СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Nüvə silahları dünyamıza təhlükədir!

Нажмите, чтобы узнать подробности

İlk atom bombası İkinci dünya müharibəsinin sonunda ABŞ-da hazırlanmışdır. Atom bombası havada (istənilən hündürlükdə, yer səthində və su altında, lazımı dərinlikdə) partladıla bilər; 1945-ci ilin iyulunda ABŞ atom bombasını sınaqdan çıxardıqdan sonra Yaponiyanın Xirosima (avqustun 6-da) və Naqasaki (avqustun 9-da) şəhərlərinə atmışdır.

Просмотр содержимого документа
«Nüvə silahları dünyamıza təhlükədir!»

Nüvə silahları dünyamıza təhlükədir!

İlk atom bombası İkinci dünya müharibəsinin sonunda ABŞ-da hazırlanmışdır. Atom bombası havada (istənilən hündürlükdə, yer səthində və su altında, lazımı dərinlikdə) partladıla bilər; 1945-ci ilin iyulunda ABŞ atom bombasını sınaqdan çıxardıqdan sonra Yaponiyanın Xirosima (avqustun 6-da) və Naqasaki (avqustun 9-da) şəhərlərinə atmışdır.

Bəs necə ola bilər ki, təqribən e.ə. III minillikdə mövcud olmuş qədim bir şəhərdə nüvə silahından istifadə edilsin....

Bu məsələnin mümkün və kifayət qədər ümumi izahlarından biri də odur ki, Yer kürəsində o vaxtlar nüvə hadisəsinə səbəb ola biləcək yüksək səviyyədə inkişaf etmiş texnoloji inkişaf olmamışdır. ...

...Məsələ ilə bağlı araşdırma işlərindən biri də tədqiqatçılar Riçard Fayrctoun və Ulyam Toppinqin “Paleozoy dövründə nüvə fəlakətinin geoloji sübutları” adlı məqaləsi diqqəti çəkir....Nüvə silahının yayılmaması haqqında 1968-ci il müqaviləsi BMT-nin Tərksilah Komissiyası tərəfindən hazırlanmış və Baş Assambleya tərəfindən bəyənilmişdir. 1970-ci ilin mart ayının 05-də qüvvəyə minmişdir.

Müqavilənin əsas məqsədi nüvə silahının yayılması qarşısında möhkəm sədd çəkmək, dövlətlərin müqavilə üzrə öz üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsinə beynəlxalq nəzarəti təmin etmək, atom enerjisindən dinc məqsədlərlə istifadə olunması üçün geniş imkanlar yaratmaqdır.

Müqaviləyə tərəfdar çıxan nüvə silahına malik iştirakçı dövlətlərin hər biri öz üzərlərinə aşağıdakı öhdəlikləri götürürlər: nüvə silahını və onun komponentlərini digər bir tərəfə ötürməmək, birbaşa və ya dolayı yolla onlar üzərində nəzarət etməsinə şərait yaratmamaq; nüvə silahına malik olmayan hər hansı bir dövləti bu silah növünü və onun komponentlərini istehsal etməyə, əldə etməyə, onlar üzərində nəzarət etməyə kömək, təşviq və təhrik etməmək.

Nüvə silahına malik olmayan iştirakçı dövlətlərin hər biri öz üzərlərinə aşağıdakı öhdəlikləri götürürlər: nüvə silahını və onun komponentlərini digər bir tərəfdən əldə etməmək, birbaşa və ya dolayı yolla onlar üzərində nəzarəti qəbul etməmək və ya buna cəhd etməmək; nüvə silahını və onun komponentlərini istehsal etməmək və əldə etməmək; onları istehsal etməyə cəhd göstərməmək və ya bunun üçün yardım almağa çalışmamaq.

Lakin müqavilə hər bir dövlətin dinc məqsədlərlə atom enerjisi sahəsində tədqiqat aparmaq, onu istehsal və istifadə etmək hüququnu heç bir ayrı-seçkiliyə yol vermədən təsbit edir. Müqavilənin bütün iştirakçıları bu məqsədlərlə maddi, elmi, texniki, informasiya mübadiləsi etmək barədə öz üzərlərinə öhdəlik götürmüşlər.
Müqavilənin şərtlərinə əsasən, qızğın nüvə silahlanmasının qarşısının alınmasına və nüvə tərksilahı üzrə səmərəli tədbirlərə, ciddi və kəsərli beynəlxalq nəzarət altında ümumi və tam tərksilaha dair danışıqlar aparmaq öhdəliyi təsbit edilir. Nüvə silahına malik olmayan müqavilə iştirakçısı dövlətlər onlara qarşı nüvə silahı tətbiq edildiyi halda və ya bu növ silahla təhdid edildikdə təhlükəsizlik təminatı almışlar. Müqavilə iyirmi beş il müddətinə imzalanmış və 1995-ci ildə müddətsiz uzadılmışdır.

Nüvə silahının yayılmamasına nəzarət Beynəlxalq Atom Enerjisi Təşkilatı tərəfindən həyata keçirilir.

Əsədov Seyyub Əsəd oğlu -Şirvan şəhər T. Bağırov adına 11№-li tam orta məktəbin tarix müəllimi, 2015-ci ildə keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi





İsitfadə edilmiş internet resursları:

https://multiurok.ru/files/q-dim-dovrl-rd-nuv-partlayislari-bas-vermisdirmi.html

https://www.bizimyol.info/az/news/107062.html

https://az.wikipedia.org/wiki/N%C3%BCv%C9%99_silah%C4%B1






Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!