СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Изучение гражданской лирики на уроках литературы по куррикулуму.

Категория: Литература

Нажмите, чтобы узнать подробности

В статье даны методические рекомендации по методике уроков гражданской лирики. 

Просмотр содержимого документа
«Изучение гражданской лирики на уроках литературы по куррикулуму.»

3


Həsənli Bilal Ağabala oğlu

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent, əməkdar müəllim

Bakı, ADPU

KURİKULUM ÜZRƏ ƏDƏBİYYAT DƏRSLƏRİNDƏ VƏTƏNDAŞ LİRİKASININ ÖYRƏDİLMƏSİ (B.Vahabzadənin “Vətəndaş” şeirinin tədrisi nümunəsində)

Görkəmli sənətkar B.Vahabzadənin zəngin və çoxcəhətli yaradıcılığı, vətənpərvərlik lirikası gənc nəslin mənəvi-estetik tərbiyəsində böyük əhəmiyyətə malikdir. VII sinifdə kurikulum üzrə ədəbiyyat dərslərində şairin “Vətəndaş” şeirinin interaktiv metodlarla tədrisi şagirdlərə vətəndaşlıq keyfiyyətlərinin aşılanması baxımından geniş imkanlar yaradır.

Birinci saat: Əsərin məzmunu üzrə iş.

Standartlar

Təlim nəticələri

1.1.1.

Şeirdə tanış olmayan sözlərin mənasını lüğətlərin köməyi ilə izah edir.

1.1.5.

Şeirdə bədii təsvir vasitələrini müəyyənləşdirir.

2.1.2.

Fikirlərini şeirdən nümunələr göstərməklə şərh edir.

2.2.1.

Fərqli fikirlərə ədalətli, obyektiv münasibət bildirir.

Dərsin gedişi

Motivasiya, problemin qoyuluşu. Motivasiyanın yaradılmasının bir variantı aşağıdakı məzmunda ola bilər. İnternet şəbəkəsindən - You Tubedən (https://www.youtube.com/watch?v=kvcAHmAwsno) Ulu Öndər Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” sözlərini söylədiyi süjet nümayiş etdirilir. Şəraitdən asılı olaraq səs yazısı da dinlənilə bilər. Sonra şagirdlərə belə bir sualla müraciət edilir: Ulu öndərin bu sözləri sizdə hansı hislər, düşüncələr oyatdı?

Fikir mübadiləsi prosesində şagirdlər tədricən tədqiqat sualının müəyyənləşdirilməsinə cəlb olunurlar.

Tədqiqat sualı. Şeirdə insanın vətəndaşlıq borcu ilə bağlı şairin hansı hiss və düşüncələri öz əksini tapıb?

Fərziyyələr dinlənilir və ümumiləşdirilərək lövhədə qeyd olunur.

Tədqiqatın aparılması. Şagirdlər şeirin məzmunu ilə müəllimin nümunəvi ifadəli oxusu (bu, bədii oxu ustasının ifasının dinlənilməsi ilə də əvəz oluna bilər) vasitəsilə tanış olurlar. Sonra şagirdlər əsəri səssiz oxuyur, cütlük şəklində dərslikdəki “Oxuda aydınlaşdırın.“ başlıqlı tapşırığı yerinə yetirirlər. Şeirin məzmunu ilə bağlı təsəvvürün tamlığına nail olmaq üçün müsahibənin, müzakirənin aparılmasına vaxt ayrılmalıdır. İşin icrası başa çatdıqdan sonra şagirdlər kiçik qruplarda birləşib aşağıdakı tapşırıqları yerinə yetirirlər:

  1. Aşağıdakı suallara cavab hazırlayın:

  • Şeir kimə müraciətlə yazılıb?

  • Şair kimi vətəndaş adlandırır?

  1. Aşağıdakı ifadələrin mənasını aydınlaşdırın.

- Gücsüzük, bir heçik sən də, mən də tək.

Vətənə güvənib olduq Vətəndaş



Vətənin ünvanı, Vətənin adı,

Bizə xatırlatdı vəzifəmizi!



Mənim ürəyimi qanatsın gərək.

Sənin dırnağına dəyən çırtma daş.



O bizi yaradan, biz ona bəndə.

Yaradan uğrunda ölməyə gəldik.


3. Tapşırığı yerinə yetirin.

Şeir haqqında hansı fikir səhvdir?

“Vahid ana” deyəndə şair hər insanın öz anası olduğunu nəzərdə tutur.

Şair ölkəmizin bütün vətəndaşlarını birliyə çağırır.

Şeirdə vətənin əbədi olması fikri xatırladılır.

Şair insanın öz vətənində qüvvətli olduğunu söyləyir.

Vətənin xoşbəxtliyi naminə çalışmaq hamının borcudur.

Tapşırıqların icrasına ayrılan vaxt başa çatdıqdan sonra qazanılmış biliklərin mübadiləsi və müzakirəsi aparılır. Fikir mübadiləsi və müzakirəsi zamanı qrupların öz mülahizələrini şeirdən və həyatdan nümunələr gətirməklə əsaslandırmalarına, öz təəssüratlarını mənasını yeni öyrəndiyi sözlərdən istifadə ilə çatdırmalarına diqqət yetirilir.

Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması müəllimin istiqamətləndirici sualları əsasında reallaşdırıla bilər:

  • Şeirdə Vətən haqqında hansı fikirlər söylənilir?

  • Hansı atalar sözləri bu əsərin məzmunu ilə səsləşir?

Növbəti tapşırıq qazanılmış biliklərin yaradıcı tətbiqi və şifahi nitqin inkişafı baxımından əhəmiyyətlidir.

Mövzulardan birini seçib təqdimat hazırlayın.

  1. Şeirin iki bəndini nəsrə çevirin. Həmin bəndlərdəki sözlərin əksəriyyətindən istifadə etməyə çalışın.

  2. Vətənə məhəbbət hissini daha qabarıq ifadə edən sözlər, misralar, bənd.

İşin icrasına ayrılmış vaxt başa çatdıqdan sonra bir neçə təqdimat dinlənilib müzakirə olunur.

Evdə iş.

Dünya azərbaycanlıları haqqında müxtəlif mənbələrdən topladığınız məlumat əsasında təqdimat hazırlayın.

İkinci saat: Təhlil üzrə iş

Standart

Təlim nəticələri

1.2.3.


Əsərin təsir gücünün artmasında bədii təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırır.

1.2.4.

Şeirin ideyasını şərh edir, əsaslandırılmış münasibət bildirir.

2.2.1.

Fərqli fikirlərə ədalətli, obyektiv münasibət bildirir.

3.1.1.

Müxtəlif mənbələrdən topladığı materialları əlaqələndirib istifadə edir.

Dərsin gedişi

Motivasiya mərhələsində müəllim əsərin məzmunundan çıxış edərək “Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirə bilər. Himndən bir parçanın şagirdlərin ifa etməsi də mümkündür. Şagirdlərin himndəki fikirlər barədə mülahizələri ümumiləşdirilərək lövhədə qeyd edilir. Fikir mübadiləsinin məntiqi davamı kimi tədqiqat sualı müəyyənləşdirilir.

Tədqiqat sualı: “Vətəndaşlıq borcu” ifadəsinin doğru izahı necə ola bilər?

Tədqiqatın aparılması. İşin hansı formada təşkilindən asılı olmayaraq dərslikdəki “Fikirləşin. Cavab verin” başlıqlı suallardan istifadə edilməsi, “Əsərlə bağlı açıqlamalar” mətninə mənbə kimi müraciət olunması məqsədəuyğundur.

Müəllim şagirdlərə müraciət edir: Əsərin məzmununu əhatəli öyrənmisiniz. Amma əsərdəki başlıca fikri – ideyanı , eləcə də digər mühüm məsələləri aydınlaşdırmaq və dəyərləndirmək üçün araşdırmanızı davam etdirməlisiniz. İndi tanış olacağınız mətn tapşırıqların icrasında bir mənbə kimi yardımçınız olacacaqdır.

B.Vahabzadənin yaradıcılığında Vətənə, insanın vətəndaşlıq borcuna həsr olunmuş əsərlər mühüm yer tutur. Onlardan biri olan “Vətəndaş” şeiri maraqlı məzmunu, yüksək bədiiliyi ilə diqqəti cəlb edir. Əsərdə insanın vətəndaşlıq borcu barədə dəyərli fikirlər söylənilmişdir.

Bədii ifadə vasitəsi olan təkrirdən istifadə olunması şeirin təsir gücünü qat-qat artırmışdır. Təkrir eyni sözün, ifadənin təkrar olunmasına deyilir:

Könlümün sevgili məhbubu mənim

Vətənimdir, Vətənimdir, Vətənim. (A.Səhhət)

İkinci misradakı Vətənimdir, Vətənimdir, Vətənim sözləri fikri qüvvətləndirmək məqsədilə işlədilmiş təkrirdir.Təkririn iki növü var: Anafora, epifora. Anafora cümlənin, misranın başlanğıcında gələn təkrirdir. Epifora isə cümlənin, misranın sonunda təkrar olunan söz və ifadələrdir.

“Vətəndaş” şeirində hər bəndin əvvəlində təkrar olunan vətəndaş sözləri qüvvətli anaforadır. Sonuncu bənddə təkrar olunan gəldik sözü isə epiforadır: Bilirik, dünyaya biz niyə gəldik... Yaradan uğrunda ölməyə gəldik.

Kiçik qruplara ayrılmış şagirdlərə “Araşdırın. Fikirləşin. Cavab verin” tapşırığındakı suallar əsasında tərtib edilmiş iş vərəqləri verilir.

  1. Şeir doğma insanın vətənə məhəbbətinə həsr olunmuş digər əsərlərdən hansı cəhətlərinə görə fərqlənir? Onu tanış olduğunuz bir əsərlə müqayisə etməklə suala cavab hazırlayın (cədvəldən istifadə etməyiniz faydalıdır).

  2. Təkrirlərin əsərdəki fikirlərin təsir gücünü artırdığını necə izah edərsiniz? (cədvəldən istifadə etməyiniz faydalıdır)

Tapşırığın icrası “Əsərlə bağlı açıqlamalar” mətnindəki fikirlərə diqqət yetirməyi tələb edir. Müəllim şagirdlərin oxuduqları digər əsərlərdən də təkrir nümunələri söyləmələrini təqdir etməlidir.

  1. Əsər insanın vətəndaşlıq borcu haqqında fikirlərinizə nələr əlavə etdi? Fikrinizi nümunələrlə əsaslandırın. Bu tapşırığın bir variantı da söz assosiasiyaları üzrə iş ola bilər.

  2. Əsərdəki başlıca fikri – ideyanı necə izah edərsiniz? Fikrinizi əsaslandırmaq üçün cədvəldən istifadə edin.

Tapşırıq kiçik qrupların əsərin ideyasını - müəllif niyyətini düzgün müəyyənləşdirməsini və öz fikirlərini əsərdən nümunələr gətirməklə əsaslandırmalarını nəzərdə tutur.

Nəticə, ümumiləşdirmə. Söylənilən fikirlər şagirdlərin fəallıq və müstəqilliyi şəraitində yekunlaşdırılır, dərsin əvvəlində söylənilmiş fikirlərlə müqayisə əsasında yekun nəticə çıxarılır.



Скачать

© 2021, 112 0

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!