СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Ədəbiyyat tədrisi metodikasının aktual problemləri

Категория: Всем учителям

Нажмите, чтобы узнать подробности

ƏDƏBİYYAT TƏDRİSİ METODİKASININ

AKTUAL PROBLEMLƏRİ

Yusifov Fəxrəddin Allahverdi oğlu

ADPU-nun filologiya fakültəsi, Bakı şəhəri, Azərbaycan Respublikası

yusifovf56@bk.ru

Açar sözlər: ədəbiyyat tədrisi, səriştə, bacarıq, XXI əsr bacarıqları, innovasiya

Xülasə

Məqalədə tələbələrin peşə hazırlığında önəmli rolu olan ədəbiyyatın tədrisi metodikası kursu beynəlxalq təcrübədə özünü doğruldan məzmun, forma və tədris metodlarından söhbət açılır. Bu kurs gələcəyin müəllimlərini dövrün tələbinə uyğun bilik və bacarıqlara yiyələnməsini təmin etməlidir. XXI sərin bacarıqları, bu bacarıqlara əsaslanan səriştələr, bunların hər ikisinin əlaqəli şəkildə gələcəyin müəllimlərinə çatdırılması qarşıya qoyulan vəzifənin uğurlu həllinə bir zəmin yaradır.  Xatırladılır ki, tələbələrə verilən biliklər məsələn həlli yolu kimi qəbul oluna bilməz. Əsas vəzifə bu biliyi bacarığa çevirmək, öz işinin öhdəsindən düzgün və şərəflə gəlməkdən ibarətdir. Bunun üçün qabaqcıl təlim metodlarından istifadə də diqqət mərkəzində olmalıdır.

Ключевые слова: преподавание литературы, компетентность, навыки, навыки 21 века, инновации  

Резюме

В статье рассматриваются содержание, форма и методы преподавания курса методики преподавания литературы, который играет важную роль в профессиональной подготовке студентов и хорошо зарекомендовал себя в международной практике. Данный курс должен гарантировать, что будущие учителя приобретут знания и навыки, необходимые в наше время. Навыки XXI века, компетенции, основанные на этих навыках, и взаимосвязанная передача их учителям будущего создают основу для успешного решения поставленной задачи. Напоминаем, что знания, предоставляемые студентам, не могут рассматриваться как решение, например. Главная задача — превратить эти знания в умение и выполнять свою работу правильно и с честью. При этом особое внимание следует уделять использованию передовых методов обучения.

Keywords: literature teaching, competence, skills, 21st century skills, innovation

Summary

The article discusses the content, form and teaching methods of the literature teaching methodology course, which plays an important role in the professional training of students, which have proven themselves in international practice. This course should ensure that future teachers acquire knowledge and skills in accordance with the requirements of the time. 21st century skills, the skills based on these skills, and the delivery of both of them to future teachers in a coherent manner create a foundation for the successful solution of the task set. It is recalled that the knowledge given to students cannot be accepted as a solution, for example. The main task is to turn this knowledge into a skill, to cope with one's work correctly and with honor. For this, the use of advanced training methods should also be in the spotlight.

Dövrü pedaqoji mətbuatda Ədəbiyyat tədrisi metodikasının aktual problemlərindən,  ədəbi  təhsilinin inkişaf tendensiyasından danışılanda ilk növbədə Avropa təhsil məkanına inteqrasiya məsələsi göz önünə gəlir. Müasir dünyanın çağırışlarına cavab vermək, bilik iqtisadiyyatını dövrün tələbinə uyğun inkişaf etdirmək baxımından bu kifayət qədər doğru bir yoldur və qabaqcıl təhsil sisteminin çağırışlarına uyğunlaşmaq bu gün daha çox vacibdir. Məhz son onilliklərdə doğma respublikamızda bu sahədə atılan addımları,  müasir tələblərə cavab verən  təhsil infrastrukturunun yaradıldığını, müəllimlərin peşə bacarıqlarının aktual formada saxlanmasına yetirilən diqqəti xatırlatmaq yerinə düşər.

Avropa təhsil məkanının gündəmini zəbt edən bir sıra innovativ pedaqoji yanaşmalar yerli və milli xüsusiyyətlər nəzərə alınmaqla ədəbiyyatın tədrisi metodikası sahəsinə, təhsil məkanımıza daha inamla gətirilməlidir. Mətbuatda gedən yazıların bir çoxunda bu innovasiyalarla   bağlı xeyli maraqlı fikirlər söylənmişdir. Aydın Kazımzadə [6], Hümeyir Əhmədov [1], Müsyib İlyasov [5],  Ənvər Abbasov [13], Bilal Həsənli [9],  Arif Əsədov [12], Nazpəri  Bayramova [11], Sevinc İbadova [10], Yusif Alıyev [3] və b. tədqiqatçılarımızn yazılarında bu məsələyə müxtəlif aspektlərdən toxunulmuşdur. Əksər yazıların məzmunu yenilənmənin nə qədər önəmli olduğunu, qabaqcıl təcrübəni mənimsənilməsini və məktəb təcrübəsinə gətirilməsini bir şərt kimi qarşıya qoyur. Biz bu qabaqcıl təcrübədən necə bəhrələnə bilərik. Əsas məsələ də məhz bu işin tətbiqinin səmərəli yollarına müəyyən etməkdən ibarətdir.

Təbiidir ki, əsas hədəfimiz ədəbiyyatın tədrisi metodikası sahəsində qarşıya qoyulan vəzifələri – dövlətçilik, azərbaycançılıq, milli kimlik, vətənpərvərlik, şəxsiyyətyönümlülük, nəticəyönümlülük, həyati bacarıqların inkişaf etdirilməsi, problemlərin həlli və s.   layiqincə icra etməkdir. Bunlarla yanaşı görüləsi başqa işlər də vardır ki, bu da müəllim hazırlığı işinə XXI əsr bacarıqları və səriştəlilik istiqamətinin gətirilməsidir. Müşahidələr onu göstərir ki,  Avropa  təhsil məkanında XXI əsr bacarıqları, interaktiv və problem əsaslı öyrənmə, müxtəliflik və inklüzivlik, keyfiyyət təminatı, rəqəmsal alətlərin tədris prosesinə inteqrasiyası daim gündəmdə saxlanılan məsələlərdəndir. Burada müəllimlərin peşə bacarıqlarına yiyələnməsi, səriştəsi bir an da olsa diqqətdən kənarda saxlanmır. Deməli, bizdə də bu məsələləri bir qədər də dərinləşdirməyə ciddi ehtiyac vardır. 

Onların məzmununun bir qədər də dərindən öyrədilməsi  tələbə gənclərimizə, onların peşə sirlərinə yiyələnməsi işinə çox böyük töhfələr verə bilər. Ona görə də pedaqogika  və metodika  fənlərinin məzmununda  ilk növbədə bu məsələlər gündəmdə saxlanmalıdır. XXI sər bacarıqlarından söz açılanda onun kompetensiyalarla sıx əlaqələndirilməsinə diqqət yetirilməlidir. Məlumdur ki kompetensiyalar deyəndə  açar, əsas və metakompetensiyalar nəzərdə tutulur və onların bir-biri və XXI əsr bacarıqları ilə qarşılıqlı əlaqəsi vardır. Deməli, ədəbiyyatın tədrisi metodikası kursunun məzmununda bu əlaqələrin əks olunması, onlardan istifadə bacarığı tələbələrimizə aşılanmalıdır.

İkinci bir məsələ kursun məzmununun çatdırılmasında, müvafiq bilik və bacarıqların inkişaf etdirilməsində interaktiv təlim texnologiyalarının imkanlarından səmərəli şəkildə istifadə olunması ilə bağlıdır. Ali təhsil məkanında bu sahədə müəyyən uğurların olmasını qeyd etməklə yanaşı etiraf etməliyik ki, bəzi müəllimlər hələ də innovativ təlim texnologiyalarına biganə qalmaqdadırlar.  Ənənəvi yolu üstün tutan, mühazirənin 80 dəqiqəsinin birini də boşa verməyən, monoloqdan əl çəkməyən, praktik məşğələlərdə tələbəni dərslikdən, onun dediklərindən bir addım da kənara çıxmağa qoymayan müəllimlərlə rastlaşmalı oluruq. Bunun əsas səbəblərindən biri kimi  qabaqcıl təlim texnologiyaları ilə onların kifayət qədər tanış olmaması, onlardan istifadə bacarığına yiyələnməməsidir.

Müşahidələr onu da göstərir ki, nəzəri sahənin mütəxəssisləri səriştəsizlik ucbatından innovativ tədris  metodlarına biganəlik göstərirlər. Avropa təhsil məkanında hazırda dərslərdə tələbələrin aktiv iştirakını təmin edən tələbə mərkəzli təlim metodlarına daha çox üstünlük verilər. Bunların içərisində problem əsaslı öyrənmə, disput mühazirələr, interaktiv təlim texnologiyasından istifadə, debatlar, keys metodu və s. ayrıca qeyd etmək olar.

 Qloballaşma prosesi insanların təfəkkürünün yeni reallıqlara uyğunlaşmasını, geniş miqyaslı informasiyanı təhlil etməklə operativ qərarlar verməyi bacaran yeni nəsil kadrların hazırlanmasını tələb edir. Bu şəraitdə ali təhsil sistemi xüsusi funksiya yerinə yetirir. Belə ki, təhsil siyasəti elə qurulmalıdır ki, informasiya-texnoloji, texniki, mədəni sahələrdə innovasion proseslərin artan sürəti şəraitində düzgün istiqamət götürmək qabiliyyətinə malik olan kreativ düşüncəli mütəxəssislər hazırlana bilsin. [7, s. 95-96]

Eyni yanaşma tərzinin biz bir çox rəsmi sənədlərin məzununda da görürük. Bu deyilənlərdən çıxış etməklə ədəbiyyatın tədrisi sahəsində keyfiyyət təminatını gücləndirmək üçün bir neçə əsas komponenti nəzərə almaq olar. Burada bəzi vacib elementləri sadalamaq yerinə düşər:

  1. Ədəbiyyat müəllimlərinin peşəkar hazırlığı: Müəllimlərin XXI əsr bacarıqlarına, o cümlədən yaradıcı düşüncə, problemlərin həlli və tənqidi yanaşma bacarıqlarına sahib olması vacibdir. Bunun üçün Beynəlxalq təcrübələrdən bəhrələnərək yerli tədris proqramlarına uyğunlaşdırılmış təlimlər təşkil edilə bilər.
  2. Tədris metodlarının müxtəlifliyi: Belə müxtəliflik beynəlxalq təcrübədə sıx-sıx istifadə olunur.  Ədəbiyyatın tədrisi metodikası kursunun  məzmununun interaktiv, debat, disput, problem əsaslı öyrənmə metodlardan istifadəsi yolu ilə tədrisi tələbələrin dərslərə marağını, fəallığını, sərbəst düşünmələrini, müstəqil qərarlar qəbul etməsini, problemləri həll etmə bacarığını inkişaf etdirir. Nəticədə onlar daha səylə  peşə səriştəsinə, bilik və bacarıqlara yiyələnirlər. Mühazirə və  praktik məşğələlərdə müzakirələr,  qrup layihələri, "case study" üsulu kimi metodlarından istifadə tələbələrin fəallığına, öyrənməsinə şüurlu yanaşmağa imkan verir.
  3. Beynəlxalq təcrübələrin öyrənilməsi və  inteqrasiyası qarşımızda duran mühüm vəzifələrindəndir.: Fransanın, Almaniyanın, Finlandiyanın və Polşanın tədris metodlarını araşdıraraq onların uğurlu təcrübələrini yerli sistemlərdə tətbiq etmək keyfiyyətin yüksəlməsinə kömək edə bilər. Bu ölkələrin tədris metodları müxtəlif yanaşmaları ilə seçilir və hər biri özünəməxsus xüsusiyyətlərə malikdir:
  4. Praktiki məşğələlərin artırılması: Müəllimlər üçün təcrübi kursların və tələbələr üçün interaktiv seminarların keçirilməsi praktiki biliklərin inkişafını təmin edə bilər.

Bu komponentlər yerli tədris sisteminin beynəlxalq təcrübələrə uyğunlaşdırılması və ümumi keyfiyyətin yüksəldilməsi üçün bir açar və əsas cəhətlərdir.

Yeni təlim texnologiyalarının ədəbiyyat tədrisi metodikasının tədrisinə gətirilməsi aktuallığını qorumaqdadır. Rəsmi sənəddə bu barədə aydın şəkildə qeyd olunur ki, ikinci strateji istiqamət təhsil sahəsində insan resurslarının müasirləşdirilməsini nəzərdə tutur. Bu istiqamət innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılmasına xidmət edir və özündə təhsilverənlərin peşəkarlığının yüksəldilməsi, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulmasını, təhsilalanların istedadının aşkar olunması və inkişafı ilə bağlı, habelə xüsusi qayğıya ehtiyacı olanlar üçün inklüziv təlim metodologiyasının yaradılmasını ehtiva edir."[2]

Haqlı olaraq göstərilir ki, son 30–40 il ərzindəki elmi-texniki tərəqqi, innovasiyalar və modernləşmə nəticəsində praktiki bilik və vərdişlərlə zənginləşməyən, sırf nəzəri xarakter daşıyan təhsil öz fundamental əhəmiyyətini itirməkdədir. Bu gün  birmənalı olaraq akademik biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştənin vacibliyi önə çəkilir. Deməli, bunun üçün ədəbiyyatın tədrisi metodikası kursu da XXI əsr bacarıqlarını nəzərə almaqla açar, əsas və metakompetensiyanın  məzmununu real şəkildə açmalıdır. Tələbələr səylə peşə səriştəsinə yiyələnməlidir. Məlumdur ki,  səriştə əldə olunmuş bilik və bacarıqları praktiki  fəaliyyətdə effektiv və səmərəli tətbiq etmək qabiliyyətidir. O, şəxsin qazandığı bilik və bacarıqların konkret fəaliyyətin nəticəsinə çevrilməsini təmin edir. Səriştəyə əsaslanan təhsil sosial-iqtisadi inkişafa daha effektli xidmət göstərir." [8, s.4-5] Bu deyilənlər kursun məzmununda öz layiqli yerini tutmalıdır.

Bu gün insanları fərqləndirən əsas keyfiyyət təkcə nələri isə bilməsi  ilə müəyyən olunmur. Dünyanın mötəbər qurumları üstünlük yaradacaq amil kimi nəzəri biliklərdən daha çox  bacarıqların yetərli olmasına diqqət yetirməkdədirlər. Tələbə ədəbi əsər nədir, icmal mövzularının məzmunu və tədrisi əhəmiyyəti nədir, necə tədris olunmalıdır məsələsinin nəzəri cəhətdən mükəmməl bilər, amma onu həyata keçirməkdə çətinlik çəkərsə, bu nəzəri hazırlığın nə kimi faydası ola bilər?   Məhz buna görə də davamlı və sürətli dəyişikliklərin baş verdiyi indiki şəraitdə səriştənin önə çıxarılmasını bir təsadüf saymaq olmaz. 

Son zamanlarda aparılan bir araşdırmaya əsasən müəyyən edilmişdir ki, bugünkü məktəb şagirdlərinin 65%-i hələ icad edilməmiş hansısa işləri görəcəklər. Biz heç vaxt belə bir sürətli dəyişiklik tempi görməmişik. Yeni iqtisadiyyatda yeganə rəqabət üstünlüyü öyrənmə və uyğunlaşma qabiliyyətimizdir ki, bu da bizim bacarıqlarımızı daima təkmilləşdirməyimizi zəruri edir [4].  

21-ci əsrin bacarıqlarının Elm və Təhsil nazirliyinin verdiyi yeni çərçivədə yenilənmiş formada qruplar şəklində belə təsnif olunduğunu da görürük. Birinci qismə öyrənmə, ikincisinə savadlılıq, üçüncüsünə isə həyat bacarıqları adları verilmişdir. Bunların məzmununu bir qədər açaq.

Öyrənmə bacarıqlarına tənqidi və yaradıcı düşüncə, əməkdaşlıq, kommunikasiya,   savadlılıq bacarıqlarına informasiya, media və texnoloji, həyati bacarıqlara çeviklik (yəni təfəkkür çevikliyi, A planı baş tutmayanda dərhal B planına keçmək), təşəbbüskarlıq, sosial bacarıqlar, məhsuldarlıq, liderlik (komandanı məqsədə çatmaq üçün motivasiya etmək, irəli aparmağı bacarmaq) daxildir.

 Biz də əsasən bu bacarıqlar üzərində düşünməli, onların həyata keçirilməsi üzərində işlər görməliyik. Əgər bu bacarıqların məzmunu bizə açılmasa, onun həyata keçirməkdə çətinliklə üzləşməli olarıq.

 İnformasiya savadlılığı informasiyanı – faktları, məlumatları düzgün qavraya bilmək və ondan düzgün istifadə edə bilməkdir, media savadlılığı mediadan düzgün və səmərəli istifadə, etibarlı olub-olmamasına diqqət, ona tənqidi yanaşmaq bacarığı, doğru olub-olmaması haqqında  fikirləşməkdir, texnologiyadan səmərəli və faydalı bir iş üçün istifadə edə bilən insandır. Təşəbbüskarlıq fəaliyyətin daha səmərəli qurulması üçün layihələr, planlar, strategiyalar təklif etmək, yeni fikirlər irəli sürmək bacarığıdır. Məhsuldarlıq zamanı düzgün idarə etmək bacarığıdır. Sənə zəng gəlirsə, telefonu söndürürsən, zamanını başqa şeyə xərcləmirsən, bunu edə bilirsənsə deməli produktivlik bacarığına sahibsən. Digəri sosiallaşmadır. Sosiallaşma  insanlarla mənafe və maraqları baxımından davranışını təmin etməkdir. Bunları konkret həyati misallarla, situasiyalarla şagirdlərin müzakirəsinə təqdim etmək olar.

Deyilənləri ümumiləşdirməyə çalışaq.

Ədəbiyyatın tədrisi metodikası kursu beynəlxalq təcrübədə özünü doğruldan  bilik və bacarıqlarla tələbələrimizi silahlandırmağı bacarmalıdır. Onlara elə biliklər verməlidir ki, o, gələcək peşə fəaliyyətində tədrisin mürəkkəb və çətin gedişinin öhdəsində gələ bilsin, onu düzgün təşkil etsin, vəzifəsinin icrasında, sinfin idarə olunmasında, tədris texnologiyalarından istifadədə həm nəzəri, həm də praktik bilik və bacarıqlara yiyələnsin. Bunun üçün tədrisin modern metodlarından istifadə olunsun, tələbənin peşə bacarıqları işinə şüurlu yanaşması təmin olunsun. Çünki yenilənmə həyatın tələbidir və biz bu tələblərdən kedi qala bilmərik.

İstifadə olunmuş ədəbiyyat:

1. Azərbaycanda elmi-pedaqoji kadr hazırlığının tarixi və müasir vəziyyəti - Azərbaycan məktəbi- elmi-nəzəri pedaqoji jurnal

2. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

3. Azərbaycan təhsilində innovativ yanaşma və üsullar

4.  Bugünkü əmək bazarında sizə lazım olacaq bacarıqlar - Kreativ Azərbaycan

5. 2018-1050.pdf

6. 525-ci qəzet - Elm və təhsilə innovativ yanaşma və innovasiyaların tətbiqi zamanın tələbidir

7. Əhmədov H. Azərbaycanda elmi-pedaqoji kadr hazırlığının tarixi və müasir vəziyyəti, 2021,№3, s. 95-106 Azərbaycanda elmi-pedaqoji kadr hazırlığının tarixi və müasir vəziyyəti - Azərbaycan məktəbi- elmi-nəzəri pedaqoji jurnal

8.  Ədəbiyyatın tədrisi metodikasının tarixi və metodologiyası. Magistratura təhsil səviyyəsi üçün proqram, Bakı: 2021 səh.4-5. ƏTM-in tarixi və metodologiyası (2).pdf

9. ƏTM-in müasir problemləri.pdf

10. Müəllim fəaliyyətinin dəyərləndirilməsi üzrə beynəlxalq modellər və Azərbaycan üçün təkliflər - Azərbaycan məktəbi- elmi-nəzəri pedaqoji jurnal

11.Ümumtəhsil məktəblərində innovasiyaların tətbiqinin əhəmiyyəti - Azərbaycan məktəbi- elmi-nəzəri pedaqoji jurnal

12.Şagirdlərin planetar təfəkkürünün formalaşmasında dünya ədəbiyyatının rolu - Azərbaycan məktəbi- elmi-nəzəri pedaqoji jurnal

13.https://www.anl.az/down/meqale/az_muellimi/2013/aprel/305024.htm