СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Dünyada ilk xeyriyyəçi (Mesenat) ?

Нажмите, чтобы узнать подробности

Əminəm ki, hamınız sənətin himayədarları olan,  elmin və incəsənətin inkişafı üçün öz şəxsi vəsaitləri hesabına və öz istəkləri ilə maddi dəstək olan insanlar haqqında məlumatlısınız.

Просмотр содержимого документа
«Dünyada ilk xeyriyyəçi (Mesenat) ?»


Nə üçün insanlar tarixdə ilk xeyriyyəçini sevib və ona izzət göstərmişlər ?

Dünyada ilk xeyriyyəçi (Mesenat)



Əminəm ki, hamınız sənətin himayədarları olan, elmin və incəsənətin inkişafı üçün öz şəxsi vəsaitləri hesabına və öz istəkləri ilə maddi dəstək olan insanlar haqqında məlumatlısınız. Onlar həmçinin müxtəlif fondlar vasitəsilə xəstəxanalara və xəstələrə, kimsəsiz heyvanlara, eləcə də çətin vəziyyətdə olan, qayğıya ehtiyacı olan insanlara yardım göstərirlər. Bəzi insanlarda vardır ki, şou üçün, özlərini yalandan xeyriyyəçi kimi göstərirlər, lakin bunu onların vicdanına buraxaq. Biz heç kimə pis insan adı verməyəcəyik, çünki həqiqətən də mehriban və səxavətli, yaxşı qəlbli insanlar vardır!

İlk xeyriyyəçi

Bilirsinizmi nə üçün himayədarları xeyriyyəçi (mesenat) adlandırmışlar? Bəs ilk xeyriyyəçi kim olmuşdur? Bu barədə öyrənmək maraqlıdır?

İlk xeyriyyəçi təxminən iki min il əvvəl, e.ə. I əsrdə yaşamışdır. Bu xeyriyyəçinin adı Qay Tsilniy Mesenat (daha dəqiq Mekenat) olmuşdur və o, Roma imperatoru Oktavian Avqustun ən yaxın dostu idi. Məhz bu adam öz alicənablığı, qayğıkeşliyi və mehriban ürəyi ilə bütün imperiyada şöhrət qazanmışdı. O, istedadlı şairlərin qayğısına qalır, onların hüquqlarını tez-tez müdafiə edirdi. Qay Tsilniy Mesenat Roma şairi Virgiliyə haqsız olaraq əlindən alınmış mülkü geri qaytarmağa kömək etmişdi. Şair Horatsiyə isə öz mülkünü hədiyyə vermişdi. Mesenatın simasında təkcə şairlər deyil, həm də musiqiçilər, elm adamları, elm və sənətlə əlaqəli digər istedadlı insanlar da özlərinə dəstək tapırdılar.

Həyatları xilas etmək

Mesenat, Oktavian Avqust hələ imperator olmamışdan əvvəl də onun etibar etdiyi nüfuzlu bir şəxs olmuşdur. Qay Tsilniy Mesenat özünü cəsur döyüşçü kimi göstərmiş, bacarıqlı siyasətçi olduğunu sübut etmişdi. Onun fikriləri hətta imperatorun fikri ilə ziddiyyət təşkil etsə belə həmişə imperator üçün əhəmiyyət kəsb edirdi. Lakin Mesenat imperatorla dostluğundan heç vaxt şəxsi maraqları üçün istifadə etməmişdir. Əksinə, Avqustla dostluğu sayəsində o, imperatorun tez-tez qəddarlığa meyil edən emosional qərarlarının qarşısını almışdır. Tarixçi Dion Kassi Mesenat haqqında yazır ki, o, (Mesenat) bir çox ölüm hökmlərinin qarşısını almışdır. “Surge tandem, carnifex! “, tərcüməsi - “Qəssab sənin üçün bəsdir!” Mesenata məxsus bu söz Dion Kassinin əsəri vasitəsilə dövrümüzə gəlib çatmışdır.

Xeyirxah ol

Qay Tsilniy Mesenat 62 yaşında vəfat edib. Lakin o, özündən sonra həmişəlik gözəl bir xatirə buraxdı və elə bir xatirə ki, hətta əsrlər keçsə də, Mesenat adı unudulmur. İlk xeyriyyəçi elə Mesenat olmuşdur! İndinin özündə də insanlara təmənnasız kömək edəndə onun adını çəkməklə fəxr edirlər.


Rus dilindən tərcümə etdi:

Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il),

Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi


Mənbə:

https://pulse.mail.ru/article/za-chto-lyudi-polyubili-i-proslavili-samogo-pervogo-mecenata-v-istorii-2163184822369622622-1240352842786255315/?user_session_id=11520661d27c26&pulse_dobro=1&utm_campaign=main&utm_referrer=https%3A%2F%2Fpulse.mail.ru&utm_source=pulse_mail_ru&utm_content=lenta_main_mail_ru_v1


(P.S. Uca Yaradan yardımlaşmanı əmr edərkən onun əsas cəhətini belə müəyyən etmişdir: “…bir-birinizlə yaxşılıq etmək, pislikdən uzaq durmaq üçün yardımlaşın. Günah işləməkdə və pis əməllər törətməkdə yardımlaşmayın. Allahdan qorxun.”

Peyğəmbərimiz Məhəmməd (s.a.v) çox sevdiyi imam Əliyə belə deyərdi: “Bir mömin qardaşımızın ehtiyacını ödəmək bizim üçün dünya dolusu qızıl və gümüşə sahib olmaqdan daha dəyərlidir”. Bir gün imam Əlinin oğlanları xəstələnmişdilər. O, uşaqları sağalınca üç gün oruc tutmağı niyyət etmişdi. Onlar sağalan kimi imam Əli və xanım Fatimə verdikləri sözə əməl etdilər. İftar vaxtı çatanda bir yoxsul qapını döyüb yardım istədi. İmam Əli ağzına bir tikə qoymadan yeməklərini ona verdi. İkinci axşam da, üçüncü axşam da eyni hadisə təkrar olundu. Üç gün iftarlarını yalnız su ilə açdılar. Bu fədakarlığa görə ayə: “Onlar yeməyə iştahaları olduğu halda yoxsulu, yetim və əsiri doydururlar. “Biz yalnız Allah bizdən razı qalsın deyə yediririk, sizdən də nə bir qarşılıq, nə də bir təşəkkür istəmirik” Qaynaq: https://az.wikipedia.org/wiki/Xeyirxahl%C4%B1q ).






Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!