СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Etnos və etnik mədəniyyət

Категория: Искусство

Нажмите, чтобы узнать подробности

Etnik mədəniyyət hər bir xalqın təşəkkül tarixini əks etdirir. Humanitar elmlər sırasında xüsusi yeri və rolu olan elmlərdən biri də etnoqrafiyadır.

Просмотр содержимого документа
«Etnos və etnik mədəniyyət»

Etnos və etnik mədəniyyət

Etnik mədəniyyət hər bir xalqın təşəkkül tarixini əks etdirir. Humanitar elmlər sırasında xüsusi yeri və rolu olan elmlərdən biri də etnoqrafiyadır. Bu elm sahəsindən bir az xəbəri olanlar bilirlər ki, ən bəsit tərifə əsasən bu elm xalqları, onların adət və ənənələrini, mədəniyyətini öyrənir… Humanitar elmlər sırasında xüsusi yeri və rolu olan elmlərdən biri də etnoqrafiyadır. ..Etnoloqlar qarşısında duran aktual məsələlərdən biri şübhəsiz müasir dünyanın etnik mənzərəsi və bunun ayrı-ayrı insanlar və ümumiyyətlə etnik toplumlar tərəfindən qavranmasıdır. Sirr deyil ki, insanların ətraf mühiti qavramasına təsir edən amillərdən biri etnik mənsubiyyətdir. Bu baxımdan dünyada gedən proseslər (mədəni, iqtisadi, siyasi və s.) müxtəlif etnoslar tərəfindən müxtəlif cür dərk edilir. Dərkedilmənin qanunauyğunluqları nədən ibarətdir? Qeyd olunan müxtəliflik nədən ibarətdir, azərbaycanlılar tərəfindən dünyanın çoxçeşidli etnik, mədəni mənzərəsini qavramasında xüsusiyyətlər nədən ibarətdir kimi suallara cavabların axtarışları yəqin ki, Azərbaycan etnoqraflarının prioritet vəzifələrindəndir.

Etnos (yunanca; “ἔθνος”, azərbaycan dilində “xalq‎”) sözün dar mənasında, nisbətən sabit xüsusiyyətləri olan mədəniyyət və psixikaya malik, habelə öz vəhdətini insanların başqa qruplarından fərqləndirən, bir dildə danışan insanların tarixən yaranmış məcmusudur. Etnos üzvlərinin öz qrup vəhdətini dərk etmələrinə etnik özünü dərketmə deyilir; bunun da zahiri əlaməti özünü adlandırma- etnonimdir. Etnosun sabitliyi bir sıra amillərlə, ilk növbədə endoqamiya ilə bağlıdır. Etnos üçün varislik, fasiləsiz inkişaf, habelə zaman çərçivəsində dəyişmə səciyyəvidir. Bütün bunlara etnik (etnogenetik) proseslər deyilir. Həmin proseslər nəticəsində yeni etnik hala keçid baş verir. Etnik proseslərin içərisində konsolidasiya və assimilyasiya xüsusi yer tutur. Bəzən etnik inkişaf mürəkkəb xarakter daşıyır və bu proseslər eyni vaxtda baş verir. Konsolidasiya bir neçə qohum etnosun böyük bir xalqa çevrilməsinə, ya da sosial - iqtisadı, mədəni inkişaf nəticəsində formalaşmış xalqın daha da mürəkkəbləşməsinə deyilir. Birinci halda bu etnoslar arası, ikinci halda isə etnosdaxili konsolidasiya adlanır. Assimilyasiyanın mahiyyəti ondan ibarətdir ki, bir xalqın müəyyən qrupları bütöv xalq, başqa bir xalqın içərisində yaşayaraq, uzunmüddətli təmas nəticəsində onun mahiyyətini götürür, dilini öz dili sayır və özünün əvvəlki etnik birliyə mənsubiyyətinə qəbul etmir. Milli özünüdərkin dəyişməsi bu prosesin sonu sayılır.

Etnoqrafiya (yunanca: “ethnos”-“xalq, millət”; “qrafiya”-təsvir edirəm” deməkdir) xalqların (etnosların) mənşəyini, məskunlaşmasını, məişət və mədəniyyətini öyrənən bir elm sahəsidir. Maddi və mənəvi mədəniyyətin öyrənilməsi ilə məşğul olan etnoqrafiyanın əsas vəzifəsi keçmişdən başlayaraq müasir dövrümüzədək hər bir xalqın, millətin və etnosun simasını tədqiq etməkdir. Bu həm geridə qalan, həm də inkişaf etmiş mütərəqqi xalqlara eyni səviyyədə şamil edilir. Bu zaman etnoqraf bir xalqı digərindən ayıran xüsusiyyətlərlə yanaşı, onlar üçün müştərək olan keyfiyyətləri də araşdırır. Təbii ki, hər bir xalqın məişət və mədəniyyətinin həm ümumi, həm də səciyyəvi əlamətləri dinamikada- tarixi inkişaf səviyyəsində öyrənilməlidir. Etnos-müəyyən ərazidə tarixən yaranmış obyektiv şəkildə mövcud olan insan birliyidir. Eyni mənşəyə malik olmasına görə müştərək şüura-özünüdərkə, eyni ada, eyni dilə sahib olur. Etnos ancaq ona xarakterik olan psixi və mədəni-məişət əlamətlərinə malik olur. Etnosun yaranma şərti kimi əsasən ərazi və dil müştərəkliyi qəbul edilir. Bəzən etnosun formalaşmasına ora daxil olan insan qruplarının ümumi dinə malik olması və ya irqi nöqteyi-nəzərdən yaxınlığı da əsas olur. Formalaşmış etnos bir sosial orqanizm kimi çıxış edir: daxili nigahlar əsasında yenidən törəyir, dilini, mədəniyyət və məişət adətlərini, etnik və estetik normaları yeni nəslə ötürür. Daha davamlı və stabil mövcudiyyəti üçün etnos sosial-ərazi istiqamətinə səy edir, yəni milli muxtariyyətə və ya milli dövlətin yaradılmasına çalışır. Lakin zaman keçdikcə etnos dəyişikliklərə məruz qala bilər, siyasi və sosial-iqtisadi şərtlər əvvəlki məişət və mədəniyyətin bir çox yönlərini dəyişə bilər, etnosun ayrı-ayrı hissələri arasında əlaqə kəsilə də bilər. Lakin onlarda etnik özünüdərk əsas təyinedici vasitə kimi qaldığı müddətdə onlar öz ilkin etnoslarına məxsus hesab olunurlar. Pyer van den Berq nəzəriyyəsinə görə həyatın bir çox hadisələri insan təbiəti və bioloji tərəfi ilə müəyyən edilir. Pyer van den Berqə görə etnos - “genişlənmiş qohumluq qrupudur”. Pyer van den Berq etnik icmaların mövcudluğunu insanın qohum seçiminə (nepotizm) genetik meyli ilə izah edir. Onun mahiyyəti ondan ibarətdir ki, altruistik davranış (özünü qurban vermək bacarığı) müəyyən bir insanın öz genlərini gələcək nəslə ötürmə şansını azaldır, eyni zamanda onun genlərinin qan qohumları tərəfindən ötürülməsi ehtimalını artırır (dolayı gen transferi). Qohumlarının sağ qalmasına və genlərini gələcək nəsillərə ötürməsinə kömək edən fərd bununla da öz genofondunun çoxalmasına töhfə verir. Bu cür davranış qrupu altruistik davranışın olmadığı digər oxşar qruplara nisbətən təkamül baxımından daha sabit hala gətirdiyindən, “altruistik genlər” təbii seçim tərəfindən dəstəklənir. Bu gün Yer kürəsində 2000-dən çox xalq, başqa sözlə etnik qruplar yaşayır. Yuxarıda qeyd edildiyi kimi etnos nədir? sualına cavab verərkən deyə bilərik ki, etnos müəyyən bir ərazidə tarixən inkişaf etmiş sabit insanlar qrupudur. Onun üzvləri bir-biri ilə ortaq xüsusiyyətlər, məişət xüsusiyyətləri, mədəniyyət, dil, mentalitet, özünüdərk və tarixi yaddaşla bağlıdır. Eyni zamanda, bura daxil olan insanlar digər etnoslardan fərqli olduqlarının fərqindədirlər. Onlar öz aralarında birləşir, xalqlarının mədəniyyətini qoruyur və ona mənsub olduqlarını başa düşürlər. Buna etnik kimlik deyilir.

Beləliklə, deyə bilərik ki, etnosun formalaşması üçün bu ümumi cəhətlər olmalıdır:

ərazi, dil, normalar, dəyərlər, davranış, eyni etnosa mənsubluğun dərk edilməsi...

İstifadə edilmiş resurslar:

1.http://static.bsu.az/w20/ETNOGRAFIYA%20ARAB.pdf

2.https://az.wikipedia.org/wiki/Etnos

3.https://skysmart.ru/articles/obshestvoznanie/etnos

Hazırladı:

Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi), Azərbaycan Respublikası “Təhsil Şurası” İB-nin İdarə Heyətinin üzvü

İstinad: https://sinxronfenler.blogspot.com/2023/04/etnos-v-etnik-mdniyyt.html



Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!