СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Əjdahalardan mifik yerlərə qədər, qədim xəritələrdəki ən böyük səhvlər

Категория: Всем учителям

Нажмите, чтобы узнать подробности

Xəyali heyvanları, tanrıları və bürcləri təsvir edən tarixi xəritələr çox da dəqiq deyildi, lakin daha əyləncəli görünürdü. Xəritələrin hazırlanmasına gəldikdə, insanlar həmişə qaydalara əməl etmirdilər.

Просмотр содержимого документа
«Əjdahalardan mifik yerlərə qədər, qədim xəritələrdəki ən böyük səhvlər»

Əjdahalardan mifik yerlərə qədər, qədim xəritələrdəki ən böyük səhvlər

Xəyali heyvanları, tanrıları və bürcləri təsvir edən tarixi xəritələr çox da dəqiq deyildi, lakin daha əyləncəli görünürdü. Xəritələrin hazırlanmasına gəldikdə, insanlar həmişə qaydalara əməl etmirdilər. Qədim xəritələr qeyri-dəqiqliklərlə dolu idi və fantastik heyvanlar, mifik ərazilər göstərilirdi. 1500-cü illərin əvvəllərində yaradılmış kiçik mis qlobus Cənub-Şərqi Asiyanın sahillərini o vaxtdan bəri əlamətdar hala gələn yazı ilə qeyd edir: “Əjdahalar buradadır”. Bu cür təyinatlar olduqca nadir olsa da, bu inam tez-tez “terra incognita” - xəritədəki boş yerlərə əjdahaları və dəniz canavarlarını çəkən orta əsr Avropa kartoqrafları arasında geniş yayılmışdı. Min illərdir ki, dünyada insanlar həm ticarət yollarını, yaşayış məntəqələrini, topoqrafiyanı, su mənbələrini, sahil xəttinin formalarını və ya yazılı istiqamətləri göstərən tam funksional xəritələr, həm də Yeri və onun kosmosdakı mövqeyini təsvir edən (bürclər, tanrılar və mifik yerlər də daxil olmaqla) kosmoqrafiya adlanan xəritələr tərtib etmişlər. Erkən Orta əsrlərdən XVII əsrin ortalarına qədər Avrasiya və Şimali Afrikadakı kartoqraflar bu ənənələrin hər ikisinin elementləri ilə dünyanın bir çox yeni xəritələrini yaratmışlar. Tez-tez hökmdarlar və digər qüdrətli insanlar tərəfindən sifariş edilən bu xəritələr dünyanın coğrafiyasını göstərmək üçün nəzərdə tutulmuşdu, lakin mütləq naviqasiya üçün faydalı deyildi. Onların tərtibçiləri tərəfindən dünya haqqında natamam biliklər nəzərə alınmaqla, onlar həqiqətən fərziyyələr idi - bəziləri sonradan açıq şəkildə təkzib edildi. Orta əsrlər Avropasında yeni moda sözdə “mappae mundi” ilə başladı. Onların bir çoxu Eden bağını və ya əfsanəvi əjdahaları təsvir edən kosmoqrafiyaya yaxınlaşırdı. Onların hamısı eyni formata malik idi, dünyanın quru hissəsini vahid kütlə kimi göstərən, təxminən T hərfi şəklində bölünmüş və okean halqası ilə əhatə olunmuşdu. İslam kartoqrafları da fantastik elementləri deyil, coğrafi detalları vurğulayaraq bu formatda dünya xəritələrini yaratmışlar. Ən erkən və ən dəqiq belə xəritələrdən biri İbn Hövqəl tərəfindən yaradılmışdır, onun öz səyahətləri onun kartoqrafiyasının əsasını təşkil etmişdir. 1154-cü ildə Siciliya kralı İslam kartoqrafı Əl-İdrisiyə “Uzaq ölkələrdə xoş səyahətlər bələdçisi” kimi tanınan “Tabula Rogeriana”nı yaratmağı tapşırdı. Bu xəritə kitabına İdrisinin öz səyahətləri və digər tacir və səyyahlarla söhbətləri əsasında dünya xəritəsi daxil edilmişdir. O, dünyanı düz bir kürə kimi təsvir edir və Avropa, Asiya və Şimali Afrikanı hər tərəfdən əhatə etdiyinə inanırdı. “Da Ming Xungyi Tu” xəritəsi 1389-cu ildə Çində böyük bir otağı əhatə edəcək qədər ipək parçası üzərində yaradılmışdır. Xəritə tərtibatçıları Afrikada heç vaxt olmamış olsalar da, orada olmuş tacirlərin hekayələri əsasında qitəni təsvir etməyə çalışmışlar. Təəccüblüdür ki, bu, onlara Saxara Afrikasının düzgün görüntüsünü yaratmaq üçün kifayət qədər məlumat vermişdir. XV əsrdən başlayaraq, Avropa kartoqrafları öz tədqiqatçıları dənizlər və qitələr arasında səyahət etdikcə dünya xəritələrinin əhatə dairəsini səhv etmədən genişləndirməyə başladılar. 1507-ci ildə alman kartoqrafı Martin Valdzemüller Amerikanın xəritəsini yalnız şərq sahili olan nazik bir torpaq zolağı kimi çəkmişdi. İspan kartoqrafları Baxa yarımadasına ekspedisiyanın hesabatlarına əsasən Şimali və Cənubi Amerikanın qərb xəritəsini çəkməyə cəhd etdilər. Təəssüf ki, tədqiqatçıların bu torpaq haqqında təəssüratları onları çaşdırdı. Bundan sonra 100 ildən çox müddət ərzində İspan xəritələrində “Kaliforniya adası” qitənin qalan hissəsi ilə əlaqəsi kəsilmiş kimi təsvir edilmişdir. Flamand kartoqrafı, özünün dünya xəritəsi ilə tanınan Herarad Merkator, 1595-ci ildə heç vaxt görünməmiş Şimal Qütbünün xəritəsini də yaratdı. Merkator, Şimal Qütbündə bütün kompasların niyə şimala yönəldiyini izah edən burulğanla əhatə olunmuş nəhəng maqnit qayası olan “Rupes Nigra”nın olduğu fikrini irəli sürdü. Avropalılar Yerin tam mənzərəsini yaratmağa çalışsalar da, mifik canavarlarla dolu naməlum ərazilər ideyasından hələ tam imtina etməmişdilər. Hələ 1657-ci ildə ingilis alimi Piter Heylin Avstraliyanı “Utopiya və nağıllar ölkəsi” ilə birləşdirirdi.

Lakin Şimal Qütbü istisna olmaqla, bu “terra incognita” adlanan yerlər heç olmasa orada yaşayan insanlara məlum deyildi. Yer üzündə əjdahalar yox idi, amma insanlar və mədəniyyətlər var idi ki, onların çoxu sonradan öz torpaqlarını dünya xəritələrinə salanlar tərəfindən məhv edilmişdir.

Mənbə: bit.ly/3vXtwPI

Rus dilindən tərcümə:

Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).



Xəritələr: