Просмотр содержимого документа
«Допольнение члена предложений»
Fənn: Azərbaycan dili
sinif VIII
Mövzu:
Əlavələr
ƏLAVƏLƏR HAQQINDA NƏLƏRİ BİLMƏLİYİK? 1.Əlavə nədir və onun ifadə vasitələri hansılardır? 2.Əlavənin işlənmə yeri haradır və cümlə üzvündən fərqi nədədir? 3.Əlavələrdə uzlaşma xüsusiyyətləri necədir? 4.Əlavələr izah etdiyi sözə necə bağlanır? 5.Əlavələr hansı cümlə üzvləri ilə daha çox işlənir? 6.Cümlə üzvərindən başqa daha nələrin əlavəsi ola bilir?
NƏLƏRİ BACARMALIYIQ ? 1.Verilmiş mətndə əlavəli cümlələri müəyyən etməyi; 2.Əlavəli cümlədə əlavə və cümlə üzvünü fərqləndirməyi; 3.Əlavələrdə durğu işarəsi və bağlayıcıdan düzgün istifadə etməyi; 4.Cümlə üzvlərinə əlavələr artırmağı; 5.Əlavə ilə təyini fərqləndirməyi; 6.Durğu işarəsinə görə əlavəni müəyyənləşdirməyi.
Nəzəri məlumat: ƏLAVƏLƏR
- 1.ƏLAVƏLƏR-cümlədə özündən əvvəlki üzvün mənasını izah edib konk- retləşdirən söz və ya söz birləşməsidir.
- 2.Əlavə izah etdiyi üzvdən sonra gəlir, müstəqil cümlə üzvü olmur,ancaq bəzən cümlə üzvünü əvəz edib onun yerində işlənə bilir.
- 3.I və II şəxs əvəzlikləri ilə (tək və cəm) ifadə olunmuş mübtədaların əlavəsi xəbərlə uzlaşmır,əlavədən əvvəl və sonra vergül qoyulur.
- 4.Əlavələr izah etdiyi sözdən ,adətən,tire(—),bəzən vergüı( ,) və tabesizlik bağlayıcısı ilə (yəni) ayrılır.
- 5.Əlavələr bütün cümlə üzvləri ilə, daha çox isə tamamlıq və zərfliklərlə işlənir.
- 6.Cümlə üzvlərindən başqa xitabların, III növ təyini söz birləşmələrinin, eləcə də feili birləşmələrin asılı tərəfinin də əlavəsi ola bilir.
NÜMUNƏLƏR
1. Birdən Səid dünyada hamıdan çox sevdiyi varlığı – anasını gördü. (E.Elatlı)
tamamlıq tamamlığın əlavəsi
İlk teatr qədim Yunanıstanda – bu mədəniyyət beşiyində yaranmışdır.
yer zərfliyi yer zərfliyinin əlavəsi
2. Nurlan — qonşumuzun oğlu hərbi xidmətə getdi.(əlavəli cümlə)
Nurlan-mübtəda , qonşumuzun oğlu-mübtədanın əlavəsi
Qonşumuzun oğlu hərbi xidmətə getdi.(əlavəsiz cümlə)
Əlavə mübtədanı əvəz edib.
3. Biz , Azərbaycan əsgərləri, Vətən uğrunda döyüşlərə hazırıq.
Biz hazırıq.(mübtəda xəbərlə şəxsə və kəmiyyətə görə uzlaşıb)
Azərbaycan əsgərləri hazır ıq .(əlavə xəbərlə uzlaşmamışdır)
- 4.Azər — xüsusi liseyin V sinif şagirdi müsabiqənin qalibi oldu.
( — ) tire
Siz , gələcəyin gənc əsgərləri, Vətənin hər qarış torpağı uğrunda mübarizəyə hazır olmalısınız .
( , )-vergül
Təhsilalanlar , yəni siz şagirdlər verilən tapşırıqları məsuliyyətlə yerinə yetirməlisiniz.
( , ) vergül və yəni bağlayıcısı
- 5 . Tamamlığın əlavələri :
Leylanı— sonbeşiyini daha çox əzizləyərdi.
Dərslikdə — riyaziyyat kitabında çətin məsələlər çox idi.
Zərfliyin əlavələri :
Belə — sürətlə qaç!
Sabah— ayın üçü gəl .
Buraya— kəndə qayıt.
Aqşin — Xeybərin dəlisov oğlu, bunlar sənə dərs olmadımı?
Ey Turan, Türk oylağı , sən məni gözlə!
Söz birləşmələrində asılı sözün əlavəsi:
Kamilin— icra başçısının oğlunu öz maşınında diri-diri yandırmışdılar. (IIInöv təyini söz birləşməsinin asılı tərəfinin əlavəsi)
Bakıya— doğma vətəninə qayıdan qəhrəmanı gül-çiçəklə qarşıladılar .(feili sifət təkibinin asılı tərəfinin əlavəsi)
Məktəbə— sinif otağına girəndə təəccübdən yerində donub qaldı. .(feili bağlama təkibinin asılı tərəfinin əlavəsi)
DİQQƏTİNİZƏ GÖRƏ SAĞ OLUN !
Şirvan şəhəri, 1 №li tam orta məktəb-xüsusi lisey
Əliyev
Rəfail
Şıxəli oğlu
Əməkdar müəllim,
«Ən yaxşı müəllim» ,Təhsildə inkişaf və innovasiyalar üzrə
II Qrant müsabiqələrinin qalibi