СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

"Məndə sığar ikən cahan, mən bu cahana sığmazam". Nəsimi (1369-1417)

Нажмите, чтобы узнать подробности

Nəsimi şeirlərinin sirri ondadır ki, şair insanların hiss, həyəcan, arzu və istəklərini elə tərənnüm etmişdir ki, bəşəriyyət yaşadıqca Nəsimi də yaşayacaqdır.

Просмотр содержимого документа
«"Məndə sığar ikən cahan, mən bu cahana sığmazam". Nəsimi (1369-1417)»

HEYRƏT, EY BÜT...

Məndə sığar ikən cahan,

Mən bu cahana sığmazam.

Nəsimi (1369-1417)

Bu misraların müəllifi Azərbaycan xalqının dahi şairi, mütəfəkkir və filosofu İmadəddin Nəsimidir. Nəsimi şeirlərinin sirri ondadır ki, şair insanların hiss, həyəcan, arzu və istəklərini elə tərənnüm etmişdir ki, bəşəriyyət yaşadıqca Nəsimi də yaşayacaqdır. Bu məqalə Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən böyük ustad İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilir.

Nəsimi elmin, elmi biliklərin insan cəmiyyətində, insan həyatında aparıcı, hərəkətverici qüvvə olduğunu dərk etmiş ona görə də elm adamlarına, alimlərə, müdrik insanlara, dərk etmək bacarığı olanlara yüksək qiymət vermişdir.

Nəsiminin elmi irsi geniş, zəngin, hərtərəfli və çoxcəhətlidir. Onun əsərlərində toxunduğu məsələlərdən biri, daha dəqiq desək, ən əsası materiyanın, kainatın aləmin və nəhayət canlı həyatın yaranması problemi olmuşdur. Məlimdur ki, kainatın, həyatın yaranması haqda antik yunan və Şərq fəlsəfəsində bir çox baxışlar olmuşdur. Onlardan biri yunan filosofu Empedoklun (e.ə.490-e.ə.430) fikridir. Empedokla görə kainatın əsasını 4 ünsür -od, su, hava və torpaq təşkil edir. Bu baxış antik ədəbiyyatda uzun müddət hakim mövqe tutmuşdur. Böyük filosof Platon (e.ə. 427-e.ə.347) yazırdı: “ O şeyə ki, biz su deyirik, quruduqda torpağa və daşa çevrilir, onu bizim gözümüz görür. Daş və torpaq əriyib dağıldıqda buxara və oda çevrilir və əksinə alov sönən vaxt havaya çevrilir, sonra hava bir yerə yığılıb sıxıldıqda bulud və buxar əmələ gətirir; axırıncılar isə öz növbəsində sıxlaşdıqda su əmələ gətirir, su isə öz növbəsində daş və torpağı əmələ gətirir”.

Dost Ukraynanın hər bir guşəsi, bərəkətli çölləri, sıx meşəlikləri, nəğməli çayları, flora və faunası, dağ və yamacları insanlarda xoş ovqat yaradır. Bir sözlə, bu 

yurdun şair Taras Şevçenkonun (1814-1861) vətəni olan bu elin hər qarış torpağı bərəkətlidir, möcüzədir. Ukrayna şairi və mütəfəkkiri, yazıçı, etnoqraf T.Q. Şevçenko demişdir:

Полюбила я

На печаль свою
Сиротинушку
Бесталанного.
Уж такая мне
Доля выпала!

Nəsiminin də taleyi belə yazılmışdı....

Azərbaycan ədəbiyyatı tarixi zəhgin söz xəzinəsidir. Bu xəzinədə yatıb qalan dəyərli, gözəl abidə və əsərlərin araşdırılması, təbliği ən ümdə və görkəmli vəzifələrdən biridir. Nəsiminin 650 illik yubileyi ilə bağlı olaraq onun həyat və fəaliyyəti haqqında bu yazının çox faydalı olacağını düşünürəm. Gərgin əməyin, yüksək bir zövq və biliyin bəhrəsi olan bu yazı şair barəsində müasir oxucuya dürüst bir istiqamət verə bilər. Böyük filosof şair İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatı tarixində bədii-fəlsəfi şeirimizin özülünü qoymuş, bədii sös sənətimizi forma və məzmunca zənginləşdirmişdir. Onun ağıl-idrak qaynağı olan şeirləri Orta yüzilliklərin insanı haqqında yazılmış könül şərqiləridir. Şair poeziyada həyat və insan barəsində yeni bir baxış və dünyagörüşü əks etdirmişdir.

Seyid İmadəddin Nəsimi 1369-cu ildə Şamaxıda anadan olmuşdur. Nəsimi uşaqlıqdan elmləri öyrənmiş, öz zərif zövqü və istedadı ilə parlamışdır. Onun Seyid, Hüseyni, Nəsimi təxəllüsü ilə yazdığı şeirlər az keçmir ki, dillərə düşür, sevilir, ürəklərə yol tapır. Təxəllüslərindən məsləkdaşı və xocası Fəzlullah Nəiminin təxəllüsü ilə səsləşən Nəsimi təxəllüsünə sadiq qalır. İmadəddin (dinin dirəyi) Nəsiminin ləqəbidir. Bu ləqəb sayğı əlaməti olaraq ona verilmişdir. Qaynaqlarda o, Nəsimi, Seyid Nəsimi, İmadəddin kimi anılmaqdadır. XVI əsrdə yaşamış təzkirəçi Lətifi Nəsiminin Julidəmu (dağınıq saçlı) ləqəbi ilə tanınan Şah Xəndan adlı bir qardaşından söhbət açır və onun 1426-cı ildə öldüyünü bildirir. Bütün həyatı boyu gəzib-dolaşan və bir dərviş kimi həyat keçirən Nəsimi daimi yaşayış yerinin adını çəkmir və bu da heç də səbəbsiz deyildi. Sözsüz ki, bu dərviş adi bir dərviş deyil, qayğısız, azad yaşamaq yolunu seçən, könlütox, müdrik bir eşq aşiqi və vətənini sevən bir şair idi. Şair əsərlərində Şamaxı, Bakı, Bursa, Qaraman, Bağdad, Mərəş, Şam (Dəməşq), Hələb şəhərlərinin adlarını çəkir. Bu sözlər də göstərir ki, Nəsimi Şamaxıda anadan olmuş, bir müddət Bakıda yaşamış və hürufilərin burada izləndiyi və təqib edildiyi zamanda isə Bakıdan çıxıb getmişdir. Öz məsləki uğrunda çarpışıb-vuruşan, həyatı əqidə döyüşlərində keçən Nəsiminin səsi Şərqin müxtəlif şəhərlərindən gəlirdi. O, bir yerdə çox qala bilmirdi, çünki onu hər an təqiblər gözləyirdi. Bu illərdə Azərbaycanda durum çox qarmaqarışıq idi. Nəsiminin yeniyetmə illərində Əmir Teymur (1370-1405) Azərbaycana basqın edərək hər yeri dağıdır. Şirvan hökmdarı I İbrahim (1382-1417) Əmir Teymurla ittifaq bağlayıb Şirvanı xilas edir, ancaq az keçmir ki, Qızıl Orda xanı Toxtamış Azərbaycana hücum edir. Toxtamış xan geri çəkilən kimi Əmir Teymur yenidən Azərbaycanı ayaqları altında tapdalayır və 14 ilə yaxın Naxçıvanda hürufilər yurdu Əlincə qalasını mühasirədə saxlayır. Sonra isə Qəbələni dağıdaraq oğlu Miranşahı öz yerinə Azərbaycana hakim təyin edir.

Azərbaycanda teymurilərə qarşı usyanların arası kəsilmirdi. Belə bir ağır zamanda Nəsimi 1394-cü ildə Bakıda Nəimi ilə görüşərək ondan hürufilik təriqətini qəbul edir və bu ildən başlayaraq hürufilik ruhunda şeirlər yazaraq yayır.

1394-cü ildə Miranşah, Şirvan hökmdarı I İbrahimin fitnəsi ilə F. Nəimini Əlincə qalası yaxınlığında edam etdirir. Təriqət başçısının ölümü bütün hürufiləri, o cümlədən də Nəsimini ürəkdən sarsıdır. ...

XIV əsrin əvvəlində, İtaliyanın şimalında kəndlilərin və şəhər yoxsullarının kilsəyə və feodal qayda-qanunlarına qarşı üsyanı baş vermişdir. Üsyan “Apostol qardaşları” adlı təşkilat tərəfindən hazırlansa da . ....Üsyanın rəhbəri Dolçino (1275-1307) olmuşdur. Dolçino Qerardo Seqarellinin şagirdi idi. Ustadının edam edilməsindən sonra hərəkata rəhbərlik etmişdir. Onun haqqında Dante özünün “İlahi komediya” əsərində bəhs edir. İtaliya xalq folklor numunələrində Dolçino nağıl qəhrəmanı kimi yad edilir.

Bəs Dolçino kimdir? Niyə Dante özünün məhşur “ İlahi komediya” əsərində ondan bəhs edir? S. N. Jidkov yazır: Dolçino ... bu adla mən ilk dəfə Dantenin (1265-1321) “İlahi komediya” əsərini oxuyanda tanış olmuşam. Dolçino kimdir? Şairin müasiri olmuş insanlar kimlər olmuşlar? O dövrün tarixi səlnamələrini oxuduqca öz-özünə sual verirsən bir adi çəlləkçi (çəllək düzəldən) sosial bərabərlik uğrunda mübarizəyə qalxmış, ancaq bu mübarizəni silahlı üsyan yolu ilə həyata keçirməyə cəhd etmiş, lakin həyata keçirə bilməmişdir. Dolçino üsyanı 1307-ci ildə yatırıldı. Üsyançılara isə divan tutuldu. ...

Ancaq Nəsimi bəzi silahdaşları kimi hakimiyyətin tərəfinə keçmir. Təriqət fiklirlərini yaymaq üşün, öz vətənindən üzaqlaşaraq Anadoluya gedir. Bursa şəhərində Nizaminin “Xosrov və Şirin” poemasını türkcəyə çevirən tərçüməçi şair Şeyxi ilə görüşür. İşıqlı, cəsarətli fikirləri şairin şöhrətini gündən-günə artırır. Rəfii adlı bir şair “Bəşarətnamə” əsərində Nəsimiyə xalq məhəbbətini ifadə edərək onu eşq şəhidi, gizli sirrləri qorxmadan yayan bir sənətkar kimi sevdirir. Eynizamanda şairin aylarla, illərlə zindanlara atıldığını ürək ağrısı ilə bildirir.

Osamnlı sultanı I Muradın (1360-1389) zamanında Bursa və Anadoluda hürufilər ciddi şəkildə cəzalandırılırdı. Ona görə də Nəsimi burada çox qala bilməyib Hələb şəhərinə gedir. Nəsimidən söz açan Hüseyn Bayqaranın vəziri Cəmaləddin Hüseyn “Məcalisül-üşşaq” (“Aşiqlər məclisi”) əsərində belə yazırdı:” Nəsiminin könül dənizi dalğalananda onun kəlmə və hərfləri incilər kimi kənara dağıldı. Şairin sözlərini başa düşmədilər. Hələbdə bir nəfər alimdən soruşur:

-Bu cavanın üzündə nə görürsünüs ki, bu qədər həyəcan və məstlik göstərirsiniz?

Şair cavab verir: -Onun üzünün güzgüsündə tanrının surətini görürəm.

Zahid dedi:

-Biz də o cavanı görürük, bəs nə üçün o surət bizim gözümüzə görünmür?

Şair dedi:

-Bu dövlət quşu sizin qabiliyyətinizi özünə yuva etmədi və bu səadət quşu sizin hümmətinizin başına kölgə salmadı.

XV əsr ərəb tarixçisi Müvəffəqəddin Əhməd ibn İbrahim -əl Hələbi “Künuzuz – zəhəb, tarixi-hələb”( “Qızıl xəzinələri, Hələb tarixi”) adlı əsərində Nəsiminin ölümü haqqında həqiqətə uyğun məlumatlar vermişdir. Nəsimi 1417-ci ildə Hələb şəhərində xüsusi amansızlıqla qətlə yetirildi. Şairin qəbri bu gün də Hələb şəhərində durmaqdadır. Onun qəbrini ziyarətə gedənlərə hörmət əlaməti olaraq “nəsimi” adı verilir. Nəsiminin fəlsəfi şeirləri ilə yanaşı dünyəvi şeirləri də vardır. Onun bu şeirlərində səmimiyyət və təbiilik daha qabarıqdır, hər şeiri xəlqiliyi, dil-ifadə və üsub gözəlliyi ilə fərqlənir. Şair şeirlərində insan səadətini, onun könül sərbəstliyi və iradə azadlığını ön plana çəkir. Məhəbbət və gözəllik, ağıl və idrak nümunəsi olan Nəsimi poeziyası, türk xalqlarının ədəbiyyatında böyük əks-səda doğurmuşdur. Onun ölümsüz şeirləri bu gün də öz təravətini itirməmiş, ürəklərə yol taparaq sevilir. Nəsimi şeiri oxucuya müdriklik aşılayır, onu mənəvi cəhətdən yüksəldir, göylərə ucaldır, əqidə və məslək döyüşlərinə səsləyir.

“ Günəş batanda saralar”, ancaq Nəsimi sənəti saralmır, solmur, əksinə gündən-günə parlayaraq yeni-yeni üfüqlərə işıq saçlır. Zəmanəsinin eşq günəşi kimi parlayan şair orta əsrlərin poeziya göylərinə bir aydınlıq, şəfqət gətirmiş, dilimizə və bədii sözümüzü yeni-yeni zirvələrə qaldırmışdır.

Nəsimi insan ruhunun saflığı və yüksəkliyini tərənnüm edərək nəcib məhəbbət nəzəriyyəsinin nizamlı sistemini yaratmış dahi sənətkarlardandır. O, bütün əsərlərində eşq, vüsal, hicran, səadət haqqında söhbət açır, insan övladı üçün hünər, cəsarət, mədrlik, çalışqanlığın xüsusilə vacib olduğunu göstərir. Onun əsərlərində xalqına ilk növbədə öz keçmişini, tarixini, mədəniyyətini, ədəbiyyatını, musiqisini göz bəbəyi kimi qoruyub saxlamağı məsləhət görür. Xalqın mədəniyyətini yaratmış dahi şəxsləri unutmamağı, onları daim xatırlamağı tövsiyyə edirəm. Bu hər şeydən əvvəl gələcək nəslin tərbiyəsi üçün olduqca vacibdir.


İstifadə edilmiş ədəbiyyat və internet resursları:

1.Əbu Bəkr əl-Qütbi əl-Əhəri.Tarix-e Şeyx Üveys.Bakı.1984

2.Nizaməddin Şami.Zəfərnamə.Bakı.1992

3.Fasih Əhməd ibn Cəlaləddin Məhəmməd əl-Xavafi.Mucmal-i Fasihi.(rusca)

Daşkənd.1980

4.Səyyahlar Azərbaycan haqqında.(rusca)Icild.Bakı.1961

5.S.B.Aşurbəyli.Şirvanşahlar dövləti.(rusca)Bakı.1983

6.A.A.Bakıxanov.Gülüstan-i İrəm.(rusca)Bakı 1991

7.B.D.Qrekov.A.Y.Yakubovski.Qızıl Orda və onun süqutu.(rusca)Moskva-Leninqrad.1950

8.Salih Zakirov.Qızıl Ordanın Misirlə diplomatik münasibətləri.(rusca)Moskva.1966

9.C.İbrahimov.XV əsr Azərbaycan ərazisində feodal dövlətlər.(rusca)Bakı.1962

10.V.P.Yeqorov.XIII-XIV əsrlərdə Qızıl Ordanın tarixi coğrafiyası.(rusca)Moskva.1985

11.M.Q.Safarqaliyev.Qızıl Ordanın tənəzzülü.(rusca)Saransk.1960

12.S.M.Onullahi.XIII-XVII əsrlərdə Təbriz şəhərinin tarixi.Bakı.1982

13Жидков С. Н. “Дольчино”. М,. Детская литература, 1965

14.XVI əsrdə yaşamış təzkirəçi Lətifi barədə anl.az›el/h/h_sh.pdf

15.Rəfii “Bəşarətnamə”teleqraf.com›news/toplum/223253.html

16.Cəmaləddin Hüseyn “Məcalisül-üşşaq” (“Aşiqlər məclisi”) azkurs.org›xiii-respublika-elmi-konfransnn-mater-…

17.XV əsr ərəb tarixçisi Müvəffəqəddin Əhməd ibn İbrahim -əl Hələbi “Künuzuz – zəhəb, tarixi-hələb”( “Qızıl xəzinələri, Hələb tarixi”) anl.az›el/b/by_adlshiy.pdf

18.http://multiurok.ru/seyyubasadov2/

https://videouroki.net/tests/my/ (testlərim)

https://sinxronfenler.blogspot.com/

https://www.facebook.com/groups/696764187121719/

19. https://president.az/articles/33661


Hazırladı:

Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi), Azərbaycan Respublikası “Təhsil Şurası” İB-nin İdarə Heyətinin üzvü




Скачать

© 2019 709 0

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!