СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

İbn Sina: loğman və müdrik

Категория: Всем учителям

Нажмите, чтобы узнать подробности

Onun adı ibn Sinadır, lakin latınlaşdırılmış və Avropada qeyd olunan adı -  Avisennadır. Orta əsrlər dövrünün ən böyük müdrik təbiblərindən biri olmuşdur.

Просмотр содержимого документа
«İbn Sina: loğman və müdrik»

İbn Sina: loğman və müdrik

Onun adı ibn Sinadır, lakin latınlaşdırılmış və Avropada qeyd olunan adı - Avisennadır. Orta əsrlər dövrünün ən böyük müdrik təbiblərindən biri olmuşdur. Buxara yaxınlığında dünyaya göz açmış ibn Sina, qısa ömründə böyük titullar qazanmışdır: Hüdcətül-Haqq (həqiqət carçısı), Şeyx-ur-Rəis (böyük, müdrik), Harami buzurq (dahi təbib), Şərəf-ül-Mülk (ölkənin ən şərəfli insanı) və s. İbn Sina nə zülmkar hökmdar, nə də qəhrəman deyil. Mən deyərdim ki, intellektual möcüzədir. Həyatı “1001 gecə” nağıllarına bənzəyir. 930-cu ildə Buxarada anadan olub, 1037-ci ildə isə Həmədanda vəfat etmiş və orada da dəfn edilmişdir. Çox səyahət edib, müxtəlif yerlərdə yaşayıb. Bu şəxs tarixdə nə ilə məşhur olub? İbn Sina Qalen və Hippokratla müqayisə olunan ən böyük həkim, Qaliley səviyyəsində olan görkəmli təbiətşünas, riyaziyyatçı, fizik, kimyaçı, heyvan fiziologiyası üzrə mütəxəssis olmuşdur. O, musiqi nəzəriyyəsini də mükəmməl öyrənmişdi və onun bu sahədəki biliyi İntibah dövründə çox faydalı olub. Bu insanın bütün istedadlarını sadalamaq çətindir. Bəzən təbiət öz möcüzələrini unutdurmamaq üçün qüdrətini ortaya qoyur və belə hallarda İbn Sinalar doğulur. Mikelancelo hesab edirdi ki, “Başqalarını dəstəkləməkdə haqlı olmaqdansa, Qaleni və İbn Sinanı dəstəkləməklə yanılmaq daha yaxşıdır”. Böyük humanistin dilindən daha çox mənəvi xarakter daşıyan belə bir qiymət çox dəyərlidir. İbn Sina fizika, riyaziyyat, astronomiya , kimya, fəlsəfə, təbabət, hərbi qurğular, nikah, ailə, musiqi haqqında çoxlu maraqlı əsərlər yazmışdır. Mütəxəssislər İbn Sinanın əsərlərinin sayı ilə bağlı indi də mübahisə edirlər. Bəziləri onun əsərlərinin sayının 90, bəziləri isə 456 olduğunu yazırlar. Aydındır ki, istedadlar həmişə təqlid olunur. Onun ən məhşur kitabı 5 cildlik “Tibb elminin qanunu”(“Əl-qanun fi-tibb”) kitabıdır. Əsər XII əsrdə latın dilinə tərcümə olunaraq bütün Avropa tibb məktəblərində uzun müddət (XVII əsrədək) yeganə tibb dərsliyi kimi tədris olunmuşdur. Bu kitabda insan anatomiyasından tutmuş bir çox xəstəliklər, onların səbəbləri, müalicə və profilaktikası, həmçinin, daxili xəstəliklər, göz və dəri, uşaq xəstəlikləri, cərrahi metodlar, müxtəlif məsləhətlər və s. verilmişdir. Xəstəliklərin etimologiyasına aid biliklərin, insanın naturasına, həyat tərzinə uyğun xəstəliklərə yoluxması hallarının özünəməxsus şəkildə izahatı, onun tibb aləmində bu günədək tətbiq olunması İbn Sinanın təbabətə verdiyi ən böyük töhfələrdəndir. O yazırdı ki, insan öz sağlamlığını qorumaq üçün müxtəlif faktorlara uyğunlaşmalıdır:

1.qidaya;

2.geyimə;

3.burun vasitəsilə düzgün nəfəs almağa;

4.bədən quruluşunu həmişə düzgün formada saxlamağa;

5.xasiyyətini tarazlamağa;

6.bədənini “lazımsız tullantılardan” təmizləməyə;

7.fiziki və əqli aktivliyə;

Ancaq ibn Sinanın digər əsərləri də tarixə düşmüşdür. “Şəfa kitabı”, “Bilik kitabı”, “Göstərişlər və Qeydlər Kitabı”, “Ədalətli Mühakimə Kitabı” və s. ... O, hələ XI əsrdə humanizmin sələfi idi, çünki onun insan haqqında təlimi bədənlə ruhun vəhdəti təlimidir. İbn Sina əsərlərini əsasən ərəb dilində yazıb. Amma bu heç də o demək deyil ki, o, ərəb mədəniyyətinin bir hissəsidir. Yəqin ki, o, doğulduğu gündən bütün dünyaya məxsus olub, əsərləri bütün sivilizasiyaların mülkü olub. İbn Sina (tam adı Əbu Əli əl-Hüseyn ibn-Abdallah ibn-Sinadır) varlı bir ailədə anadan olmuşdur. Atası Abdallah ibn Həsən vergiyığan olmuşdur. Dövrünə görə hörmətli peşə olmasa da, Abdallah savadlı və zəngin adam idi. İbn Sina Buxara yaxınlığındakı kiçik bir kənddə anadan olmuşdur. Onun dili Orta Asiyanın yerli əhalisinin dili idi. Yazdığı qəzəlləri - öz təbirincə desək “ruhun istirahəti” üçün yazmışdır. Onun o vaxtlar, o qədim dövrlərdə dərk etdikləri inanılmaz görünür. Məsələn, o, tor qişanın görmə prosesində rolundan, sinir tellərinin birləşdiyi mərkəz kimi beynin funksiyalarından, coğrafi və meteoroloji şəraitin insan sağlamlığına təsirindən yazmışdır. İbn Sina xəstəliyin görünməz daşıyıcılarının olduğuna əmin idi. Bəs o, onları hansı baxışla və necə görürdü? O, yoluxucu xəstəliklərin hava yolu ilə yayılmasının mümkünlüyündən danışıb, şəkərli diabetin təsvirini verib və ilk dəfə çiçək xəstəliyini qızılcadan fərqləndirib. Onun etdiklərinin sadə bir sadalanması belə heyrətamizdir. Eyni zamanda, İbn Sina şeirlərində, fəlsəfi əsərlərində maddiyyat və bədən arasındakı əlaqə problemini də qoymuşdur. İbn Sinanın poeziyasında onun dünyanı bir, bütöv görmək istəyi çox lakonik şəkildə ifadə olunur. Onun farscadan tərcümə etdiyi: “Yer kainatın bədənidir, onun ruhu Rəbbidir...Birlik mükəmməllikdir. Dünyada hər şey yalandır”. Nə heyrətamiz, dərin və ciddi fikirlərdir! O, Allahı özünəməxsus şəkildə dərk edirdi. Allah yaradandır. İbn Sina nə demək istəyirdi? Bəlkə də o, kosmos haqqında düşünürdü? Onun kimi insanlara, belə dərin düşüncələr xarakterik idi.

İbn Sina əmir və ona çox yaxşılıqlar etmiş Alla Addaula ilə birlikdə hərbi yürüşdə olarkən vəfat etmişdir. O, həkim kimi cəmi 57 yaşı olmasına baxmayaraq, bədəninin fiziki cəhətdən tükəndiyini başa düşürdü. Əvvəllər dəfələrlə özünü müalicə edib, sağalmışdı. Bu dəfə İbn Sina öləcəyini bildi və buna görə də şagirdlərinə dedi: “Müalicə etmək faydasızdır”. Həmədan şəhərində dəfn olundu.

Qəbri 1950-ci illərdə yenidən qurulmuşdur. İbn Sinanın ölümündən əvvəl tələbələri tərəfindən bizə, nəsillərinə ötürülən sözləri budur: “Biz tam şüurla ölür və yalnız bir şeyi özümüzlə aparırıq: heç nə öyrənmədiyimiz şüuru”. Bunu isə bütün həyatını, enerjisini, gəncliyini, sağlamlığını biliyə həvəslə həsr etmiş bir insan, dahi alim deyirdi.


Bu gün dostum düşmənimlə bir idi.

Gərəyim deyil zəhər qatılmış şəkər!

Bu cür dostla etməyim dostluq gərək:

Pərvanədən qaç, əgər sürünənlə olmuşsa!

-ibn Sina-

İstifadə edilmiş resurslar

1.Авиценна (rus.). // Энциклопедический словарь / под ред. И. Е. Андреевский СПб,.1890. Т. I.

2.https://az.wikipedia.org/wiki/%C4%B0bn_Sina

3.https://www.facebook.com/groups/1107999409659102/user/100009413874829/

4. https://portal.azertag.az/az/node/2820


Hazırladı:

Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi), Azərbaycan Respublikası “Təhsil Şurası” İB-nin İdarə Heyətinin üzvü