СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до 10.07.2025

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

İntrovert, ekstrovert və ambivert

Категория: Всем учителям

Нажмите, чтобы узнать подробности

İntrovert həyatı  kənardan müşahidə edəndir. Ekstrovert həmişə aktiv iştirakçıdır. Ambivert isə, daxili vəziyyətdən asılı olaraq bu və ya digəri ola bilən bir insandır.

Просмотр содержимого документа
«İntrovert, ekstrovert və ambivert»

İntrovert, ekstrovert və ambivert

İntrovert həyatı kənardan müşahidə edəndir. Ekstrovert həmişə aktiv iştirakçıdır. Ambivert isə, daxili vəziyyətdən asılı olaraq bu və ya digəri ola bilən bir insandır. Əgər o, birdən-birə hansısa konkret bir işdə liderə çevrilirsə, bu o demək deyil ki, başqa oxşar vəziyyətdə də eyni şeyi edə bilər.

Müasir dövrdə hətta heç vaxt psixologiyanı öyrənməmiş insanlar da nitqdə tez-tez “introvert” və “ekstrovert” terminlərindən istifadə edirlər. “Ambivert”sözü daha az istifadə olunur, baxmayaraq ki, bu tip şəxsiyyətlər də nadir deyil. İntrovertlər utancaq və təkəbbürlü hesab olunurlar, ekstrovertlər isə danışmaqdan zövq alanlardır. Gəlin hər bir şəxsiyyət tipinin əslində nə olduğunu və özümüzü hansı tip hesab etməli olduğumuzu anlamağa çalışaq.

Məşhur alim, İsveçrə psixoloqu, mədəniyyət fəlsəfəsinə dair bir sıra əsərlərin müəllifi, dərin psixologiyanın banisi, tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilmiş Karl Qustav Yunq (1875-1961) hesab edirdi ki, insanın şəxsiyyət tipi onun irsiyyəti ilə müəyyən edilir. İndi ümumiyyətlə qəbul edilir ki, bir insana daha çox amillər, o cümlədən mədəni və sosial amillər təsir edir. Mənz Yunq əvvəllər “xarakter” anlayışını elmi şəkildə təsvir etmək üçün “ekstrovert” və “introvert” terminlərindən istifadə etmişdir. 1921-ci ildə o, öz daxili aləmi ilə daha çox maraqlanan və xarici mühitə yönəlmiş insanların psixotiplərini fərqləndirmişdir. Ambivertlər - ekstrovertlərin və introvertlərin xüsusiyyətlərini özündə birləşdirənlərdir.

İntrovertlər tez-tez:

Psixoloji enerjini öz daxili aləmində axtarırlar;

Digər insanlarla ünsiyyətdən tez yorulurlar;

Onlar müntəzəmliyi və aydın planları sevirlər;

Sakit və dinc istirahətə üstünlük verirlər;

Onların işi yaradıcılığa fokuslanıb.

Ekstravertlər tez-tez:

Cəmiyyətlə qarşılıqlı əlaqəni tənhalıqdan üstün tuturlar;

Aktiv və ekstremal istirahəti sevirlər;

Başqalarını heyran etməkdə maraqlıdırlar;

Sosial izolyasiyaya dözümsüzdürlər;

Onların liderlik keyfiyyətləri vardır.

Ambivertlər:

Ünsiyyəti sevə və bunun üçün səy göstərə bilərlər, ancaq qısa müddətə;

Həm yaradıcı qabiliyyətlərə, həm də liderlik keyfiyyətlərinə malikdirlər;

Onlar zaman-zaman təkliyə və sakitliyə üstünlük verirlər, lakin səs-küylü qonaqlıqlardan da imtina etmirlər;

Sosial vəziyyətlərdən asılı olaraq introvert və ekstrovertlərin keyfiyyətlərini özlərində nümayiş etdirə bilərlər.

Şəxsiyyət növləri haqqında miflər

İntrovertlər və ekstrovertlər haqqında çoxlu miflər, şayiələr və əfsanələr mövcuddur. Bəzən şəxsiyyət tipinin zehni qabiliyyətlərə təsir etdiyi deyilir. Şəxsiyyət tipinin müəyyən təzahürləri zamanla xarici amillərin təsiri altında düzənlənə və ya dəyişə bilər. Xarici stimullara ehtiyacı olan bir insan yaşla daha çox qapalı ola bilər və yaxud da hamıya açıq ola bilər. İntrovertlər, ekstrovertlər kimi, xarici stimullara və ünsiyyətə ehtiyac duyurlar. Lakin bu çox vaxt az dərəcədə olur. Kənardan təsirlərə o qədər də tabe olmurlar və daha çox daxili aləmlərinə üz tuturlar. Psixoloqlar deyirlər ki, ekstrovert, ambivert və ya introvert olmaq sadəcə olaraq ətrafınızdakı dünyaya uyğunlaşmağın ən yaxşı yolunu seçmək deməkdir. İntrovertlərin ekstrovertlərdən daha pis yaşadığını və ya ekstrovertlərin müəyyən mənada introvertlərdən daha pis olduğunu söyləmək olmaz. Əsas yadda saxlamalı olan şey, insanın şəxsiyyət tipinin standart təriflərindən daha mürəkkəb və maraqlı olmasıdır. Siz ekstrovert, ambivert və yaxud introvertsiniz - bu taleyə ölümcül təsir göstərə bilməz. Şəxsiyyət tipi çox şeyi müəyyənləşdirir, amma hər şeyi yox. İntrovert mahir bir natiq və ya böyük bir şirkətin lideri də ola bilər, ekstrovert isə birdən təkliyi və yaradıcılığı sevə bilər. İnsanların hamısı fərqlidir və çox müxtəlif meyarlara görə bir çox qruplara bölünə bilərlər. İnsanın psixotipini müəyyən etmək üçün istifadə olunan prinsiplərdən biri də onun ətraf aləmə və öz daxili aləminə münasibətidir. İnsanın xarici dünya ilə necə qarşılıqlı əlaqədə olduğuna və enerjini daha çox (xaricə və ya daxilə) yönəltdiyinə görə, onun kim olduğu qənaətinə gəlmək olar. Yəni insan introvertdir, exstrovertdir yoxsa ambivertdir.

İntrovert kimdir? O, daxili dünyası, məzmunu və dolğunluğu xarici aləmdən üstün olan bir insandır. İntrovertin cəmiyyətlə təmasları real problemə çevrildikdə ifrat təzahürlər ortaya çıxa bilər. Lakin mülayim, dozalı təmaslar (fanatizm olmadan) məqbul və yaxşıdır.

Ekstrovert kimdir? O, xarici aləm (cəmiyyət) ilə aktiv qarşılıqlı əlaqə olmadan həyatın ağlasığmaz olduğunu dərk edən bir insandır. O, yalnızlıqdan bezikir, depressiyaya düşür. Bunu biz, müəyyən mənada sürüdən ayrı düşən və narahat olan qoyunla müqayisə edə bilərik.

Ambivert kimdir? O, yuxarıda təsvir edilən insan psixotipləri arasında olan bir psixotipdir. Belə insanlar depressiyaya düşmək riski olmadan tək qala bilərlər, lakin introvertlər qədər çox yox. Eyni zamanda, digər insanların yanında, özlərini uzun müddət olmasa da rahat hiss edərlər. Ümumiyyətlə, bir insanın hər hansı bir mövcudluq şəraitinə uyğunlaşa biləcəyi universal bir seçimdir.

İntrovert - təkbaşına darıxmayan insandır. İntrovert tamamilə özünü təmin etməyi bacaran insandır. İntroversiya dərəcəsi nə qədər yüksəkdirsə, özünü təmin etmək də bir o qədər yüksəkdir. Aydındır ki, mütləq ifrat, eyni zamanda mütləq nadirlikdir. Tamamilə özünü təmin edən insanlar praktiki olaraq yoxdur və bizim əsasən introvert adlandırdığımız insanlar hələ də 100% özünü təmin edə bilmirlər.

Bütün introvertlər təklikdə sıxılmırlar. Uşaq vaxtı belə bir ifadə eşitmişdim ki, ziyalı insan tək darıxmaz, sonra bu ifadə mənə qəribə göründü. Ancaq introversiya dərəcəsi hər kəs üçün fərqlidir. Məsələn, mən özümü sosial introvert hesab edirəm. Bu nə ilə xarakterizə olunur:

1.Bir insanla təkbətək ünsiyyətə və ya ən azından kiçik bir qrupda ünsiyyətə kifayət qədər yaxşı dözürəm, amma bu halda insanlar mənə tanış olmalıdır. Ancaq ən yaxşı seçim təkbətək ünsiyyətdir.

2. Rahat ünsiyyət qura bildiyim dostlarım azdır və yenilərini tapmaq mənim üçün çətindir, amma eyni zamanda bəzən insanlar arasında olmağı xoşlayıram. Yəni mən izdihamın içində olmağı sevmirəm, amma onların ətrafımda olmağından, başqalarının davranışlarını müşahidə etməkdən məmnunam. Bu mənada mən ambivert deyilən qrupa yaxınam. Lakin “gözdən qaçırılmış” hallar da mümkündür. Məsələn, hər hansı uzunmüddətli ünsiyyət narahatlığa səbəb olduqda, narahat bir introversiya növü meydana çıxa bilər. Bu cür insanlar az ünsiyyət qururlar və onlar üçün ən yaxşı çıxış yolu çoxlu dəqiqələrin (saatların) olduğunu əvvəlcədən xəbərdar etdikdə ciddi məhdud əlaqələrdir və sonra onlar üçün istirahət lazımdır. İntrovertlər arasında çox sayda görkəmli şəxsiyyətlər olmuşdur.

Ekstrovert- “həmişə xalqın yanında olan” insandır. İntrovert “özü-öz aləmində” yaşayır, bəzən kənardan (digər insanlarla ünsiyyətdən) nəsə əldə etmək istəyini hiss edir. Ekstrovert isə sanki, “çöldə” yaşayır. O, özünü cəmiyyətin bir parçası hesab edir, asanlıqla əlaqələr qurur, insanları necə ələ almağı bacarır (və ya bacaracağını düşünür). Həm də bu psixotipdən olan insanlar öz emosiyalarını ictimai yerlərdə çox asanlıqla və təbii şəkildə ifadə edirlər, yəni hisslərini gizlətmirlər. O, uşaqlıqdan bu cür olub. Onunla danışmaq nəfəs almaq qədər asandır. Düzdür, belə tip insanlar dinlədiklərindən çox danışırlar, lakin onların mahiyyəti məhz bundadır. Belə tip üçün duyğuları özündə saxlamaq çox çətindir. Ekstrovert bir insan kimi yalnız cəmiyyətin gözü qarşısında yer ala bilər, buna görə də belə insanlar çox güclü inkişaf etmiş ambisiyaya malikdirlər. Onlar, tamamilə “kütlə adamıdır”, yəni onun qanunlarına əməl etməyi bacarırlar - trenddə olmağı, yaxşı geyinməyi, özünü təqdim etməyi, orta dərəcədə səxavətli və həssas olmağı bacarır və bilirlər. Onların əsas xüsusiyyəti, rəqibləri (introvertlər) üçün son dərəcə çətin olan komandada işləmək bacarığıdır. Komandada işləmək və ya insanlarla işləmək onların təbii ünsiyyətcilliyi və təşəbbüskarlığı üçün ən yaxşı sahədir.

İntrovert olmaq yaxşıdır, yoxsa ekstrovert ?

Fikrimcə, introvert olmaq daha asan və “faydalıdır”. Sənə çox vaxt itirmək əlverişli deyil. Ancaq ekstrovert mənə etiraz edəcək ki, nəyin lazım olduğu barədə kiminləsə razılaşaraq qısa zamanda ən yaxşı nəticəni asanlıqla əldə edəcək və haqlı da olacaqdır. Bu cür insanlar satış işçiləri, menecerlər və ünsiyyət bacarığının daxili məzmundan daha vacib olduğu digər ixtisaslar üçün gərəklidir. Əslində hər bir insan öz psixotipini ideallaşdırmağa meyllidir. Ekstrovertlər introvertləri utancaq, incə, anlaşılmaz, qaradinməz və soyuqqanlı görürlər. Bu psixotiplərin nümayəndələri başa düşmürlər ki, belə (günlərlə tək qalmaq və ya əksinə sonsuzadək qarılıqlı əlaqədə olmaq) yaşamaq yaxşıdır, ya yox. Burada heç bir qayda-qanun yoxdur. Onların hər birinin ətraf mühiti tanımaq üçün öz yolu var. İntrovertlər bunu öz daxili aləmlərində dərk edərək öyrənirlər, ekstrovertlər isə hər şeyi “dişdə” sınayırlar. Bu bölünməyin mənşəyi tariximizdədir. Hüceyrələrimizdə yaşayan genlər milyonlarla il əvvələ gedib çıxır. Bir insanın, məsələn, canavar kimi açıq bir sürü heyvanı olduğunu birmənalı şəkildə söyləmək mümkün deyil. Eynizamanda, biz həm də ayı kimi tənha yaşayan insanlarıq. Təbii ki, aramızda canavar (sürüdə yaşayanlar) daha çoxdur, amma ayılar kimi, müəyyən qədər özünü təmin edən fərdlər də vardır. Karl Yunqun klassik nəzəriyyəsinə görə, bu iki psixoloji tipi (ekstrovertlər və introvertlər) 4 alt qrupa bölmək olar. Bu psixoloji şəxsiyyət tiplərinin əlavə təsnifatı insanın mahiyyətini və onun tutduğu yeri daha da dərindən dərk etməyə imkan verir:

Biz fərqliyik, çox vaxt bir-birimizi başa düşmürük, çünki maraqlarımız bir-birini tamamlamır. Ekstrovertlərin əksəriyyəti introvertlərin maraqlarını dəhşətli cansıxıcı hesab edir və birincinin son hobbiləri vaxt itkisi hesab olunur. Bu əslində normaldır. Psixotiplərdən hər hansı biri minillik nəsillər üçün öz həyat qabiliyyətini göstərmişdir. Hər iki tip şəxsiyyət (eləcə də ambivertlər) həyata mükəmməl uyğunlaşır və çox güman ki, bu uyğunlaşma davam edəcəkdir. Fərqli planetlərdən olan insanlar kimi davranış seçimlərində fərqli olsaq da, sadəcə bir-birimizə qarşı tolerant olmaq kifayətdir.

Ambivert, dəyişkən psixotipi olan insandır. Belə də demək mümkündür. Ambivert, daxili aləminin vəziyyətindən asılı olaraq bu və ya digəri ola bilən bir şəxsdir. Ambivertdə, bir qayda olaraq, ya həddindən artıq psixotiplərdən birinə, ya da digərinə xas olan vəziyyətlər alternativdir. Tutaq ki, indi onun tək qalması yaxşı ola bilər, amma bir müddət sonra psixoloji tipi ona təzyiq göstərməyə başlayacaq bu da sonda onu hansısa ünsiyyət formasına və ya başqa fəaliyyət növünə keçməyə məcbur edəcəkdir. Əgər o, aktiv fazadadırsa, o zaman məmnuniyyətlə hansısa məclisə baş çəkə bilər, lakin bu, o demək deyil ki, bunu müntəzəm edəcək. Beləliklə, kimsə onu “şən insan”, kimsə isə “sakit insan” kimi tanıyacaqdır. Yeri gəlmişkən, onlar komandada yaxşı işləyə bilirlər, lakin fərdi iş də ustadırlar. Yuxarıda qeyd etdiyim kimi, bu, insana az zehni xərclə demək olar ki, istənilən vəziyyətə uyğunlaşmağa imkan verən universal psixotipdir. Digər tərəfdən, bu ikilik və qeyri-sabitlik çox vaxt həm ambivertin özü, həm də ətrafındakı insanlar üçün problemlər yaradır. Amma dediyim kimi, istənilən psixotip yaxşıdır, çünki o, milyonlarla il təbii seçmə süzgəcindən keçib zəmanəmizə gəlib çatmışdır.

1981-ci ildə anadan olmuş, amerikalı yazıçı, Pensilvaniya Universitetinin Uorton məktəbində təşkilat psixologiyası üzrə ixtisaslaşmış professor Adam Qranta əsaslanaraq (P.S. 2007-ci ildə Adam Qrant Şimali Karolina Universitetində təşkilati davranış üzrə dosent vəzifəsinə işə qəbul edilmişdir. Akademik jurnallarda bir sıra məqalələr dərc etdikdən sonra o, 2009-cu ildə Pensilvaniya Universitetinin Uorton məktəbində dosent vəzifəsinə işə götürülmüş və 28 yaşında məktəbin ən gənc professoru olmuşdur. O, 2011-ci ildən 2017-ci ilə qədər tələbələr tərəfindən ən yaxşı universitet professoru kimi tanınmışdır. ...Vermək və götürmək: Müvəffəqiyyətə İnqilabi yanaşma (2013). Uyğun olmayanlar dünyanı necə dəyişdirir (2016). Çətinliklə üzləşin, möhkəmlik yaradın və sevinc tapın. (2017). Yenidən düşünün: bilmədiklərinizi bilmənin gücü (2021) əsərlərinin müəllifidir və həm də suya tullanma üzrə çempion olmuşdur).TİPİİ-nin əməkdaşı Aynur Rəhimova xanım qeyd edir: “Psixoloq Adam Qrant digər şəxsiyyət tipi - ambivertlər haqqında yazır: Ambivertlər hadisələrdən, vəziyyətdən asılı olaraq dəyişə bilirlər.Tənhalığa qapılıb kitab oxumağı sevsələr də, ictimai çıxışlardan, insanlar arasında məntiqli söhbətdən qaçmırlar.Hesab olunur ki, ambivert tip ekstravert və introvert tipin bir növ arasında yerləşir və “qızıl orta” hesab oluna bilər. İntrovertlər həyat fəaliyyətlərini daxili aləminə istinad edərək, ekstravertlər xarici amillərin təsiri altında yaşayırlarsa, ambivertlərdə harmoniya qorunur. Həm daxili, həm də xarici amillərin təsiri altında fəaliyyətlərini istiqamətləndirirlər. Onlar üçün qurduğu sosial əlaqələrin çoxluğu deyil, möhkəmliyi əsasdır. Bu da onların ən güclü tərəfidir. Ümumiyyətlə, müasir həyatda daha çox bu tip insanlar dəyişkən, hər kəsə uyğunlaşan xasiyyətinə görə uğurlu olurlar. Hərdən ambivertləri sentrovert də adlandırırlar. Qeyd edək ki, insanların əksəriyyəti bu tipə aid edilir. Sinifinizdəki şagirdlər də introvert, ekstravert və ya sentrovertlərdən ibarət ola bilər. Bizim adət etdiyimiz təlim ənənəsinə ən rahat uyğunlaşanlar, əlbəttə ki, sentrovertlərdir: həm dinləməyi, həm də əməkdaşlıq etməyi, işləməyi bacarırlar, fikirlərini rahat bölüşürlər. Ekstravertlər daha səs-küylü, çox danışan, qrup işlərində fəal, ictimai təqdimatlardan zövq alan şagirdlərdir. İntrovertlər isə bütün fərdi tapşırıqlarınızı can-başla yerinə yetirən, amma əməkdaşlıqdan, şeir söyləmək, tamaşada iştirak etməkdən çəkinənlərdir. Şagirdlərin xarakter tiplərini bilmək sizə onlarla işləmək üçün daha səmərəli üsullar seçməkdə kömək edəcək”.

Psixotip testi barədə: Siz introvertsiniz, yoxsa ekstrovert ?

Şəxsiyyətinizin hansı psixotipə aid olduğunu anlamaq üçün psixoloqlar çoxlu müxtəlif testlər hazırlayıblar. Onların sualları nə qədər çox olsa və onlara nə qədər səmimi cavab versəniz, müəyyən bir psixotipə meylinizi bir o qədər dəqiq öyrənə biləcəksiniz. Amma hətta suallara tam səmimi cavab versəniz belə diqqətli olun ki, çıxarılan nəticələrdən məyus olmayasınız. Çünki, biz hamımız insanlarıq və hətta testləri hazırlayanlar da səhv edə bilərlər. Uğurlar!


İstifadə edilmiş ədəbiyyat və internet resursları

1.Юнг Карл Густав // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.

2.Аверинцев С. С. «Аналитическая психология» К. Г. Юнга и закономерности творческой фантазии // Вопросы литературы. 1970. № 3.

3. https://psymod.ru/tipy-lyudey/2343-ambivert-kto-eto-harakteristika.html

4.https://ktonanovenkogo.ru/voprosy-i-otvety/introvert-ekstravert-ambivert-kto-eto-takie-cheloveku-projti-tekst-na-psixotip.html

5.https://www.pravmir.ru/introvert-ekstravert-kto-eto/

6.https://youtu.be/pot42I-270s

7.http://www.tipii.edu.az/az/article/482-xarakter-tiplari-introvert-ekstravert-va-ambivert-sentrovert


Hazırladı:

Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi), Azərbaycan Respublikası “Təhsil Şurası” İB-nin İdarə Heyətinin üzvü




Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!