük mədrəsələrində davam etdiriblər. Qarabağ xanlığının tarixinə dair ən etibarlı mənbə sayılan üç “Qarabağnamə” dən birinin müəllifi, əslən Zəngəzurun Məmər kəndindən olan Mir Mehdi Xəzani (Qarabağnamələr, 1991:186-202) və görkəmli şair, tarixçi və siyasi xadim Mir Mövsüm Nəvvab ilk təhsillərini Zəngəzurda evdə fərdi təhsil verən din xadimlərindən alıblar. Mir Mehdi Xəzani və Mir Mövsüm Nəvvab uşaq yaşlarından dostluq etmişlər və birlikdə Qafanın Seyidlər kəndində yaşayan Bağdadda mədrəsə bitirmiş Axund Zülfüqardan dərs almışlar. Azərbaycan Rusiyaya ilhaq ediləndən sonra Zəngəzurdan olan bir çox gənclər Tiflis və Gəncə gimnaziyasında, Qori seminariyasında, Sankt- Peterburq, Moskva, Kiyev, Kazan və s. universtetlərində təhsil ala bilmişdilər. AXC-nin qurucularından biri, ilk müdafiə naziri və Qarabağın general qubernatoru olmuş Xosrov bəy Sultanov Kiyev Hərbi Tibb Akademiyasının məzunu idi. Onun böyük qardaşı xalq qəhrəmanı Sultan bəy Sultanov isə Sankt Peterburqda Ali Hərbi Akademiyada təhsil almışdı. AXC maarif və dini etiqad naziri, Kiyev Universitetinin hüquq fakultəsinin məzunu Nurməmməd bəy Şahsuvarov, Kazan Universitetinin məzunu Həşim bəy Hacıyev, SSRi Elmlər Akademiyasinin ilk azərbaycanlı akademiki Əli Əmiraslanov, Ermənistan SSR KP MK-nin yeganə azərbaycanlı katibi olmuş Məmməd Salman oğlu İsgəndərov Zəngəzur təhsilinin yetirmələri olublar. XIX əsrin axırları- XX əsrin əvvəllərində Zəngəzurun bir çox kəndlərində molla məktəbləri ilə yanaşı, ibtidai təhsil verən dünyəvi məktəblər açılmağa başladı. Bu məktəblərdə təhsil adətən biri rus dili olmaqla iki dildə aparılırdı. Bütün Yelizavetpol quberniyasında olduğu kimi, Zəngəzurda da, dünyəvi məktəblərin açılması 1875-ci ildən sonraya təsadüf edir. 1882-ci ildə quberniya ərazisində daha beş dünyəvi məktəb açıldı ki, bunlardan üçü Zəngəzur qəzasının kəndlərində təşkil edilmişdi. Ümumiyyətlə, Yelizavetpol quberniyasında 1901-ci ilədək 28 ibtidai rus-tatar məktəbi fəaliyyət göstərirdi ki, bunun da 12-si Zəngəzurda idi. İşğal dövründə ermənilər Azəbaycan mədəniyyətinə ciddi zərbə vurmuşlar. Mövcud 750-ə yaxın mədəniyyət abidələri, məscid, qəbiristanlıq və 993 təhsil müəssisəsi tamailə dağdılmışdır. 1930-cu ildə isə artıq Zəngəzurda otuz məktəb fəaliyyət göstərirdi ki, onlardan 28-i birinci dərəcəli (dörd sinifli), 2-si isə ikinci dərəcəli (yeddi sinifli) məktəblər idi. Ermənilərin hər cür müqavimət göstərmələrinə, açıq və gizli şəkildə maneçilik törətmələrinə baxmayaraq, ikinci dünya müharibəsindən sonrakı illərdə də Zəngəzur azərbaycanlıları çox mütəşəkkil bir ardıcıllıqla, davamlı bir səylə məktəb və tədris prosesini daim yüksəltmək üçün mübarizə aparmış və bir çox şeyə nail olmuşlar. Sonuncu deportasiya ərəfəsində Zəngəzurda 42 ümumtəhsil Azərbaycan məktəbi olmuşdur. Həmin məktəblərdə çalışan 500-dən çox müəllimin yarısından çoxu ali təhsilli idi, 13 müəllim isə əməkdar müəllim adına layiq görülmüşdür. Məhz bu müəllimlərin ardıcıl fəaliyyətinin nəticəsi idi ki, Sovet dönəmində Zəngəzurdan minlərlə şagird müxtəlif istiqamətli ali təhsil ocaqlarına daxil olmuş və müvəffəqiyyətlə o ali təhsil müəssisələrini bitirmişdilər. Məhz Zəngəzurda aparılan uğurlu tədris prosesinin sayəsində Zəngəzur torpağından 12 akademik, 50-dən çox elmlər doktoru, professor, 200-dən çox elmlər namizədi yetişmişdir. İndi zəngəzurlu ziyalıların sorağı Amerikadan, Almaniyadan, Fransadan, İngiltərədən, Rusiyadan, Türkiyədən, bir sözlə, dünyanın hər yerindən gəlməkdədir. Zəngəzur məktəbləri Azərbaycana yüzlərlə yüksək səviyyəli bilikli və bacarıqlı dövlət və siyasət xadimləri, hökumət təmsilçiləri, alimlər, generallar, döyüşçülər, Milli Qəhrəmanlar, diplomatlar, ictimai fəal insanlar bəxş etmişlər. Xalqın yaddaşı Vətən Azərbaycanı özünə dogma bilənlərdən başlayır. Yalnız onu deyə bilərəm ki, Zəngəzur istedadlı, savadlı, çalışqan və mübariz Azərbaycan türklərinin diyarı olmuşdur və olaraq da qalacaqdır. Zəngəzur Azərbaycandır!

İstifadə olunmuş ədəbiyyat və internet resursları

1.Musa Urud. Zəngəzur. (Elmi-publisistik nəşr) Bakı, 2005

2.Qarabağnamələr (II kitab). Bakı, 1991

3. https://proza.ru/2022/02/21/305

4. https://1905.az/ru/гёйча-зангезур-иреван-исторически/

5. http://wikiredia.ru/wiki/Зангезур

6. https://modern.az/zengezur/365248/zengezurda-tehsil-nece-idi-tarixe-baxis/

7. https://azvision.az/news/291723/-qarabag-ve-serqi-zengezurda-993-tehsil-muessisesi-dagidilib-.html


Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!