СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Формирование исследовательских умений у учащихся на уроках литературы

Категория: Литература

Нажмите, чтобы узнать подробности

В статье освещается пути формирования исследовательских  умений у учащихся при изучении литературы в школе.

Просмотр содержимого документа
«Формирование исследовательских умений у учащихся на уроках литературы»

ƏDƏBİYYAT DƏRSLƏRİNDƏ ŞAGİRDLƏRDƏ TƏDQİQATÇILIQ BACARIĞININ FORMALAŞDIRILMASI

Bilal Həsənli

ADPU-nun dosenti, pedaqogika üzrə fəlsəfə doktoru, Əməkdar müəllim



Qloballaşan və mürəkkəbləşən dünyada müasir dünyagörüşünə, vətən əxlaqına, milli və ümumbəşəri bəşəri mənəvi dəyərlərə, həyati bacarıqlara yiyələnmiş, yaradıcı və tənqidi düşünməyi bacaran, fəal, təşəbbüskar, demokratik düşüncəli şəxsiyyət yetişdirilməsi təlim prosesinə yeni yanaşma tələb edir. İyirmi birinci əsrin əvvəlləri informasiya axınının, həyati əhəmiyyət kəsb edən zəruri bilik və bacarıqların həcminin sürətlə artması ilə səciyyələnir. Belə bir şə­raitdə məktəblilərdə biliyi müstəqil qazanmaq, tətbiq etmək ba­carığı formalaşdırılması mühüm vəzifə kimi qarşıda durur.

Ədəbiyyat fənn kurikulumunun tətbiqi ümumtəhsil məktəblərində təlimə yeni yanaşmanı zəruri etmişdir. Son illərdə kurikuluma uyğun olaraq, V-XI siniflər üçün yeni nəsil “Ədəbiyyat” dərsliklərinin nəşri təlimin müasir metodik düşüncə müstəvisində təşkilinə zəmin yaratmışdır.

Təhsilin İnkişafına Dair Dövlət Strategiyasında qeyd edilir ki, son 30–40 il ərzindəki elmi-texnoloji tərəqqi, innovasiyalar və modernləşmə nəticəsində praktiki bilik və vərdişlərlə zənginləşməyən, sırf nəzəri xarakter daşıyan təhsil öz fundamental əhəmiyyətini itirməkdədir. Bu baxımdan təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştənin vacibliyi önə çəkilir. Səriştə əldə olunmuş bilik və bacarıqları praktiki fəaliyyətdə effektiv və səmərəli tətbiq etmək qabiliyyətidir. O, şəxsin qazandığı bilik və bacarıqların konkret fəaliyyətin nəticəsinə çevrilməsini təmin edir. Səriştəyə əsaslanan təhsil sosial-iqtisadi inkişafa daha effektli xidmət göstərir.

Müasir dərsliklərin metodik sistemi ədəbiyyat dərslərinin yeni təlim texnologiyalarının tətbiqi ilə keçilməsi, şagirdlərin tədqiqatçılığa cəlb edilməsi üçün geniş imkanlar yaradır. Bununla yanaşı, bilavasitə ədəbiyyat tədrisi üçün səciyyəvi olan, illərin sınağından çıxmış, müəllimlərimizin qabaqcıl təcrübəsinin nəticəsi kimi təqdir edilmiş müsbət cəhətləri, təlim metodlarının tətbiqi imkanlarını da qoruyub saxlamağa çalışmışlar. Bu zaman müəlliflər haqlı olaraq, “vannadakı çirkli su ilə bərabər uşağı da atmamaq” qaydasına əməl etmişlər.

Müəllimin bələdçilik, şagirdin tədqiqatçılıq fəaliyyəti dərsin bütün mərhələlərində özünü göstərir. Bu, ilk növbədə müəllimdən təlimin təşkilinə yaradıcı münasibətini tələb edir. Nəzərə almaq lazımdır ki, dərs mürəkkəb bir öyrənmə prosesidir. Burada xırda, ikinci dərəcəli məsələ yoxdur. Müəllimin hər sözü, fikri, sualı, tapşırığı təlimi və tərbiyəvi mahiyyətli olmalı, hər bir müasir dərsin bitkin, addım-addım vahid məqsədə yönəlmiş strategiyasının olmasının zəruriliyi unudulmamalıdır.

İnteraktiv dərsin, eləcə də digər təlim texnologiyaların tətbiq olunduğu təlim prosesinin səmərəliliyi müəllimin planlaşdırma və bələdçilik (fasilitasiya) , şfgirdlərin tədqiqatçılıq bacarıqlarından asılıdır. Müəllim dər­sin bütün mərhələlərində görüləcək işləri əvvəlcədən dəqiq plan­laş­dır­malı, ciddi hazırlıq işləri görməlidir. Dərsə hazırlıq zamanı qar­şı­ya qoyulan təlim məqsədlərinin (öyrədici, inkişafetdirici, tər­bi­yə­et­di­rici məq­sədlər) düzgün müəyyənləşdirilməsi, hansı idraki bacarıq­lar üzrə iş aparılacağı (tətbiq etmək, tərkib hissələrinə ayırmaq, əlaqə­lən­dirmək, müqayisə etmək, ümumiləşdirmək, nəticə çıxarmaq və s.) aydınlaşdırılmalıdır. Təlimin məqsədləri müəyyənləşdirilər­kən dər­sin mövzu üzrə dərslər sistemində yeri, təlim materialının xarakteri, şagirdlərin hazırlıq səviyyəsi nəzərə alınır.

Müəllim öyrəniləcək proqram materialının məzmununu, hansı təlim metodlarından istifadə ediləcəyini, dialoq, əməkdaşlıq, tədqi­qat mühitini necə yaradacağını, hər mərhələdə və yekunda qiymət­lən­dir­məni necə aparacağını dəqiq bilməlidir. Bu məqsədlə sual və tapşırıqlar, iş vərəqləri, qiymətləndirmə vərəqi və cədvəlləri, əyani, texniki vəsaitlər, əlavə mənbələr (ensiklopediya, sorğu kitabı və s.), testlər hazırlanır.

Dərsdə bələdçi kimi çıxış etmək üçün də müəllim bir sıra bacarıqlara malik olmalıdır. Bununla əlaqədar, müəllimin bütün şagirdləri diqqətlə dinləməsi, əməkdaşlıq şəraitində düşünməyə, təd­­qiqatçılıq fəaliyyətinə sövq etməsi, təfəkkürünü stimullaşdır­ma­sı, problemin həllində dəstək verməsi, müxtəlif üsullarla rəğ­bət­lən­­dir­məsi, səmimiyyət və ehtiram göstərməsi, tənqidi qeydlərini həs­saslıqla çatdırması zəruridir. Bir çox müəllimlər yeni mövzu üz­rə işi yekunlaşdırarkən şagirdlərdən soruşur: “Yeni mövzunu başa düş­dü­nüz­mü?” Sualın belə qoyuluşu əslində yeni biliyin mənim­sənil­mə­mə­sində şagirdlərin günahkar olması qənaətini doğurur.

Müasir ədəbiyyat dərsləri yaradıcı təfəkkür, tədqiqat dərsləri olmalıdır. Yaddaş xarakterli sual və tapşırıqlar üzrə iş məqsəd deyil, şagird tədqiqatına, yaradıcı müstəqi işlərə keçid üçün zəmin rolunu oynamalıdır. Müəllimin verdiyi sual, tapşırıqla bağlı şagirdlərin kütləvi şəkildə əllərini qaldırması, əllərin fəallığı hələ tamamilə tənqidi, yaradıcı təfəkkürün fəallığı, tədqiqatın səmərəliliyini sübut edən amil deyil. Bəlkə də bu, verilən sualın, tapşırığın asan olması, gücçatan çətinlik səviyyəsinin gözlənilməməsi ilə bağlıdır.

Müşahidələrimiz göstərir ki, bəzi müəllimlər interaktiv təlimin, digər təlim texnologiyalarının məqsədyönlü təbiqinin, şagirdlərin tədqiqatçılıq fəaliyyətinin əhəmiyyətini lazımınca dəyərləndirmir, ənənəvi, təfəkkürün yox, yalnız əllərin fəallığına, ənənəvi “gəl, dərsi danış” tələbinə əsaslanan təlimə üstünlük verir.

Ədəbiyyat fənn kurikulumunda təlim prosesində müəllimin bələdçilik, şagirdlərin tədqiqatçılıq fəaliyyəti göstərməsinin zəruriliyi qeyd edilmiş, məhz bu zəmində hər təlim pilləsinin sonunda şagirdlərin tədqiqatçılıq bacarığına yiyələnməsi ilə bağlı aşağıdakı təlim nəticələrinin əldə edilməsi nəzərdə tutulmuşdur:


Ümumi orta təhsil səviyyəsi (V-IX siniflər) üzrə şagird:



  • Şifahi və yazılı ədəbiyyat nümunələrinin oxşar və fərqli cəhətlərini, xarakterik xüsusiyyətlərini konkret nümunələrlə izah edir, öz fikirlərini müqayisələr aparmaqla əsaslandırır;

  • Bədii nümunələri məzmun və ideya istiqamətinə, sənətkarlıq cəhətlərinə, obrazların səciyyəsinə görə təhlil edir, öz şəxsi münasibətini, mülahizələrini bildirir.


Tam orta təhsil səviyyəsi (X-XI siniflər) üzrə şagird:

  • Bədii nümunələri mövzu, janr, problem baxımından müqayisə edir, əsaslandırılmlış rəy bildirir;

  • Bədii nümunələrin məzmununa və ideyasına onun yarandığı dövrdə mövcud olan ictimai-siyasi və əxlaqi-etik dəyərlər kontekstində qiymət verir.

Bu təlim nəticələrinə nail olunması üçün formalaşdırılan təhlil bacarıqları (standartlar) sinifdən-sinfə keçdikcə inkişaf etdirilir, mürəkkəbləşdirilir. Bu inkişafı, sadədən mürəkkəbə doğru istiqamətlənməni aşağıdakı nümunədən aydın görmək mümkündür:

V sinif

1.2.4. Bədii nümunələrin mövzu və ideyasını aydınlaşdırır, münasibət bildirir.

VI sinif

1.2.4. Bədii nümunələrin mövzusunu, ideyasını şərh edir, əsaslandırılmış münasibət bildirir.

VII sinif

1.2.4. Bədii nümunələrin mövzusunu, ideyasını və başlıca problemini şərh edir, əsaslandırılmış münasibət bildirir.

VIII sinif

1.2.4. Bədii nümunələrin ideya-məzmununu, süjet, kompozisiya xüsusiyyətlərini şərh edir, əsaslandırılmış münasibət bildirir.

IX sinif

1.2.4. Bədii nümunələrin mövzusunu, ideya-bədii xüsusiyyətlərini və konfliktini şərh edir, onlara əsaslandırılmış münasibət bildirir.

X sinif

1.2.4. Bədii nümunələrin mövzusunu, ideya-bədii xüsusiyyətlərini bağlı olduğu dövrün sosial-siyasi, mənəvi dəyərləri baxımından təhlil edir və nəticə çıxarır.

XI sinif

1.2.4. Bədii nümunələrin mövzusunu, ideyasını, başlıca problemini, konfliktini dövrün ictimai-siyasi, mənəvi dəyərləri kontekstindən çıxış etməklə münasibət bildirir və qiymətləndirir.[3]

Göründüyü kimi, kurikulumda özündə mətnin təhlili bacarıqlarını ehtiva edən standartlar əsərin mövzu, ideya, süjet, kompozisiya, konflikt, problem, obrazlar sistemi, bədii təsvir və ifadə vasitələri kimi elementləri üzrə sistemli, ardıcıl iş aparılmasını nəzərdə tutur. Həmin bacarıqlar şagirdləri əsərin təhlili üzrə məqsədyönlü fəaliyyətə, bədii mətnin ideya-bədii xüsusiyyətlərini, həyat hadisələrinə, təsvir olunanlara müəllif mövqeyini araşdırmağa, dəyərləndirməyə istiqamətləndirir.

Şagirdlərə tədqiqatçılıq bacarıqlarının aşılanması müstəqil işlər vasitəsilə ardıcıl şəkildə reallaşdırılmalıdır. Yaradıcı yanaşma, nəzəri biliklərin tətbiqi zəminində təşkil edilən müxtəlif səviyyəli müstəqil işlər əsasən aşağıdakı istiqamətlərdə aparılır:

  1. Mətndəki tanış olmayan sözlərin müəyyənləşdirilməsi və mənasının lüğətlərdən, sorğu kitablardan aydınlaşdırılması;

  2. Bədii əsərin müxtəlif formalarda (yığcam, geniş, yaradıcı) nağıl edilməsi;

  3. Süjetli əsərlərin hissələrə ayrılması, ad verilməsi, plan tərtibi;

  4. Əsərin mövzusunun, qoyulmuş problemin, ideyanın müəyyənləşdirilməsi;

  5. Obrazların nitqi, xarakteri, hərəkət və davranışlarının təhlili;

  6. Eyni mövzu, problem, janr üzrə əsərlərin, ədəbi qəhrəmanların müqayisəli təhlili;

  7. Əsərin bədii xüsusiyyətləri, bədii təsvir və ifadə vasitələrinin müəyyənləşdirilməsi, obrazlılığın artırılmasında rolunun aydınlaşdırılması;

  8. Şifahi təqdimatların hazırlanması, esse və inşaların yazılması;

Şagirdlərin müstəqil işi ilə bağlı sual və tapşırıqlar hazırlanarkən bədii əsərlərin növ və janr xüsusiyyətləri diqqət mərkəzində saxlanılmalıdır. Lirik növün ayrı-ayrı janrlarının tədrisində aşağıdakı məqamlara xüsusi diqqət yetirilir: Lirik əsərdə öz əksini tapmış düşüncələrin, hiss və duyğuların duyulmasını, dolğun dərk edilməsinə nail olmaq, ifadəli oxu bacarıqlarının konkret əsər üzərində tətbiqi, mətnin poetik xüsusiyyətlərinin aydınlaşdırılması.

Müstəqil iş üçün sual və tapşırıqlar müəyyənləşdirilərkən nəzərə alınmalıdır ki, lirik əsərlərdə bədii sözün, poetizmin çoxmənalılığına diqqət yetirmək zəruridir. Lirik mətndə melodiya, ritm müəllif niyyətinin çatdırılmasında mühüm rol oynayır. Bu məqsədlə müstəqil işin müxtəlif növlərindən məqsədyönlü istifadə zəruridir. Ən yaxşı sənət əsərlərində dövrün, zamanın vacib və apancı problemləri ümumiləşdirilir, bəşəri ideyalar təbliğ olunur, yüksək insani hislər qələmə almır, yaddaqalan, dolğun xarakterlər yaradılır. Məhz bu cür əsərlər yüksək bədii təsir gücünə malik olur. Belə əsərləri oxumaq, öyrənmək mənəvi ehtiyaca çevrilir, oxucunu - şagirdi daxilən zənginləşdirir.

Epik növə aid olan nağıl, təmsil, hekayə, povest, roman kimi əsərlər öyrənilərkən hər janrın özünəməxsus xüsusiyyətləri, əhvalat və hadisələrin əks etdirilməsində təhkiyəyə üstünlük verilməsi, təhkiyəçinin həm sənətkarın özü, həm də ədəbi qəhrəmanın ola bilməsi nəzərə alınmalıdır. Bu cəhətlər, eləcə də epik əsərlərdə həyat hadisələrinin əhatəli əks etdirilməsi məqsədilə yeri gəldikcə təsvir və tərənnümdən də istifadə olunduğu müstəqil iş səciyyəli sual və tapşırıqlarda öz əksini tapmalıdır.

Sənətkarın mövqeyinin, oxucuya, tamaşaçıya çatdırmaq istədiyi fikrin digər ədəbi növlərin janrlarına nisbətən daha çox gizli olması dramatik növün janrlarının öyrənilməsində çətinlik məqamlardandır. Dramatik əsərlərin, dram, komediya, faciənin tədrisində müəllifin qaldırıldığı problemlərin, başlıca konfliktin müəyyənləşdirilməsi, ədəbi qəhrəmanların nitq xüsusiyyətləri, dialoq və monoloqların, remarkaların düzgün, dolğun qavranılması, təhlili və dəyərləndirilməsinə ciddi diqqət yetirilməlidir.


© 2021, 136 0